Ana səhifə »  Müsahibə »  Nurəddin Mustafayev: İcra xidmətində qanunçuluğun möhkəmləndirilməsi bu sahədə işin səmərəliliyinə müsbət təsir göstərib
A+   Yenilə  A-
Nurəddin Mustafayev: İcra xidmətində qanunçuluğun möhkəmləndirilməsi bu sahədə işin səmərəliliyinə müsbət təsir göstərib

Xəbər verdiyimiz kimi, bu günlərdə Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib. Bununla əlaqədar insan hüquqlarının təmin edilməsində, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edən məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində mövcud vəziyyət və çətinliklər, aparılan islahatlar və qarşıda duran məqsədlər barədə Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru baş ədliyyə müşaviri Nurəddin Mustafayev AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Hörmətli Nurəddin müəllim, ilk öncə məhkəmə qərarlarının icrasına bilavasitə rəhbərlik edən baş icra məmuru kimi, bu sahənin əhəmiyyəti barədə oxuculara məlumat verməyinizi istərdik.
- Çox sağ olun. Fikrimcə, insan hüquq və azadlıqlarının təmin edilməsində məhkəmə qərarlarının icrası qədər vacib və əhəmiyyətli olan sahələr çox azdır. Məhkəmə icraatının davamı və son mərhələsi olan məhkəmə qərarlarının icrası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulandığı kimi, ədalət mühakiməsinin tərkib hissəsidir. Hüququn bərpası, ədalətin təntənəsi məhz qərarın icrası anında tamamlanır və həmin anda haqq sahibində daxili bir razılıq və könül xoşluğu yaradır. Ona görə də bu sahə əhəmiyyətli və məsuliyyətli olduğu qədər, qərarların icrasına nail olmağın faydası və mənəvi zövqü də böyükdür.
İcra icraatını bilavasitə həyata keçirən Ədliyyə Nazirliyinin İcra xidmətinin əsas fəaliyyəti vətəndaşların hüquqlarının bərpa olunmasını, qərarların icrasını vaxtında və dürüst təmin etməkdir. Bu, olduqca məsuliyyət və operativlik tələb edir. Çünki əhalinin məhkəmələrə inamının təzahürü olaraq baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin həddindən çox artmasına səbəb olub. Təkcə ötən il ərzində yerli icra qurumlarının icraatında olan icra sənədlərinin sayı 712 mini ötüb, bu ilin birinci yarısında isə 695 minə çatıb. Bu, olduqca böyük rəqəmdir və mən deyərdim, arzuolunmazdır. Doğrudur, bunun bir sıra obyektiv səbəbləri, eyni zamanda, məhkəmə mübahisələrinin çoxluğunun müsbət tərəfləri vardır - vətəndaşların məhkəmələrə inamının artması, aralarındakı mübahisələri məhz bu müstəvidə, mədəni səpkidə həll etməyə üstünlük vermələri kimi. Bununla belə son dövrlər məhkəmə işlərinin, dolayısı ilə icra sənədlərinin kəskin artması iqtisadi mübahisələrlə bağlı olur. Təsadüfi deyil ki, icraatda olan icra sənədlərinin böyük bir qismi kredit mübahisələri ilə əlaqədardır. Buna baxmayaraq, İcra xidməti olaraq üzərimizə düşən vəzifə, sözsüz ki, qərarların icrasını təmin etməkdir. Ona görə də bu sahədə işin səmərəli qurulması, elmi texniki nailiyyətlərin tətbiqi daim diqqət mərkəzində saxlanılır.
- İcra işinin yaxşılaşdırılması istiqamətində nə kimi islahatlar aparılır?
- Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi yenidən qurulub, ilk növbədə, icra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirilib, Konstitusiyada məhkəmə qərarlarının icra edilməməsinə görə məsuliyyət təsbit olunub, qanunvericilik əsaslı şəkildə yenilənərək təsirli icra mexanizmləri yaradılıb, icra məmurlarının səlahiyyətləri genişləndirilib, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirilib.
Eyni zamanda, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması mexanizmi təkmilləşdirilərək, insan hüquqlarının təmin olunması baxımından qadağanın daha çevik götürülməsi məqsədilə icra xidmətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılıb. Bununla bağlı nazirliyin internet saytında elektron xidmət fəaliyyət göstərir.
Onu da xüsusi qeyd etmək lazımdır ki, dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrası vəziyyəti Azərbaycan Prezidentinin daim nəzarətindədir. Bu məsələ ilə bağlı hər altı aydan bir müvafiq hesabatın dövlətimizin başçısına təqdim olunması icra prosesi iştirakçılarının məsuliyyət hissinin artırılmasına xidmət edərək müsbət nəticəsini verir.
Ümumiyyətlə, bu sahədə işin müasir tələblər səviyyəsində qurulması, təcrübədə meydana çıxan çətinliklər, mövcud iş yükünün azaldılması istiqamətində mühüm addımlar atılır, beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik daim təkmilləşdirilir, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə elektron icra sisteminin tətbiqi üzrə əməli tədbirlər görülür.
Ötən ilin sonunda “İcra haqqında” Qanuna dəyişikliklər edilməklə məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb, icra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib.
Bundan əlavə, icra məmurları tərəfindən qanunçuluğa, etik davranış qaydalarına riayət olunması, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə daim həssaslıqla yanaşılması, korrupsiyanın yolverilməzliyi fəaliyyətimizin əsas rəhbər prinsipləridir.
Ötən bir ildə icra xidmətində qanunçuluğun möhkəmləndirilməsi, əmək və icra intizamına diqqətin artırılması, tələbkarlığın və nəzarətin gücləndirilməsi, hər bir icra məmurunun fəaliyyətinin fərdi olaraq qiymətləndirilməsi bu sahədə işin səmərəliliyinə müsbət təsir göstərib.
Statistikaya nəzər yetirsək görərik ki, ötən il görülmüş kompleks tədbirlər nəticəsində əvvəlki illə müqayisədə 34 faiz çox - 300 mindən artıq işin icrasına nail olunub, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı təxminən 3 dəfə çox - 560 milyon manatadək vəsait ödətdirilib.
Bu sahədə göstəricilər cari ildə də artan templə davam edib, altı ay ərzində icrası təmin edilən işlərin sayı 54 faiz artaraq 288 mini ötüb.
Sözsüz ki, məhkəmə qərarlarının icrasının təmin olunması vətəndaş məmnunluğu doğurur. Lakin unutmaq olmaz ki, icra icraatında çıxış edən tərəflərdən birinin narazı olduğu hallar da mövcuddur. Belə ki, şikayətlərin böyük əksəriyyəti əsassız olmaqla bir çox hallarda bilavasitə icra məmuru ilə deyil, qarşı tərəfin hərəkətləri ilə bağlı olur.
Bununla belə vətəndaşın nə cür düşünməsindən asılı olmayaraq, onun müraciətlərinə nazirlik tərəfindən daim xüsusi həssaslıqla yanaşılır, hər bir müraciət diqqətlə öyrənilir, onun qanunamüvafiq və operativ qaydada həlli üçün konkret tədbirlər görülür. Eyni zamanda, vətəndaşlar mütəmadi nazirlikdə qəbul olunurlar, həmçinin səyyar, virtual qaydada qəbullar təşkil edilir.
Qeyd olunmalıdır ki, ötən bir ildə həyata keçirilən məqsədyönlü tədbirlərin, vətəndaşların yerlərdə müraciətlərinə və qəbulu işinə göstərilən diqqətli münasibətin nəticəsidir ki, nazirliyə qəbula gələn vətəndaşların sayında xeyli azalma müşahidə olunur, icra işi ilə bağlı müraciətlərin sayı da icraatda olan işlərin sayı kontekstində xeyli azalıb. Məsələn, cari il icraatda 700 minə qədər iş olduğu halda, daxil olan şikayətlərin sayı böyük əksəriyyəti dublikat olmaqla 9335 təşkil edib. Başqa sözlə, barəsində şikayət edilən işlərin sayı bütün işlərin heç 1 faizinə çatmır. Yəni, bu qədər işin müqabilində bu sayda müraciətin olması başa düşüləndir. Amma təbiidir ki, bu, bizi qətiyyən arxayın etmir, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə vaxtında və dürüst baxılması hər bir icra məmurunun ümdə vəzifəsidir.
Onu da əlavə etmək lazımdır ki, məhkəmə qərarlarının icrasına arzuedilən səviyyədə nail olunması vətəndaşlarda hüquq düşüncəsinin formalaşdırılmasından bilavasitə asılıdır. Bu istiqamətdə icra xidməti kütləvi informasiya vasitələrindən istifadə edərək maarifləndirici verilişlər yayır. Hər həftənin şənbə günü İctimai Televiziyada və bazar ertəsi günü İctimai Radioda yayımlanan “Qanundan kənar” verilişinin “İcra məmuru” rubrikasında İcra xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumatlar verilir.
- İcra xidmətinin kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir İKT-nin, elektron xidmətlərin tətbiqi barədə nə deyə bilərsiniz?
- Şübhəsiz ki, işin səmərəli təşkil olunması, qarşıda duran vəzifələrin və funksiyaların uğurla yerinə yetirilməsi, ilk növbədə, mənəvi cəhətdən saf, müasir dünyagörüşünə malik, yüksək bilikli və hazırlıqlı kadrların sayəsində mümkündür. Ədliyyə orqanlarının, o cümlədən icra xidmətinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması da kadrlarla işin təşkilindən, onların düzgün seçilməsindən çox asılıdır.
Təsadüfi deyil ki, icra xidmətinin layiqli kadrlarla komplektləşdirilməsi məqsədilə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən müsabiqələr nəticəsində uğur qazananların 60 faizi, əksəriyyəti gənclər olmaqla məhz icra qurumlarına təyin olunublar. Bununla yanaşı, fəaliyyətində ciddi qanun pozuntularına, o cümlədən vətəndaşların haqlı narazılıqlarına səbəb olan neqativ hallara görə xidmətin bəzi əməkdaşları ciddi cəzalandırılıb, o cümlədən ədliyyə orqanlarından xaric ediliblər.
Eyni zamanda, ötən il yerli icra qurumlarında rəhbər işçilərin rotasiyası üzrə tədbirlər görülərək İcra baş idarəsinin təcrübəli əməkdaşları həmin qurumlara rəhbər vəzifələrə təyin olunub, vəzifədə irəli çəkilməsi nəzərdə tutulan digər əməkdaşlar baş idarənin fəaliyyətinə cəlb olunaraq peşəkarlığı yoxlanılmaqla təyinatları aparılıb.
Kadrların peşəkarlığının artırılması məqsədilə, həmçinin Ədliyyə Akademiyasında mütəmadi təlimlər və ixtisasartırma kursları təşkil edilir, qabaqcıl beynəlxalq təcrübələrə yiyələnmək üçün xarici ölkələrə ezam olunurlar.
Həmçinin yerli qurumlara müntəzəm olaraq, əməli köməklik göstərilir. Bu məqsədlə ötən il “İcra haqqında” Qanunun Kommentariyası hazırlanıb. Qanunun tətbiqi ilə bağlı yaranan nəzəri və praktiki məsələlərin ətraflı şərhində və mövcud boşluqların aradan qaldırılmasında mühüm töhfə olan Kommentariya hər bir icra məmurunun stolüstü kitabına çevrilib.
Xidmətin infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə də ardıcıl tədbirlər görülür. Əvvəllər əlverişsiz binalarda fəaliyyət göstərən bir sıra məhkəmələr üçün dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində yeni, müasir binaların və komplekslərin inşa olunaraq istifadəyə verilməsi ilə, həmçinin müvafiq icra qurumları üçün də yüksək tələblərə uyğun müasir iş şəraiti yaradılıb. Eyni zamanda, bəzi icra qurumlarının binaları əsaslı təmir edilərək bütün texniki avadanlıqla təchiz olunmaqla istifadəyə verilib, qurumların böyük hissəsi avtonəqliyyat vasitələri ilə təmin edilib.
İcra xidmətinin maliyyələşməsində mühüm rol oynayan və tələbi könüllü icra etməyən borclulardan tutulan icra ödənişlərinin müəyyən hissəsinin hesabına formalaşan İcra məmurlarının Xüsusi Fondu xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsinə geniş imkan verir.
Fondun vəsaitlərindən, həmçinin icra məmurlarının həvəsləndirilməsində istifadə olunur. Bu zaman əsas meyar icra məmurunun işi fərdi qiymətləndirilməklə səmərəli fəaliyyəti, icra işlərinin yerinə yetirilməsi faizi, barəsində edilən şikayətlərin sayı nəzərə alınır. Bu, icra məmurlarında stimul yaratmaqla, icra işinin keyfiyyətinə müsbət təsir göstərir.
İcra işinin səmərəliliyinin yüksəldilməsində müasir İKT-nin, innovativ xidmətlərin rolu da danılmazdır. Bu mənada məhkəmə fəaliyyətinin elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması və bu sistemin mühüm tərkib hissəsi olan “Elektron icra”nın tətbiqi xüsusilə qeyd olunmalıdır.
“Elektron icra”, ən sadə şəkildə ifadə etsək, kağız üzərindəki icraatın elektron formata köçürülməsi, zəruri icra hərəkətlərinin onlayn rejimdə, avtomatlaşdırılmış qaydada aparılmasıdır. Bu sistemin tətbiqi məqsədilə icra qurumları zəruri texniki avadanlıqlarla təmin edilib, icra xidməti əməkdaşlarının informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması ilə bağlı təlimlər keçirilib.
Cari ilin əvvəlindən bütün icra qurumlarına daxil olan icra sənədlərinin qeydiyyatı “Elektron icra” sistemi vasitəsilə aparılır. Həmçinin bu sistemin tətbiqi ilə icra işlərinə vahid qeydiyyat nömrəsinin verilməsi, işlərin icra məmurları arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılması, tərəflərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılması, işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olunması, borcluların əmlak vəziyyətinin elektron icra xidmətinə inteqrasiya olunmuş dövlət qurumlarının elektron bazası vasitəsilə yoxlanılması, icra sənədi üzrə tərəflərin icraat materialları ilə tanış olmaq hüququndan yararlanması, statistik hesabatların səhih və avtomatlaşdırılmış şəkildə tərtib edilməsi, icra icraatı prosesində, eləcə də cəzaların icrası və məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə bağlı icra məmurları tərəfindən istifadə olunan prosessual sənədlərin avtomatlaşdırılmış şəkildə tərtib olunması, icra məmurlarının fəaliyyətinin fərdi qaydada qiymətləndirilməsi, elektron imzanın tətbiq edilməsi, habelə icra məmurlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi imkanı yaranıb.
Göründüyü kimi, bu sistemin faydaları olduqca çoxdur. Sistem icra xidmətinin ağır iş yükünü yüngülləşdirir, icra tədbirlərinin vaxtında, dəqiq və asanlıqla görülməsini, qanuni müddətlərə riayət olunmasını təmin edir. Eyni zamanda, icra məmurlarının fəaliyyətinə nəzarəti təmin etməklə onlarda intizamı möhkəmləndirir. Sui-istifadəyə şərait yarada bilən hallar bu sistemin tətbiqi ilə avtomatik şəkildə aradan qalxır.
Bu sahədə tədbirlər davam olunmaqdadır, “elektron icra” sisteminin bir sıra yeni komponentlərinin tətbiqi, o cümlədən hər bir icraat iştirakçısının tərəf olduğu işlə bağlı bütün məlumatları elektron qaydada əldə etmək imkanlarının yaradılması üzrə işlər görülür. Yaxın gələcəkdə bu imkanın həm Ədliyyə Nazirliyinin elektron xidmətlər bölməsi, həm də “Elektron hökumət” portalı vasitəsilə təmin edilməsi nəzərdə tutulur.
Nazirliyin elektron xidmətlər bölməsi vasitəsilə vətəndaşlar icra xidmətinin bir sıra fəaliyyət istiqamətləri, o cümlədən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, icra qurumları, onlar tərəfindən hərraca çıxarılan əmlaklar, eləcə də dəyəri 5 min manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri barədə məlumat almaq imkanına malikdirlər. Həmçinin borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin elektron qaydada ödənilməsi mümkündür.
- Qeyd etdiniz ki, icra işinin yaxşılaşdırılması üçün hərtərəfli tədbirlər görülür. Bununla belə bəzi icra sənədlərinin icra olunmamasının səbəbini nə ilə izah etmək olar?
- Bəzi hallarda məhkəmə qərarları bir müddət icrasız qalır. Bunun obyektiv və subyektiv səbəbləri mövcuddur. Subyektiv səbəblər əsasən bəzi icra məmurlarının işə laqeyd münasibəti və vətəndaşlarla münasibətlərin düzgün qurulmamasıdır. Bu hallarda həmin icra məmuruna qarşı sərt, o cümlədən intizam tənbeh tədbirləri görülür. Amma əksər hallarda məhkəmə qərarlarının icra olunmamasının səbəbi obyektiv amillərlə bağlı olur. Belə ki, borclunun icradan yayınmaqla axtarışda olması, habelə ölkə hüdudlarını tərk etməsi, ona məxsus hər hansı əmlakın olmaması tələbin qanunla müəyyən edilən müddətdə icrasını demək olar ki, mümkünsüz edir. Təəssüf ki, bu cür icra işlərinin sayı az deyil.
- Ölkə başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasına nəzarət üzrə hansı işlər görülür?
- Əvvəla qeyd etməliyəm ki, Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha möhkəm qorunmasına xidmət etməklə cəza siyasətinin yumşaldılmasına, bir sıra cinayətlərin dekriminallaşmasına, azadlıqdan məhrum etməyə alternativ cəzaların geniş tətbiqinə zəmin yaradacaq.
Dövlətimizin başçısının Sərəncamı bu sahədə fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində qurulmasına, səmərəli idarəetmənin təşkilinə, mövcud nöqsanların aradan qaldırılmasına, korrupsiyanı istisna edən şəraitin təmin edilməsinə, müasir İKT-nin imkanlarından geniş istifadə olunmasına xidmət etməklə kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur. Bununla bağlı Ədliyyə Nazirliyinə çoxsaylı, o cümlədən ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, bu və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi ilə bağlı mühüm tapşırıqlar verilib.
Bu və digər tapşırıqların icrası əlaqədar nazirlik tərəfindən təxirəsalınmadan kollegiya iclası keçirilərək aidiyyəti tədbirlər müəyyən edilərək həyata keçirilməyə başlanılıb.
Artıq Sərəncamın icrası ilə bağlı Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət yaradılmış işçi qrup tərəfindən bir sıra konkret tədbirlər görülüb, beynəlxalq təcrübə öyrənilməklə cinayət qanunvericiliyi ətraflı təhlil olunmuş, cinayətlərin dekriminallaşdırılması, cəzaların humanistləşdirilməsi və s. ilə bağlı müvafiq qanun layihələri hazırlanaraq təqdim olunub. Habelə ölkəmiz üçün yeni olan Probasiya xidmətinin işinin təşkili, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələrinin tətbiqi üzrə konkret addımlar atılıb.
Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti həyata keçirən nazirliyin İcra xidməti tərəfindən yerli icra hakimiyyəti orqanları ilə səmərəli qarşılıqlı fəaliyyət qurularaq ictimai işlər cəzasının icra olunacağı yerlərin siyahılarının müəyyən edilməsi ilə bağlı konkret işlər görülüb, bu cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası, habelə məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Bu sahədə tədbirlər davam olunur və heç şübhəsiz ki, dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələrin mütəşəkkil qaydada, vaxtında və dürüst icrası sayəsində müsbət nəticələrə nail olunacaq.
- İcra xidmətində görülmüş işlər barədə ətraflı məlumat verdiniz. Son olaraq nəyi əlavə etmək istərdiniz?
- Sonda Sizə təşəkkürümü bildirirəm. Son dövrdə apardığımız təhlillər onu göstərir ki, icra sənədlərinin sayı ilbəil kəskin artsa da, elmi texnologiyaların da tətbiqi ilə xidmətimiz onların icrasını təmin etməyə qadir olacaq. Qarşımızda duran vəzifə qanunun üzərimizə qoyduğu öhdəlikləri düzgün icra etmək, bunun üçün fəaliyyətimizi günü-gündən təkmilləşdirmək, əməkdaşlarımıza layiqli iş şəraiti yaratmaq, vətəndaşlara isə layiqli xidmət etməkdir.
- Nurəddin müəllim, bizə ayırdığınız vaxta və dəyərli fikirlərə görə təşəkkürümüzü bildirir, gələcək işlərinizdə uğurlar arzu edirik.

 
  • Oxunub:  14910  |  
  • Tarix:  25-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18