Ana səhifə »  Müsahibə »  Müasir mətbuatımız öz tarixinə əsaslanır, bununla bərabər inkişaf və tərəqqi edir
A+   Yenilə  A-
Müasir mətbuatımız öz tarixinə əsaslanır, bununla bərabər inkişaf və tərəqqi edir

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Bəhruz müəllim, Azərbaycan milli mətbuatı artıq özünün 142-ci ildönümünü qeyd etdi. Ümumiyyətlə, mətbuat tariximizin keçdiyi yol və fəaliyyəti barədə fikirləriniz bizim üçün də çox maraqlı olardı...
- İlk növbədə, ölkəmizdə fəaliyyət göstərən bütün media təmsilçilərini milli mətbuatımızın yaranmasının 142-ci ildönümü münasibəti ilə ürəkdən təbrik edirəm, fəaliyyətlərində uğurlar və davamlı nailiyyətlər arzulayıram.
Bildiyimiz kimi, 1875-ci il iyulun 22-də böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz olan “Əkinçi” adlı nəşri xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsini yaratdı və bununla da milli tariximizə öz töhfəsini vermiş oldu. Bu baxımdan, qeyd etmək istərdim ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Müasir zamanımızda da sözügedən amil əhəmiyyətli mövqeyini qoruyub saxlamaqdadır. Lakin hazırkı səviyyəsinə gələnə qədər əlbəttə ki, mətbuatımız keçməkeşli yollar keçərək bir çox tarixi hadisələrə sinə gərib, çətinliklərdən keçib. Müasir mətbuatımız da məhz öz tarixinə əsaslanır, bununla bərabər inkişaf və tərəqqi edir.
Beləliklə, Azərbaycanda söz azadlığının təmin olunması, plüralizmin inkişafı istiqamətində dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu sahədə qanun qəbul olunub, müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib. Prezident İlham Əliyev mediaya xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, Azərbaycan mətbuatının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fond ötən dövr ərzində mediaya dəstək verilməsi sahəsində mühüm işlər görüb.
Mən bir daha Azərbaycan milli mətbuatının 142-ci ildönümü münasibəti ilə bütün mətbuat işçilərini, qələm həmkarlarımı səmimi qəlbdən təbrik edir, peşə fəaliyyətlərində davamlı uğurlar və müvəffəqiyyətlər arzulayıram.
- Azərbaycan mətbuatının inkişaf yolunu tutmasında Ulu öndər Heydər Əliyevin rolu danılmazdır. Sizcə, Onun mətbuata diqqət və qayğısı daha müasir və daim inkişaf edən mətbuatın yaranmasına hansı stimulları verib?
- Çox doğru qeyd etdiniz ki, mətbuatımızın inkişafında Ulu öndər Heydər Əliyevin xüsusi tarixi töhfələri var. Bu baxımdan, əbəs yerə deyil ki, sözügedən amil Ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Ümummilli liderimiz milli mətbuatımızın iş prinsipini və tarixini şərh edərkən bu tarixi kəlamlarını vurğulayıb: “Şərəfli tarixə və zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın milli-mənəvi təkamülündə mühüm rol oynamışdır. Milli azadlıq hərəkatının daim ön sıralarında getmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr vermişdir”.
Onu da qeyd etmək yerinə düşərdi ki, sovet hakimiyyəti illərində dövlətin ideoloji tələbləri söz azadlığına, mətbuatın demokratik prinsiplərlə inkişafına imkan vermirdi. Hələ o zamanlar bu maneələri aşa bilən yeganə güc Heydər Əliyev idi. 1969-cu ildə hakimiyyətə gələn dahi rəhbər mətbuatımızın inkişafına mane ola biləcək bütün baryerləri aradan qaldırdı, həyatımızın digər sahələri ilə yanaşı, mətbuatımız da hərtərəfli inkişaf yoluna qədəm qoydu, vətəndaşların maarifləndirilməsində ideoloji vasitəyə çevrildi. Məsələn, hələ sovet hakimiyyəti vaxtlarında rüşvətxorluq və korrupsiya ilə mübarizədə, vəzifəli şəxslərin ifşa edilməsində Heydər Əliyev mətbuatın üzərinə müəyyən tapşırıqlar qoyaraq, bununla ictimai nəzarəti gücləndirməyə müvəffəq olmuşdu. Təsəvvürünüzə gətirin, SSRİ-nin ən həssas vaxtlarında, Azərbaycanda fəaliyyət göstərən dövlət mətbuatlarında senzuraların tətbiq edildiyi zamanda belə, demokratik işartılar görünməyə başlamışdı. Bu fakt heç bir başqa ittifaq respublikalarında yox idi.
Ulu öndərimizin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən zəngin qanunvericilik bazası yaradıldı, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu, 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq senzura ləğv edildi. O da əbəs yerə deyil ki, Ulu öndər Heydər Əliyev bir neçə dəfə Azərbaycan mətbuatının dostu seçilmişdi. Bu, Onun mediaya, jurnalistlərə verdiyi qiymətinin nəticəsi idi.
1993-cü ildən ötən dövr ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı 50-yə yaxın qanun, fərman və sərəncamın qəbul olunması milli mətbuatın inkişafına göstərilən diqqətin nəticəsidir. 1999-cu il dekabrın 7-də “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu mətbuatın hüquqi bazasının zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sonrakı dövrdə də davam etdirildi, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olundu. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Ulu öndərimiz bununla bağlı növbəti tarixi fikirlərini irəli sürmüşdü: “Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü kimi həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi idi ki, bu olmasaydı, milli mətbuatımız hazırkı tərəqqisinə nail ola bilməzdi.
- Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan mətbuatı üçün hansı yeniliklərə və nailiyyətlərə əsaslar yaradıb?
- Təbii ki, Ümummilli liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına ciddi diqqət yetirir. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz nümunəsidir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da dövlət başçısının bu sahədə atdığı uğurlu addımların məntiqi davamıdır. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi, bir qrup jurnalistin mənzillə təmin olunması jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. Onu da vurğulamaq yerinə düşərdi ki, mənzil şəraitləri pis olan, yaxud da ümumiyyətlə mənzilləri olmayan media işçilərinin ən müasir standartlara cavab verən mənzillərlə təmin olunması artıq ənənə halını alıb. Şəhərin ən görkəmli yerində inşa edilmiş müasir binalar bu gün hər kəsin gözünü oxşayır. Birinci binada 156, ikinci binada isə 255 mənzilin jurnalistlərə verilməsi dünyada analoqu olmayan bir hadisədir. İkinci binanın açılışında və mənzillərin təhvil verilməsi mərasimində cənab Prezidentimiz 3-cü binanın tikiləcəyini, hətta ənənənin növbəti illərdə davamlı xarakter alacağını xüsusilə vurğuladı. Əlbəttə, bu analoqu olmayan addımların atılması ölkə jurnalistlərinin öz əməklərində daha həssas, daha fəal olmalarına zəmin yaradır. O cümlədən dövlət hər zaman mətbuatın yanında olduğunu vurğulayır. Məhz bu baxımdan, mətbuatımızın 142-ci ildönümündə ölkə başçımız növbəti dəfə Azərbaycan Jurnalistlərinin Dostu seçildi. Bu münasibətlə mən də redaksiya heyətimiz adından cənab Prezidentimizi ürəkdən təbrik edirəm.
- Bəhruz müəllim, rəhbəri olduğunuz “Səs” qəzeti də ölkə mətbuatında özünəməxsus yerini tutmaqla yanaşı, öz uğurlu rolunu oynamaqdadır. Bu qəzetin milli mətbuatımızda tarixi imzası ilə bağlı hansı fikirlərinizi bölüşərdiniz?
- Bəli, “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından biridir. “Səs” ictimai-siyasi qəzet kimi 1990-cı ilin noyabrında “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən dərcinə başlanıb. Yəni qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Qəzet Ulu öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması kimi müqəddəs missiyanı yerinə yetirib, bu qəzetin ətrafında Ulu öndəri sevənlər cəmləşib. Bütün zamanlardakı fəaliyyəti dövründə qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə yerinə yetirib. O dövrdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi, Onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Həmin dövrlərdə ziyalıların Ümummilli liderə müraciəti, Ulu öndərin isə ziyalılara cavabı məhz “Səs” qəzetində dərc olunurdu. Bu xidmətin nəticəsidir ki, Heydər Əliyev Öz çıxışlarında hər zaman vurğulayardı ki, “Səs” qəzeti Onun üçün çox əziz qəzetdir. O, qəzetin xidmətlərini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək. O cümlədən “Səs” qəzeti həm də o qəzetlərdəndir ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb. O dövrlərdə dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib. “Səs” qəzeti iqtidara müxalif olub. İndiki müxalifət qəzetlərindən fərqli olaraq, dövlətə və xalqa müxalif mövqedə dayanmayıb. Bir növ qəzet o dövrdə müxalif mətbuatın ənənəsini yaradıb. Sonradan “Səs” qəzeti iqtidaryönümlü qəzetlərə bir mayak, məktəb rolunu oynayıb.
Eyni zamanda, ölkədə mövcud olan söz və ifadə azadlığı şəraitində çoxsaylı internet portallarının, saytlarının olması da sağlam rəqabətə imkan yaradır. Bu gün “Səs” qəzetinin balansında SİA-nın da öz xətti, öz yeri var. Mən deyə bilmərəm ki, SİA ölkənin bir nömrəli agentliyidir. Bu, təkəbbür, yersiz, subyektiv fikir olar. Ancaq hesab edirəm ki, SİA və SƏS TV kifayət qədər auditoriyanı ətrafında cəmləyə bilib, özünün oxucu auditoriyası var. SİA və SƏS TV bu gün müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir.

 
  • Oxunub:  15510  |  
  • Tarix:  25-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 22:51
Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir
17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18