Ana səhifə »  Müsahibə »  Bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır
A+   Yenilə  A-
Bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev www.yap.org.az saytına müsahibə verib:
- Xəzər müəllim, bu gün idmanın inkişafı dövlətimizin xüsusi diqqət mərkəzindədir. Azərbaycanda idman sahəsinə göstərilən diqqətin nəticəsi olaraq əldə olunan nailiyyətlər barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycanda idmanın inkişafı, onun bütün ölkə boyunca kütləviliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. İdmanla bağlı dövlət siyasəti Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra formalaşıb. Bilirsiniz ki, həmin dövrə qədər bizim əksər idman bazalarımız, idman qurğuları köhnəlmişdi və bu bazalarda idmanla məşğul olmaq üçün normal şərait yox idi. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkə idmanının vəziyyəti ilə maraqlanmağa başladı və bu sahənin inkişafı üçün mühüm qərarlar verdi. Heydər Əliyevin idmanla bağlı verdiyi ilk qərarlar Azərbaycandan gedən idmançıların və məşqçilərin geri qayıtması və öz bayrağımız altında idman yarışlarında iştirak etmələri ilə bağlı idi. Bu yöndə də müsbət nəticələr əldə olundu. Olimpiya hərəkatında isə ilk uğurumuz 1996-cı ildə baş verdi. 1996-cı ildə yığma komandamız Atlanta Yay Olimpiya Oyunlarında iştirak etdi və həmin Oyunlarda bir idmançımız gümüş medal qazandı.
1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idmanın sürətli inkişafı başladı. İlk olaraq idman infrastrukturu yenidən quruldu. Hazırda Bakıda və bölgələrdə 45-ə yaxın Olimpiya bazaları tikilib istifadəyə verilib. Bu, idmanın inkişafı prosesində əsas bünövrələrdən biridir. Eyni zamanda, idmançıların stimullaşdırılması məsələsi daim diqqət mərkəzindədir. Bilirsiniz ki, dövlət tərəfindən nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ucaldan idmançıların təltif olunması, onların məişət vəziyyətinin yaxşılaşdırılması və ictimai həyatda layiqli yer tutması üçün mühüm addımlar atılır.
Bütövlükdə, bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Təsadüfi deyil ki, Azərbaycan çox mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bu tədbirlərin zirvələrindən biri isə, mən deyərdim ki, 2015-ci ildə keçirilən birinci Avropa Oyunları idi. Bilirsiniz ki, birinci Avropa Oyunları ilə bağlı qərar veriləndə bizim cəmi 2,5 il vaxtımız var idi. Hansı ki, belə tədbirlərə başqa dövlətlər 4-5 il sərf edirlər. Yəni qarşımızda çox məsuliyyətli vəzifə dayanırdı. Qısa müddətdə ölkəmizdə xeyli sayda idman bazaları tikilib istifadəyə verildi. Azərbaycan bu ağır və şərəfli yükün altına girdi və alnıaçıq çıxdı. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan bu mötəbər beynəlxalq idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etdi. Təbii ki, bütün görülən işlər Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı İlham Əliyevin birbaşa diqqətində idi. İlk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan özünü dünyada ən güclü idman dövləti kimi tanıtdı.
- Beynəlxalq idman yarışlarının yüksək səviyyədə keçirilməsi üçün idman infrastrukturunun vəziyyəti necədir?
- Hazırda ölkəmizdə hər bir idman növündə olan yarışlar keçirilir və bunun üçün bütün imkanlar var. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Beynəlxalq təcrübədən bəllidir ki, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. Bu məsələnin Azərbaycan təcrübəsinə gəldikdə tərəddüdsüz qeyd etmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb.
- May ayında Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Sizcə, bu Oyunların əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi haqqında qərarlar təsadüfən verilmir. Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi bundan sonra da müxtəlif tədbirləri Azərbaycana verməyə qərarlıdır. Bu qərarların ciddi əsasları var. Azərbaycanda təhlükəsizliyin, sabitliyin tam təmin olunması burada mühüm rol oynayır. Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi xüsusi qeyd edilməlidir. Oyunların açılış və bağlanış mərasimləri çox möhtəşəm oldu, burada bizim tariximiz, mədəniyyətimiz əks etdirildi. Eyni zamanda, Oyunlar çərçivəsində ölkəmizə gələn qonaqlar müasir Azərbaycanın mənzərəsi ilə tanış oldular.
Eləcə də idmançılar üçün çox gözəl şərait yaradılmışdı. Bildiyim qədər, dünyada belə təcrübə yoxdur ki, Bakıdakı kimi Olimpiya kəndi tikilib istifadəyə verilsin. Başqa ölkələrdə belədir ki, Olimpiya iştirakçılarının qalma yerləri müxtəlif ali məktəblərin bazalarında, yataqxanalarında reallaşır. Amma ölkəmizdə isə iştirakçılar üçün tam şərait yaradıldı.
Bütövlükdə İslam Həmrəyliyi Oyunları çox əhəmiyyətlidir. Həmrəylik sözünün mənası da böyükdür. 50-dən çox dövlətin həmrəy olub bu yarışlarda iştirak etməsi Azərbaycanın nüfuzunun birbaşa göstəricisidir. Çünki bütün müsəlman aləmi Azərbaycanda birləşərək öz həmrəyliklərini göstərdilər. Ölkəmizə gələn Oyunların iştirakçıları, eləcə də digər qonaqlar yüksək təəssüratlarla ayrıldılar. Azərbaycan bu Oyunlar vasitəsilə özünün tarixini, mədəniyyətini və turizm potensialını da nümayiş etdirdi. Bu səbəbdəndir ki, Oyunlara tamaşa etmək üçün Bakıya gələn insanlar yenə də Azərbaycana qayıdacaqlarını deyirdilər.
- Bir neçə gün öncə Bakıda “Formula-1” Azərbaycan Qran-Prisi keçirildi. Bu barədə təəssüratlarınız necədir?
- Ümumiyyətlə, “Formula-1” hər bir ölkədə baş tuta bilən yarış deyil. Yəni bu yarış hansısa ölkədə bir dəfə keçirilirsə, 4 il də ardıcıl olaraq keçirilməlidir. Bu, şərtdir. “Formula-1” populyar bir idman növüdür. Azərbaycan ikinci ildir ki, bu yarışa ev sahibliyi etdi. Yarışın lazımi səviyyədə keçirilməsi üçün bütün imkanlar yaradılmışdı. Eyni zamanda, bu yarış dünyanın bir çox ölkələrində birbaşa translyasiya olunurdu və bunun nəticəsində on milyonlarla insan “Formula-1”i birbaşa izləmək imkanı əldə etdi. Həmçinin xeyli sayda əcnəbi bu yarışları izləmək üçün Bakıya gəlmişdi. Yəni belə tədbirlərin keçirilməsi ölkəmizə turist axınını da gücləndirir.
- Xəzər müəllim, Azərbaycan idmançılarının da beynəlxalq yarışlarda göstəriciləri ildən-ilə yüksəlir. Bu faktı hansı amillərlə izah edərdiniz?
- Prezident İlham Əliyevin məqsədi Azərbaycanda idmanın kütləviliyini təmin etməkdir. Sevindirici haldır ki, bu istiqamətdə yüksək nəticələr əldə olunub. Əgər idmanda kütləvilik təmin olunmursa, ciddi uğura nail olmaq mümkün deyil. İdmanın kütləviliyi hər bir cəmiyyətdə sağlam nəslin yetişməsində mühüm rol oynayır.
Bu gün bölgələrin əksəriyyətində Olimpiya idman kompleksləri və digər idman qurğuları fəaliyyət göstərir. Gənclər bu komplekslərdən səmərəli istifadə edirlər. Biz müharibə şəraitində yaşayan dövlətik, gənc nəsil nə qədər sağlam olsa, torpaqlarımızı daha güclü qoruyacaq. Çox müsbət haldır ki, belə bir nəsil yetişib. Bütövlükdə, görülən işlər nəticəsində ölkəmizdə peşəkar idmançılar və idman mütəxəssisləri yetişir. Bu da kütləviliyin mühüm amillərindən biridir.
Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, o zaman belə bir qənaətə gələrik ki, idmana qayğı, idmanın kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir. Bu baxımdan, ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi də prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarirfləndirici təbliğatın aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq.
- Bəs idmanın inkişafı ilə bağlı mövcud qanunvericilik bazasını necə qiymətləndirirsiniz?
- Bu gün bütün idman təşkilatları öz fəaliyyətlərini qanunauyğun şəkildə qurublar. Gənclərin idmana, yarışlara cəlb olunması müvafiq federasiyaların vasitəsilə həyata keçirilir. Digər tərəfdən, hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir, başqa sözlə, bu sahədə də təkmil qanunvericilik bazası formalaşdırılıb. Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir. “Bədən tərbiyəsi və idman haqqında” qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistematikliyini təmin edir. Qanunda da göstərilir ki, bu istiqamətdə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, həmçinin yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir. Yəni bu sahədə nailiyyət əldə olunması üçün bütün imkanlar yaradılır. O cümlədən bu gün bütün idman təşkilatları üçün bərabər imkanlar yaradılıb və bütün idman sahələri inkişaf etdirilir.
- Xəzər müəllim, bir sıra idman mütəxəssisləri hesab edirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarını da keçirmək iqtidarındadır. Siz necə düşünürsünüz?
- Yay Olimpiya Oyunları dünyanın əsas idman yarışıdır. Əlbəttə ki, Yay Olimpiya Oyunları Avropa və İslam Həmrəyiliyi oyunlarından fərqlidir və miqyası baxımından daha böyükdür. Çünki burada dünyanın bütün dövlətləri iştirak edir. Eləcə də bu yarışlarda idman növlərinin sayı da çoxdur. Amma biz bu yarışları da keçirməyə qadirik. Ona görə də Azərbaycan öz namizədliyini təqdim edir. Ölkəmizin Yay Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Çox sevincli hal olardı ki, Yay Olimpiya Oyunları da Azərbaycanda keçirilsin. Çünki müsəlman ölkələrində Yay Olimpiya Oyunları keçirilməyib. Bu baxımdan, biz Yay Olimpiya Oyunlarının keçirildiyi ilk müsəlman dövləti ola bilərik.
Təbii ki, bu Oyunların keçirilməsində bəzi amillər var və bütün məsələlər Olimpiya Xartiyasına uyğun olmalıdır. Belə bir şəraiti ölkəmizdə yaratmışıq. Əgər Azərbaycana etimad göstərilsə, biz bu şərəfli yükün altından da uğurla çıxa bilərik.
- Siz həmçinin MOK-un Ədalətli Oyunlar Komissiyasının sədrisiniz. Necə hesab edirsiniz, idman yarışlarında ədalət prinsipinə tam əməl olunurmu?
- Azərbaycanda idman yarışları ədalət prinsipi ilə keçirilir. Hər bir idman federasiyasının nizamnaməsi, strukturu, eləcə də hakimlik strukturu var. Hər bir yarışın ədalətli qələbələrlə başa vurulması əsas amilərdən biridir. Böyük fəxarətlə deyə bilərəm ki, Prezident İlham Əliyev Ümumdünya Ədalətli Oyunlar Komissiyası tərəfindən, Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə Avropa Ədalətli Oyunlar Komissiyası tərəfindən yüksək mükafatlara layiq görülüblər. Təbii ki, bu mükafatlar ölkəmizdə idman tədbirlərinin yüksək səviyyədə keçirilməsi və ədalətli şəkildə baş tutmasına görə verilib. Biz bundan qürur duyuruq. Çünki beynəlxalq müstəvidə də Azərbaycanda idmanla bağlı görülən işlərə layiqli qiymət verilir.

 
  • Oxunub:  11250  |  
  • Tarix:  06-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

21 Oktyabr 11:34
Ramin İsayev: Türk Şurasının Bakı Zirvəsi milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimul verdi
21 Oktyabr 11:27
Elçin Quliyev: Xalqla dövlət arasında olan inama, etibara heç bir qüvvə mane ola bilməyəcək
21 Oktyabr 11:24
Əli Vəhdəti: Azərbaycanda innovasiya və yeni texnologiyaların inkişafına geni imkanlar yaradılıb
21 Oktyabr 11:22
“Jewish News Syndicate”: Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman münasibətlərinin parlaq nümunəsidir
21 Oktyabr 11:19
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
21 Oktyabr 10:57
Nazir: Məqsədimiz milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir
21 Oktyabr 10:55
İndoneziya Prezidenti Coko Vidodonun inaqurasiya mərasimində Azərbaycan da təmsil olunub
21 Oktyabr 10:53
Qoşunların təmas xətti yenidən monitorinq ediləcək
21 Oktyabr 10:48
Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi
21 Oktyabr 10:47
II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
21 Oktyabr 10:34
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib
21 Oktyabr 10:02
Qrant gəmiricilərinin " payız hesabatı " iflasa uğradı
21 Oktyabr 09:59
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21 Oktyabr 09:44
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
21 Oktyabr 09:07
Cocuq Mərcanlı kəndində “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib
21 Oktyabr 09:06
Özbəkistanda keçirilən Beynəlxalq İnvestisiya Forumunda ölkəmiz də təmsil olunub
21 Oktyabr 08:45
Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq
21 Oktyabr 08:42
Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub
21 Oktyabr 08:36
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub
20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib
20 Oktyabr 10:50
Oktyabrın 20-si Energetiklər Günüdür
20 Oktyabr 09:42
Belə təbliğat şəbəkəniz varsa
19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA