Ana səhifə »  Müsahibə »  Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təminatı yönündə apardığı siyasət uğurlu nəticələr verir
A+   Yenilə  A-
Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təminatı yönündə apardığı siyasət uğurlu nəticələr verir

Milli Məclisin deputatı Azər Badamov www.yap.org.az saytına müsahibə verib:
- Azər müəllim, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bir sıra sahələrin əsaslı yüksəlişini təmin edib. Bu mənada kənd təsərrüfatı və turizm sahələrini xüsusi qeyd etmək lazımdır. Son statistik göstəricilərdə də aqrar sektorun ayrı-ayrı sahələrinin yüksək inkişaf tendensiyası əldə etdiyi məlum olur. Bu inkişaf tempinin əldə olunmasında əsas şərt nədən ibarətdir?
- Birmənalı şəkildə vurğulanmalıdır ki, son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadiyyatın şaxələndirilməsi strategiyasında kənd təsərrüfatı xüsusi yerə malikdir. Kənd təsərrüfatının ayrı-ayrı sahələrində atılan addımlar, görülən tədbirlər, o cümlədən təsərrüfatların genişləndirilməsi və əkin sahələrinin artırılması istiqamətində görülən işlər bu gün aqrar sahənin populyarlıq qazanmasında əsaslı rol oynayıb. Bu ilin əvvəlindən regionların bir sıra kənd təsərrüfatı sahələri üzrə ixtisaslaşdırılması, ard-arda respublika müşavirələrinin keçirilməsi, bu sahədə ixracatın artırılması üçün görülən işlər göz önündədir. Pambıq və tütün istehsalının artırılması, fındıq bağlarının genişləndirilməsi, sitrus meyvələrinin yetişdirilməsi istiqamətində dövlətimizin gördüyü işlər, sahibkarlara verilən dəstək artıq öz bəhrəsini verir. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Bu təsərrüfatlar üçün yaradılan münbit şərait, verilən subsidiyalar isə istehsalın artımına öz əsaslı təsirini göstərməkdədir.
Təbii ki, bu təsərrüfatların yaradılmasına dövlətin verdiyi güzəştli kreditlərin də mühüm yeri var. Belə ki, bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. Bu, olduqca böyük bir rəqəmdir və təsərrüfatların gələcək fəaliyyətinə də əsaslı təsir göstərir. Bunun nəticəsidir ki, bu ilin məhsul istehsalında əldə olunan statistik rəqəmlər də yüksəkdir. Məsələn, iri fermer təsərrüfatlarının taxıl istehsalında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir. Bütün bu məqamları ümumiləşdirdikdə isə ortaya belə bir mənzərə çıxır: Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təminatı yönündə apardığı siyasət uğurlu nəticələr verir və bu siyasətin davam etdirilməsi ölkəmizin kənd təsərrüfatı məhsullarının ixrac potensialını artırır.
- Artıq ayrı-ayrı rayonlarımızda yeni aqroparkların yaradılması yönündə də əsaslı işlər görülür. Ümumiyyətlə, aqroparkların yaradılması ölkəmizdə aparılan iqtisadi siyasətdə hansı rola malikdir?
- Bəli, yeni yaradılan aqroparklar da olduqca mühüm əhəmiyyətə malikdir. Ölkə Prezidenti İlham Əliyev Neftçala rayonunda sənaye parkının açılışındakı çıxışında da bildirdi ki, gələn ilin İnvestisiya Proqramında dövlət investisiya xərcləri sırasında mütləq yeni bölgələrdə sənaye zonalarının yaradılması nəzərdə tutulmalıdır. Bu plan həm də ölkəmizdə sənayeləşmənin yeni mərhələsinin başlanğıcıdır. İndiyə qədər qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları yerlərdə yeni infrastrukturların qurulmasını, qazlaşdırma, elektrik təminatı, suvarmanı təmin edib. Bu gün bölgələrimizdə davamlı işıq, qaz, içməli su verilişi təmin edilib. Hətta ucqar kəndlərimizdə belə bu problem aradan qaldırılıb. O cümlədən yeni yolların çəkilməsi istər sənaye məhəllələrinin, istərsə də iri fermer təsərrüfatlarının işini daha da asanlaşdırır.
Yəni yeni infrastrukturların qurulması artıq sənayenin və kənd təsərrüfatının yeni mərhələdəki inkişafını təmin edir. Regionların potensialı, ənənələri, əmək resursları və bu kimi digər mühüm amillər nəzərə alınmaqla yaradılan aqroparklar bir sıra nöqteyi-nəzərdən də əhəmiyyətlidir. Azərbaycan hər cəhətdən müasir təsərrüfatlar sayılan aqroparkların yaradılmasını siyasi və maddi cəhətdən dəstəkləməklə daxili ərzaq tələbatını bütünlüklə yerli istehsal hesabına qarşılamaq, eyni zamanda, xarici bazarlara çıxarılacaq məhsullarımızın həcmini artırmaq məqsədi güdür.
- Azər müəllim, məlumdur ki, ölkəmizin daha sürətli inkişafına torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğal olunması mane olur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin mövqeyi Azərbaycanın ərazi bütövlüyünün təminatına əsaslanır. Hər zaman işğalçı Ermənistana qarşı susqunluq nümayiş etdirən, bu münaqişənin həllinə laqeyd münasibət göstərən Qərb özü bu gün separatizmdən əziyyət çəkir. Necə düşünürsüz, Azərbaycana qarşı bu mənada ikili standartlarla yanaşan Qərb dünyasının indi bu problemin cənginə düşməsinə əsas səbəb nədir?
- Təəssüf ki, illərdir ölkəmizin torpaqlarını işğal edən, ərazi bütövlüyümüzü pozan Ermənistana qarşı beynəlxalq aləmin reaksiyası qətiyyəti ilə seçilməyib. Azərbaycan Prezidentinin apardığı siyasət ölkəmizin bu münaqişənin həlli prosesindəki üstünlüyünü təmin edib. İstər beynəlxalq hüquq normaları çərçivəsində atılan addımlar, istərsə də hərbi potensialın inkişafı yönündə görülən tədbirlər Azərbaycan dövlətinin üstünlüyünü açıq şəkildə ortaya qoymaqdadır. Bir müddət öncə Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı ölkəmizin mövqeyini bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. Dövlət başçısının işğalçı dövlətə qarşı heç bir güzəştin olmayacağı, Azərbaycanın ərazi bütövlüyünün təmini, torpaqların qeyd-şərtsiz işğaldan azad edilməsi kimi fikirləri bu münaqişənin həlli prosesinin əsas konturlarını bir daha bəyan etdi. Prezidentimizin ötən ilin aprel döyüşlərinə istinad edərək Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək iqtidarında olmasını söyləməsi onsuz da bəlli olan hərbi üstünlüyümüzün göstəricisi idi. Amma bu, bir daha onu nümayiş etdirir ki, Azərbaycan dövləti bu münaqişənin həllinə danışıqlar vasitəsilə, qansız, müharibəsiz nail olmaq niyyətindədir. Bu fakt bizim humanizm siyasətinə sadiqliyimizi ortaya qoyur. Qərb dünyası bunu görməlidir.
Bu gün erməni işğalına göz yuman ölkələr, Avropa, Qərb dünyası separatizmin caynağındadır. Kataloniyada baş verənlər bunun bariz nümunəsidir. Bu presedentin başqa ölkələrə sıçramayacağını da heç kim iddia edə bilməz. Bunun üçün də beynəlxalq aləm birmənalı şəkildə işğala, separatizmə qarşı birləşməli və effektli mübarizə metodları nümayiş etdirməlidir. Azərbaycan dünyaya sülh, tolerantlıq, multikulturalizm nümunəsi göstərir. İnsan hüquq və azadlıqlarının təmini ölkəmizdə yüksək səviyyədədir. Amma dünənə qədər məhz bu faktorlardan dünya ölkələrinə qarşı təzyiq kimi istifadə edən Avropa artıq öz yalanlarının içində əriyir. İnanıram ki, gec-tez dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həllində vasitəçi olacaq və ölkəmizin ərazi bütövlüyü təmin ediləcək.

 
  • Oxunub:  11580  |  
  • Tarix:  05-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18