Ana səhifə »  Müsahibə »  Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və nəqliyyat imkanları ölkədə sənayenin sürətli inkişafını təmin etməkdədir
A+   Yenilə  A-
Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və nəqliyyat imkanları ölkədə sənayenin sürətli inkişafını təmin etməkdədir

Milli Məclisin deputatı Tahir Mirkişili www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, hazırda cəmiyyətimizdə 2017-ci ilin birinci yarısını yekunları geniş müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz?
- Artıq 2017-ci ilin birinci yarısı geridə qaldı. Bu müddət ərzində həm qlobal, həm də regional miqyasda bir çox dəyişikliklər baş verdi. Dünyanın iqtisadi və siyasi mənzərəsində ziddiyyətlərin daha da artdığı və yeni maraqlar toqquşmasının baş verdiyini müşahidə etməkdəyik. Təəssüflər olsun ki, beynəlxalq qanunvericilik və ümümbəşəri dəyərlər bu müddət ərzində də dünyada baş verən hadisələrin qarşısının alınmasında acizlik nümayiş etdiməkdədir. Ona görə də artıq bir çox dövlətlər və nüfuzlu dairələr mövcud ziddiyətlərin aradan qaldırılması üçün yeni mexanizmlərə ehtiyac yarandığını qeyd edir və bu istiqamətdə müzakirələr aparırlar. 2017-ci ilin birinci yarımilliyində neftin qiymətində yenidən qeyri-sabitlik müşahidə olundu, dünya iqtisad güclərin arasında münasibətlərin daha da kəskinləşdiyi və süni əngəllərin daha da artdığı görünməkdədir. Məhz belə bir şəraitdə Azərbaycanda iqtisadi, siyasi və sosial sabitliyin daha da möhkəmlənməsi və dayanıqlı amillərə söykənməsi ölkənin “uğurlu idarəetmə” modelinin imkanları hesabına təmin olunmaqdadır. Təəssüf ki, xalq-Prezident qarşılıqlı inam və etimada əsaslanan bu modeli gözü götürməyən bəzi qüvvələr bu müddət ərzində də ölkəmizə qarşı öz çirkin əməllərini davam etdirməyə çalışdılar. Ermənistan işğalçı qüvvələrinin Füzuli rayonu Alxanlı kəndində 2 yaşlı körpə uşağın qətli ilə nəticələn vəhşiliyi bütövlükdə Azərbaycan xalqına qarşı bir cinayət oldu. Ancaq yenə bu dövrdə Azərbaycan modeli öz dayanıqlığını göstərdi. Güclü ordumuz düşməndən qisası aldı. Ali Baş Komdandana sonsuz inamı olan kənd camaatı düşmənlə üz-üzə dayanmağa davam etdilər. Ölkə Prezidentinin iradəsi ilə bərpa edilən Cocuq Mərcanlı kəndi qurucu Azərbaycan sivilizasiyasının bütün dünyaya nümayişi oldu.
- Məlumdur ki, ötən ildən ölkəmizdə iqtisadi sahədə islahatların yeni mərhələsi həyata keçirilir. Ötən qısa müddət ərzində bu islahatlar nə kimi nəticələr verməkdədir?
- 2017-ci lin birinci yarısında ölkənin iqtisadi göstəriciləri çox müsbətdir. Bu dövrdə qeyri-neft sektoru 1.7%, qeyri-neft sənayesi 4.4% artmışdır. Qeyri-neft sektorunun artımı 2017-ci ilin dövlət büdcəsinə yenidən baxmağı labüd etmişdir. Müvafiq olaraq büdcə gəlirləri 511 milyon manat, xərcləri isə 1 milyard 41 milyon manat artırılmışdır. Büdcə gəlirlərində neft kompenenti 47.4%-ə salınmışdır.
İstehsalın artımı təbii olaraq qeyri-neft ixracını da 27% artırmış, xarici ticarətdə müsbət saldo 1.9 mlrd. dollara çatmışdır. İlk 6 ayda ölkədə 122 000 yeni iş yerləri açılmışdır. Valyuta ehtiyatlarımız 3 mlrd. dollar artaraq 40.6 mlrd dollara çatmışdır.
İnşaat sektoru canlandırılmış, əhalinin sosial qayğıya ehtiyacı olan təbəqəsi üçün sosial mənzillərin, qaçqın və məcburi köçkünlər üçün yeni binaların tikintisinə başlanılmışdır ki, bunlar da həm məşğulluğun təmin olunmasında, həm də iqtisadi canlanmada öz müsbət rolunu oynamaqdadır.
Bu dövrdə ölkədə makroiqtisadi sabitliyin tam bərpa olunması iqtisadi inkişafa da öz töhvəsini verdi. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, 2017-ci il inkişaf ili olmağa başlayıb. Kənd təsərrüfatı sahəsində sahibkarlara bu dövrdə göstərilən dövlət dəstəyinin artması bütün sahələrdə istehsalın artımına səbəb olmuşdur. Sahibkarlar üçün investisiya təşviqi mexanizminin uğurla tətbiq olunması həm istehsalda, həm də ixracda öz müsbət təsirinin göstərməyə başlamışdır.
Bu göstəricilər əslində aparılan sürətli və dərin iqtisadi islahatların qısa müddət ərzində öz müsbət nəticələrini verdiyini söyləməyə imkan verir. Qeyd etmək lazımdır ki, adətən iqtisadi islahatların nəticələri 3-4 ildən sonra özünü göstərir. Ancaq Azərbaycan iqtisadiyyatının bir tərəfdən qısa müddət ərzində neftin aşağı qiymətinə öyrəşməsi, digər tərəfdən isə islahatların nəticələrinin iqtisadi artıma tranformasiya etməsi Azərbaycan Prezidentinin çox incəliklə düşünülmüş iqtisadi siyasətinin real nəticəsidir.
- Dövlət başçısı Nazirlər Kabinetinin iclasında qarşıda duran vəzifələr haqqında da tövsiyə və tapşırıqlarını verdi. Qarşıdakı hədəflər haqqında sizin də fikirlərinizi bilmək maraqlı olardı...
- Dövlər başçısının qeyd etdiyi kimi, əsas iqtisadi prioritetlər qeyri-neft sektorunun inkişafı, sənaye məhsulları istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı, sərmayə qoyuluşlarının artması, infrastuktur layihələrinin icrası, qeyri-neft ixracının artırılması, ailə biznesinin inkişafıdır. Bu prioritetlərin hər birinin inkişafı ilə bağlı müxtəlilf proqramlar, təşviq mexanizmləri, maarifləndirmə tədbirləri həyata keçirilir. Təbii ki, əsas hədəf Ümimi Daxili Məhsulun artımına, məşğulluğun səviyyəsinin artımına və əhalinin həyat səviyyəsinin daha da artırılmasına nail olmaqdır.
Ən mühüm hədəflərin biri ixrac bazarlarının araşdırılması və Azərbaycan məhsullarının bu bazarlara girişi üçün maneələrin aradan qaldırılmasıdır. Digər tərəfdən, xarici bazarlarda sərt rəqabət şəraitinin mövcudluğu ölkə daxilində istehsalatda ən müasir texnologiyaların tətbiqini və innovativ üsüllardan istifadəni labüd edir. Əlavə olaraq özündə innovativ elementləri əks etdirən startap kimi layihələrin kommersiyalaşdırılması əsas hədəflərdəndir. Bu hədəflərə çatmaq üçün isə müvafiq işlər görülür.
- Xüsusilə, sənaye parklarının, sənaye zona və məhəllərinin yaradılması perspektiv üçün nələr vəd edir?
- Azərbaycanın qeyri-neft sektorunun strukturunda sənayenin xüsusi çəkisi vardır. Sənayenin inkişaf dinamikası yüksəkdir. Sənayenin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları və Neftçala Sənaye Məhəlləsi kimi sənaye zonaları yaradılmaqdadır. Azərbaycanın bir çox bölgələrində sənaye məhəllələri yaratmaq potensialı mövcuddur. Bir çox şəhərlərdə sənaye müəssisələri artıq mövcuddur. Bu məhəllələrin yaradılması həm də rayonların özlərinin də iqtisadiyyatlarının inkişafına geniş töhfə verəcəkdir. Bu həm də dövlət siyasətidir. Sənaye park və məhəllələrində yaradılmış infrastruktur və güzəşt-dəstək sxemləri tamamilə dünya praktikasına uyğundur. Bundan əlavə, ölkə Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş qanun və qərarlar sənaye zonalarına investorların gəlməsi üçün əlavə stimullar yaratmışdır. Nümunə üçün Sumqayıt Kimya Texnologiyaları Parkını, bu parkda xarci investorların fəaliyyətini və bura cəlb olunmuş investisiyaları göstərmək olar. Bu nəticələr həm də bütövlükdə Sumqayıt şəhərinin sürətli inkişafına dəstək vermişdir. Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və nəqliyyat imkanları ölkədə sənayenin sürətli inkişafını təmin etməkdədir. Bu, həm də yüz minlərlə iş yeri, yüksək gəlir və əlavə dəyər imkanları deməkdir.
- Tahir müəllim, ATƏT PA-nın son sessiyasında sizin müəllifi olduğunuz “Multikulturalizm-qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” adlı qətnamə qəbul olundu. 2017-ci ildə Azərbaycanda multikulturalizm və islam həmrəyliyinin inkişafı ilə bağlı keçirilən tədbirlər beynəlxalq müstəvidə necə qiymətləndirilir?
- ATƏT Parlament Assambleyası 56 ölkənin parlamentarilərini birləşdirir. ATƏT dünyada ən böyük regional təşkilatdır. Əsasən əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edən Parlament Assambleyası qəbul etdiyi bütün sənədlərdə üzv ölkələr arasında əməkdaşlığ və dialoq üçün zəmin yaratmaq üçün prinsiplər hazırlayır. Lakin son 20 ildə ATƏT regionunda konfliktlərin sayı artmaqda və milli, dini zəmində münaqişələrin xarakteri kəskinkəşməkdir. Belə bir şəraitdə son onilliklər ərzində hazırlanan beynəlxalq hüquq normaları münaqişələrin həllində aciz qalır, güc tətbiq etmək isə əksər hallarda faciələrə gətirib çıxarır. Dünya qloballaşdıqca xalqlar və ölkələr arasında dialoqa zəmin yaradacaq təbii alətlərə ehtiyac yaranıb ki, bu alət də Azərbaycanın təklif etdiyi müxtəlif mədəni dəyərlərə əsaslanmaqla qarşılıqlı hörmət əsasında dialoqun aparılmasıdır. Məhz müxtəlif mədəni dəyərlərin birgə yaşamasına önəm verilməsi təbii yolla münaqişələrin yaranmamasına gətirib çıxarda bilir. Azərbaycan öz təcrübəsində bunu bütün dünyaya sübut etməkdir. Azərbaycanda dinc, birgə yaşayış və inkişafın səbəblərindən biri də ölkədə müxtəlif milli və dini dəyərlərin qarşılıqlı hörmət əsasında birgə yaşayışının təmin edilməsi və ölkə rəhbərliyinin buna xüsusi diqqət və qayğısının nəticəsidir.
Regionda və dünyada gedən proseslərə Azərbaycanın müsbət təsirini həm də beynəlxalq sənədlərdə əks etdirmək məqsədilə 05-09 iyul tarixlərində ATƏT Parlament Assambleyasının Minsk şəhərində keçirilən 26-cı İllik Sessiyasının iclasında Azərbaycanın müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsi müazikərəyə çıxarılmışdır.
Müzakirələrdə Azərbaycan nümayəndə heyəti olaraq multikulturalizm dəyərlərinin dünyada xalqların və ölkələrin inkişafında rolundan danışaraq bu dəyərlərin siyasi, iqtisadi və demokratik inkişaf üçün hər bir ölkədə qorunub inkişaf etdirlməsinin vacibliyi qeyd etdik. Azərbaycanın bu sahədə böyük təcrübəsi olduğunu, Bakı Humanitar Forumunun deklarasiyalarından bəhs edilərək qəbul ediləcək qətnamə layhəsinin ATƏT regionununda qarşılıqlı etimadın yaradılmasına və bütövlükdə planetdə təhlükəsiz həyatın qorunmasına xidmət edəcəyini iştirakçıların diqqətinə çatdırılmışdır. Çıxış edən digər ölkələrin nümayəndələri (Kanada, Rusiya, İspaniya, Türkiyə, Avstriya) qətnamə layihəsinin müasir dövrdə vacibliyini və ATƏT sənədləri içərisində ilk belə sənədin olmasının beynəlxalq qanunvericilikdə bir yenilik olduğunu qeyd etmişlər. Müzakirələrin sonunda səsverməyə çıxarılan qətnamə layhəsi qəbul olunmuşdur.
Beləliklə, ATƏT Parlament Assambleyası ilk dəfə olaraq multikulturalizmlə bağlı sənəd qəbul edərək, Azərbaycan Prezidentinin müxtəlif mədəni dəyərlərin zənginliyinə əsaslanan siyasətini beynəlxalq sənədlərdə əks etdirdi və bütün ölkələri Azərbaycan nümunəsindən istifadəyə çağırdı.

 
  • Oxunub:  16020  |  
  • Tarix:  27-07-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

19 Yanvar 20:11
Mərkəzi Seçki Komissiyasının sədri MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb
19 Yanvar 16:34
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 12:06
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
19 Yanvar 10:27
20 Yanvar faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb
18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+2 +5