Ana səhifə »  Müsahibə »  İcbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihələrin əhatəsi genişləndiriləcək
A+   Yenilə  A-
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihələrin əhatəsi genişləndiriləcək

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, 2017-ci il başa çatmaq üzrədir. Sosial-iqtisadi baxımdan, bu ilin yekunlarını necə səciyyələndirirsiniz?
- Ümumiyyətlə, başa çatmaqda olan 2017-ci ilin yekunları, o cümlədən parlamentdə keçirilən 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirələri göstərdi ki, yola saldığımız il Azərbaycanın ictimai, sosial-iqtisadi həyatı üçün uğurlu oldu. Baxmayaraq ki, dünyada maliyyə-iqtisadi böhran davam edir, amma Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu böhrandan itkisiz çıxıb, sosial məsələlərin həllində heç bir çətinlik olmayıb. 2 il əvvəl Azərbaycan manatı devolvasiyaya uğrasa da, makroiqtisadi sabitlik təmin edilib, uğurlu iqtisadi inkişafımız davam edir.
Həyata keçirilən mühüm tədbirlər, xüsusilə strateji yol xəritələrinin icrasına başlanılması iqtisadiyyatımızın postneft dövründə sürətlə artımına və xarici təsirlərə davamlı münasibətin formalaşmasına səbəb oldu.
Bu ili sosial-iqtisadi cəhətdən təhlil edəndə ilk olaraq onu vurğulamalıyıq ki, qeyri-neft sektorunda əldə olunan gəlirlər ümumi daxili məhsulun 75 faizini təşkil edir. Bu, həqiqətən də, çox böyük göstəricidir. Xatırlayıram ki, hələ 1990-cı illərdə müxalifət ölkəmizin gələcəyi haqqında bədbin fikirlər söyləyirdi, “holland sindromu”ndan danışırdılar. Amma tarix həmin qüvvələrin belə fikirlərinin cəfəngiyat olduğunu təsdiqlədi.
Hazırda ölkəmizdə sürətlə inkişaf edən sahələrdən biri kənd təsərrüfatıdır. Bu sahəyə dövlət tərəfindən yüksək diqqət göstərilir, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün böyük işlər görülür. Həm ənənəvi taxılçılıq, pambıqçılıq, baramaçılıq, çayçılıq inkişaf edir, həm də dünya bazarına çıxa biləcək badam, tütün, fındıqçılığın inkişaf etdirilməsi yönündə tədbirlər görülür.
Kənd təsərrüfatı məhsulları həm xammal kimi, həm də emal olunaraq xarici dövlətlərə ixrac olunur. Bir sıra ölkələrdə Azərbaycanın ticarət evlərinin açılması və burada Azərbaycan brendi altında məhsulların təqdim olunması bizim məhsullarımızın ixracını daha da stimullaşdırır. Bütün bunlar ölkəmizə valyuta gətirir.
Eləcə də, turizmin inkişafı da yüksək rəqəmlərlə ifadə olunur. Belə ki, cari ildə bu sahədə 2 milyard manatdan çox vəsait əldə edilib. Bu, turizm sahəsində indiyə qədər ən yüksək göstəricidir. Belə faktlar göstərir ki, ölkəmizdə turizmin potensialı böyükdür və gələcəkdə ölkəmiz bu sahədə daha böyük gəlirlər əldə edəcək.
- Bu ilin ən mühüm hadisələrindən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Sizcə, bu layihənin əhəmiyyəti nədən ibarətdir?
- Qeyri-neft sektorunun nəqliyyat-kommunikasiya istiqaməti kimi bu məsələ çox önəmlidir. Haqlı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun bərpasını təmin edən strateji layihə kimi səciyyələndirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yaxın illərdə 15-20 milyon ton yük daşınacaq. Bu xətt Azərbaycan üçün yalnız iqtisadi dividendlər gətirməyəcək, həmçinin Azərbaycanın dünyada nüfuzunu daha da yüksəldəcək, regionun iqtisadi-siyasi həyatında rolunu daha da gücləndirəcək. Bilirsiniz ki, artıq bir sıra dövlətlər bu xəttə qoşulmağa maraqlı olduğunu bildiriblər. Bu yöndə praktiki addımlar atılır. Bütün bunlar layihənin yüksək perspektivlərindən xəbər verir. Həmçinin yaxın illərdə Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi nəzərdə tutulur ki, bu da Naxçıvanın blokadadan çıxmasında mühüm rol oynayacaq.
- Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinə daxil olan sənədlər geniş müzakirələrdən sonra qəbul edildi. Gələn ilin dövlət büdcəsində sosial sahəyə ayrılan xərclər barədə nə deyə bilərsiniz?
- Bilirsiniz ki, 2018-ci ilin büdcə zərfinə daxil olan sənədlər Milli Məclisdə geniş müzakirə edilərək qəbul olundu. Azərbaycanın iqtisadi potensialı imkan verdi ki, gələn ilin dövlət büdcəsinin gəlir və xərc hissəsi artırılsın. Gələn ilin dövlət büdcəsinin cari ilə nisbətən 20 faiz artırılması çox böyük göstəricidir.
Çox təqdirəlayiq haldır ki, büdcənin böyük hissəsi sosial xərclərə sərf olunacaq. Qeyd edim ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat nəzərdə tutulur. Bu, 2017-ci ilin proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat çoxdur. Növbəti il üçün proqnozlaşdırılan ÜDM-in tərkibində büdcə gəlirlərinin xüsusi çəkisi cari illə müqayisədə 4,4 faiz artaraq 29 faiz təşkil edəcək. Dövlət büdcəsinin gəlirlərinin 9 milyard 31 milyon manatı və ya 44,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2018-ci il dövlət büdcəsinin xərcləri cari ilin təsdiq olunmuş büdcə xərcləri ilə müqayisədə 2 milyard 965 milyon manat və ya 16,5 faiz çox olmaqla mütləq ifadədə 20 milyard 906 milyon manat məbləğində proqnozlaşdırılır.
2018-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,6 faiz olacaq. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinə 5 milyard 372 milyon manat vəsait nəzərdə tutulur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz təşkil edəcək.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərclərinin maliyyələşməsi üçün 304 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 22 milyon manat çoxdur.
- Musa müəllim, hazırda ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq olunması ilə bağlı pilot layihələr həyata keçirilir. Bu sistemin nə vaxtdan etibarən ölkə miqyasında tətbiqi gözlənilir?
- 2018-ci ilin dövlət büdcəsində icbari tibbi sığorta ilə bağlı vəsait nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələ də önəmlidir. Hazırda Yevlax və Mingəçevirdə pilot layihələri uğurla davam edir. Gələn il icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihələrinin əhatəsi genişləndiriləcək. Düşünürəm ki, biz artıq 2019-cu ilə icbari tibbi sığorta sistemini bütün ölkə üzrə tətbiq edə biləcəyik.
- Bəs Azərbaycanda sosial xidmət sisteminin tətbiqində nə kimi yeniliklər mövcuddur?
- Sosial xidmət sistemi modernləşir. Ehtiyacı olanlara xidmət artır, bu yöndə müəssisələr, qocalar evi, əlillər evi, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün evlər tikilib istifadəyə verilir. Və bu müəssisələr müasir səviyyədə qurulur. Artıq bu yöndə ilk sığınacaqlar da açılıb. Ümumiyyətlə, bu məsələ həm dövlətin, həm də Heydər Əliyev Fondunun diqqət mərkəzindədir.
Rəsmi məlumatlarda da bildirilir ki, ölkədə sosial xidmətlər sisteminin əhatə dairəsi getdikcə genişlənir. Hazırda “Sosial xidmət haqqında” qanuna əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq göstərə biləcək əmək qabiliyyətli qohumları olmayanlar, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, yaşayış yeri olmayanlar və digər qruplarla yanaşı, məişət zorakılığından zərər çəkənlər də sosial xidmətlərlə təmin edilirlər.
- Sizcə, qarşıdan gələn 2018-ci il ərzində ölkəmizi sosial-iqtisadi cəhətdən hansı perspektivlər gözləyir?
- Hesab edirəm ki, bütövlükdə 2017-ci il xalqımız və dövlətimiz üçün uğurlu il oldu. Əlbəttə ki, qazanılan uğurlar qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə edilməsini şərtləndirir. Bu baxımdan, 2018-ci ilin daha perspektivli olacağı gözlənilir. Düşünürəm ki, gələn il əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından, yəni əməkhaqları və pensiyaların artırılması, məşğulluğun daha geniş şəkildə təmin edilməsi cəhətdən yeniliklər olacaq. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir.
Strateji Yol Xəritəsində göstərildiyi kimi, 2025-ci ildə Azərbaycan dünyanın yüksək inkişaf etmiş dövlətləri sırasına qoşulmalıdır. Bu, qarşımızda dayanan böyük hədəfdir. Şübhəsiz ki, xalq-Prezident birliyi nəticəsində bu hədəfə nail olunacaq.

 
  • Oxunub:  10110  |  
  • Tarix:  16-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA