Ana səhifə »  Müsahibə »  Azərbaycan gəncliyinin böyük bir hissəsi Yeni Azərbaycan Partiyasında birləşib
A+   Yenilə  A-
Azərbaycan gəncliyinin böyük bir hissəsi Yeni Azərbaycan Partiyasında birləşib

Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucovdur:
- Seymur müəllim, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ərəfəsindəyik. Partiyamızın ötən dövrdə keçdiyi yol haqqında fikirlərinizi bilmək istərdik...
- Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisədir. Bilirsiniz ki, dünya tarixi təzadlarla doludur. Bu təzadlar müxtəlif istiqamətli ziddiyyətlər fonunda yaranır və inkişaf edir. Bəşər tarixinin formalaşma dönəmindən başlayaraq insanlar müxtəlif formada təşkilatlanıb, öz iradələrini həmin birliklər səviyyəsində yekdil olaraq ifadə ediblər. Çoxəsrlik tarixə söykənən Azərbaycanın ərazisində də insanlar müxtəlif formada birləşərək, yaşam tərzi keçiriblər. Lakin XX əsrin sonlarında müxtəlif siyasi məqsədlər uğrunda çəkişmələr, fərqli maraqlar uğrunda mübarizə xalqın birləşmə əzmini sarsıtmış, uzun müddət ərzində mövcud olmuş toplumsal dəyərlər parçalanmışdı. Belə bir şəraitdə Azərbaycan insanını vahid ideya ətrafında toplamaq, xalqın əsrlər boyu sahib çıxdığı mənəvi dəyərləri bir platformada əks etdirmək yenicə müstəqillik əldə etmiş Azərbaycanı qorumağın yeganə yolu idi.
Məhz belə şəraitdə tarixi varislik ideyasını rəhbər tutan bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yaradıldı. 16 oktyabr 1992-ci ildə Azərbaycan ziyalıları Yeni Azərbaycan Partiyasını yaratmaq məqsədi ilə Ümummilli lider Heydər Əliyevə müraciət etdilər və Heydər Əliyev bu partiyanın yaradılmasına razılıq verdi. Beləliklə, 21 noyabr 1992-ci ildə Azərbaycanın siyasi həyatında silinməz iz qoyacaq Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın yaradılması Azərbaycanın siyasi məkanında hərc-mərcliyə, siyasi özbaşınalığa son qoyaraq mövcud boşluğu doldurdu. Qısa zaman kəsiyində vətəndaşların dəstəyi, insanların azad iradəsi nəticəsində Yeni Azərbaycan Partiyasının ölkəmizin müxtəlif bölgələrində yerli təşkilatları formalaşdırıldı. Düzdür, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Lakin partiya yaradıldığı dövrdə müxalif partiya olmasına baxmayaraq, ovaxtkı iqtidar partiyasından daha çox iş görüb, daha səmərəli fəaliyyət göstərib. Məhz bunun nəticəsi idi ki, YAP yaradıldıqdan sonra qısa müddətdə hakimiyyətə gəldi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtdı. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində isə Ulu öndər, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev seçicilərin 98,8 faiz səsini toplayaraq ölkə Prezidenti seçildi.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi Azərbaycan adlı məmləkətin uğurlarını və inkişafını şərtləndirən əsas məqam oldu. Dövlətin inkişafını ictimai-siyasi sabitliyin təmin olunaraq qorunmasında, güclü iqtisadiyyatda, qabaqcıl təhsildə görən Ümummilli lider bu istiqamətlər üzrə praktik addımlar ataraq, önəmli islahatlar həyata keçirdi. Qısa zaman kəsiyində Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və başqa sahələrdə yüksək nailiyyətlər əldə olunmağa başlandı.
Görülən işlərə verilən qiymət də yüksək səviyyədə idi. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə gətirdiyi demokratik ənənə, seçki mədəniyyəti, şəffaflıq kimi prinsiplər xalq tərəfindən yüksək rəğbətlə qarşılandı. Məhz bunun nəticəsi idi ki, 1993-cü ildən etibarən Azərbaycanda keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbələr qazanıb.
Əslində, 25 il tarix üçün o qədər də uzun zaman deyil. Lakin arxaya boylanıb ötən 25 ildə hansı hadisələrin baş verməsi, Azərbaycanın bütün sahələrdə necə böyük nailiyyətlər əldə etməsi, doğrudan da, qürurvericidir. Heç bir mübaliğəyə yol vermədən qeyd edə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin güclənməsində müstəsna rol oynayıb, güclənən bu müstəqillik isə Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasında, ölkədə təhsil səviyyəsinin artırılmasında, iqtisadi inkişafın davamlılığında, ümumilikdə bütün sahələrin inkişafında mühüm rol oynayıb.
Bu gün Yeni Azərbaycan Partiyası ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mühim nailiyyətlər qazanır. Əldə olunan nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik, xalqa sədaqətli xidmət və praqmatik düşüncə tərzi dayanır.
- Yeni Azərbaycan Partiyası gənclərin inkişafı üçün nə kimi addımlar atır? Partiyanın bu istiqamətdəki siyasəti hansı nəticələr verməkdədir?
- Yeni Azərbaycan Partiyası hər zaman ölkədə vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan gənclərinin hərtərəfli formada yetişməsi istiqamətində önəmli işlər görüb. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsidir. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 25 ildə şərəfli bir yol keçib, ümumxalq partiyasına çevrilməyi bacarıb. Qeyd etdiyim kimi, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyamız daha da inkişaf edir, güclənir. Təsadüfi deyil ki, hazırda YAP Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.
Təqdirəlayiq haldır ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki, partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etməsinə hərtərəfli dəstək göstərir. Bütün bunlara görə, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti öz siyasi talelərini YAP-la bağlayırlar. Bu gün partiyamızın üzvlərinin sayı 700 min nəfərdən çoxdur və yeni qoşulanların əksəriyyəti də məhz gənclərdir. Belə ki, 1995-ci ildə yaradılan YAP Gənclər Birliyi hazırda 270 000-dən artıq gənci ətrafına toplayıb. Bu gənclər sırasında alimlər, elmlər namizədləri, olimpiya çempionları, incəsənət xadimləri və əhalinin digər təbəqələrinin nümayəndələri var.
- Qeyd etdiyiniz kimi, YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Bu mənada YAP Gənclər Birliyi öz fəaliyyətini necə qurur?
- YAP Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur. Bütün bunlar isə perspektiv baxımından böyük uğurlar vəd edir. Bu gün gənclər layiqli vətəndaşlar kimi yetişirlər və bu da gələcəyə nikbinliklə baxmağa tam əsas verir.
- Seymur müəllim, YAP Gənclər Birliyi partiyanın yaradılmasının 25 illik yubileyi ilə bağlı nə kimi tədbirlər keçirir?
- Təbii ki, bu əlamətdar hadisə ilə bağlı YAP Gənclər Birliyi olaraq tədbirlər planı müəyyənləşdirmişik. Artıq bir müddətdir ki, tədbirlər planına uyğun olaraq partiyamızın 25 illik yudileyinə həsr olunmuş silsilə tədbirlər keçiririk. Bu tədbirlər müxtəlif istiqamətlidir. Müxtəlif konfrans, yığıncaqlarla yanaşı, intellektual oyunlar, idman yarışlarına qədər tədbirlər keçiririk. Məqsədimiz budur ki, bu tipli tədbirlərlə gənclərimizdə vətənpərvərlik hisslərini daha da gücləndirək, onların dövlətçiliyə, Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə, Yeni Azərbaycan Partiyasının prinsiplərinə sadiqliyini daha da gücləndirək. Sevindirici haldır ki, gənclərimiz sadaladığım bu prinsiplərə çox bağlıdırlar. Gənclərimiz keçirilən tədbirlərə böyük həvəslə qoşulurlar.
Bu gün Azərbaycan gəncliyinin böyük bir hissəsi Yeni Azərbaycan Partiyasında birləşib. Partiyamızın Gənclər Birliyi ölkəmizin ən böyük gənclər təşkilatıdır. Təbii ki, bu qürurverici faktın qazanılmasında partiyamızın rəhbərliyinin gənclərimizə yaratdığı hərtərəfli şərait və dəstək dayanır. Eyni zamanda, bu göstərici gənclərimizin Heydər Əliyev ideyalarına və bu ideyaların daşıyıcısı və təbliğatçısı olan Yeni Azərbaycan Partiyasına olan inamının və partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevə sadiqliyinin parlaq ifadəsidir. Mən inanıram ki, bu gün 25 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası uzun illər Azərbaycan xalqının, o cümlədən gənclərimizin əsas siyasi və ideoloji istinadgahı olaraq qalacaq, dövlətimizin daha da güclənməsinə yeni-yeni töhfələr verəcək.
Nardar BAYRAMLI

 
  • Oxunub:  8640  |  
  • Tarix:  17-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA