Ana səhifə »  Müsahibə »  Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq
A+   Yenilə  A-
Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova www.yap.org.az saytına müsahibə verib:
- Sahibə xanım, son dövrlər bəzi “beynəlxalq təşkilatlar”ın Azərbaycana qarşı “qara piar” kampaniyası apardıqlarını müşahidə etməkdəyik. Sizcə, bu nə ilə bağlıdır?
- Azərbaycan müstəqil dövlətdir və özünün möhkəm əsaslara malik müstəqil hüquq sistemi mövcuddur. Müstəqillik illərində Azərbaycan sürətlə inkişaf edib. Azərbaycan yüksək iqtisadi inkişaf tempinə malik, əhalinin sosial müdafiəsinin təmin olunduğu demokratik ölkədir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində çox möhkəm hüquqi baza mövcuddur. Azərbaycan qanunvericiliyi tamamilə Avropada mövcud olan qanunlara uyğunlaşdırılıb, qanunların icra mexanizmləri təkmilləşdirilib. Ölkə əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir və birbaşa olaraq dövlət tərəfindən bütün şəhər və qəsəbələrə genişzolaqlı internet çəkilib, ucqar kəndlərdə belə internetdən azad şəkildə istifadə olunur. Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub, kütləvi informasiya vasitələrinin inkişafına dövlət tərəfindən ciddi dəstək göstərilir. Həmçinin vətəndaşların sərbəst toplaşmaq azadlığı tam təmin olunur və bununla bağlı çox mütərəqqi qanun qəbul olunub. Yəni sadalananlar bir daha o reallığı ortaya qoyur ki, Azərbaycan müstəqil, demokratik ölkə olaraq öz inkişafını davam etdirir və bu məsələlərlə bağlı Azərbaycana qarşı hər hansı irad tutmaq, tənqid etmək yumşaq şəkildə desək, ədalətsizlikdir. Belə olduğu təqdirdə, Azərbaycana qarşı “qara piar” kampaniyalarına səbəb nədir?
Əslində, biz ölkəmizə qarşı qərəzli münasibətin səbəblərini çox yaxşı bilirik. Möhtərəm Prezidentimiz İlham Əliyev də oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən bununla bağlı fikirlərini ifadə edərək Azərbaycana qarşı şər-böhtan kampaniyasının səbəblərini izah etdi. Cənab Prezident dedi ki, bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Bunun səbəblərindən biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür. Digər tərəfdən, müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Əlavə olaraq, açıq etiraf etməliyik ki, bəzi dairələr çox ciddi şəkildə islamofobiyaya yoluxublar və bir sıra ölkələrə münasibətdə əfsuslar olsun ki, ədalət prinsiplərindən deyil, dini, milli ayrı-seçkilik prizmasından yanaşırlar. Bütün bunlar isə həm də o anlama gəlir ki, Azərbaycanın ünvanına səsləndirilən tənqidlər subyektiv və qərəzlidir.
- Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu illər ərzində təşkilatla çox uğurlu əməkdaşlıq əlaqələri qurmağa çalışıb. Azərbaycan AŞ qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Buna baxmayaraq, son zamanlar Avropa Şurası Parlament Assambleyasının bəzi üzvləri tərəfindən Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqenin ortaya qoyulduğunu görürük. Bu da təbii olaraq, Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradır. Siz, AŞPA komitəsinin sədri və Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü kimi, son zamanlar AŞPA-Azərbaycan paralelində baş verənləri necə qiymətləndirirsiniz?
- Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın milli maraqlarına söykənən müstəqil siyasət həyata keçirir və istənilən situasiyada yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edir. Dövlətimizin başçısı dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi iş aparır. Azərbaycan istənilən təşkilatın fəaliyyətini beynəlxalq hüquq prinsiplərinə uyğun qurmasının, ölkələrin daxili işlərinə müdaxilə olunmasının yolverilməzliyinin tərəfdarı kimi çıxış edir. Avropa Şurasına üzv olduğu ötən 16 ildən də artıq dövr ərzində də Azərbaycan təşkilat qarşısında bütün öhdəliklərini uğurla yerinə yetirib. Eyni zamanda, Azərbaycan öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə, mühüm təşəbbüsləri ilə təşkilatın daha effektiv fəaliyyət göstərməsinə töhfəsini verib. Buna baxmayaraq, müxtəlif vaxtlarda qurumu təmsil edən bəzi parlamentarilərin, o cümlədən rəhbər strukturlarında təmsil olunan siyasətçilərin dilindən ölkəmizlə bağlı obyektivlikdən uzaq, ölkəmizdəki mövcud inkişaf tendensiyalarını əks etdirməyən qərəzli yanaşmalar olmuşdur. Eyni zamanda, biz quruma üzv olarkən, AŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hər hansı formada dəstək verəcəyni düşünürdük. Amma ötən illər ərzində bununla bağlı təsirli addımların da atıldığını müşahidə etməmişik. Əksinə, demokratik yolla inkişaf edən Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyaları fonunda ölkədə keçirilən bütün seçkilərin saxtalaşdırıldığı, siyasətçilərin, deputatların parlamentdə qətlə yetirildiyi, terrorizmin rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və soyqırımı törətmiş Ermənistan isə AŞPA-dakı müəyyən qruplar tərəfindən sanki himayə olunur, onlara qarşı loyal münasibət sərgilənir. Son vaxtlar isə AŞ-nin bəzi rəsmiləri Azərbaycana qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bizi hədələyirlər. Əlbəttə, bütün bunlar Azərbaycan cəmiyyətində haqlı narazılıq, qınaq yaradır. Prezident İlham Əliyevin də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə vurğuladığı kimi, hazırda Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil və bunun obyektiv səbəblərini bayaq sadaladıq. Bununla belə, hesab edirəm ki, ölkəmizə qarşı istənilən təzyiq üsulları ilə ölkəmizə təsir etmək, onun müstəqil xarici siyasətinə müdaxilə etmək cəhdləri əbəsdir və heç bir nəticə verməyəcək. Azərbaycan cəmiyyəti və dövləti ölkəmizə qarşı ədalətsiz, qərəzli mövqeyi heç vaxt qəbul etməyəcək.
- Siz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə də toxundunuz. Prezident İlham Əliyev də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud durum haqqında məlumat verdi. Siz münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda hazırkı situasiyanı necə qiymətləndirirsiniz?
- Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən ölkədir. Bu gün Ermənistanda hakimiyyətdə olan insanlar vaxtilə Qarabağda minlərlə azərbaycanlını qətlə yetirən səhra komandirləridir. Serj Sarkisyan yüzlərlə azərbaycanlı qadın, uşaq və yaşlının öldürüldüyü Xocalı qətliamında şəxsən iştirakı barədə özü müsahibə verib. Ermənilər həmişə ən çirkin terror üsullarına əl ataraq, öz milli kimliklərini, niyyətlərini ortaya qoyublar. Amma ən ağrıdıcısı odur ki, bu kimi cəhdlərdə uşaqları, qadınları hədəfə götürürlər. Bu isə bir daha onu göstərir ki, ermənilər uzun müddət Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətindən bu gün də əl çəkmir və hər fürsətdə irqçi, bütün beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan bu kimi təxribatları təkrarlayırlar. Ermənistanın terrorçu rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı da imitativ xarakterlidir. İrəvan hakimiyyəti maksimum səy göstərir ki, münaqişə dondurulmuş qalsın, status-kvo davam etsin. Lakin Azərbaycan heç vaxt buna imkan verməyəcək. Münaqişənin beynəlxalq norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli bu gün Azərbaycan dövlətinin ən ümdə məqsədidir və Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimizdə suveren hüquqları bərpa olunacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan tarixən ona məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcək. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır.
- Sahibə xanım, yeri gəlmişkən, sözügedən görüşdə əsas müzakirə olunan məsələlərdən biri də Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin genişləndirilməsi oldu. Həmin görüşdə həm dövlətimizin başçısı İlham Əliyev, həm də Avropa İttifaqına üzv ölkələri təmsil edən səfirlər Azərbaycanla qurum arasında əlaqələrlə bağlı müsbət fikirlər səsləndirdilər. Siz bu əməkdaşlığın perspektivlərini necə görürsünüz?
- Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığın inkişafına böyük əhəmiyyət verir. Qurumla əlaqələrimiz çoxşaxəlidir və müxtəlif istiqamətləri əhatə edir. Aİ ilə ölkəmiz arasında müxtəlif dövrlərdə siyasi əlaqələr, ölkəmizin demokratik inkişafı, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət, multikulturalizm ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələr aparılıb. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan Avropa İttifaqı məkanında əsas enerji təchizatçılarından biridir və ölkəmizin etibarlı rolu daim yüksək qiymətləndirilir. Azərbaycan dünyada böyük enerji ehtiyatları, şaxələndirilmiş ixrac potensialı olan ölkə kimi tanınır. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Həmçinin Aİ-yə üzv ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycanın iştirakı əhəmiyyətli hesab olunur. Bunlarla yanaşı, bildiyimiz kimi, Azərbaycan mühüm coğrafi mövqeyə malikdir və Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat layihələri Avropa məkanı üçün böyük önəmə malikdir. Xüsusilə, Şərq-Qərb Nəqliyyat Dəhlizi Asiya ilə Avropa arasında bir körpü rolunu oynayacaq ki, burada da Azərbaycanın töhfələri misilsizdir.
Digər tərəfdən, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli əlaqələrin inkişafına böyük maraq göstərir və bu istiqamətdə də ciddi nailiyyətlərin qazanıldığı şübhəsizdir. Avropa İttifaqına üzv olan ölkələrin üçdəbirindən çoxu ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
Bildiyimiz kimi, hazırda ölkəmizlə qurum arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar aparılır və hesab edirəm ki, bu danışıqların uğurla nəticələnməsi və yeni sazişin imzalanması Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərdə yeni mərhələnin əsasını qoyacaq, yeni səhifə açacaq. Dövlətimizin başçısı İlham Əliyev də qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə yeni bir səhifənin açılışını etmək istəyir. Əlbəttə ki, mühüm geostrateji mövqeyi, regionun lider dövləti olması etibarilə, həmçinin enerji təhlükəsizliyinə vacib töhfələri, geniş iqtisadi potensialı, demokratiya yolunda atdığı qətiyyətli addımları və əldə etdiyi nailiyyətləri baxımından Azərbaycanla əlaqələrin inkişafı Avropa İttifaqı üçün də mühüm əhəmiyyət kəsb edir və quruma rəhbərlik edən şəxslərin Azərbaycanın əhəmiyyəti ilə bağlı çoxsaylı bəyanatları da bunu bir daha təsdiq edir.

 
  • Oxunub:  13500  |  
  • Tarix:  07-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”
17 Oktyabr 10:02
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib
17 Oktyabr 10:00
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
17 Oktyabr 09:58
STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur təşkil edilib
17 Oktyabr 09:56
YAP Gədəbəy rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18