Ana səhifə »  Müsahibə »  Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə çatır, zamanın çağırışlarına uyğun olaraq məqsəd və vəzifələrini müəyyənləşdirir
A+   Yenilə  A-
Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə çatır, zamanın çağırışlarına uyğun olaraq məqsəd və vəzifələrini müəyyənləşdirir

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sədaqət xanım, məlum olduğu kimi, dekabrın 1-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2018-ci il üçün dövlət büdcəsi təsdiqləndi. Bu kontekstdə gələn il üçün nəzərdə tutulmuş büdcə ölkəmizin inkişafı baxımından hansı perspektivi vəd edir?
- Son illərdə dünyada iqtisadi proseslərin xüsusiyyətləri kifayət qədər dinamik formada dəyişməkdədir. Belə bir şəraitdə müşahidə edilən əsas meyillər kimi enerji daşıyıcılarının qiymətindəki nisbi sabitlik, dünya üzrə iqtisadi templərinə təsir edəcək iqtisadi risklərin spektrinin genişlənməsi, geosiyasi proseslərin yaratdığı təlatümlər və s. qeyd edilməlidir. Bütün bunların fonunda isə biz Azərbaycanda dinamik inkişafın göstəricilərini də müşahidə etməkdəyik. Elə bu göstəricilər də öz əksini 2018-ci ilin dövlət büdcəsinin vəziyyətində tapmaqdadır. Məhz 2018-ci il üçün dövlət büdcəsi də ölkəmizin tərtib olunmuş makroiqtisadi proqnoz göstəricilərinin, habelə dünya iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında hazırlandı. Artıq təsdiq olunan 2018-ci ilin dövlət büdcəsi yeni makroiqtisadi şəraitin yaratdığı yeni iqtisadi təlatümləri və reallıqları, habelə ölkəmizin üzləşdiyi strateji çağırışları nəzərə alır, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ənənəvi olaraq sosialyönümlü siyasətinin davam etdirilməsi üçün müvafiq maliyyə təminatını yaradır.
Gələn ilin büdcəsinin başlıca istiqamətləri isə ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların daha dinamik şəkildə davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirir. Aydın görünür ki, strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq, dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir.
Ümumi aparılmış təhlillər göstərir ki, 2018-ci ilin büdcəsində gəlirlər ötən ilə nəzərən təxminən 20 faiz artıb, 20 milyard 127 milyon manat təşkil edir. Həmçinin müqayisə apardıqda görürük ki, dövlət büdcəsində gələn il üçün nəzərdə tutulmuş sosial müdafiə xərcləri 2017-ci illə müqayisədə 193 milyon manat çoxdur. Yəni dövlət gələn il üçün büdcədə sosial xərclərə daha çox yer verir. Bu mənada hökumət vətəndaşların sosial rifah halını nəzərə alaraq maaş və təqaüdlərin, eyni zamanda digər sosial ödənişlərin artırılması planını da həyata keçirəcək. Bütün bunlarla yanaşı, yaşayış minimumunun artırılaraq 173 manata çatdırılması da müəyyən mənada insanların gəlirlərinin artırılmasına təsirini göstərəcək.
Bununla yanaşı, gələnilki dövlət büdcəsində ümumi səhiyyə xərcləri təxminən 740 milyon manat nəzərdə tutulmuşdur. O cümlədən dövlət xəstəxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə əlavə 10 milyon manat ayrılmışdır. Eyni zamanda, Talassemiya ilə Mübarizə Dövlət Proqramının icrasının maliyyələşməsi üçün 10.5 milyon manat ayrılıb. Hətta vərəmlə mübarizə üzrə tədbirlərin icrası üçün ayrılan vəsait ötən illə müqayisədə 2 dəfə - 1.1 milyon manat artırılaraq 2.1 milyon manata çatdırılıb.
Bir sözlə, 2018-ci ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi əsas prioritet istiqamət olaraq saxlanılacaq. 2018-ci il dövlət büdcəsində gəlir və xərclərin təhlili göstərir ki, növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasına və ölkəmizin qüdrətinin yüksəlməsinə, iqtisadi inkişafın davamlılığına xidmət edəcək.
- Ümumilikdə nəzər saldıqda görürük ki, dünyada qlobal böhran proseslərinin hələ də müşahidə edilməsinə baxmayaraq, Azərbaycan bütün istiqamətlər üzrə inkişaf edir. Daxili və xarici siyasət sahəsində yeni-yeni nailiyyətlər əldə olunur, diplomatik qələbələr qazanılır. Fikrinizcə, bu uğurların əsasında hansı faktorlar durur?
- Çox düzgün qeyd edirsiniz ki, bu gün dünya ölkələrində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur, hətta perspektiv tərəqqi üçün çox möhkəm təməl yaradılıb. Əlbəttə ki, ölkəmizin qlobal maliyyə-iqtisadi böhranından minimum itkilərlə çıxması, siyasi-hərbi qarşıdurmaların mənfi təsirlərinə məruz qalmaması, əksinə işğal olunmuş torpaqların azad edilməsi üçün diplomatik və hərbi gücünü nümayiş etdirməsi, nəhayət, “sabitlik adası” kimi vətəndaşının rifahını, firavanlığını təmin edə bilməsi Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin nailiyyətləri və uğurlarıdır.
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq öz əksini tapır. Heç də təsadüfi deyil ki, Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Hətta “G20”yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalırlar. Bununla yanaşı, ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan “Doing Business 2018” hesabatında 8 pillə irəliləyən Azərbaycan 190 ölkə arasında 57-ci mövqeyə yüksəlib, Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri olub.
Göründüyü kimi, Azərbaycan dövləti ölkə iqtisadiyyatının və sosial sektorun dinamik inkişafı, həmçinin insanların yüksək həyat şəraiti və sağlam mühitdə yaşaması üçün bütün lazımi addımları atır, dövlət proqramları reallaşdırır, qanunvericilik səviyyəsində beynəlxalq hüquq normalarını tətbiq edir. Məhz qlobal böhranın təsirlərinə baxmayaraq, cənab Prezident İlham Əliyevin göstərişi ilə yeni iş yerlərinin açılması, ölkədə sosial-iqtisadi vəziyyətin daha da yüksəldilməsi üçün islahatların həyata keçirilməsi uğurlu inkişaf siyasətinin göstəriciləridir.
Bir sözlə, bu gün Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə çatır və zamanın çağırışlarına uyğun olaraq daha yeni məqsəd və vəzifələrini müəyyənləşdirir. Məhz bu mənada hər bir azərbaycanlı - yaşından, dinindən, dilindən, irqindən asılı olmayaraq, hər kəs Azərbaycanın dinamik inkişafını, siyasi sabitliyini, təhlükəsizliyini qorumalıdır. Bunun üçün isə hər zaman olduğu kimi, bütün məqamlarda Ulu öndər Heydər Əliyev siyasətinə, cənab Prezident İlham Əliyevə olan dəstəyimizi nümayiş etdirməliyik.
- Müstəqil və müasir Azərbaycanın inkişafı prosesində, əldə etdiyi uğurlar və nailiyyətlərdə bu günlərdə 25 illik yubileyini qeyd etmiş Yeni Azərbaycan Partiyasının da xüsusi payı vardır. Partiyamızın yubileyi isə respublika miqyasında qeyd edildi. Hətta partiya Ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyini nümayiş etdirməklə dövlətin ekoloji siyasətinə uyğun olaraq “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində 700 min ağacın əkilməsi tədbirlərinə start verdi. Bununla əlaqədar YAP Nizami rayon təşkilatı hansı tədbirləri həyata keçirir?
- Öncə onu qeyd edim ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutur. Əlbəttə ki, YAP-ın rayon təşkilatlarından olan Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı var. Partiyamızın bir parçası olan YAP Nizami rayon təşkilatı da rayonun bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan münasibətlərinin ifadəçisinə çevrilib.
YAP Nizami rayon təşkilatı da partiyamızın 25 illik yubileyini yüksək əhval-ruhiyyə içərisində qeyd etdi. Bütün ərazi ilk partiya təşkilatlarında tədbirlər keçirildi, partiya veteranlarına fəxri fərmanlar, diplomlar verildi, mükafatlandırıldı. Eyni zamanda, partiyanın yubileyi ilə bağlı rayon İcra Hakimiyyəti və “İki sahil” qəzeti ilə birgə rəsm və inşa müsabiqələri də keçirildi. Əlbəttə ki, partiya rəhbərliyinin “Hərəyə bir ağac əkək” təşəbbüsünə də qoşulduq. Rayon rəhbərliyinin, ictimaiyyətin və partiya fəallarının iştirakı ilə ağacəkmə aksiyası keçirildi, 200-dən artıq müxtəlif növ ağaclar əkildi, onlara qulluq edildi.
Gördüyünüz kimi, fəaliyyəti çoxşaxəli və geniş olan Yeni Azərbaycan Partiyasının bütün görülən işlərinin mahiyyətində duran fəlsəfə də dəyişməzdir. Bu mənada əminəm ki, Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursa sadiqliyimiz bundan sonra da daha da möhkəmlənəcək, hər birimizə göstərilən etimadı layiqincə doğruldacağıq.

 
  • Oxunub:  6990  |  
  • Tarix:  07-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA