Ana səhifə »  Müsahibə »  Hikmət Hacıyev: Ermənistan xarici işlər nazirinin “substantiv danışıqlar” sözünə qarşı xüsusi fobiyası var
A+   Yenilə  A-
Hikmət Hacıyev: Ermənistan xarici işlər nazirinin “substantiv danışıqlar” sözünə qarşı xüsusi fobiyası var

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər nazirinin Bosniya və Herseqovinanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərlə əlaqədar AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Ermənistanın xarici işlər naziri Bosniya və Herseqovinanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında yenə münaqişənin həlli prosesinə, ABŞ-dan olan həmsədr Riçard Hoaqlandın bəyanatına toxunub. Aydın şəkildə görünür ki, Ermənistan tərəfində ciddi təlaş və narahatlıq var. Bu təlaşın səbəbi nədir?
- Ermənistanın xarici işlər naziri artıq dördüncü dəfədir ki, eyni mövzuya toxunur və hər dəfə bir-birindən fərqli və biri digərini inkar edən açıqlamalar verir. Aydındır ki, danışıqlar prosesinin mahiyyəti barədə Ermənistan ictimaiyyətini daim aldadan Ermənistanın xarici işlər naziri düşdüyü çətin vəziyyətdən çıxmaq üçün indi müxtəlif bəhanələr və yalanlarla özünə bəraət qazandırmağa çalışır. Ermənistan tərəfi gah ABŞ-dan olan həmsədr Riçard Hoaqlandın səsləndirdiyi bəyanatların yeni olmadığı, gah artıq bu prinsiplərin aktuallığını itirdiyi, gah Ermənistanın buna razı olduğu, gah da ki, bunun bütün həmsədrlərin mövqeyini əks etdirmədiyi kimi cəfəng və ziddiyyətli bəyanatlar verir.
Əslində bununla Ermənistan özü-özünü ifşa edir. Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarında əks olunan, ABŞ-dan olan həmsədr R.Hoaqland tərəfindən bir daha səsləndirilən və digər həmsədrlər tərəfindən dəstəklənən bu prinsiplər əsasında münaqişənin həlli üzrə ciddi danışıqlara konkret cavab vermək əvəzinə söz oyunu ilə məşğuldur. Nə zaman ki, münaqişənin həlli ilə əlaqədar konkret məsələlər gündəmə gəlir, o zaman Ermənistan siyasi avantüraya, tavtoloji söz oyununa və onun ardınca hərbi təxribatlara əl atır. Ermənistan tərəfinə çox yaxşı aydındır ki, danışıqlar masasında olan təkliflərin mahiyyətini və məğzini Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Ermənistanın məqsədi isə danışıqların mahiyyətindən yayınmaq, hər vəchlə danışıqlara texniki xarakter vermək və danışıqların imitasiyası yolu ilə işğala əsaslanan status-kvonu saxlamaqdır. Hətta Ermənistan tərəfi texniki məsələləri hədəf seçərək danışıqlara qeyd-şərt qoymağa belə çalışırdı. Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin “substantiv danışıqlar” sözünə qarşı xüsusi fobiyası var. Substantiv danışıqları bütün beynəlxalq ictimaiyyət dəstəkləyir. Bu danışıqlar R.Hoaqland tərəfindən səsləndirilən və ATƏT-in Minsk qrupunun digər həmsədrləri tərəfindən dəstəklənən münaqişənin həlli prinsiplərinin ciddi müzakirəsini və nəticə etibarilə, münaqişənin həllini nəzərdə tutur.
Ona görə də məsələyə Vladimir İliç Leninin “kəmiyyət də keyfiyyətdir” prinsipi ilə yanaşan Ermənistan xarici işlər naziri gülünc şəkildə indiyə qədər keçirilən görüşlərin statistikasını verir və Ermənistanın qəsdən imitasiya etdiyi görüşlərin də substantiv olduğunu iddia edir. Məqsəd görüşlərin sayı deyil, münaqişənin həll edilməsi və regionda davamlı sülhün təmin edilməsidir. Ermənistan yürütdüyü işğalçı və destruktiv siyasətə görə buna hələ də nail olmayıb.
- Ermənistan xarici işlər naziri həmin mətbuat konfransında yenə hansısa prinsiplərdən danışır, atəşkəs rejiminə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Azərbaycanın münaqişənin həlli prinsiplərinə seçimli yanaşdığını iddia edir.
- Yalançını axıra qədər qovarlar məntiqi ilə yanaşaraq, Ermənistan xarici işlər nazirinin təqdim etdiyi ardıcıllığa uyğun olaraq onun yalanlarını ifşa etmək lazımdır.
Birincisi, Ermənistan XİN rəhbəri tərəfindən Helsinki Yekun Aktına və ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində verdikləri açıqlamalara zidd olaraq, güc tətbiq etməmək və güc tətbiq edərək hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək prinsiplərinin ardıcıllığı qəsdən təhrif olunmuş formada təqdim edilir və öz müqəddəratını təyin etmək ərazi bütövlüyündən əvvələ qoyulur. Xatırlatmaq istərdik ki, həmsədr ölkələrin prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında münaqişənin həllinə dair prinsiplər də Helsinki Yekun Aktına uyğun olaraq bu ardıcıllıqla verilib: güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə.
Helsinki Yekun Aktının 8-ci bəndində yazılır: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər”.
Eləcə də Helsinki Yekun Aktında dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var. Beləliklə, Helsinki Yekun Aktı ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozan məhz Ermənistandır.
İkincisi, Ermənistan xarici işlər naziri atəşkəs rejiminin mahiyyətini təhrif etməkdə, sənədləri kontekstdən çıxararaq yalnız öz maraqlarına uyğun olaraq təqdim etməkdə davam edir. Atəşkəs sülh deyil və ola da bilməz. Atəşkəs davamlı sülhə nail olmaq üçün bir imkandır.
Ümumiyyətlə, atəşkəs haqqında sənədlər siyasi vakuum şəraitində meydana gəlməyib və ondan əvvəl və sonra münaqişə ilə əlaqədar bir sıra sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT-in Budapeşt sənədi qəbul olunub.
Ermənistanın istinad etməyi çox sevdiyi 1994-cü il 4-5 may tarixli Bişkek protokolunda deyilir: ən intensiv şəkildə hərbi əməliyyatların başlamamasını, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını və qaçqınların geri qayıtmasını təmin edən hüquqi sənədin hazırlanması üçün iş başlanılsın və danışıqlar prosesi davam etdirilsin.
1994-cü il Budapeşt Sammitində üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: “Onlar (ATƏT üzv ölkələrinin dövlət və hökumət başçıları) BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara; ...silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar”.
Qeyd olunanlarla bərabər, 1994-1995-ci il atəşkəs haqqında müzakirələrin tərkib hissəsi olan 1995-ci il 5 noyabr tarixli “Xüsusilə işğal olunmuş ərazilərdə vəziyyətin tənzimlənməsinə dair tədbirlərin vaxt cədvəli” adlı II saylı əlavəni qeyd etmək istərdim. Bu sənəddə konkret olaraq müvafiq vaxt cədvəlinə uyğun olaraq Azərbaycanın işğal edilmiş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması və minalardan təmizləmə əməliyyatı barədə tədbirlər var.
Ermənistan bu sənədləri inkar etməyə və yalnız atəşkəs rejiminin bəzi epizodlarını gündəmə gətirməyə çalışır.
Üçüncüsü, Ermənistan xarici işlər naziri ölkəsinin BMT Nizamnaməsi ilə üzərinə götürdüyü öhdəliklərə zidd olaraq BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini təhrif edir, Ermənistan diplomatiyasına məxsus məntiqsizliklə onların artıq qüvvədən düşdüyünü iddia edir və guya həmsədrlərin onlara istinad etmədiyini deyir.
BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını təşkil edir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli sənədə əsasən həmsədrlər öz fəaliyyətlərində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, ATƏT-in Budapeşt Sammitinin qərarlarını əsas götürməli, BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının prezidentinə qətnamələrin icrası haqqında hesabat verməlidirlər.
BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir. Heç bir dövlətə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmək və ya onların rolunu aşağı salmağa səlahiyyət verilməyib.
874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan və onun bütün üzvləri tərəfindən təqdim olunan “Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli” adlı sənəd alqışlanılır və təqdir olunur. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.
BMT baş katibinin 1994-cü il 31 oktyabr tarixli SG/SM/5469 nömrəli açıqlamasında aydın şəkildə bildirilir: “BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. Birinci prinsip Azərbaycanın ərazi bütövlüyüdür. İkinci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. Üçüncü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyidir. Dördüncü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır”.
Ermənistan xarici işlər naziri o qədər tavtologiyaya yol verir ki, onun sıralamasında dördüncü və beşinci iddialara birlikdə cavab vermək məcburiyyətindəyəm. Ermənistan xarici işlər nazirindən fərqli olaraq Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin sözlərini və bəyanatlarını təhrif etmir və Minsk qrupunun həmsədr ölkələrinin adından danışmır.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin həlli ilə əlaqədar təqdim edilən prinsiplər və hazırda danışıqlar masasında olan təkliflər Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrindən irəli gələrək münaqişənin mərhələli həllini nəzərdə tutur. Burada birinci addımın icra olunması növbəti addımların həyata keçirilməsi üçün zəmin hazırlayır. Yəni, ilk addım kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ətrafındakı ərazilərindən çıxarılması təmin olunmalıdır ki, məcburi köçkünlər geri qayıtsın və digər təhlükəsizlik tədbirləri həyata keçirilsin. Ermənistan tərəfi isə arabanı atın qarşısına qoymaq prinsipi ilə məsələlərə yanaşır.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, həmsədrlər tərəfindən irəli sürülən və hazırda danışıqlar masasında olan təkliflər əsasında münaqişənin həlli üzrə substantiv danışıqlara hazırdır. Necə deyərlər top Ermənistanın meydanındadır. Ermənistan beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycanın mövcud təkliflər əsasında ciddi danışıqlara başlamaq barədə çağırışlarına konkret cavab verməlidir. Əks təqdirdə, bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir.

 
  • Oxunub:  10950  |  
  • Tarix:  06-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18