Ana səhifə »  Müsahibə »  Xəzər İsayev: İslam Həmrəyliyi Oyunlarının təşkili və İslam dəyərlərinə sadiqlik özlüyündə ədalətliliyi təmsil edir
A+   Yenilə  A-
Xəzər İsayev: İslam Həmrəyliyi Oyunlarının təşkili və İslam dəyərlərinə sadiqlik özlüyündə ədalətliliyi təmsil edir

Azərbaycanda digər sahələrdə olduğu kimi, idmanda da inkişaf göz qabağındadır. Ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada qələbələr qazanaraq xalqımızı sevindirirlər. Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan idmançıları möhtəşəm qələbələr qazanaraq üçrəngli bayrağımızı dalğalandırıb və himnimizi səsləndiriblər.
AZƏRTAC-ın müxbiri cari ilin idman yekunları ilə bağlı Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevdən müsahibə alıb.
Müsahibəni təqdim edirik.
- Xəzər müəllim, bu günlərdə Brüsseldə “Dünya Ədalətli Oyunlar Mükafatları-2016”nın, İstanbulda isə “Türkiyə Ədalətli Oyunlar Mükafatları-2016”nın təqdimetmə mərasimlərində iştirak etmisiniz. İlk növbədə, Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif olunmağınız münasibətilə sizi təbrik edirəm. Necə düşünürsünüz, bu mükafat Azərbaycan və Türkiyə Milli Olimpiya komitələri arasında əməkdaşlığa hansı töhfələr verəcək?
- Təbrikə görə təşəkkürümü bildirirəm. Qeyd edim ki, Brüsseldə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin təntənəli qala gecəsi təşkil olundu. Tədbirdə 5 nominasiya üzrə mükafatlar təqdim edildi. Nominantlar arasında Beynəlxalq Olimpiya Komitəsinin keçmiş prezidenti Jak Roqq da var idi və o da tədbirdə iştirak edirdi. Qala gecəyə dünyanın bir çox ölkələrindən qonaqlar dəvət olunmuşdu. Orada gələn ilin martında Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin Konqresinin və Baş Assambleyasının keçiriləcəyi diqqətə çatdırıldı. Konqresdə və Baş Assambleyada müsbət mənada çoxlu dəyişikliklərin olacağı gözlənilir. Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının strukturunda da yeniliklər olacaq. Ümid edirəm ki, hər iki tədbir Ədalətli Oyunlar Hərəkatının təkmilləşməsinə və inkişafına təkan verəcək.
Növbəti tədbir isə İstanbulda Türkiyə Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirildi. Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Uğur Erdenerin iştirak etdiyi mərasim mənim xatirəmdə xoş anlarla yadda qaldı. İki ölkə arasında bütün sahələrdə olduğu kimi, Milli Olimpiya komitələri arasında da sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Bu münasibətlər həmişə inkişaf edir. Türkiyə Ədalətli Oyunlar Hərəkatının rəhbəri Erdoğan Arıpınar ilə çox gözəl münasibətlərimiz var. Ölkəmizdə təşkil olunan tədbirlərdə onların iştirakına hər zaman şərait yaradılır. Ölkəmizdə Ədalətli Oyunlar Hərəkatını tətbiq etdikdə Türkiyə Ədalətli Oyunlar Komissiyası bizə çox kömək etdi və istiqamətyönümlü məsləhətlər verdi. Bu münasibətlərin və birgə çalışmağımızın nəticəsi olaraq Türkiyə ilə Azərbaycan arasında ədalətli oyunlar sahəsində əməkdaşlığın inkişafı və gücləndirilməsindəki xidmətlərimə görə Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Uğur Erdener tərəfindən “Fair Play Dostluq Nişanı” ilə təltif edildim. Mükafatı mənə Türkiyə Ədalətli Oyunlar Komissiyasının sədri Ərdoğan Arıpınar təqdim etdi.
Əlbəttə ki, bizə verilən bütün mükafatlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu idman siyasətinin nəticəsidir. Təqdimetmə mərasiminə Türkiyənin məşhur idmançıları, idman ictimaiyyətinin nümayəndələri və idman mütəxəssisləri qatılmışdılar. Tədbirdə yeganə digər ölkədən mükafat alan mən oldum. Mərasimdə ədalət prinsiplərinə sadiqliyə görə, idmanın bütün sahələrini əhatə edən 19 nəfərə nominasiyalar üzrə mükafatlar təqdim edildi.
Mərasimdə Azərbaycan Ədalətli Oyunlar Komissiyasının tərəfindən Türkiyə gənclər və idman naziri Osman Aşkın Baka, Türkiyə Olimpiya Komitəsinin prezidenti Uğur Erdenerə, komitənin baş katibi Neşe Gündoğana, Türkiyə ƏOK-un sədri Ərdoğan Arıpınara, Türkiyə Olimpiya Komitəsinin üzvü, Ədalətli Oyunlar Komissiyasının planlama koordinatoru Teoman Guraya xatirə hədiyyələri təqdim olundu. Həmçinin Ədalətli Oyunlar Hərəkatının kütləviləşməsi və təbliği istiqamətində də mühüm fikirlər səsləndirildi.
- Ədalətli Oyunlar Hərəkatının inkişafı istiqamətində ölkəmizdə hansı addımlar atılır?
- Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası cənab İlham Əliyevin 1997-ci ildə MOK-un prezidenti seçilməsindən sonra yaradılıb. Cənab İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan təşkilat 1998-ci ildə Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) üzvü olub. Həmin vaxt ardıcıl iki il təşkilatın tədbirində ölkəmizi Olimpiya çempionu Rəfiqə Şabanova, sonrakı il Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil etmişdi. 2000-ci ildən Azərbaycan Ədalətli Oyunlar Komissiyasının rəhbəri olaraq ölkəmizi qitə və dünya Ədalətli Oyunlar təşkilatlarının tədbirlərində təmsil edirəm. Biz Avropa və Beynəlxalq Ədalətli Oyunlar təşkilatları ilə sıx əməkdaşlıq edirik. 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və Assambleyası, 2015-ci ildə isə Avropa və Beynəlxalq Ədalətli Oyunlar hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala gecəsi ölkəmizdə yüksək səviyyədə təşkil olundu. Gündəlik həyatda Olimpiya tərbiyəsinin, Ədalətli Oyunlar dəyərlərinin və prinsiplərinin vacibliyinə yönələn bütün təşəbbüslərə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı ilə təltif edilib. 2015-ci ildə isə dövlətimizin başçısına Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının xüsusi medalı təqdim olunub. Bütün bunlar gələcəkdə görəcəyimiz işlərin əsasını qoymağa imkan verir.
Biz hər il yarışlarda, tədbir və görüşlərimizdə, eləcə də idman ilinin yekunlarına həsr olunmuş təntənəli mərasimdə müxtəlif nominasiyalar üzrə Ədalətli Oyunlar Hərəkatına sadiq olanları mükafatlandırırıq. Bundan başqa, fiziki qüsurlu məktəblilərlə görüşlər təşkil olunur, onların sağlam məktəblilərlə birgə tədbirləri keçirilir. Ədalət prinsiplərinin təbliği istiqamətində ali məktəb tələbələri arasında “Karvan yolu” layihəsinin həyata keçirilməsi barədə müzakirələr aparırıq. Daha sonralar bu layihənin miqyasının genişləndirilib bağça və orta məktəbləri də əhatə etməsini planlaşdırırıq.
- Olimpiya Hərəkatının kütləviləşməsi, gənclərin bu sahədə maarifləndirilməsi istiqamətində MOK tərəfindən hansı işlər görülür?
- 1997-ci ildə cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra bu sahə yüksələn xətlə inkişaf edir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu idman siyasətinin nəticəsidir ki, idman sahəsində quruculuq işləri aparılır, beynəlxalq arenalarda yüksək uğurlar qazanılır, paytaxtımız ən nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməyib. Artıq böyük şəhərlər də daxil olmaqla respublikanın 50-dən çox bölgəsində Olimpiya idman mərkəzləri var.
Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə bir çox tədbirlər keçirilir. Bu tədbirlər MOK və Gənclər və İdman Nazirliyi tərəfindən məqsədyönlü təşkil olunur. Beynəlxalq Olimpiya Komitəsinin fəal üzvü kimi Azərbaycan Milli Olimpiya Komitəsi 1996-cı ildən başlayaraq, hər il Beynəlxalq Olimpiya Gününü (BOK) qeyd edir. Müasir Olimpiya Hərəkatının yaranması və BOK-un təsis olunması münasibətilə Olimpiya bayramında estafet yarışları təşkil edilir. Belə tədbirlərin təşkilində məqsəd Olimpiya Hərəkatı və sağlam həyat tərzini əhali arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya Hərəkatının fəal üzvlərinə çevirməkdir. Beynəlxalq Olimpiya Günündə məktəbli və tələbələr yarışlarda iştirak edirlər. Yarışlarda yer tutan iştirakçılar xüsusi mükafatlar və BOK-un diplomları ilə təltif olunurlar.
Xatırladım ki, Azərbaycan idmançıları indiyədək Olimpiya Oyunlarında uğurlu nəticələr qazanıblar. Uğurlu nailiyyətlər göstərir ki, Azərbaycanın Beynəlxalq Olimpiya Hərəkatında özünəməxsus yeri var. Bu sahəyə idman klubları, cəmiyyətləri və federasiyalar da geniş diqqət ayırmalıdılar. Veteran idmançıların idmandan gedib yerinə yeni nəslin gəlməsi üçün kütləviləşmənin təbliği vacibdir. Çoxlu sayda yarışlar və tədbirlər təşkil etmək lazımdır. Bu istiqamətdə də mühüm addımlar atılır. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin rəhbəri kimi bu istiqamətlər bizim üçün prioritetdir. İl ərzində müxtəlif idman növləri üzrə 6-7 yarış təşkil edirik. Bu yarışlar əsasən kadet, yeniyetmə və gənclər arasında keçirilir.
- Yeri gəlmişkən, rəhbəri olduğunuz Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən “Gömrükçü” İdman Klubunun fəaliyyətini necə dəyətləndirirsiniz?
- Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubu ölkəmizdə fəallığı ilə seçilən və idmanın inkişafına öz töhfəsini verən idman ocaqlarından biridir. Klubda Olimpiya idman növlərindən atletika, basketbol, bədii gimnastika, cudo, futbol, idman dırmanması, güləş, stend atıcılığı, üzgüçülük, taekvondo, WKF karate, qeyri-Olimpiya növlərindən isə bodibildinq, budo, əlbəyaxa döyüş, kikboksinq, pauerliftinq, şahmat, şaolin, uşu-sanda, aykido, çerlidinq üzrə 500-dək idmançı məşğul olur. Klubun yetirmələri 2017-ci ili də möhtəşəm uğurlarla başa vururlar. İdmançılarımız respublika miqyaslı yarışlar, Avropa və dünya, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında müvəffəqiyyətlə çıxış edib, onlara bəslənilən etimadı doğruldublar. İslamiadada təmsilçilərimiz 2 qızıl, 2 gümüş medal əldə ediblər. Bu, bizim üçün yüksək nailiyyətdir. Təmsilçilərimiz bu Oyunlara yüksək səviyyədə və məsuliyyətlə hazırlaşmışdılar. “Rio-2016”nın bürünc mükafatçısı taekvondoçumuz Patimat Abakarovadan qızıl medal gözləyirdik. Patimat ona bəslənilən ümidləri doğrultdu. Zorxana idman növündə də idmançımız Rüfət Güləliyev qızıl medal, komanda yarışlarında gümüş medal qazandı. Atletimiz Rahib Məmmədov isə gümüş medala sahib çıxdı. İdmançılarımız ümumilikdə 2017-ci ilin 11 ayında keçirilən paytaxt və respublika çempionatları, beynəlxalq turnirlər, dünya və Avropa çempionatları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarında müxtəlif yaş qrupları üzrə 257 medala sahib olublar. Atletimiz Rahib Məmmədov Maltada keçirilən Avropa Kubokunda qızıl, boksçumuz Surət Qarayev gənclərin Avropa çempionatında bürünc, güləşçimiz Əli Əminzadə Azərbaycan Güləş Federasiyasının beynəlxalq kubokunda qızıl medal qazanıb. Pauerliftinqçimiz Gündüz İsmayılov dünya çempionu olub. Taekvondo üzrə klublararası Avropa çempionatında 10 medal qazanılıb. Klub təmsilçilərinin builki nəticələrini yüksək dəyərləndirirəm. İnanıram ki, yetirmələrimiz bundan sonrakı yarışlarda da bizə qələbə sevinci yaşadacaqlar. Bu uğurlu nailiyyətlərin əldə edilməsinə imkan verən əlverişli şəraitə və geniş imkanlara görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.
- Azərbaycanda cari ilin idman yekunlarını necə dəyərləndirirsiniz?
- Ölkəmizdə idman həmişə inkişafdadır. Biz çoxlu sayda qələbələrin şahidi oluruq. Ölkəmizdə fəaliyyət göstərən klub və cəmiyyətlərin, idman federasiyalarının əldə etdiyi nailiyyətlər göz qabağındadır. Əvvəllər mentalitetimizə uyğun idman növlərindən nəticələr əldə edirdiksə, hazırda ölkəmizə yad olan idman növləri inkişaf edir və uğurlar əldə olunur. Ötən illərdə olduğu kimi, cari ildə də atletlərimiz həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərində uğurlu çıxışları ilə yadda qalıblar. Cari ildə ölkəmiz bir daha yüksək təşkilatçılıq məharətini nümayiş etdirərək IV İslam Həmrəyliyi Oyunlarını mükəmməl təşkil etdi. İslam Həmrəyliyi Oyunlarının təşkili, İslam dəyərlərinə sadiqlik özlüyündə ədalətliliyi təmsil edir. İslam dinində heç vaxt ədalətsizliyə və haqsızlığa yol verilmir. IV İslam Həmrəyliyi Oyunlarının yarışlarında məşqçilər tərəfindən prinsipial mövqe daşıyan heç bir etiraz olmadı. Bu da Ədalətli Oyunlar Hərəkatının vacib amillərindən biridir.
Ümumiyyətlə cari ildə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətləri yüksək qiymətləndirirəm. Ümid edirəm, aidiyyəti qurumlar bundan sonra da əllərindən gələni edəcəklər ki, ölkə idmanında yeni səhifələr açılsın və uğurlar qazanılsın.
- Tokio Olimpiadasına hazırlıqla bağlı MOK tərəfindən hansı tədbirlər görülür və bu istiqamətdə federasiyalarla iş necə qurulub?
- İdman klubları, cəmiyyətlər, federasiyalar, MOK, Gənclər və İdman Nazirliyi uğurların əldə olunması üçün birgə çalışır. Hər Olimpiya Oyunlarından əvvəl müvafiq qurumlar idmançılar üçün təlim-məşq toplanışları təşkil edir, qüvvələrini sınamaları üçün beynəlxalq turnirlərə qatılmalarını təmin edirlər. İnanıram ki, əvvəlki Olimpiya Oyunlarında olduğu kimi, “Tokio-2020”də də idmançılarımız uğurla çıxış edib xalqımızı sevindirəcəklər. Baxmayaraq ki, Tokio Olimpiadası ən çətin Olimpiya Oyunları olacaq. Çünki cüdo, güləş və taekvondo kimi idman növlərində yaponiyalı idmançılar çox güclü olurlar. Oradakı mühitə də uyğunlaşmaq çətinlik yarada bilər. Buna baxmayaraq, hər zaman prinsipial olmaq vacibdir. İdmançıların hazırlığı bilavasitə onların özlərindən asılıdır. Ümid edirəm ki, təmsilçilərimiz bacarıqlarını layiqincə nümayiş etdirib, qələbələri ilə Azərbaycan xalqını sevindirəcəklər.

 
  • Oxunub:  9300  |  
  • Tarix:  02-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA