Ana səhifə »  Müsahibə »  Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin reallaşması əhaliyə göstərdiyimiz xidmətlərin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq
A+   Yenilə  A-
Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin reallaşması əhaliyə göstərdiyimiz xidmətlərin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Qorxmaz müəllim, 2017-ci ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı bir sıra mühüm sərəncamlar imzalanmışdır. Öncə istərdik, bu sərəncamların əhəmiyyəti və onlardan irəli gələn məsələlərin icrası barədə fikirlərinizi bildirəsiniz.
- Əvvəlcə qeyd etmək istərdim ki, əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, onların kanalizasiya xidmətləri ilə təmin olunması sosial siyasətin əsas hədəflərindəndir. Cənab Prezident İlham Əliyevin hər bir yaşayış məntəqəsinin keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən son illər Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə işlər hazırda da davam etdirilməkdədir. Ümumilikdə götürsək, 2017-ci ilin ötən dövrü su təsərrüfatı sektoru üçün mühüm hadisələrlə müşahidə olunmuşdur.
Cari ilin martında cənab Prezidentin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” imzaladığı Sərəncam xüsusi qeyd olunmalıdır. Sərəncama əsasən, 28 rayonun 170 yaşayış məntəqəsinin su təchizatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu layihələr çərçivəsində 271 min kənd sakini keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Məlumat üçün deyim ki, şəhər və rayon mərkəzləri ilə müqayisədə kəndlərin su təchizatının aparılması xüsusi yanaşma tələb edir. Belə ki, kəndlərin layihələri hazırlanarkən onların yerləşdiyi ərazilər, su mənbələrinə yaxınlığı, infrastruktur imkanları diqqətlə araşdırılır. Bunlar nəzərə alınaraq mütəxəssislərimiz tərəfindən qısa müddətdə layihələr işlənilmiş və may-iyun aylarında tikinti-quraşdırma işlərinə başlanılmışdır.
Layihələrə əsasən bu kəndlərdə ümumi uzunluğu 531 km olan su xətlərinin tikintisi, 1400-ə yaxın bulağın quraşdırılması nəzərdə tutulmuşdur. İndiyədək 450 km-dən çox su xətləri çəkilmiş, 1000-dən artıq bulaq quraşdırılmışdır. 170 kəndin təqribən yarısında işlər yekunlaşmış və ilin sonuna qədər bütün kəndlərdə işlər başa çatdırılacaqdır.
Möhtərəm Prezidentin avqust-sentyabr aylarında imzaladığı sərəncamlarda Qax, Mingəçevir, Salyan, Biləsuvar şəhərlərində, həmçinin Abşeron yarımadasında yerləşən bəzi qəsəbələrdə içməli su və kanalizasiya layihələrinin icrasının davam etdirilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Artıq adıçəkilən yaşayış məntəqələrində işlərə başlanılmışdır.
- Respublikanın şəhər və rayon mərkəzlərində həyata keçirilən layihələrdən söz düşmüşkən, bu sahədə son vəziyyətin ümumi mənzərəsi necədir?
- Ölkə rəhbərinin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrin içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur. Artıq su və kanalizasiya layihələrinin icra olunduğu şəhər və rayon mərkəzlərinin sayı 47-yə çatmışdır. Bu şəhərlərin 33-də işlər “Azərsu” Səhmdar Cəmiyyətinin sifarişi ilə həyata keçirilir. İndiyədək 47 şəhərin 23-də su və kanalizasiya şəbəkələrinin, 9-da isə su şəbəkəsinin inşası yekunlaşmışdır. 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Saatlı, Gədəbəy, Cəlilabad, Şamaxı və Qobustan şəhərlərində yeni infrastrukturun istismara verilməsi ilə bağlı açılış mərasimləri keçirilmişdir. Bu il daha bir şəhərdə - Xırdalanda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, Almaniyanın KFV bankı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Gəncə və Şəki şəhərlərində layihənin növbəti mərhələləri üzrə işlərə başlanılmışdır.
2017-ci ilin sonuna qədər Daşkəsən və Xaçmaz şəhərlərində su və kanalizasiya şəbəkələrinin inşası yekunlaşdırılacaq, bəzi şəhərlərdə tullantı sutəmizləyici qurğuların inşasına start veriləcəkdir.
Ümumilikdə götürsək, son illər regionlarda yaradılmış yeni su mənbələri əhalinin içməli su təminatını xeyli yaxşılaşdırmışdır. Bölgə əhalisinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə Şirvan-Muğan, Saatlı-Sabirabad qrup su kəmərləri, Külüllü su qurğuları kompleksi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları yaradılmışdır. Bu mənbələrdən rayon mərkəzlərinə və bir sıra kəndlərə suyun verilməsi təmin edilmişdir.
2012-2013-cü illərdə tikilmiş Şirvan-Muğan qrup su kəmərindən Biləsuvar, Salyan, Şirvan və Hacıqabul şəhərləri, 2014-cü ildə istismara verilmiş Sabirabad-Saatlı qrup su kəmərindən isə Sabirabad və Saatlı şəhərləri su ilə təmin olunur. Gələcəkdə bu kəmərlərdən marşrut boyu ərazilərdə yerləşən 165 kəndin sakinləri də faydalanacaqdır.
Girdmançayın yatağında tikilmiş və məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su qurğuları kompleksi və buradan Ağsu, Kürdəmir, Ucar və Zərdab şəhərlərinə 182 km uzunluğunda magistral kəmərləri həmin şəhərlərin su təminatını əsaslı şəkildə yaxşılaşdırmışdır.
Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təminatı xüsusi diqqətdə saxlanılıb. Ümumilikdə 360 min nəfərin yaşadığı 350 kənddə içməli su layihələri icra olunub. Bu layihələr arasında cəbhə xəttində yerləşən və sudan əziyyət çəkən yaşayış massivlərinin su təchizatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Bütün bu layihələrin icrası nəticəsində ölkə üzrə fasiləsiz içməli su alan əhalinin xüsusi çəkisi 66 faizə yüksəlmişdir.
- Qorxmaz müəllim, Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Məlum olduğu kimi, müstəqillik illərində Bakı şəhəri və Abşeron yarımadası sürətlə inkişaf etmişdir. Şəhərin genişlənməsi, əhali artımı içməli suya olan tələbatı ciddi şəkildə artırmışdır. Bütün bunları nəzərə alan Ümummilli lider Heydər Əliyev hələ illər öncə Bakıya yeni mənbədən suyun gətirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ulu öndərin ideya müəllifi olduğu Oğuz-Qəbələ-Bakı su kəməri cənab Prezidentin bilavasitə rəhbərliyilə 2007-2010-cu illərdə tikilmişdir. Kəmər istismara veriləndən bir il sonra daha bir mənbədən Abşeron yarımadasına suyun verilməsi üçün böyük infrastruktur layihəsinin icrasına başlanılmışdır. 2015-ci ildə cənab Prezidentin iştirakı ilə dünyanın ən böyük ultrasüzgəc qurğusu olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi istismara verilmişdir. Buradan götürülən suyun Abşeron yarımadasının yaşayış məntəqələrinə çatdırılması üçün 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral kəməri və magistral xəttin marşrutu boyu ümumi tutumu 90 min kubmetr olan Abşeron, Saray, Balaxanı, Ramana, Qala, Zirə anbarları tikilmişdir.
Ceyranbatan-Zirə xəttinin istismara verilməsi nəticəsində Bakıətrafı qəsəbə və kəndlərdə 300 mindən artıq insanın su təchizatı yaxşılaşmış, 90 min nəfər isə ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunmuşdur. Yeri gəlmişkən, Türkan, Zirə, Pirallahı qəsəbələri məhz bu layihənin gerçəkləşməsi nəticəsində ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin edilmişdir.
Bakı şəhəri və Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunmasını nəzərdə tutan Master Plana uyğun olaraq işlərə başlanılmış və ötən müddətdə ümumi uzunluğu 1000 km-dən çox olan su şəbəkəsi yaradılmışdır. Bu sahədə işlər davam etdirilir. Cənab Prezidentin bu yaxınlarda imzaladığı sərəncamlara uyğun olaraq Novxanı, Mehdiabad, Binəqədi, 28 May, Pirəküşkül, Qobustan, Binə, Şağan, Şüvəlan, Mərdəkan qəsəbələrində yeni şəbəkələr yaradılacaqdır.
Ötən müddətdə Bakı şəhərində infrastrukturun yenilənməsi istiqamətində kompleks işlər həyata keçirilmişdir. Paytaxtda mərkəzi su anbarlarının yenidən qurulması, magistral və paylayıcı xətlərin tikintisi, 1500-dən artıq çoxmənzilli binaların su təchizatı sistemlərinin yenilənməsi su təchizatında sabitliyi təmin etmişdir. Ümumilikdə son illər Bakı şəhərində həyata keçirilən layihələr nəticəsində fasiləsiz rejimdə su alan əhalinin xüsusi çəkisi 81 faizi keçmişdir.
- Qarşıdan intensiv yağıntıların müşahidə olunduğu payız-qış mövsümü gəlir. Güclü yağıntılar zamanı bəzi küçə və yaşayış massivlərində subasma hallarının baş verməməsi üçün hansı tədbirlər görülür?
- Məlumat üçün deyim ki, ötən ilin noyabrında cənab Prezident Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında Sərəncam imzaladı və mütəxəssislər qısa müddətdə subasma hallarının daha çox müşahidə olunduğu əraziləri müəyyənləşdirərək təkliflər hazırladılar. Bu təkliflərə hökumət səviyyəsində baxıldı və Nazirlər Kabineti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında sərəncam layihəsi qəbul etdi. Burada Abşeron yarımadasının subasma təhlükəsi olan müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu.
2017-ci ilin may ayında tikinti-quraşdırma işlərinə başlanılmış və qısa müddətdə 8 ərazidə - Böyükşor, Taşağıl və Məhəmmədi gölləri, Ramana Südçülük Sovxozu, Əhməd Cəmil, Əliyar Əliyev, Yusif Səfərov, Kazımağa Kərimov küçələrində layihələrin icrası yekunlaşmışdır. Bu layihələr çərçivəsində layihələndirilmiş 17 km-dən çox kollektor və nasos stansiyaları inşa edilmişdir. Bu layihələrin bəziləri haqqında qısa məlumat vermək istərdim.
Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə 2,9 km kollektor inşa olunmuşdur. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni tikilmiş kollektorla Böyükşor gölünə axıdılacaq. Böyükşor gölündə su səviyyəsinin tənzimlənməsi məqsədilə 1,5 km kollektor tikilmişdir. Subasma hallarının daha çox qeydə alındığı Ziya Bünyadov prospektində də işlər intensiv şəkildə davam etdirilir.
Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə 2,4 km layihələndirilən kollektorun 1,6 km-lik hissəsi tikilmişdir. Suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək.
Qarşıdakı bir ay ərzində layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bununla da subasma təhlükəsi olan bəzi küçə və prospektlərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda, bu, göllərdə suyun səviyyəsini tənzimləməklə yaşayış evlərinə ziyan vurma təhlükəsini aradan qaldıracaq.
- Qorxmaz müəllim, ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfransda cənab Prezident “Azərsu” ASC-yə suvarma layihələrinin icrası ilə bağlı tapşırıqlar vermişdir. Bu layihələrin icrası hansı mərhələdədir?
- Dövlət başçısının istifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən ilk dəfə olaraq suvarma layihələrinin icrasına başlanılmışdır. Bu layihələr Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində həyata keçirilir.
Zərdab rayonunda 10 min hektar sahənin suvarılması məqsədilə Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası tikilmiş, enerji təchizatı sistemləri yaradılmışdır. Su mənbəyindən əkin sahələrinə 15 km uzunluğunda magistral su xətti çəkilmiş və suyun verilməsinə başlanılmışdır.
Padarçöl adlanan ərazidə 10 min hektar sahənin suvarılması layihəsi çərçivəsində Kür sutəmizləyici qurğusunun imkanlarından istifadə etməklə, Padarçöl ərazisinə 27 km xəttin tikintisi başa çatmaq üzrədir.
Bu günlərdə cənab Prezident Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin suvarma suyu ilə təminatı layihələrinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, adıçəkilən rayonlarda ərazilərin suvarma suyu ilə təminatı üçün başlanılmış layihələrin davam etdirilməsinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 8 milyon manat ayrılmışdır. Hesab edirəm göstərilən dəstək bizə imkan verəcək ki, işlər vaxtında yekunlaşsın və ölkəmiz ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfələr versin.
- Qorxmaz müəllim, hazırda bütün istehsalat proseslərinin avtomatlaşdırılması bütün dünyada prioritet vəzifə kimi səciyyələndirilir. Ölkəmizdə də İKT-nin tətbiqi ilə bağlı ciddi layihələr icra olunur. Bu sahədə Səhmdar Cəmiyyətdə hansı işlər görülür?
- Bu sahədə son illər mühüm layihələr icra olunmuş və xeyli uğurlar əldə edilmişdir. Son illər tətbiq olunan yeniliklər sırasında AzərsuCİS, SCADA, MİS proqramlarını xüsusi qeyd etmək istərdim.
SCADA sistemi qurğu və ya obyektin, suyun paylanmasının vahid mərkəzdən idarəedilməsini nəzərdə tutur. Misal olaraq deyə bilərəm ki, 2015-ci ildə istismara verilən Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi tam avtomatik rejimdə idarə olunur. Suyun göldən götürülməsindən tutmuş, təmizlənməsi, anbarlanması və magistral kəmərlərə ötürülməsi insan əli dəymədən və müdaxiləsi olmadan həyata keçirilir.
AzərsuCİS, yəni coğrafi informasiya sistemləri bu sahədə tətbiq olunan əsas texnoloji yenilikdir. Qurğu və obyektlərin, magistral və paylayıcı şəbəkələrimizin hamısı bu rəqəmsal xəritəyə işlənir və istənilən an məlumatları kompüterdən əldə edib təhlillər aparmaq mümkündür. Eyni zamanda, bu sistemdən istifadə etməklə hər bir qurğu və xəttin nə vaxt tikildiyi, hansı ərazilərə xidmət göstərdiyi, istismar vəziyyəti və digər lazımi göstəriciləri anındaca əldə edə bilirik. Artıq 20 min km-ə yaxın içməli və tullantı su xətləri, 9 minə yaxın qurğu və kompleks sistemə daxil edilmişdir.
Son illər elektron xidmətlərdən istifadə də geniş vüsət almışdır. Hazırda “Azərsu” ASC tərəfindən 10 elektron xidmət təqdim edilir. Təhlillər göstərir ki, bu xidmətlər vətəndaşların işini xeyli asanlaşdırır, vaxta və əlavə məsrəflərə qənaət etməyə imkan verir.
Yeni texnologiyalardan danışarkən, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının imkanlarını xüsusi qeyd etmək lazımdır. Hazırda Mərkəzi Laboratoriyada içməli və tullantı suların 90-dan artıq parametri üzrə təhlillər və analizlər aparılır. İl ərzində laboratoriyamızda 15700 su nümunəsi üzrə 126 minə yaxın analiz aparılıb. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün bizim bütün mənbələrdən əhaliyə verilən su qüvvədə olan standartlara tam cavab verir. İstənilən ərazidə analizlərin aparılması məqsədilə səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 ədəd nəqliyyat vasitəsi alınıb. Bu sahədə çalışan kadrların təcrübəsinin artırılması məqsədilə mütəxəssislərimiz xarici ölkələrdə təcrübə kurslarında iştirak ediblər.
- Cənab Prezident Azərbaycan Respublikasında Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsini təsdiqləyib. Sənəddə bu sahə ilə bağlı işlərin görülməsi də nəzərdə tutulub.
- Bəli, sənəddə kifayət qədər böyük tədbirlər nəzərdə tutulub, o cümlədən su təsərrüfatı üzrə. Sənəddə yeni paylayıcı şəbəkələrin qurulması, sayğaclaşma işləri, itkilərin azaldılması, o cümlədən paylamada olan itkilərin 31 faizdən 25 faizə, kommersiya itkilərinin 20 faizdən 14 faizə endirilməsi, sayğacsız istifadəçilərin xüsusi çəkisinin 5 faizə endirilməsi ilə bağlı konkret tapşırıqlar verilib. Bunlarla yanaşı, tullantı suların toplanma səviyyəsinin 46 faizdən 65 faizə qaldırılması, ASAN kommunal xidmət mərkəzlərinin genişlənməsi, kadr potensialının təkmilləşdirilməsi, su təchizatı və tullantı suları haqqında yeni qanunun hazırlanması kimi hədəflər müəyyənləşdirilib.
Diqqətinizə çatdırım ki, artıq ASAN kommunal xidmət mərkəzlərində “Azərsu” ASC-nin bütün müştəri xidmətlərinin göstərilməsi təmin edilib. İlin əvvəli ilə müqayisədə sayğaclaşma səviyyəsi 5 faizdən çox artırılaraq 75 faizə çatdırılıb. Yeni şəbəkələrin inşası, mövcud sistemin rekonstruksiyası və sayğaclaşmanın sürətləndirilməsi nəticəsində su itkiləri azaldılıb və bu istiqamətdə kompleks tədbirlər davam etdirilir. Toplanan və zərərsizləşdirilən tullantı suların xüsusi çəkisinin artırılmasına gəlincə, deyə bilərik ki, icra olunan layihələr çərçivəsində hər bir rayon mərkəzi və şəhərdə tikilən tullantı sutəmizləyici qurğular bu hədəfə nail olmağımıza imkan verəcək. Yeri gəlmişkən, bu günlərdə cənab Prezidentin iştirakı ilə açılışı keçirilmiş layihə çərçivəsində Şamaxı şəhərində müasir bioloji tillantı sutəmizləyici qurğu tikilərək istismara verildi, Qobustan şəhərində isə qarşıdakı aylarda belə bir qurğunun tikintisinə başlanılacaq.
Abşeron yarımadasına gəldikdə, bütün bu məsələlər Master Planda öz əksini tapıb və artıq onun bir hissəsi icra olunub. Belə ki, Bayıl-Bibiheybət-Lökbatan, Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının inşası, Milli Park və Nobel prospekti ərazilərində görülmüş işlər nəticəsində Xəzər dənizinə təmizlənmədən axıdılan suların qarşısı alınıb. Hazırda Koreya İdxal-İxrac Bankının krediti hesabına Pirşağı qəsəbəsi yaxınlığında müasir tipli yeni təmizləyici qurğu inşa olunur. Bütün bunlar ekoloji vəziyyətin yaxşılaşmasına və tullantı suların zərərsizləşdirilməsinə hesablanmış uğurlu addımdır.
Ümumilikdə, Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaqdır.

 
  • Oxunub:  13470  |  
  • Tarix:  11-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”
17 Oktyabr 10:02
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18