Ana səhifə »  Müsahibə »  142 illik tarixə malik milli mətbuatımız zəngin və şərəfli yol keçib
A+   Yenilə  A-
142 illik tarixə malik milli mətbuatımız zəngin və şərəfli yol keçib

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə www.yap.org.az saytına müsahibə verib:
- Vüqar müəllim, milli mətbuatımızın 142 illiyini qeyd edirik. Mətbuatımızın keçdiyi inkişaf yolunu necə dəyərləndirərdiniz?
- Bu günümüzün reallıqlarına söykənərək deyə bilərik ki, hər gün, hər saat Azərbaycan tarixinə bir uğur səhifəsini əlavə edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda ötən 142 ilin mətbuatımızın inkişafında oynadığı rol daha aydın görünür. Bir məqamı da nəzərə alsaq ki, hər bir məsələnin həllində təbliğat işinin lazımi səviyyədə qurulması önəmlidir, bu halda həqiqət carçısı kimi mətbuatın zamanın tələblərinə uyğun olaraq təkmilləşməsi, yeniləşməsi mütləqdir. Mətbuat bütün dövrlərdə həqiqətlərin təbliğatçısı kimi öndə olub. Mətbuatın müasir inkişaf tarixindən bəhs etdikdə isə sözsüz ki, müstəqillik tariximizi xüsusi qeyd etməliyik.
26 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yolu göz önündədir. Bu gün Azərbaycan dünyanı heyrətləndirən uğurları, inkişaf modeli ilə nümunə göstərilir, təqdir edilir. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları hər kəsə məlumdur. Bu uğursuzluqlar fonunda mətbuatın da hansı çətinliklərlə üzləşdiyi məlumdur. Təbii ki, o dövrdə mətbuat azadlığından danışmaq qeyri-mümkün idi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın inkişaf tarixində yeni bir mərhələnin əsasını qoydu. Uğurlu daxili siyasət nəticəsində ölkədə sabitliyin yaradılması bütün istiqamətlərdə inkişafa yol açdı. O cümlədən mətbuat cəmiyyətin güzgüsü olaraq öz missiyasını daha yüksək səviyyədə yerinə yetirməyə başladı, qanunvericilik bazası təkmilləşdi, qəbul olunan qanunlar bu inkişafa öz töhfəsini verdi. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə mətbuat üzərindən senzuranın ləğvi demokratik, dünyəvi və sivil dövlət quruculuğu yolunu tutan Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açdı. Bir sözlə, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçiləri ilə mütəmadi görüşlərin ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə Ulu öndər Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
Son 14 ilə yaxın dövrdə Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi yeni-yeni hədəflərin müəyyənləşdirilməsini, onlara çatmaq yollarını stimullaşdırdı. Bu təkmilləşmə mətbuatımızdan da yan keçmədi. Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da deyilənlərin təsdiqidir. Fondun yaradılmasında məqsəd təbii ki, azad mətbuatı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasının, o cümlədən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir. Fondun, Mətbuat Şurasının müxtəlif nazirliklərlə birlikdə mütəmadi olaraq ayrı-ayrı mövzularda keçirdikləri yazı müsabiqələri müstəqil mətbuatın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına, yaradıcılıq imkanlarının genişləndirilməsinə öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında bildirmişdir: “Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax qeyd etdiyiniz bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır”. Ölkə Prezidenti eyni zamanda “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir” fikirləri ilə Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri diqqətə çatdırır. Tarixin yaddaşı, zamanın hakimliyi fonunda bu fikri böyük inam və qətiyyətlə qeyd edə bilərik ki, Azərbaycan mətbuatı bu gün inkişafın yeni mərhələsini yaşayır.
Möhtərəm Prezidentimiz İlham Əliyev cəmiyyət həyatında mətbuatın rolunu yüksək dəyərləndirərək bildirir ki, hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ən əsası, müasir dünyada azad medianın səviyyəsi hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Azərbaycan qarşısına inkişaf etmiş ölkələr sırasında addımlamaq hədəfini qoyub. Belə olan halda təbii ki, media ilə bağlı məsələlər də ən yüksək səviyyədə öz həllini tapmalıdır. Heç şübhəsiz ki, ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi, müasirləşmənin, modernləşmənin dövlət siyasətinin ana xəttini təşkil etdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Bu vəzifələr bir daha belə bir reallığı təsdiqləyir ki, hər dövrün öz tələbi var. Bu tələblərdən irəli gələn addımlar, imzalanan fərman və sərəncamlar yenilikləri, uğurları qaçılmaz edir. Bu mənada 142 illik tarixə malik milli mətbuatımız zəngin və şərəfli yol keçib, böyük uğurlara imza atıb.
- Mətbu orqanın rəhbəri kimi ictimai fikrin formalaşmasında əsas rol oynayan yazılı və elektron KİV-də bütün dövrlər üçün aktuallığını saxlayan jurnalist peşəkarlığından və məsuliyyətindən razısınızmı?
- Bu gün böyük fəxr hissi ilə qeyd ediriksə ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır, bu halda hər bir mətbu orqanın, media nümayəndəsinin üzərinə düşən məsuliyyət daha aydın görünür. Ölkəmizdə internet istifadəçilərinin sayı 80 faizə bərabərdir. Bu günün əsas tələbi budur ki, ictimaiyyətin informasiya tələbatı yüksək səviyyədə ödənilsin. Eyni zamanda günümüzün digər çağırışı informasiya təhlükəsizliyinin təmin edilməsidir. Təbii ki, bu çağırışlar özlüyündə jurnalist məsuliyyəti və peşəkarlığını aktuallaşdırır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqamı hər zaman önə çəkir ki, jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi çox vacib məsələlərdir: “Bu gün dünyada gedən proseslər, təsir uğrunda aparılan mübarizələr - açıq və gizli mübarizələr - əlbəttə ki, Azərbaycandan da yan keçə bilməz. Ölkəmizin önəmi, təbii resurslarımızın mövcudluğu, müstəqil siyasətimiz və öz gücümüzə olan inamımız, əlbəttə ki, Azərbaycanı bu sahədə çox cəlbedici ölkəyə çevirir. Azərbaycanı təsir altına salmaq, təzyiq etmək, öz tərəfinə çəkmək cəhdləri son 10 il ərzində durmadan aparılır. Bəzi məsələlərdən media nümayəndələri xəbər tuturlar, bəzi məsələləri onlar çox düzgün təhlil edirlər. Məhdud da olsa məlumatdan istifadə edib düzgün təhlil aparmaq üçün imkanlar vardır. Amma bir çox məsələlər cəmiyyət üçün qaranlıq olaraq qalır. Ancaq deyə bilərəm ki, bu mübarizə davam edir və Azərbaycanın müstəqil xətti, xüsusilə xarici siyasət, enerji resurslarının nəqli, daxili siyasət, Qarabağ məsələsi ilə bağlı barışmaz mövqeyi bəzi dairələri hərəkətə gətirir. Belə olan halda ölkəmizin inkişafı ilə bağlı atılan addımlarımız bəzi dairələrdə narahatlıq doğurur. Belə olan halda müxtəlif üsullardan istifadə edilə bilər və istifadə də edirlər - “qara piar” kampaniyası, ölkəmizi ləkələmək cəhdləri. Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etməyə çalışırlar, seçkilərlə bağlı hərdənbir, yəni beş ildə bir dəfə fürsət düşdükcə istifadə edirlər. Bütün bu reallıqları Azərbaycan cəmiyyəti bilir və bilməlidir. Belə olan halda biz özümüzü, müstəqil xəttimizi qorumaq üçün, əlbəttə ki, daha da güclü olmalıyıq”. Dövlətimizin başçısı İlham Əliyev bu reallıqlara söykənərək, belə bir tezisi irəli sürür - Azərbaycan mediası daim inkişaf etməlidir. Bu məqsədi şərtləndirən amil isə budur: “Əgər biz keçmiş illərə nəzər salsaq görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir”.
Siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır.
Bir əsas məqamı da xüsusi qeyd etməliyəm ki, dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərə diqqət və qayğısının nəticəsidir ki, üç dəfə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Qeyd edək ki, möhtərəm Prezidentimiz İlham Əliyevin üçüncü dəfə layiq görüldüyü “Jurnalistlərin dostu” mükafatı ilə bağlı sorğu 2017-ci il iyunun 20-dən iyulun 15-nə kimi kütləvi informasiya vasitələri arasında elan edilib. Sorğunun nəticələrinə əsasən, səsvermədə iştirak edənlərin böyük əksəriyyəti cənab Prezident İlham Əliyevi “Jurnalistlərin dostu” adına layiq görüb. Jurnalistlər üçün tikilmiş ikinci binanın istifadəyə verilməsi mərasimində Prezident-media dostluğunun simvoluna çevrilmiş “Jurnalistlərin dostu” mükafatı dövlətimizin başçısı İlham Əliyevə təqdim olundu. “Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, aldığı bu mükafatdan asılı olmayaraq, bundan sonra da Azərbaycanda bu sahədə daha da böyük addımlar atılacaq: “Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm”.
- Vüqar müəllim, bu günlərdə rəhbərlik etdiyiniz “İki sahil” qəzetinin 26 yaşı tamam oldu. “İki sahil”in çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yer tutmasını şərtləndirən amillər hansılardır?
- Azərbaycanda demokratik inkişafın əsas göstəricilərindən biri qeyd etdiyimiz kimi, mətbuat azadlığının mövcudluğu və bu istiqamətdə atılan addımların davamlı xarakter almasıdır. Azərbaycan mətbu orqanların sayına görə MDB məkanında öncül yerlərdə dayanır. Qeyd etdiyimiz kimi, müstəqillik tariximizdə istər Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, yəni 1993-2003-cü illərdə, istərsə də son 14 ilə yaxın dövrdə, yəni Ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi dövrdə mətbuata göstərilən diqqət və qayğıdan rəhbərlik etdiyim “İki sahil” qəzetinə də böyük pay düşüb. “İki sahil”in bu gün çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmasında təbii ki, əqidəsinə, tutduğu yola sadiqliyi böyük rol oynayır. Qəzetimiz yarandığı gündən dövlətə, dövlətçiliyə, xalqa xidməti əsas prinsip kimi qəbul edib, bu gün də bu yolda inamla addımlayır. “İki sahil” qəzetinin çoxsaylı kollektivi bütün dövrlərdə Azərbaycan reallıqlarının təbliğində üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirib. 22 iyul - Milli Mətbuat Günü ərəfəsində olduğumuzu nəzərə alaraq, bu məqamı da xüsusi qeyd etməliyəm ki, ötən illər ərzində qəzetimizin fəaliyyəti daim yüksək dəyərləndirilmiş, əməkdaşlarımızın bir qismi “Əməkdar jurnalist” adına layiq görülmüş, medallarla təltif olunmuşlar. Jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı imzalanan müvafiq Sərəncama uyğun olaraq hədiyyə olunan mənzillərdən bizim əməkdaşlara da pay düşüb. Təbii ki, dövlətin mətbuatın inkişafına, jurnalist peşəkarlığının artırılmasına göstərdiyi diqqət və qayğı digər mətbu orqanlar kimi “İki sahil”in də qarşısında məsuliyyət hissini artırır. Çalışırıq ki, bütün səylərimizi birləşdirərək, Azərbaycan reallıqlarının təbliğinə, ölkəmizin hərtərəfli inkişafına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə öz töhfəmizi verək. 26 ildə bu missiyanı necə yerinə yetirmişik, bunu oxucu auditoriyamızın günbəgün genişlənməsi də təsdiqləyir.
- Dövlətimizin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı sırasında jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasını xüsusi qeyd etməliyik. Bu, dünyada analoqu olmayan addımdır...
- Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanan davamlı sərəncamlar media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Təbii ki, dövlətimizin bu addımı da iqtisadi inkişafa əsaslanır. İlk Sərəncam 2010-cu ildə milli mətbuatımızın 135 illiyi ərəfəsində imzalandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Milli mətbuatın 138 illiyində həmin binanın açılışı oldu. 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina jurnalistlərin istifadəsinə verildi. Ev alan jurnalistlər arasında heç bir ayrı-seçkiliyin qoyulmaması, yəni siyasi mövqeyindən asılı olmayaraq, bütün media nümayəndələrinin bu qayğıdan bəhrələnməsi dövlətimizin azad mətbuatın inkişafına diqqətinin bariz nümunələrindən biri idi.
2013-cü ildə “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” möhtərəm Prezidentimiz növbəti Sərəncam imzaladı. Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir. Son illər milli mətbuata ayrılan dövlət yardımlarının həcmi xeyli artırılmış, KİV redaksiyaları və fərdi jurnalist layihələrinə hərtərəfli dəstək göstərilmiş, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. İyulun 20-də ikinci - 17 mərtəbəli, üç bloklu, 255 mənzilli binanın təntənəli açılış mərasimi keçirildi. Tədbirdə çıxış edən ölkə Prezidenti İlham Əliyev bu xatırlatmanı etdi: “ 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var. Çünki indi yol bir tərəfdən çəkilibdir, ona görə müvafiq göstəriş verilibdir ki, hər iki tərəfə çıxış olsun, insanlar burada daha da rahat yaşasınlar”. Möhtərəm Prezidentimiz İlham Əliyev bu reallığı bir daha diqqətə çatdırdı: “Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır”. Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin 19 iyul 2017-ci il tarixli “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı.
Göründüyü kimi, ölkəmizin iqtisadi inkişafı digər sahələr kimi, mətbuatın da inkişafı yönündə davamlı addımların atılmasını stimullaşdırır.
- Vüqar müəllim, müharibə şəraitində yaşayan ölkə olduğumuzu nəzərə alsaq, mətbuatın üzərinə düşən mühüm missiyalardan biri də Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasıdır. Mətbuat bu vəzifəni hansı səviyyədə yerinə yetirir?
- XXI əsr informasiya mübarizəsi əsridir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, internetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Cənab İlham Əliyev bildirir: “Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq”.
Möhtərəm Prezidentimizin hər bir çıxışında Dağlıq Qarabağın gündəlik işimiz olması ən mühüm çağırış kimi səsləndirilir. Ümummilli məsələlərdə birlik, həmrəylik vacibdir. Siyasi əqidəsindən, mövqeyindən asılı olmayaraq bütün mətbu orqanlar, media nümayəndələri yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin açıqlanmasına öz töhfələrini verməlidir. Azərbaycanın diplomatik uğurları, eyni zamanda iqtisadi imkanlarının artması fonunda yüksələn nüfuzu bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün nümayişi oldu. Həmçinin Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.
Fürsətdən istifadə edərək 22 iyul - Milli Mətbuat Günü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara qələbə sevincinin müjdəçisi olmağı arzulayıram.

 
  • Oxunub:  11550  |  
  • Tarix:  21-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

21 Oktyabr 12:15
UNEC-in rektoru tələbə və əməkdaşların müraciətlərini dinləyib
21 Oktyabr 12:11
Hava nəqliyyatı ilə sərnişindaşıma 10 faiz artıb
21 Oktyabr 12:09
Çində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib
21 Oktyabr 11:47
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
21 Oktyabr 11:42
Azərbaycan Milli Məclisinin Sədri Yaponiyaya səfərə gedib
21 Oktyabr 11:34
Ramin İsayev: Türk Şurasının Bakı Zirvəsi milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimul verdi
21 Oktyabr 11:27
Elçin Quliyev: Xalqla dövlət arasında olan inama, etibara heç bir qüvvə mane ola bilməyəcək
21 Oktyabr 11:24
Əli Vəhdəti: Azərbaycanda innovasiya və yeni texnologiyaların inkişafına geni imkanlar yaradılıb
21 Oktyabr 11:22
“Jewish News Syndicate”: Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman münasibətlərinin parlaq nümunəsidir
21 Oktyabr 11:19
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
21 Oktyabr 10:57
Nazir: Məqsədimiz milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir
21 Oktyabr 10:55
İndoneziya Prezidenti Coko Vidodonun inaqurasiya mərasimində Azərbaycan da təmsil olunub
21 Oktyabr 10:53
Qoşunların təmas xətti yenidən monitorinq ediləcək
21 Oktyabr 10:48
Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi
21 Oktyabr 10:47
II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
21 Oktyabr 10:34
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib
21 Oktyabr 10:02
Qrant gəmiricilərinin " payız hesabatı " iflasa uğradı
21 Oktyabr 09:59
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21 Oktyabr 09:44
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
21 Oktyabr 09:07
Cocuq Mərcanlı kəndində “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib
21 Oktyabr 09:06
Özbəkistanda keçirilən Beynəlxalq İnvestisiya Forumunda ölkəmiz də təmsil olunub
21 Oktyabr 08:45
Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq
21 Oktyabr 08:42
Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub
21 Oktyabr 08:36
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub
20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib
20 Oktyabr 10:50
Oktyabrın 20-si Energetiklər Günüdür
20 Oktyabr 09:42
Belə təbliğat şəbəkəniz varsa
19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA