Ana səhifə »  Müsahibə »  Əflatun Amaşov: Prezidentlə hər görüş jurnalistlərdə əminlik yaradır
A+   Yenilə  A-
Əflatun Amaşov: Prezidentlə hər görüş jurnalistlərdə əminlik yaradır

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun APA-ya müsahibəsi:
- Həm milli mətbuatımızın yaranmasının 142-ci ildönümünü qeyd edirik, həm də jurnalistlər üçün inşa edilmiş yaşayış binasının açılışı oldu. Təəssüratlarınızı bölüşməyinizi istərdik.
- Cənab Prezidentin jurnalistlərlə görüşü özlüyündə mühüm hadisədir. Bu hadisənin iştirakçısı olmağımdan məmnunam. İnanıram ki, eyni hiss toplantı iştirakçılarının hamısına aiddir. Mərasimdəki çıxışımda bildirdim ki, peşəsindən asılı olmayaraq hər bir insanın mənzil sahibi olması, öz doğma ocağının istisinə sığınması qədər gözəl yaşantı yoxdur. Media təmsilçilərinə bu unudulmaz anı bəxş etdiyi üçün dövlət başçısına dərin təşəkkürümü bildirirəm.
Cənab Prezidentlə hər görüş biz jurnalistlərdə əminlik yaradır. Bu əminlik ilk növbədə onunla əlaqədardır ki, media təmsilçilərimiz dövlətin birinci şəxsinin onların fəaliyyəti ilə maraqlandığını, bu fəaliyyətin az qala hər detalını diqqətdə saxladığını hiss edirlər. Cənab İlham Əliyevin açılış mərasimindəki çıxışı son dərəcə fundamental idi və tam bir proqram mahiyyəti daşıyırdı. Bu proqram jurnalistikamızın dünəninin və bu gününün təhlilindən, müasir dövrdəki vəziyyətinin, qarşıda duran vəzifələrinin, bir növ, məcmusundan ibarətdir.
Dünyanın informasiya məkanına inteqrasiya tədbirləri mühüm əhəmiyyət daşımaqdadır. Dövlət başçısının nitqindən gəldiyim növbəti qənaət budur ki, jurnalistikamızın beynəlxalq standartlara cavab verəcək struktura malik simasını görmək onu ciddi şəkildə düşündürür. Bu, ümumən medianın roluna konseptual baxış nümunəsidir. Ölkə başçısı çıxışında dünyada söz və ifadə azadlığı ilə bağlı müasir tendensiyaların izahını zərgər dəqiqliyi ilə verdi. Mövcud müstəvidəki konkret spekulyasiya motivlərinin təhlilini apardı və nəticəyə gəldi - Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır.
Biz jurnalistlər fəaliyyətimizdə dövlətimizin ali mənafeyini düşünməliyik. Bunu necə edə bilərik? Əlbəttə peşəkarlığımızla. Əgər biz peşəkarıqsa və qəlbimizlə bu vətənə xidmət etməyi düşünürüksə, o zaman şübhəsiz ki, müsbət nəticələrimiz olacaq. Öz şərtlərimizi diqtə edən tərəfə çevriləcəyik. Cənab Prezident zaman-zaman informasiya müharibəsində geri qaldığımızı dilə gətirdi. Ancaq həmin vəziyyətin artıq əhəmiyyətli dərəcədə xeyrimizə dəyişdiyini də müsbət məqam kimi xarakterizə etdi.
Vətəndaş üçün dövlətinin, Prezidentinin onun əməyini qiymətləndirməsindən ali hiss ola bilməz. Bu hissin təpədən dırnağadək hər bir jurnalistə hakim kəsildiyi açılış mərasimi eyni zamanda dövlət başçısının media təmsilçiləri ilə xoş və yaddaqalan fərdi təması, söhbətləri, fikir mübadilələləri baxımından da əlamətdar oldu. Jurnalistlər dövlət başçısına onlara yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirdilər. Kifayət qədər səmimi mənzərəni müşahidə etdik, kövrək anlar yaşadıq.
Hesab edirəm ki, 20 iyul 2017-ci il tarixinin jurnalistlərimiz üçün ən kuliminasiya anı cənab Prezidentin onlar üçün növbəti - üçüncü binanın təməlini qoyması idi. Bu, yeni ümidlər, yeni gün üçün əzmlə çalışmaq istəyi və stimuludur. Bu, eyni zamanda jurnalistikanın nüfuzlu və rentabelli peşəyə çevrilməsi deməkdir. Mediaya sistemli dövlət qayğısı hər bir gəncin bu sahədə çalışaraq öz həyat şəraitini təmin etməsinin mümkünlüyü imkanlarını aktuallaşdırır. Mövcud istiqamətdə cəmiyyətdə müzakirələr gedir. Bir daha deyim ki, qeyd etdiklərim peşəmizi populyarlaşdırır. Bütün bunlara görə cənab İlham Əliyevə media ictimaiyyəti adından sonsuz minnətdarlığımı bildirirəm.
- Ancaq kənarda qalan həmkarlarımız da var. Onların içərisində narazılıqlarını bildirənlərə də rast gəlinir. Bununla bağlı nə deyə bilərsiniz?
- Mənzillərin sayı 255 idi. Ümumən birinci bina təhvil veriləndən bu yaxınlaradək mənzillə bağlı 3000-ə yaxın müraciət qeydə alınmışdı. Əlbəttə, onların müəyyən qismi təkrar müraciətlərdir. Sənədlər mərhələlərlə belə desək, ələndikdən sonra yekunda 255 müraciət üzərində dayanıldı. Təbii, haqqı çatan həmkarlarımız çoxdur. Onların müəyyən hissəsi mənzil sevincini yaşaya bilmədi. Ancaq bir anlığa onu da düşünək ki, seçilənlər jurnalistikamızın inkişafında xidmətləri olan, haqqı çatan, eyni zamanda ehtiyacı olan insanlardır. Uzun müddətdir səmərəli fəaliyyətləri ilə fərqlənmiş həmkarlarımızdırlar və mənzil sevincini ürək dolusu yaşamağa tam layiqdirlər.
Qeyd etdiyim kimi, cənab Prezident tərəfindən üçüncü binanın da təməli qoyuldu. Mən həqiqətən xidmətləri olan, ancaq mənzil sahibinə çevrilə bilməyən jurnalistləri təmkinli olmağa, həmkarlarının sevincinə şərik çıxmağa çağırıram. Əminəm ki, onlar da özlərinin mənzil arzularını gerçəkləşdirə biləcəklər.
Digər tərəfdən, istənilən prosesdə narazıların mövcudluğu labüddür. Nə də mütləq obyektivlik mümkündür. Mən də sosial şəbəkələri izləyirəm. Açığı etiraz edənlərin hamısının obyektiv olduğunu düşünmürəm. Nifrət, kin-küdurət yağdıranları ümumiyyətlə, anlamaq mümkünsüzdür. Hətta bəziləri var ki, ümumi axarda hansısa məqsədlərini gerçəkləşdirmək, dövlətimizin media ilə bağlı siyasətinə kölgə salmaq yolu tutduqları gün kimi aydındır. Həqiqətən haqqı çatıb etiraz edənlər bu məqamı nəzərə almalıdırlar. Çünki birincilərin hay-küyü onların doğru mövqeyinin eşidilməsinə maneçilik törədir. İstərdim ki, bunları da düşünək.
Kimsə kimisə üzdən tanımaya, onun harada çalışdığını bilməyə, xidmətlərinin, işinin nədən ibarət olduğunu anlamaya bilər. Ancaq bir daha bildirim ki, seçimdə Azərbaycan jurnalistikasının palitrasının əks olunduğunu görmək mümkündür. Əsas məsələ də budur və bu məqam prosesin ədalətli şəkildə başa çatdırıldığı barədə rəyin formalaşması üçün yetərlidir.
- Açılış mərasimində prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edildi...
- Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası və “Ruh” Jurnalistlərin müdafİəsi ictimai birliyi iyunun 20-dən iyulun 15-dək olan müddətdə “Jurnalistlərin dostu” mükafatının qalibinin adının müəyyənləşdirilməsi məqsədi ilə sorğu keçirib.
Sorğu 15 jurnalist təşkilatı, 27 gündəlik qəzet, 20 həftəlik qəzet, 8 bölgə qəzeti, 14 informasiya agentliyi, 11 jurnal, 25 internet informasiya resursu, 12 telekanal və 4 radio olmaqla ümumilikdə 136 media qurumu arasında aparılıb.
Sorğu anketlərinin hamısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı çəkilib. Beləlikdə dövlət başçısı “Jurnalistlərin dostu” mükafatının 2017-ci il üçün qalibi seçilib.
Biz mükafatın təqdimatı ilə jurnalistlər üçün yeni inşa edilmiş binanın açılışı eyni vaxta təsadüf etməsini düşündük. Çünki yuxarıdakı rəqəmlərdən də görünür ki, sorğuda iştirak etmiş respondentlər bütövlükdə ölkəmizin media palitrasını təşkil edirlər və onların seçimi bir növ minnətdarlıq jestidir.
Ümumən onu da vurğulayım ki, “Jurnalistlərin dostu” mükafatı Prezident-media dostluğunun simvoluna çevrilib. Mükafatın əsasnaməsində də onun cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaq məqsədilə təsis edildiyi vurğulanır. Bütün bunlar gələcək nəsillərə ötürülməsi vacib olan ali dəyərlərdir və çox qürurvericidir ki, bu dəyərlər Azərbaycan dövlətinin media siyasətində də əksini tapmaqdadır. Biz belə xoş günlərdə bu siyasətin memarı olan Ulu öndər Heydər Əliyevi minnətdarlıq hissləri ilə anırıq. Ona 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatının təqdim edildiyi anları xatırlayırıq. Keçmişlə bu günün müqayisəsini aparırıq. Həmin vaxt Azərbaycan mediası hansı mərhələyədi, indi hansı mərhələdə? Hesab edirəm ki, ürəyi cəmiyyətin nəbzi ilə vuran hər bir jurnalist reallıqları görür, onu yüksək qiymətləndirir. Bütün bunlara görədir ki, cənab İlham Əliyev jurnalistlərimizin dostudur və əminliklə deyə bilərəm ki, bu, artıq əbədi dostluqdur.
- Azərbaycan mətbuatının 142 yaşı tamam olur. Milli mətbuatımızın keçdiyi yolu xarakterizə edərkən hansı məqamları qabartmaq mümkündür?
- Əsası “Əkinçi” qəzeti ilə qoyulmuş Azərbaycan mətbuatı XX əsrin əvvəllərindən başlanmış milli özünüdərk mücadiləsində müstəsna rol oynadı. Dövrün görkəmli ziyalılarının və maarifçilərinin, əməksevər vətənpərvərlərinin vahid cəbhəsini müəyyənləşdirən mətbuat öz səhifələrində dövlət suverenliyinin ideya-nəzəri istiqamətlərini canlandırdı. Ancaq Vətənimiz Azərbaycanın 1918-ci ildə qazanılmış dövlət müstəqilliyi cəmi 23 ay çəkdi.
SSRİ-nin qurulması ilə başlanmış dövrün sərt idarəçilik forması Azərbaycan mətbuatına da mənfi təsirini göstərdi. Ancaq 70 illik imperiya əsarəti onu Həsən bəy Zərdabi ənənələrindən, Əlimərdan bəy Topçubaşovun, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun, Məhəmməd Əmin Rəsulzadənin və digər dühaların miras qoyduğu irsdən uzaqlaşdırmadı. Əksinə həmin irsə bağlı jurnalistlər nəsli formalaşdı ki, məhz həmin nəsil özünün peşəkarlıq vərdişlərinə həssas tarixi keçmişin yaşantılarını qataraq Azərbaycanın istiqlalına gedən yolu işıqlandırdı.
Ümumən mətbuatımızın 142 ili fəxarət tariximizdir. Ötən 142 ildə peşəmiz cəmiyyətlə birgə addımladı, onun avanqardına çevrildi. Əlbəttə, çətinliklərimiz də az olmadı. Ancaq müqayisə aparsaq, irəliləyişlərimiz və konkret uğurlarımız çoxdur.
Bu gün Azərbaycan mediası Qafqaz regionu ilə bağlı son dərəcə etibarlı informasiya mənbəyinə çevrilib. Bu, konkret nəticədir. Sual oluna bilər ki, belə bir nəticə necə əldə olunub? Mən niyyət məsələsini qabartmaq istərdim. Azərbaycanda medianı azad və müstəqil görmək istəyən, onun 142 illik tarixini xalqın şərəf yolu, dövlətimizin mövcudiyyət formulu kimi dəyərləndirən hakimiyyət var.
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mətbuatla bağlı islahatları müstəqillik dövrü media tariximizin müstəsna mərhələləridir. 1998-ci ildə senzuranın ləğvindən, mediamızın, bir növ, dövlətsizləşdirilməsindən, Mətbuat Şurasının yaradılmasından, mediamızın hüquqi bazasının zənginləşdirilməsindən tutmuş jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasınadək hər bir məqam üzərində xüsusi dayanmaq mümkündür.
Media əhli peşə bayramından söhbət düşəndə deyir ki, 22 iyul hər birimizin Həsən bəy Zərdabi ruhu önündəki hesabatıdır. Bayramın bayrama qarışdığı bu günlərdə mən jurnalistlərimizə ilk növbədə həmin hesabatı alnı açıq, üzü ağ verməyi arzulayıram. Bunun üçün isə qarşıda duran ən mühüm vəzifə yüksək peşəkarlıq xüsusiyyətlərinə yiyələnmək, əldə edilən bilikləri və təcrübəni bir qədər də dərinləşdirmək və ümumilikdə mətbuatımızın səviyyəsini yüksəltmək, onun vətəndaş cəmiyyəti quruculuğu prosesində daha aktiv iştirakına nail olmaqdır.

 
  • Oxunub:  11340  |  
  • Tarix:  22-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18