Ana səhifə »  Müsahibə »  Siyavuş Novruzov: Biz Avropa Şurası qarşısında tələblər irəli sürməliyik
A+   Yenilə  A-
Siyavuş Novruzov: Biz Avropa Şurası qarşısında tələblər irəli sürməliyik

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, sizcə, Avropa Şurasının Baş katibi Turbyern Yaqlandın ölkəmizin daxili işlərinə qarışaraq “siyasi məhbus” kimi qələmə verilən REAL hərəkatının rəhbəri İlqar Məmmədovun azadlığa buraxılmayacağı halda Azərbaycanın AŞPA-dan çıxarılması məsələsini gündəmə gətirməsinin arxasında hansı məqamlar dayanır?
- Bilirsiniz, son zamanlar bəzi Avropa institutları Azərbaycanla təhdid dili ilə danışmağa cəhdlər göstərirlər. Lakin bu cəhdin onlara heç bir səmərə vermədiyini gördükdə siyasi şantaja əl atırlar. Bu gün Azərbaycanın tutduğu hərtərəfli inkişaf və tərəqqi yolu, xüsusilə, beynəlxalq aləmdə möhkəmlənən mövqeyi, müstəqil siyasət yürütməsi bir çox siyasi dairələri narahat etməyə başlayıb. Eyni zamanda, AŞ və digər təşkilatlarda fəaliyyət göstərən və erməni lobbisinin dəstəyi ilə Azərbaycan əleyhinə köklənmiş ayrı-ayrı şəxslər bu sifarişləri həyata keçirməyə çalışırlar. Bu baxımdan, Turbyern Yaqland da məhz İlqar Məmmədovdan məlum məqsədləri üçün istifadə edib, şantajçılıqla məşğul olur. Halbuki, onun bu şantajı heç nəyi dəyişməyəcək, əksinə, hesab edirəm ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrini və bu qurumda üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Ümumiyyətlə, onlar bizə deyil, biz onlara minnət qoymalıyıq və bunun üçün bizim kifayət qədər əsaslarımız var.
- Məsələn, hansı əsasları AŞ, yaxud Yaqland qarşısında qoyaraq ölkəmizin bu qurumdakı üzvlüyünü nəzərdən keçirə bilərik?
- Yenə də deyirəm, əsaslarımız kifayət qədərdir. Belə ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü olaraq, bu təşkilat çərçivəsində səmərəli fəaliyyəti ilə seçilib. Gündəmə çıxarılan bütün məsələlərə dair öz müstəqil mövqeyi və rəyi ilə münasibət sərgiləyib. Məsələn, AŞPA-da təmsil olunan və ərazi bütövlüyü təhdid altında olan hər hansı bir dövlətin mövqeyini dəstəkləyən bəyanatlar verilib, beynəlxalq terrorizm, insan alveri və s. məsələlərlə bağlı münasibət bildirilib, demokratiyanın inkişafı üçün verilən bütün layihələrə dəstək göstərib, eləcə də təşəbbüslərlə çıxış edib, o cümlədən, digər faktorlar var ki, Azərbaycan tərəfi daim onları diqqətdə saxlayıb. Lakin təəssüflər olsun ki, bütün bunları görməzlikdən gələn Turbyern Yaqland və ona dəstək göstərən bəzi ermənipərəst deputatlar Azərbaycana qarşı ardıcıl şəkildə həyata keçirilən çirkin kampaniyaların tərkib hissəsində yer almaqda davam edirlər. Bu isə, əlbəttə ki, yolverilməzdir. Ona görə ki, qeyd etdiyim fikirlərin qarşılığında Azərbaycan AŞ-da daim təzyiqlə, ikili standartlarla üzləşib. Məhz bu səbəbdən, bayaq da qeyd etdiyim kimi, minnət, yaxud da sərt münasibət dili ilə onlar deyil, biz danışmalıyıq və biz AŞ qarşısında tələblər irəli sürməliyik.
- İkili standartlar deyərkən, burada hansı faktları göstərmək olar?
- Yəqin ki, bir çoxları hələ də Andreas Qrossun, Andreas Herkelin, Kristofer Ştrasserin və digər bu kimi xüsusi maraqlara xidmət edən məruzəçilərin anti-Azərbaycan fəaliyyətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nümayiş etdirdikləri ikili standartlarını və laqeyd münasibətlərini unutmuş deyil. Hətta zaman-zaman işğalçı Ermənistanın bu siyasətini dolayısı ilə dəstəkləyən anlar da yaşanıb ki, biz, burada hər hansı səmimiyyətdən, ümumiyyətlə, danışa bilmərik.
Digər tərəfdən, Azərbaycan bu qurumda Türkiyə ilə birgə təmsil olunan müsəlman ölkələrindən biridir ki, istər demokratiyanın inkişafı, istər söz və fikir azadlığı, istərsə də insan azadlıqları və hüquqlarının qorunması istiqamətində bir çox Avropa ölkələrinə örnək sayıla bilər. Görünür, Azərbaycanın həm də müsəlman ölkəsi olaraq bu kimi məsələlərdə önə çıxması Yaqlandın timsalındakı bəzi avroparlamentariləri, həqiqətən də, narahat etməyə başlayıb.
Yəni burada Türkiyə amili də mövcuddur ki, bütövlükdə AŞPA iki qardaş və bir-birinə açıq dəstək göstərən müsəlman ölkələrinin eyni mövqelərdən çıxış etməsini həzm edə bilmir. Çünki oradakıların əksəriyyətində bilavasitə islamofob meyilləri mövcuddur. Sual olunur, əgər sizlər, doğrudan da, özünüzü demokratiya və ədalət carçısı, insan haqlarını müdafiə edən hesab edirsinizsə, nəyə görə elə Avropanın daxilində baş qaldıran iqrçilik, ksenofobiya, polis zorakılıqlarına qarşı hər hansı bir önləyici tədbirlər görmürsünüz? Bunun əvəzində isə gah Azərbaycanı, gah da Türkiyəni hədəfə alıb çərçivəyə sığmayan, heç bir diplomatik dəyərə söykənməyən münasibətlər sərgiləyirsiniz?
Xüsusilə, Azərbaycanda son illərdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, istər iqtisadi, istər sosial, istər mədəniyyət, istərsə də başqa sahələrdə yalnız inkişaf nəzərə çarpır. Avropalıların özləri də yaxşı bilirlər ki, “siyasi məhbus” adlandırdıqları şəxslər hansı əməllərinə görə tutulublar və belə insanlar bundan sonra da qanun qarşısında cavab verəcəklər. Amma buna baxmayaraq, Azərbaycan hakimiyyəti bütün dünyaya humanizmin nə olduğunu dəfələrlə sübuta yetirib. Təkcə son illərdə on minlərlə insan, içlərində avropalıların “siyasi məhbus” kimi qələmə verdikləri şəxslər də daxil olmaqla azadlığa buraxılıblar. Ölkəmizdə demokratik islahatlar ardıcıllıqla reallaşdırılır və bundan sonra da davam edəcək. Lakin biz nə görürük? Yuxarıda sadaladığım ürəkbulandırıcı təhdidlər və şantajlar. Məhz ikili standartlar deyəndə də biz bunları nəzərdə tuturuq.
- Siyavuş müəllim, qeyd etdiyiniz faktlardan əlavə, Azərbaycana qarşı edilən bənzər hücumlar konkret olaraq daha hansı məsələlərə görədir?
- Əlbəttə, bu həm də Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasətinə qarşı istiqamətlənmiş, hətta deyərdim, qəsdən planlaşdırılmış bir addımdır. Çünki cənab Prezidentin yürütdüyü qətiyyətli siyasəti bəzi Qərb dairələrində və o cümlədən AŞ-da aşkar qıcıq doğurmaqdadır. Ona görə də bəzi avropalı deputatlar ölkə başçımızın qətiyyəti qarşısında heç nə edə bilmədikdə bənzər şantajlar meydana çıxmağa başlayır. Bəli, müsəlman ölkəsi olan Azərbaycan erməni lobbisini, bu lobbi ilə əməkdaşlıq edən avropalı ikiüzlü və saxtakar deputatları gecələr rahat yatmağa qoymur.
Bilirsinizmi, burada növbəti suallar yaranır. Axı necə ola bilər ki, 10 minlərlə qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsi birdən-birə durub Azərbaycanla bağlı hər hansı əsassız qərar versin və bu qərarla da AŞ-da səmərəli fəaliyyəti ilə seçilən bir ölkənin oradan uzaqlaşdırılması ilə bağlı prosedura başlanılsın?!
Bir daha sözlərimin altından xətt çəkərək deyirəm, bu, AŞPA-nın Baş katibi Yaqlandın həm bəzi Qərb dairələri, həm də region ölkələrindən aldığı sifarişinin nəticəsidir. İndi biz də ona bu cür sual edə bilərik ki, cənab Yaqland, bu sifarişlərə görə sizə nə qədər rüşvət verilib? Buyurun açıqlayın..!
- Siyavuş müəllim, hesab etmək olarmı ki, Azərbaycan bu qurumda təmsil olunduğu 16 illik müddətdə, demək olar ki, ikili standartlardan başqa heç nə qazanmayıb?
- Əgər sadalanan fikirləri təhlil etsək, bu, əlbəttə ki, belədir. AŞPA beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayıb, halbuki, Azərbaycan dəfələrlə həmin məsələni qaldırıb və tələblərini irəli sürüb. Bu isə həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaqdan, Dağlıq Qarabağın işğalını rəsmiləşdirməkdən və onu Azərbaycandan uzaqlaşdırmaqdan başqa heç bir məqsəd güdməyib. Əksinə, Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən müstəqil və demokratik Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qərəz, qarayaxma və ləkələmə, çoxsaylı şantajlarla qarşı-qarşıya qalıb. Ona görə də Turbyern Yaqland baş katibi olduğu qurumun “demokratik” fəaliyyətini şişirtməsə, daha yaxşı olardı. Əksinə, o, bundan sonra Azərbaycanın inteqrasiya meyillərini yenidən nəzərdən keçirəcəyi barədə verə biləcəyi qərarın ardınca, AŞ-nın imicinə nə qədər fəsadların toxunulacağı ehtimalları barədə düşünməyə başlasın. O və digər ermənipərəst deputatlar anlasınlar ki, Azərbaycan öz milli maraqlarına uyğun strateji hədəflərindən qətiyyən geri çəkilməyərək, müstəqil siyasətini davam etdirəcəkdir.
- Bəs, Azərbaycan beynəlxalq siyasi çevrədə hansı yeni siyasi tendensiyalara qoşula bilər?
- Bu gün Azərbaycanla əməkdaşlıq etmək marağında olan kifayət qədər region ölkələri var ki, həmin ölkələrlə yanaşı, İslam dünyası, Şərqlə əlaqələr də ən yuxarı səviyyəyə doğru inkişaf etməkdədir. Azərbaycan bu əlaqələri daha da genişləndirə, onların böyük potensialından yararlana, eləcə də mövcud potensialını əsas təşəbbüskar olaraq istifadə edə bilər və bununla da milli dövlətçilik maraqlarımız, müstəqil siyasətimiz daha da güclənəcək. Bu səbəbdən, əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti bənzər Avropa təsisatlarının özünə və ümumiyyətlə İslam dünyasına qarşı ədalətsiz mövqeyini, onları hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməməklə yanaşı, onlardan fərqli olaraq, haqqın, ədalətin yanında olmağa, bu faktoru dəstəkləməyə davam edəcəkdir.

 
  • Oxunub:  11760  |  
  • Tarix:  30-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA