Ana səhifə »  Müsahibə »  Yaz sessiyası ərzində parlament məhsuldar fəaliyyət göstərib
A+   Yenilə  A-
Yaz sessiyası ərzində parlament məhsuldar fəaliyyət göstərib

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Rafiq Məmmədhəsənov www.yap.org.az saytına müsahibə verib:
- Rafiq müəllim, Milli Məclisin yaz sessiyasında bir sıra qanunlar qəbul olundu. Sessiya ərzində aparılan müzakirələr, qəbul olunan qanunlar haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Milli Məclisin yaz sessiyası kifayət qədər məhsuldar keçdi. Sessiyanın iş planında mühüm qanunvericilik sənədləri əksini tapırdı. Eləcə də qanunvericilik təşəbbüsü qaydasında parlamentə çoxsaylı sənədlər daxil olub. Millət vəkilləri bu dövrdə müzakirəyə çıxarılan qanun layihələrini geniş müzakirə edərək qəbul ediblər.
Qeyd edim ki, bu sessiya ərzində də ölkəmizin inkişafına xidmət edən mühüm qanunlar qəbul olunub. Eləcə də ictimai əhəmiyyət kəsb edən yeni qanun layihələri müzakirəyə çıxarılıb. Nümunə olaraq mən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin adını çəkə bilərəm. Bilirsiniz ki, belə bir sənədin qəbul olunmasının aktuallığı uzun müddət idi ki, cəmiyyətdə müzakirə olunurdu. Nəhayət ki, geniş ictimai müzakirələrdən sonra sənəd parlamentin müzakirəsinə çıxarıldı. Qanun mütərəqqi qanundur və cəmiyyət bundan qazanır. Təəssüf ki, indiyə qədər tütün məmulatlarının, xüsusilə siqaretin reklamı aparılır. Bu da cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün ziyanlıdır. Bu reklamlar nəticəsində gənclərin siqaretə marağı artır. Amma nəzərə almaq lazımdır ki, siqaretin insan orqanizminə çox böyük ziyanı var. Statistikaya görə, dünyada ağciyər xərçənginə tutulan insanların böyük əksəriyyəti siqaret çəkənlərdir. Amma siqaret təkcə ağciyərə ziyan deyil, ürək-damar xəstəliklərində də tütün məmulatlarından istifadə böyük rol oynayır.
Bir sıra xarici ölkələrdə ictimai yerlərdə siqaret çəkməyə icazə verilmir. Bunun üçün xüsusi ayrılmış yerlər var. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində də bu məsələ əksini tapıb. Qanun yetkinlik yaşına çatmayanlara siqaret çəkməyi qadağan edir. Eləcə də sanatoriyalarda, müalicə yerlərində siqaret satmaq qadağan olunur və s. Yəni bu sənəddə vacib məsələlər əksini tapır. Nə qədər tütün məmulatlarından az istifadə edilsə, həm ekologiya təmiz qalır, həm də insanın sağlamlığına xeyirdir. Dövlətə, cəmiyyətə sağlam insan lazımdır. Ona görə də haqlı olaraq parlament belə bir qanun qəbul edir. Cəmiyyətimiz bu qanunun faydasını görəcək.
Bütövlükdə, yaz sessiyası ərzində parlament səmərəli fəaliyyət göstərib. Sessiya dövründə Nazirlər Kabinetinin, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət edən orqanın, Hesablama Palatasının illik hesabatları dinlənilib. Eləcə də bir sıra mühüm qanunlar qəbul olunub, həmçinin müvafiq qanunlara əlavə və dəyişikliklər edilib. Qəbul olunan sənədlər dövlətimizin və xalqımızın maraqlarına tam uyğundur.
- “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin əhəmiyyətindən danışdınız. Sizcə, bu qanunun tətbiqi tütün məmulatlarından istifadənin azalmasına səbəb olacaqmı?
- Əlbəttə. Düşünürəm ki, bu qanunun müsbət təsiri olacaq. Çünki tütün məmulatlarının istifadəsi məhdudlaşırsa, istər-istəməz azalma baş verəcək. Çünki əvvəlki kimi hər kəs istədiyi yerdə siqaret çəkə bilməyəcək.
Amma əsas məsələ bu yöndə maarifləndirmə işlərini gücləndirməkdir. Qanuna əsasən televiziyalarda verilən filmlərdən siqaretin reklamı götürüləcək. Ümumilikdə, siqaretin açıq reklamı qadağan olunacaq. Düşünürəm ki, xüsusilə təhsil müəssisələrində bu istiqamətdə maarifləndirmə işləri daha çox aparılmalıdır. Bütün bu işlər aparıldıqdan sonra siqaret çəkənlərin sayı azalacaq.
- Siz Milli Məclisin Səhiyyə komitəsinin üzvüsünüz. “Dərman vasitələri haqqında” qanuna edilən son dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?
- Bu dəyişikliklər çox əhəmiyyətlidir. Biri var dərman vasitələri, biri də var bioloji aktiv maddələr. Bioloji aktiv maddələr də dərman kimi reklam olunur və istifadə edilir. Müəyyən firmalar həmin maddələri saytlar, televiziyalar vasitəsilə reklam edirlər. Məsələn, iddia edirlər ki, guya bu dərmanı bir həftə qəbul etsən, şəkər xəstəliyi sağalacaq, qan təzyiqi bir daha olmayacaq və s. Bu, tamamilə yalandır. Şəkərli diabet və qan təzyiqi ömürlük xəstəliklərdir. Bununla belə, davamlı müalicə olunursansa, pəhriz gözləyirsənsə, uzun ömür yaşaya bilərsən. Ona görə də belə reklamların heç bir əsası yoxdur.
Bu reklamlar insanları aldadır. Bəzən həmin reklamlarda əcnəbi alimlərin də fikirlərinə yer verirlər. Yəqin ki, onlara bunun üçün pul verilir. Həmin reklamlarda deyilir ki, “bu dərmanlar apteklərdə yoxdur, yalnız filan ünvana müraciət etməklə əldə edə bilərsiniz”. Belə reklamlara inanan insanlar var və nəticədə onlar aldanırlar. Ona görə də qanunla bioloji aktiv maddələrin reklamı qadağan olundu. Bu hərəkəti edənlər cərimə olunacaqlar. Bu dəyişikliklər insanların xeyrinədir.
- Azərbaycanda icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar ciddi işlər görülür. Sizcə, bu sistemin tətbiqinin üstünlükləri nədən ibarətdir?
- Təbii ki, icbari tibbi sığortaya keçid çox mütərəqqi addımdır. Dünyanın bir çox dövlətlərində səhiyyədə bu sistem tətbiq olunur. Bilirsiniz ki, Azərbaycanda da bu yöndə işlər aparılır. Artıq ilin əvvəlindən Yevlax və Mingəçevirdə pilot layihələr həyata keçirilir. Bu layihələr də özünü doğrultmaqdadır.
Amma mən hesab edirəm ki, bu məsələdə hər şeyi dövlətin üzərinə yükləmək lazım deyil. İşəgötürənləri bu prosesə cəlb etmək lazımdır ki, öz işçiləri ilə əmək müqaviləsi imzalasınlar. Və işçiyə verilən əməkhaqqından da icbari tibbi sığorta üçün ödənişlər edilsin. Belə olarsa, dövlətin yükü də xeyli azalar. Mən inanıram ki, bu sistem ölkəmizdə uğurla tətbiq olunacaq.
- Bəs dərmanların qiymətlərinin dövlət tənzimlənməsi ilə əlaqədar nə deyə bilərsiniz?
- Əlbəttə ki, bu da çox təqdirəlayiq haldır. Bilirsiniz ki, əvvəllər dərman vasitələri apteklərdə fərqli qiymətə satılırdı. Bunun üçün isə heç bir əsas yox idi. Burada, sadəcə, məqsəd daha çox pul qazanmaq idi. Bundan əziyyət çəkənlər də insanlar idi. Ona görə də dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi cəmiyyətimizdə yüksək qymətləndirilir.
Bu məsələ dövlət başçısının tapşırığıdır və Onun tapşırığına uyğun olaraq hökumət bu addımları atır. Bilirsiniz ki, dərmanlar xaricdən idxal olunur və bu da milyonlarla vəsaitin xaricə getməsi deməkdir. Ölkə Prezidentinin tapşırığı ilə Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması istiqamətində də iş gedir. Azərbaycan dərman bitkiləri ilə zəngindir. Yəni dərman istehsal etmək üçün bitki xammalı ehtiyatımız çoxdur. Bundan istifadə edilməlidir. Yəqin ki, bu məsələ də tezliklə müsbət həllini tapacaq. Yerli dərman istehsalı dərmanların qiymətlərinin daha da ucuzlaşmasına gətirib çıxaracaq, həm də milyonlarla vəsaitin xaricə çıxarılmasının qarşısını alacaq. Dövlət tərəfindən qiyməti tənzimlənən dərmanları hansı apteklər fərqli qiymətə satırsa, onlar cərimələnir. Gələcəkdə də belə olacaq.
- Rafiq müəllim, siz Milli Məclisdə bölgələri təmsil edirsiniz. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?
- Bilirsiniz ki, son illər regionların inkişafı böyük vüsət alıb. Bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib. Mən tez-tez xarici ölkələrə səfər edirəm və deyə bilərəm ki, bölgələrimiz Avropa ölkələrindəki vəziyyətdən heç də fərqlənmir.
Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırkı mərhələdə görülən işlər yüksək qiymətə layiqdir. Bu Dövlət proqramları regionlarda infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azaldılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlıdır. Regionların inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılmasını vacib hesab edərək bu prosesə şəxsən nəzarət edir.
Bildiyiniz kimi, ölkəmizdə 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Artıq bu proqramların üçüncü mərhələsi icra olunmaqdadır və bu proses böyük dinamika ilə müşahidə olunur. Proqramların icrası nəticəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bu gün də bu proses uğurla davam edir. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır.

 
  • Oxunub:  13380  |  
  • Tarix:  14-07-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

19 Yanvar 20:11
Mərkəzi Seçki Komissiyasının sədri MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb
19 Yanvar 16:34
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 12:06
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
19 Yanvar 10:27
20 Yanvar faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb
18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+2 +5