Ana səhifə »  Müsahibə »  Ölkəmizdə turizmin yüksələn xətlə inkişafı gələcəyə daha nikbin baxmağa əsas verir
A+   Yenilə  A-
Ölkəmizdə turizmin yüksələn xətlə inkişafı gələcəyə daha nikbin baxmağa əsas verir

Hadi Rəcəbli: Ən böyük reklam turistin ölkəmizdən öz vətəninə xoş təəssüratla qayıtmasıdır
27 sentyabr Dünya Turizm Günüdür. 1925-ci ildən müxtəlif adlarla fəaliyyət göstərən turizm təşkilatı 1970-ci il sentyabrın 27-də Ümumdünya Turizm Təşkilatı kimi formalaşdı. Bu tarixi əsas götürən təşkilat 27 sentyabr - Dünya Turizm Gününü təsis etdi. Təşkilatın yaradılmasında əsas məqsəd bir çox ölkələrin iqtisadiyyatını inkişaf etdirmək, yoxsulluğun səviyyəsini azaltmaq, dövlətlərarası əməkdaşlığı bərpa etmək idi. Azərbaycan da dünyanın 154 ölkəsindən biri kimi bu qurumun üzvüdür.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli AZƏRTAC-a müsahibəsində ölkəmizin turizm potensialı və bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb.
- Turizm həm gəlirli biznes sahəsidir, həm də ölkəni dünyada daha geniş tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan dövləti turizmin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib, bununla bağlı müvafiq dövlət proqramları qəbul olunub. Son vaxtlar bu sahədə görülən işlərin real nəticələri barədə nə deyə bilərsiniz?
- Son iki ildə Azərbaycanda turizm sahəsində hiss olunacaq dəyişikliklər baş verib, mühüm irəliləyişlər əldə edilib. İki rəqəmə nəzər salaq: ölkəmizə gələn turistlərin sayı 2015-ci ilə nisbətən 30 faiz, 2016-cı ilin birinci yarısına nisbətən 25 faiz artıb. Bu artım artıq davamlı xarakter alıb.
Turizm sahəsinin inkişafını şərtləndirən əsas amillərə gəlincə isə, bunlar son illər ölkəmizdə həyata keçirilən iri, müasir infrastruktur layihələridir: fəaliyyətdə olan 6 hava limanı, dünya standartlarına cavab verən yolların çəkilməsi, 500-dən çox otel şəbəkəsinin istifadəyə verilməsi. Eyni zamanda, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, “ASAN viza” sisteminin reallaşdırılması, tarixi abidələrin zənginliyi, Azərbaycan qonaqpərvərliyi, milli mətbəximiz və gündən-günə gözəlləşən, müasirləşən paytaxtımız da turistləri cəlb edir. On il bundan əvvəlki Bakı ilə indiki Bakı arasında fərqi hər birimiz görürük. Paytaxtımız dünyəvi turizm şəhərlərindən birinə çevrilib. Zənnimcə, biz ölkəmizin turizm potensialının yalnız 20 faizindən istifadə edə bilmişik, bu potensialın 80 faizi hələ reallaşmayıb.
- Bu ilin mayında parlamentdə “Turizm haqqında” qanun layihəsi birinci oxunuşdan keçib. İstərdik ki, bu barədə də məlumat verəsiniz.
- Prezident İlham Əliyev hər zaman turizm sahəsini diqqətdə saxlayır. Bu sektorun inkişafı zamanın çağırışıdır, vacib məsələlərdən biridir. Son iki ildə 27 Sərəncam və bir sıra digər sənədlər qəbul edilib. Bunların hər biri turizmin inkişafına hesablanıb. Azərbaycanda Turizm Şurası yaradılıb və bu qurum turizm sahəsində lazımi qərarlar qəbul edir. Parlamentdə birinci oxunuşdan keçən “Turizm haqqında” qanun layihəsi üzərində iş gedir. Prezident İlham Əliyev parlamentə bu qanunun qəbulunu sürətləndirməyi tövsiyə edib. Biz artıq dünyanın 12 ölkəsinin turizm haqqında qanunları ilə tanış olmuşuq. Hazırda Türkiyə və Rusiyanın müvafiq qanunları nəzərdən keçirilir. Qanunlar çoxmaddəli olduğundan bu iş çox vaxt aparır.
- Turizmin inkişafına bilavasitə təsir edən amillərdən danışaq. Xüsusən kadr hazırlığını nəzərdə tuturuq.
- Bələdçi institutu və Turizm institutlarının hazırladığı ixtisaslı kadrların turist qəbuletmə səriştəsində də müsbətə doğru dəyişikliklər müşahidə olunur, peşəkarlıq səviyyəsi yüksəlir. Turistlərin sayı artdıqca, kadrlara ehtiyac da artır, çünki bu vaxtadək turizm obyektlərində əsasən xaricdən gələn mütəxəssislər işləyirdi. Turizm sahəsində uğur qazanmaq üçün xidmət mədəniyyəti, nəqliyyat, turizm şirkətləri ilə iş düzgün qurulmalı və ən əsası turist cəlbetmə texnologiyası işlənib hazırlanmalıdır.
- Ümumiyyətlə, turizmin paytaxtla yanaşı, regionlarda da geniş vüsət alması günümüzün reallığıdır. Sizcə, region turizminin inkişafı üçün daha çox nəyə diqqət yetirilməlidir?
- Doğrudan da, turizmin geniş vüsət aldığı regionlarımız çoxdur. Şəki, Qəbələ, Gəncə, Qusar artıq turizm bölgələri kimi tanınır. Amma elə regionlar var ki, turist qəbul etmək imkanı çox olsa da, infrastruktur müasir tələblərə tam cavab vermir. Buna görə də hələlik həmin bölgələr turistlərə xidmət edə bilmir. Bunun üçün hərtərəfli şərait yaradılmalıdır və hazırda həmin istiqamətdə iş gedir.
- Söhbətimizin əvvəlində qeyd etdiniz ki, Azərbaycana gələn turistlərin sayı ötən illərlə müqayisədə xeyli artıb. Bunu yetərli hesab etmək olarmı?
- Turistlərin tərkibinə nəzər yetirsək görərik ki, onların əksəriyyəti ərəb ölkələrindən, İrandan gələnlərdir. Təbii ki, bununla kifayətlənmək olmaz, Çin və Avropa ölkələrindən də turistlər cəlb etməliyik. Turist axını artdıqca, bu sahədə imkanlar da genişlənir. Hər turist nə qədər az xərcləsə, 1000 ABŞ dolları xərcləməli olur. Bu da dövlət büdcəsi üçün əlavə vəsait deməkdir.
Turizmin inkişafına Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, idman yarışları da öz töhfəsini verir. Bu tədbirlərin təşkili həm də Azərbaycanın təbliğinə xidmət edir. Azərbaycan ÜTT-nin 154 üzvü arasında ən çox turizm potensialına malik ölkələrdən biridir. İndi qarşımızda duran əsas vəzifə bu potensialın reallaşdırılmasına nail olmaqdır. Prezident İlham Əliyevin diqqəti sayəsində turizm yüksələn xətlə inkişaf edir. Qeyd etdiyim kimi, ildə 25-30 faiz artım müşahidə olunur. Bu, böyük nəticədir və Azərbaycan turizminin gələcəyinə nikbin baxmağa əsas verir.
- Hadi müəllim, yəqin razılaşarsınız ki, turizmin inkişafında reklam da az rol oynamır. Son vaxtlar Avropanın nüfuzlu telekanallarında Azərbaycan barədə reklam çarxlarına daha tez-tez rast gəlirik. Bu fikrə nə kimi əlavəniz var? Biz ölkəmizi turizm məkanı olaraq yetərincə tanıda bilirikmi?
- Hesab edirəm ki, ən böyük reklam hər bir turistin ölkəmizdən öz vətəninə xoş təəssüratla qayıtmasıdır. Bir daha vurğulamaq istərdim ki, mötəbər tədbirlərə, beynəlxalq yarışlara ev sahibliyi etməyimiz ölkəmizin xaricdə tanıdılması baxımından ən güclü vasitədir, istənilən reklamdan daha təsirlidir. İnsanlar gəlir və hər şeyi öz gözləri ilə görürlər.
Eyni zamanda, düşünürəm ki, elektron təbliğata da diqqəti artırmalı, sosial şəbəkələrin və elektron KİV-lərin bu sahədəki imkanlarından yetərincə bəhrələnməyə çalışmalıyıq. Yaxud turizm yarmarkaları keçirilməli, bukletlər hazırlanmalıdır.

 
  • Oxunub:  9180  |  
  • Tarix:  28-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18