Ana səhifə »  Müsahibə »  Azərbaycanın sosial-iqtisadi inkişafının əsas məqsədi vətəndaşın güzəranının yaxşılaşdırılması, onun üçün hər cür yaşam şəraitinin yaradılmasıdır
A+   Yenilə  A-
Azərbaycanın sosial-iqtisadi inkişafının əsas məqsədi vətəndaşın güzəranının yaxşılaşdırılması, onun üçün hər cür yaşam şəraitinin yaradılmasıdır

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:
- Hadi müəllim, ötən həftə Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlər geniş müzakirə olundu. Gələn ilin dövlət büdcəsi layihəsində sosial məsələlər necə öz əksini tapır?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas inkişaf proqramlarının uğurla icrasına təminat verməkdədir. Hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr əhatəliyin maksimum dərəcədə artırılması, səmərəliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daha da inkişaf etdirilir.
Qeyd etdiyiniz kimi, respublikamızın ali maliyyə qanunu - büdcə zərfi və onunla bağlı digər sənədlər parlamentin komitə və plenar iclaslarında geniş müzakirə olunub. Debatlarda büdcənin mahiyyətini təmin edən əsas müddəalar daha çox diqqəti cəlb edir. Bunlardan birincisi dövlət büdcəsinin mədaxil hissəsinin əvvəlki ilə nisbətən 20% artması, ikincisi ölkədə möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı genişmiqyaslı iqtisadi və sosial islahatların sənəddə rəqəmlərlə bariz ifadəsi, ücüncüsü və düşünürəm ki, ən əsası büdcəmizin sosial yönümlü və investisiya tutumlu olmasıdır. Bütün müzakirələr bir daha onu göstərdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas məqsədi vətəndaşın güzəranının yaxşılaşdırılması, onun üçün hər cür yaşam şəraitinin yaradılmasıdır.
- “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi” haqqında nə deyə bilərsiniz?
- Büdcə zərfində bir sıra əsaslı özəlliklər diqqəti cəlb edir. Belə ki, bu il əvvəlki illərdə bizə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kimi ünvanlanan sənədlər, indi “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi” kimi təqdim olunur. Bu büdcənin mədaxil və məxarici bütövlükdə 3 milyard 578 milyon 760 min manat təşkil edir. Gəlirlərin böyük bir qismi - təxminən 2 milyard 300 milyon manatı məcburi dövlət sığorta haqları hesabına formalaşır. Sevindirici hal ondan ibarətdir ki, bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlar deyil, digər sığorta edənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqları bu dəfə 60 milyon manata çatdırılıb. Ötən illə müqayisədə ümumi məbləğlərdən tutmuş bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir.
İlk dəfədir ki, bu sənəddə dövlət büdcəsindən transfert ifadəsi işlədilmir. Bu fikir sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının imkanlarının balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kimi ifadə olunur. Bu, o deməkdir ki, 1992-ci ilə qədər hesablanan əmək stajı və sığorta məbləğinin formalaşması, imtiyazlı pensiyaların müəyyənləşməsi və digər bu tipli ödənişlər dövlətin öhdəliyi kimi maliyyələşdiriləcəkdir. Göstərilən vəsaitin məbləği bu il 1milyard 300 milyon təşkil edir. Onu da qeyd edim ki, bu rəqəm əvvəlki büdcələrdə ümumi mədaxilin 42%-ə qədərini təşkil edirdisə, indi bu faiz 36,3%-ə enmişdir. Bu bir daha onu göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yığım faizini hiss olunan qədər artıraraq bu sahədə işlərini xeyli yaxşılaşdırmışdır.
Onu da qeyd edim ki, işəgötürmə sistemində sənədləşdirmə sahəsində boşluqları və digər mövcud ehtiyat mənbələrini dərindən təhlil edərək möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası komissiyası yaradılmışdır ki, bu da gələcəkdə vətəndaşların sosial sığortaya daha dəqiq cəlb olunmasında mühüm rol oynayacaqdır.
Digər önəmli məsələ bu il “Əmək pensiyaları haqqında” qanuna etdiyimiz əsaslı dəyişikliklərin maliyyə tutumunun bu büdcədə təzahür olunmasından ibarətdir. İslahatların pozitiv məqamlarından birincisi pensiya haqlarının əvvəlki illərdən fərqli olaraq indeksləşməsi prosesinin yalnız pensiyanın baza hissəsinə deyil, bütöv pensiya məbləğinə şamil olunmasıdır ki, bu da ödəmələrin həcminin xeyli artmasına xidmət edəcəkdir.
İkinci maraqlı məqam pensiya yaşı ötmüş çalışan işçilərin bu müddətdə ödədikləri sığorta haqqının da müvafiq zamandan sonra yenidən çözülərək, vətəndaşın pensiyasına əlavə vəsaitin hesablanması məqamıdır ki, bu da məbləğin hiss olunan dərəcədə çoxalmasına xidmət edəcəkdir.
Digər bir məsələ isə artıq gələn ildən əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulmuş işsizliyə görə sığorta haqqı üçün vəsaitin bu büdcədən çıxarılaraq ayrı bir sistemdə formalaşmasıdır. Bütün bu yeniliklər və islahatlar pensiya ödəmələrinin əsaslı artmasına, gələcəkdə isə bir az da çoxalmasına xidmət edəcəkdir.
- 2018-ci il üçün sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məxaric hissəsinin hansı səviyyədə məbləği əhaliyə ödənişlər hesabına olacaq?
- Gələn il üçün sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məxaric hissəsinin təxminən 3,5 milyard manatı, yəni 98%-ə qədəri bilavasitə əhaliyə ödənişlər hesabına olacaqdır.
Komitə iclasında əlaqədar icra orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə uğurlar, müsbət tendensiyalarla yanaşı, bir sıra digər maraqlı fikirlər də səsləndi. Belə ki, bu sahədə debitor borclarının yığılması ilə bağlı daha ciddi tədbirlərin görülməsinə ehtiyac olduğu xüsusilə vurğulandı. Eyni zamanda, Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, təxminən 2016-cı ildə dövlət sosial sığortasına cəlb edilməyən ümumi daxili məhsuldakı rəqəm artıq 1 milyard 100 milyon manatı keçmişdir. Bu da onu göstərir ki, bütün dövlət strukturlarının birgə əməkdaşlığı nəticəsində sığorta fonduna əlavə vəsaitlərin cəlb olunması üçün böyük ehtiyat mənbələri vardır.
Düşündürən məsələlərdən biri də odur ki, əlilliyə görə pensiyaya çıxanlar qismən azalsa da, faiz olaraq ümumi pensiyaçıların tərkibində yüksək olaraq qalmaqdadırlar. Belə ki, əlilliyə görə pensiya alanlar 385 min nəfər təşkil etməklə ümumi pensiyaçıların təxminən 29,2%-nə bərabər olur. Hesab edirəm ki, bu qrup insanların pensiyaya çıxma şərtlərinin yenidən işlənməsinə ehtiyac vardır.
- Hadi müəllim, “İşsizlikdən sığorta fondunun büdcəsi” haqqında da fikirlərinizi bilmək istərdik. Nəzərə alsaq ki, bu, yeni bir məsələdir, fondun əhəmiyyəti nədən ibarətdir?
- Bu ilin büdcə zərfinin müzakirələrində yeni bir sənəd - “İşsizlikdən sığorta fondunun büdcəsi” hamımızın diqqətini cəlb etdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin sosial müdafiə sistemində məşğulluğun önə çəkilməsi prinsipi bir neçə ay bundan öncə Milli Məclisə daxil olmuş “İşsizlikdən sığorta haqqında” qanunda özünün bariz əksini tapmışdır. Bu qanun qüvvəyə minəndən sonra və ondan xeyli əvvəl yeni iş yerlərinin yaradılması, işsizliyin qarşısının alınması və bütövlükdə ölkə üzrə məşğulluq sisteminin köklü təkmilləşdirilməsi məsələsi gündəmə gəlmişdir. Son iki ildə orta və kiçik sahibkarlığın inkişafi ilə bağlı aparılan davamlı siyasət ölkəmizdə 100 minlərlə yeni iş yerlərinin yaradılmasına xidmət etmiş, kənd təsərrüfatı, emal, turizm və istirahət biznesində sahibkarlıq fəaliyyəti geniş vüsət almışdır. Bu ilin aprel ayında ölkə başçısının Sərəncamı ilə ilk dəfə respublikamızda özünüməşğulluq sistemi formalaşmış və bu məqsədə 16 milyon manat vəsait ayrılmışdır.
Özünüməşğulluğun ölkə üzrə hərtərəfli və genişmiqyaslı tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Beynəlxalq Əmək Təşkilatı ilə birgə dünya təcrübəsinin öyrənilməsi məqsədilə bir sıra maraqlı layihələr həyata keçirmişdir. Onu da qeyd etməyi vacib sayıram ki, əvvəlki illərdən fərqli olaraq məşğulluq xidmətinin fəaliyyəti köklü dəyişdirilmiş, burada yeni faydalı əsas istiqamətlər müəyyənləşdirilmişdir.
İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 89 milyon manatdan bir az çoxdur. Fondun mədaxil hissəsi büdcədən maliyyələşən təşkilatlar hesabına bu məbləğin 17 milyon 726 min manatını təşkil edəcəkdir. Bu vəsait artıq dövlət büdcəsində nəzərdə tutulmuşdur. Digər bir rəqəm başqa sığorta edənlərin hesabına formalaşır ki, bu da təxminən 53 milyon manat təşkil edir. Qəbul etdiyimiz qanuna əsasən bu fonda işəgötürənlər və işçilər hər biri əməkhaqqı fondunun 0,5%-i məbləğində ümumilikdə 1% vəsait köçürəcəklər. Fondun baş məqsədi aktiv məşğulluğun təmin olunmasıdır. Bütövlükdə fondun fəaliyyətinin fəlsəfəsi ondan ibarətdir ki, gələcəkdə yardım sistemindən, ələbaxımlıqdan, şəxsiyyətin deqradasiyasından məşğulluğun bu və ya digər formasina keçməkdir. Belə ki, bu büdcənin xərclərinin 35,8 milyon manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə yönələcəkdir. Peşə hazırlğı, peşə yönümünün dəyişməsinə 1,6 milyon, haqqı ödənilən ictimai işlərin təşkilinə isə 1,8 milyon manat vəsait ayrılacaqdır.
Diqqəti cəlb edən bir rəqəmi də nəzərinizə çatdırmaq istəyirəm. İşsizliyə görə sığorta ödəmələri hissəsi 3 dəfə artıb 33,5 milyon manat təşkil etsə də, bu göstərici yenə də özünüməşğulluq tədbirlərinə ayrılan vəsaitdən azdır. Bu bir daha onu göstərir ki, baş məqsəd vətəndaşlarımızın məşğulluğunun təmin olunmasıdır.

 
  • Oxunub:  8430  |  
  • Tarix:  01-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA