Ana səhifə »  Müsahibə »  İqor Roqov: Azərbaycanda bütün sahələrdə sürətli sıçrayışın şahidi oldum
A+   Yenilə  A-
İqor Roqov: Azərbaycanda bütün sahələrdə sürətli sıçrayışın şahidi oldum
Azərbaycan Konstitusiya Məhkəməsinin yaradılmasının 10 illik yubileyi ilə əlaqədar Bakıda səfərdə olan Qazaxıstan Konstitusiya Şurasının sədri, əslən bakılı İqor İvanoviç Roqov AzərTAc-a müsahibə verib:
- İqor İvanoviç, Bakıya xoş gəlmisiniz. Xahiş edirəm, oxucularımıza özünüz barədə məlumat verəsiniz.
- Mən 1950-ci il mayın 17-də Bakıda hərbçi ailəsində anadan olmuşam. Valideynlərim əslən qazaxıstanlıdırlar, atam hərbçi, anam isə rus dili müəlliməsi idi. Atam xidməti vəzifəsi ilə əlaqədar Bakıya göndərilmişdi və buradakı hərbi hissələrin birində qulluq edirdi. Anam isə oğlanlar məktəbində rus dili fənnini tədris edirdi.
1954-cü ildə atam hərbi xidməti başa vurduqdan sonra biz Qazaxıstana qayıtdıq. Mən Alma-Ata şəhərində (indiki Almatı) o zaman S.M.Kirovun adını daşıyan Dövlət Universitetinin hüquq fakültəsini bitirdim. Əvvəlcə daxili işlər orqanlarında müstəntiq, sonralar isə doğma universitetin hüquq fakültəsində müəllim işlədim, hüquq elmləri doktoruyam.
SSRİ-nin süqutundan sonra müttəfiq respublikalarda prezidentlik institutları təsis edilirdi və mən Nursultan Nazarbayevin yanında işləməyə başladım. Yeni quruluşun yeni nəsil hüquqşünaslara kəskin ehtiyacı vardı.
- Bakını xatırlayırdınızmı?
- Doğrusunu deyim ki, şirin uşaqlıq xatirələrimin beşiyi olan bu gözəl şəhərə gəlmək qismət olmayıb. Dəfələrlə fürsət yaransa da, maneələr buna imkan verməyib. Ancaq Bakı xatirimdə daha çox mavi dənizi ilə qalmışdır. Atamla tez-tez çimərliyə gedərdik. Buna görə də Bakıda ilk getdiyim yer dəniz sahili oldu.
- İndi, əlli ildən sonra şəhərimiz sizə necə təsir bağışladı?
- Doğrusu, Bakı məni öz gözəlliyi ilə heyran qoydu. Bakının füsunkarlığı, zəngin memarlığı haqqında çox eşitmişdim. Valideynlərim mehriban, səmimi, qonaqpərvər bakılı dostlarını tez-tez yada salırdılar. Yaxşı xatirimdədir, valideynlərim deyirdilər ki, Bakı keçmiş SSRİ-nin ən inkişaf etmiş paytaxtlarından idi. Burada həm yüksək mədəniyyət, həm müasir dəb var idi, həm də insanların ümumi səviyyəsi çox sürətlə inkişaf edirdi. Bakı hələ o zaman müəyyən mənada meqapolis idi. Valideynlərim Almatıya qayıdandan sonra bu şəhərin Bakı ilə müqayisədə daha çox əyaləti xatırlatdığını, geridə qaldığını tez-tez vurğulayırdılar. Bakı öz əzəməti ilə daim fərqlənmişdir.
Axır ki, mənə Bakıya gəlmək, Azərbaycan Konstitusiya Məhkəməsinin yaradılmasının 10 illiyi ilə əlaqədar təntənəli tədbirlərdə iştirak etmək, Azərbaycan Prezidenti İlham Əliyev ilə şəxsən görüşmək qismət oldu. Azərbaycanda bütün sahələrdə sürətli sıçrayışın şahidi oldum. Xoşbəxtəm ki, əlli ildən sonra yenidən Bakıya dönə bildim.
- Bəs, Azərbaycan Konstitusiya Məhkəməsinin səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Tam səmimiyyətlə deyə bilərəm ki, mən Azərbaycan Konstitusiya Məhkəməsi haqqında çox yüksək fikirdəyəm. Bilirsiniz, işimizin xüsusiyyəti tələb edir ki, müasir informasiya-kommunikasiya vasitələrinin köməyi ilə qonşu ölkələrin müvafiq orqanlarının fəaliyyəti ilə tanış olaq, onları öyrənək. Azərbaycan Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların səviyyəsi onların üzərində əsaslı iş aparıldığını deməyə, mövcud təcrübədən faydalanmağa imkan verir. Qeyd edim ki, belə sənədlər təkcə hüquqşünasların hüquq mədəniyyəti barədə deyil, həmin ölkədə demokratiyanın səviyyəsi haqqında da fikir söyləməyə əsas verir, çünki belə məhkəmələrdə qəbul edilən qərarlar vətəndaşların ən vacib hüquqlarının müdafiəsinə yönəldilmişdir. Azərbaycan Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlar beynəlxalq hüququn tələbləri baxımından yüksək səviyyəsi ilə diqqəti cəlb edir.
- Bakı görüşləri beynəlxalq əməkdaşlığa təsir göstərəcəkmi?
- Əlbəttə, Bakıda yaranan əlaqələr gələcək əməkdaşlıqda əvəzedilməz rol oynayacaq.
 
  • Oxunub:  23220  |  
  • Tarix:  17-07-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 16:12
ATƏT məkanında münaqişələrin həlli yalnız konstruktiv dialoq sayəsində mümkündür
21 Fevral 16:10
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Atatürk Liseyində olub
21 Fevral 15:59
Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
21 Fevral 15:51
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub
21 Fevral 15:38
“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib
21 Fevral 15:35
Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib
21 Fevral 15:32
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək
21 Fevral 15:29
Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq
21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
21 Fevral 10:53
Sabirabad Sənaye Məhəlləsinin bu ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur
21 Fevral 10:47
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub
21 Fevral 10:40
SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub
21 Fevral 10:17
Eduard Matoko: Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır
21 Fevral 10:11
Azərbaycan və Avstriyanı uzun illərdən bəri möhkəm dostluq əlaqələri bağlayır
21 Fevral 10:09
ATƏT PA–nın İpək Yoluna Dəstək Qrupunun Avstriyada keçirdiyi toplantıda mühüm qərarlar qəbul edilib
21 Fevral 10:07
Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
21 Fevral 10:05
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
21 Fevral 09:57
Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib
21 Fevral 09:55
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib
21 Fevral 09:50
AzMİU-da Karyera sərgisi təşkil olunub
21 Fevral 09:49
Azərbaycan və çeçen xalqları arasında dostluq, qardaşlıq münasibətləri möhkəm təməllərə əsaslanır
21 Fevral 09:49
BSU-nun tələbələri ölkəmizi Çelyabinskdə layiqincə təmsil ediblər
21 Fevral 09:48
Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir
21 Fevral 09:47
162 saylı məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirilib
21 Fevral 09:46
“UNEC-100” - Strateji idarəetmə
21 Fevral 09:46
ABŞ-dakı yəhudi diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaq
21 Fevral 09:45
“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
20 Fevral 20:53
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub
20 Fevral 20:51
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20 Fevral 20:48
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib
20 Fevral 20:46
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib
20 Fevral 20:44
31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib
20 Fevral 20:41
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik
20 Fevral 20:40
Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində yad ediləcək
20 Fevral 20:37
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
20 Fevral 20:35
Günter Ottinger: Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri çox deyil
20 Fevral 20:32
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib
20 Fevral 20:29
Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
20 Fevral 20:28
Brüsseldə ümumavropa Qarabağ mitinqi keçiriləcək
20 Fevral 20:17
Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+2 +5