Ana səhifə »  Müsahibə »  25 illik zəngin və şərəfli inkişaf tarixinə malik olan YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir
A+   Yenilə  A-
25 illik zəngin və şərəfli inkişaf tarixinə malik olan YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir

YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib
Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 25 il ötür. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ozamankı hakimiyyətin Yeni Azərbaycan Partiyasının yaranmasına mane olmaq cəhdləri, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Ümummilli lider Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.
Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.
Müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan edən mühüm ictimai-siyasi hadisələrin fonunda Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirən amillər, o cümlədən partiyanın ötən müddət ərzində keçdiyi inkişaf yolu və qarşıda duran vəzifələr barədə suallarımızı YAP-ın İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov cavablandırıb.
- Siyavuş müəllim, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü tamam olur. Ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən YAP-ın ölkəmizin inkişafında, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolunu və misilsiz xidmətlərini necə qiymətləndirirsiniz?
- Ötən 25 ildə şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında və yeni hədəflərin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərib. YAP bu cür ali məramlı fəaliyyəti və müstəsna əhəmiyyətə malik olan misilsiz xidmətləri ilə ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün insanların partiyasıdır. YAP həmçinin öz sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirən avanqard siyasi qüvvədir.
Əlbəttə, Yeni Azərbaycan Partiyasının ötən müddət ərzində milli maraqlara xidmət edən fəaliyyətinin əsaslarını, başlıca istiqamətlərini tədqiq etmək üçün müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələrə, siyasi şəraitə və bunların fonunda partiyamızın yaranmasını şərtləndirən amillərə diqqət yetirmək lazımdır.
Əvvəla, qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası ictimai-siyasi və tarixi zərurətdən yaranıb. Məlumdur ki, həmin dövrdə Azərbaycan olduqca çətin vəziyyətdə idi və çoxsaylı iqtisadi, siyasi problemlərlə qarşı-qarşıya idi. Milli maraqlardan uzaq mövqe tutan səriştəsiz insanların hakimiyyətdə olması həm ölkə daxilində hərc-mərcliyin, xaosun, ciddi böhran və tənəzzül meyillərinin yaranmasına səbəb olmuşdu, həm də erməni təcavüzü ilə üzləşən Azərbaycan çarəsiz vəziyyətdə qalmışdı. Ayrı-ayrı siyasi partiyalar isə ölkənin milli maraqlarını, təhlükəsizliyini qorumaq əvəzinə, öz məhdud maraqları uğrunda mübarizə aparırdı. Silahlı dəstələrə malik olan belə partiyaları məhz hakimiyyət uğrunda mübarizə maraqlandırırdı.
Belə bir vəziyyətdə Azərbaycan xalqının görkəmli nümayəndələri - ziyalılar, tanınmış insanlar ölkəmizi düşdüyü bu bəladan - məhv olmaq təhlükəsindən, xaos, anarxiya və böhran vəziyyətindən xilas etmək üçün böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Xalqımız həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan Ulu öndər Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi və bütün ümidlər Ümummilli liderimizə bağlanmışdı. Məlumdur ki, o zaman Ulu öndər Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədiklərinə görə Ümummilli liderimiz məcburiyyət qarşısında qalaraq Naxçıvan Muxtar Respublikasına getmişdi. Amma Ona qarşı təzyiqlər Naxçıvanda da davam edirdi, həmçinin Heydər Əliyevin tərəfdarlarına qarşı güclü təqiblər aparılırdı. O zaman Azərbaycan Respublikasının Ali Sovetinin Nizamnaməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin respublika Ali Sovetinin sədrinin müavini olmasını təsbit edən maddəni dəyişdirdilər. Bunlara paralel olaraq 1992-ci ildə Azərbaycan Konstitusiyasının 121-ci maddəsinin II bəndinə belə bir maddə əlavə olunmuşdu ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməz. Bu, bilavasitə Ümummilli lider Heydər Əliyevə qarşı yönəlmişdi. Həmin düzəlişə etiraz olaraq Azərbaycanın xilasını və qurtuluşunu məhz Ulu öndər Heydər Əliyevdə görən insanlar - Ümummilli liderimizin tərəfdarları 18 gün müddətində Bakıda Ali Sovetin qarşısında etiraz aksiyaları keçirdilər, mitinqlər təşkil etdilər.
Həmin dövrdə müvafiq qanuna əsasən müəssisə və təşkilatlar da namizəd irəli sürə bilərdilər. Ümummilli lider Heydər Əliyevin namizədliyi o vaxt Azərbaycanın 300-dən artıq ayrı-ayrı müəssisə və təşkilatları tərəfindən irəli sürülmüşdü. Amma Mərkəzi Seçki Komissiyası Konstitusiyadakı bəhs olunan düzəlişə görə Heydər Əliyevin namizədliyini qeydə almadı. Bundan başqa, seçkilərin ardınca yaş senzinə qarşı çıxaraq Ulu öndərin namizədliyini müdafiə edən şəxslərə qarşı təqiblər gücləndirildi, onların yaşadıqları yerlərə hücumlar oldu, insanlara çoxsaylı xəsarətlər yetirildi. Belə olan halda, Azərbaycanın xilasına nail olmaq üçün Heydər Əliyevi müdafiə edənlər fəaliyyəti davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına gəldilər. 1992-ci ilin may ayında “Əlincə” xeyriyyə cəmiyyəti tərəfindən Ümummilli liderimizin rəhbərliyi altında siyasi partiyanın yaranması təklifi irəli sürüldü.
Mayın 28-də “Əlincə” xeyriyyə cəmiyyətinin nümayəndələri olaraq Naxçıvanda Ümid körpüsünün açılışında iştirak etdik. Ümummilli liderimiz ilə görüşdə partiyanın yaradılması barədə fikir mübadiləsi apardıq. İyulun 13-də isə ziyalılardan ibarət digər qrup Naxçıvan Muxtar Respublikasına səfər etdi. Ümummilli liderimizə partiyanın yaradılması təklif olundu, lakin Heydər Əliyev bu təklifi qəbul etmədi. O, bu zamana qədər bir partiyada - Kommunist Partiyasında olduğunu və daha heç bir partiyaya rəhbərlik etmək istəmədiyini dedi. Amma ölkəmizdə baş verən hadisələrin fonunda, xaos, anarxiya, hərc-mərclik və siyasi böhran şəraitində zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan Ümummilli liderimiz Heydər Əliyev də gördü ki, belə bir partiyanın yaradılması zərurətdir. Məhz bu ərəfədə - 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.
Həmin vaxt hakimiyyətdə olan AXC-“Müsavat” cütlüyü Ümummilli lider Heydər Əliyevə müraciət ünvanlayan şəxslərə qarşı ciddi təzyiqlər edirdi. Onlar Bakı şəhər Prokurorluğuna çağırılır, müxtəlif təhdidlər və fiziki təqiblərə məruz qalırdılar. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədilər. Bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. YAP dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və respublikamızın hər yerində artıq təsis konfransları keçirilməyə başlandı. Bunun qarşısını almaq üçün mövcud hakimiyyət ölkədə fövqəladə vəziyyət elan etdi və beləliklə, toplantılar, yığıncaqlar qadağan olundu.
Bütün bu təzyiqlər və təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyyətə gəldi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü Lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.
- Yeni Azərbaycan Partiyasının fəaliyyətinin konseptual əsaslarını onun ideoloji prinsipləri təşkil edirdi. Bu prinsiplər milli həmrəylik və inkişafa, müstəqilliyin möhkəmləndirilməsinə və dövlətin gücləndirilməsinə xidmət etməklə yanaşı, həm də gələcəyə baxışı ifadə edirdi. Bu barədə nə deyə bilərsiniz?
- YAP sağlam təməllər üzərində qurulan partiyadır. Partiyamızın ideoloji prinsipləri müstəqil Azərbaycanın dövlət prinsipləridir və inkişafa, milli həmrəyliyə, dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Qanunçuluq, azərbaycançılıq, varislik, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, sosial ədalət partiyamızın başlıca ideoloji prinsipləri kimi çıxış edir.
Yeni Azərbaycan Partiyasının Nizamnaməsini Ümummilli liderimiz yazıb. Bu Nizamnamə partiyamız üçün proqram xarakteri daşıyır və indiyə qədər qüvvədədir. Bu, təkcə partiyamızın deyil, Azərbaycanın sonrakı dövr üçün də inkişafını əks etdirən proqram idi. Oradakı əsas prinsiplər - azərbaycançılıq, dövlətçilik, sosial ədalət və digərləri bu gün ölkəmizdə ali prinsiplər kimi həyata keçirilir. Bu, təbii ki, Ulu öndərimizin uzaqgörənliyinin nəticəsidir.
Yeni Azərbaycan Partiyasının proqramı sonradan dövlətin inkişaf proqramına çevrildi və dövlətin sütunları bu proqram əsasında qurulmağa başladı. Azərbaycanın ən çətin və ağır vaxtında bütün məsuliyyəti öz üzərinə götürən Yeni Azərbaycan Partiyası bu prinsiplər əsasında fəaliyyət göstərərək dövlətçiliyimizi qorudu, müstəqilliyimizi möhkəmləndirdi.
Digər tərəfdən, həmin dövrdə partiyamızın əsas aparıcı qüvvəsi məhz onun Lideri idi. Yəni zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini Öz xalqına və dövlətinə xidmətə həsr edən bir şəxsiyyətin - Ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyamıza olan inam, etimad və dəstəyi artırırdı. YAP-ın fəaliyyəti Heydər Əliyev siyasi xətti olaraq qəbul edilirdi. Bu səbəbdən YAP qısa müddət ərzində ümumxalq partiyasına çevrilərək avanqard siyasi qüvvə və lokomotiv güc mərkəzi kimi davamlı islahatların həyata keçirilməsinə müstəsna töhfələr verdi, müstəqil Azərbaycanın inkişafını təmin etdi.
- YAP həm də Azərbaycanın siyasi sistemini formalaşdırdı, sivil siyasi mübarizə qaydalarını müəyyənləşdirdi və siyasi mədəniyyətin təşəkkülünü təmin etdi...
- Bəli, Yeni Azərbaycan Partiyasının yaradılması həm də müstəqil Azərbaycanın siyasi sisteminin əsasının qoyulması idi. Partiyamız sivil siyasi mübarizə qaydalarını müəyyənləşdirməklə yanaşı, çoxpartiyalılığın əsasını qoydu, siyasi plüralizm və demokratiyanın bərqərar olunmasını təmin etdi. Ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında Yeni Azərbaycan Partiyasının tarixi əhəmiyyət kəsb edən misilsiz xidmətləri həlledici rol oynadı. 1994-cü və 1995-ci illərdə ölkəmizdə dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında, ictimai-siyasi sabitliyin qorunmasında partiyamızın hər bir üzvü bir əsgər kimi dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində fədakarcasına durdu.
Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası həm də müxalifətçiliyin sivil qayda və formalarını müəyyənləşdirdi. YAP göstərdi ki, xalqa, dövlətə qarşı müxalifətçilik etmək olmaz. Müxalifətçilik odur ki, sabitliyə, təhlükəsizliyə, rifaha, tərəqqiyə və inkişafa xidmət edən alternativ ideyalar və layihələr ortaya qoyulsun, sağlam, konstruktiv və milli maraqlara xidmət edən mövqe nümayiş etdirilsin. Bir sözlə, YAP Azərbaycan siyasətinə real müxalifətçilik anlayışını gətirdi.
Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyası iqtidara gəldikdən sonra digər siyasi partiyalara müvafiq qanunlar əsasında fəaliyyət göstərməyə əlverişli şərait yaratdı, rəqabət mühiti formalaşdıraraq siyasi plüralizm və çoxpartiyalılığı təmin etdi. Məhz bu ənənə bu gün də davam edir, Yeni Azərbaycan Partiyası konstruktiv siyasi qüvvələrlə dialoqa və müzakirələrə açıq olduğunu hər zaman bəyan edir, şəffaflıq prinsipini əsas götürür. YAP öz siyasi fəaliyyətini bu prinsiplər və dəyərlər üzərində davam etdirir və gələcəkdə də bu cür olacaq...
- Siyavuş müəllim, yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində ifadə etdiyi fikirlər və tövsiyələr partiya üzləri qarşısında nə kimi vəzifələr qoyur?
- Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində keçmişə nəzər saldı, hazırkı vəziyyəti diqqətə çatdırdı və gələcəyə baxışı ifadə etdi. Prezident İlham Əliyev qeyd etdi ki, “bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir”.
Bu gün Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Təsadüfi deyil ki, YAP qələbələr partiyası kimi səciyyələndirilir. Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək siyasi qüvvə yoxdur və partiyamız öz sıralarını mütəmadi olaraq genişləndirir. Dövlətimizin başçısı onu da qeyd etdi ki, “son 25 il ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.
Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı həm də partiya üzvləri qarşısında çox ciddi vəzifələr qoydu. Partiyamızın üzvləri bundan sonra da dövlətimizin qüdrətinin artmasına, müstəqilliyimizin möhkəmlənməsinə, dayanıqlı inkişafın davamlı xarakter daşımasına xidmət edən fəaliyyətlərini davam etdirməli, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yorulmadan çalışmalıdırlar. Bu vəzifələrin yerinə yetirilməsi gündən-günə güclənən Azərbaycanın bundan sonra da öz inamlı inkişafını davam etdirməsinə imkan verəcək.
- Qeyd etdiyiniz kimi, Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu gün Yeni Azərbaycan Partiyasının dünya miqyasında çox böyük və güclü partiya olduğunu diqqətə çatdırdı. YAP-ın beynəlxalq əlaqələrinin hazırkı səviyyəsi ilə bağlı nə söyləyə bilərsiniz?
- YAP Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır. Partiyamızın beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. YAP-ın beynəlxalq əlaqələri, hər şeydən əvvəl, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən balanslaşdırılmış və məqsədyönlü xarici siyasət kursuna əsaslanır. Partiyamız dünya ölkələrinin aparıcı siyasi partiyaları ilə çoxşaxəli və səmərəli əlaqələrə malikdir. MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlərin inkişafı partiyamızın beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir. Partiyamız həmçinin “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” (İCAPP), Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) kimi qurumlarda aktiv təmsil olunur, ikitərəfli və çoxtərəfli əlaqələrini mütəmadi olaraq genişləndirir. Bütün bunlar, nəticə etibarilə, Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzunun artmasına xidmət edir.

 
  • Oxunub:  8880  |  
  • Tarix:  21-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

10:28
19 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:23
19 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:19
19 Noyabr
Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub
10:11
19 Noyabr
Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
10:04
19 Noyabr
Lvov vilayətinin rəsmiləri Azərbaycan təcrübəsinin tətbiqində maraqlıdırlar
08:08
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlər keçirib
08:04
19 Noyabr
Gələn il ölkəmizdə gimnastika növləri üzrə 3 dünya kuboku, 2 Avropa və 1 dünya çempionatı keçiriləcək
07:58
19 Noyabr
On rayonun məktəbliləri Nizami yurdu ilə tanışlığa Heydər Əliyev Park Kompleksindən başlayıblar
07:55
19 Noyabr
Azərbaycanlı gənclər Tbilisidə keçirilən “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı festivalda iştirak ediblər
07:51
19 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib
07:49
19 Noyabr
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
14:48
18 Noyabr
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
20:28
17 Noyabr
Akrobatika gimnastikası üzrə dünya kuboku çərçivəsində “AGF Trophy” Kubokunun qalibləri mükafatlandırılıb
18:17
17 Noyabr
Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda yaxından iştirak edib
18:06
17 Noyabr
Naxçıvanda payız iməciliyi keçirilib
17:55
17 Noyabr
Azərbaycanın mədəniyyət naziri MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb
17:40
17 Noyabr
Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir
17:32
17 Noyabr
Azay Quliyev: Beynəlxalq cinayət törədənlərin cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər
16:56
17 Noyabr
Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir
16:44
17 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib
16:33
17 Noyabr
Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq
16:20
17 Noyabr
Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
15:56
17 Noyabr
Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
15:47
17 Noyabr
Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il
15:24
17 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası başlayıb
15:12
17 Noyabr
Ağsuda Milli Dirçəliş Günü münasibətilə “dəyirmi masa”
15:10
17 Noyabr
AQTİ xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir
14:59
17 Noyabr
“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək
14:55
17 Noyabr
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
14:50
17 Noyabr
Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək
14:48
17 Noyabr
Bakının 23 nömrəli orta məktəbində robotexnika laboratoriyası yaradılıb
14:40
17 Noyabr
Heydər Əliyev Fondunun daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır
14:35
17 Noyabr
Daşkənddə keçirilən “Nəqliyyat və logistika” sərgisində Azərbaycan da iştirak edib
13:23
17 Noyabr
Bakıda akrobatika üzrə dünya kuboku yarışları başlayıb
13:10
17 Noyabr
Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib
13:08
17 Noyabr
Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir
12:38
17 Noyabr
Fuad Nağıyev: Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb
12:27
17 Noyabr
Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq kimi məqsədi güdür
12:15
17 Noyabr
Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,6 milyard kubmetr təbii qaz ötürülüb
12:13
17 Noyabr
SOCAR-ın vitse-prezidenti: Yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub
12:05
17 Noyabr
Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir
12:02
17 Noyabr
Bu ilin 10 ayında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxınlaşıb
11:13
17 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda bir sıra görüşlər keçirib
11:05
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
14:33
16 Noyabr
Növbəti üç rayon üzrə təhsil müəssisələrində şəffaflığın artırılmasına dair seminarlar keçirilib
14:26
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
14:21
16 Noyabr
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
14:15
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
14:11
16 Noyabr
Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA