Ana səhifə »  Müsahibə »  Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam aləmi üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük önəm daşıyır
A+   Yenilə  A-
Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam aləmi üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük önəm daşıyır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, müasir şəraitdə İslam həmrəyliyini zəruri edən amillər hansılardır?

- Bildiyiniz kimi, bu gün dünyada baş verən məzhəb savaşları, vətəndaş müharibələri nəticəsində sosial-siyasi gərginlik ən yüksək həddə çatmışdır. Avropa məkanında baş verən dözümsüzlük, ksenofobiya, islamafobiya kimi meyillər radikalizm, ekstremizm kimi qorxulu təzahürlərin meydana gəlməsinə şərait yaratmışdır. Çox təəssüf ki, bu təzahürlərin faciəli nəticələrindən ən çox İslam dünyası və müsəlmanlar əziyyət çəkir. Bu gün İslam aləmi öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir və əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı vardır. Bu baxımdan Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamla ölkədə “İslam Həmrəyliyi İli” elan etməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti vardır. Müsəlman ölkələri arasında mənəvi həmrəyliyə daha çox ehtiyacın yarandığı müasir dövrümüzdə Prezident İlham Əliyevin bu mütərəqqi addımı dövlət başçımızın humanistliyinin göstəricisi olmaqla yanaşı, eyni zamanda ölkəmizin İslam dünyasının birliyinə olan həssas münasibətidir. Bu çağırış İslam coğrafiyasında yaşayan xalqların və ölkələrin iqtisadi, elmi, mədəni əməkdaşlığına, həmçinin İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik, sülh ideyalarını bir daha diqqət mərkəzinə çəkməyə xidmət edir.

Müsəlman ölkələr arasında Azərbaycan ilk ölkədir ki, İslam həmrəyliyini siyasi xətt səviyyəsinə yüksəltmişdir və bütün 2017-ci ili həmin ideyaların təbliği istiqamətində əməli fəaliyyətə həsr etmişdir. Dövlət başçımızın bu təşəbbüsü müsəlman dünyasını günümüzdə sıxan problemlərin köklü şəkildə həlli və İslam coğrafiyasında mövcud konfliktlərin dialoq vasitəsilə həllinə təkan verəcəkdir. Buna görə Azərbaycan Prezidentinin bu təşəbbüsü və qərarı İslam dünyasında böyük əks-səda doğurmaqla ciddi şəkildə müdafiə edilir.

- İslam həmrəyliyi eyni zamanda digər konfessiyalarla həmrəyliyi nəzərdə tutur. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Azərbaycanda milli və dini tolerantlıqla bağlı vəziyyət, konfessiyalararası dözümlülük, multikultural dəyərlərin təşviqi hər zaman nümunəvi xarakter daşımışdır. Tarixən müxtəlif etnik xalqların, din mənsublarının ümumi vətəninə çevrilən ölkəmizdə tolerantlıq düşüncəsi yüksək səviyyədə inkişaf etmiş, milli və dini zəmində heç bir ayrı-seçkilik baş verməmişdir. Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan bütün dinlərin həmrəyliyinə çalışan ölkə kimi ad qazanmışdır. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan İslam dininə, İslam ölkələrinin birliyinə nə dərəcədə əhəmiyyət verdiyinin göstəricisidir. Lakin İslam həmrəyliyi ideyası yalnız Azərbaycana, ölkəmizdəki dini konfessiyalara, müsəlman aləmi ilə digər konfessiyalar arasında münasibətlərə aid olmaqla bərabər, bütün dünyada gedən proseslərə təsir göstərəcək bir hadisədir. Dünyada sülhün, əmin-amanlığın bərpa olunması, bəşəriyyəti qanlı müharibə və münaqişələrdən xilas etmək üçün ilk növbədə, müxtəlif dinlərin, mədəniyyətlərin, sivilizasiyaların harmoniyasına nail olunmalıdır. Bu baxımdan Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam aləmi üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük önəm daşıyır. Digər din nümayəndələri ilə müsəlmanlar arasında unikal bigəyaşayış modelinə malik olan ölkəmiz bu birlik çağırışı ilə yalnız dünya müsəlmanlarını deyil, etiqadından asılı olmayaraq bütün dinlərin mənsublarını birliyə, vəhdətə səsləyir.

- Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi çox böyük ictimai-siyasi əhəmiyyət kəsb edən addım kimi qəbul olunur. Artıq 2017-ci il başa çatır, ötən müddət ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə hansı işləri yerinə yetirmişdir?

- İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il “Multikulturalizm İli”ndə olduğu kimi, 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirdiyi tədbirlər çoxşaxəliliyi ilə seçilmişdir. Dövlət Komitəsi müxtəlif dövlət qurumları ilə birgə “İslam Həmrəyliyi ili” çərçivəsində 200-dən artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirə təşkilatçılıq etmişdir. “İslam həmrəyliyi – zamanın çağırışı”, “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası”, “İslam həmrəyliyinin Azərbaycan modeli”, “Heydər Əliyev irsi və İslam həmrəyliyi”, “İslam həmrəyliyinin dini və irqi ayrı-seçkiliyə qarşı əhəmiyyəti”, “Həmrəylik milli-mənəvi birliyimizin təzahürü kimi”, “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə”, “İslam həmrəyliyi İslamda birgəyaşayış ənənələrinə xidmət edir”, “Gənclərin tərbiyəsində İslam həmrəyliyinin rolu”, “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri”, “Azərbaycanda İslam həmrəyliyinin tarixi izləri” və s. mövzularda keçirilmiş dini maarifləndirici tədbirlər, seminar müşavirələr, regional konfranslar, dəyirmi masalar və görüşlər ölkənin, demək olar ki, bütün rayon və bölgələrini əhatə etmişdir.

Eləcə də İsveçrənin Cenevrə şəhərində Komitənin bilavasitə təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoq vasitəsilə konfliktlərin qarşısının alınması: Azərbaycan modeli” adlı beynəlxalq konfrans təşkil edilmişdir.

Qeyd edək ki, 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev tərəfindən təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, uşaq və yeniyetmələr üçün nəzərdə tutulan Qısa İslam ensiklopediyasının hazırlanması işi yekunlaşmaq üzrədir.

Cari ildə, həmçinin KİV-nin təmsilçiləri arasında “Milli-mənəvi dəyərlər və müasirlik” mövzularında yazı müsabiqələri təşkil edilmişdir. Media nümayəndələri üçün Quba rayonunda “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda 3 günlük seminar-treninq keçirilmişdir.

2016-cı ildə olduğu kimi 2017-ci ildə də Dövlət Komitəsi maarifləndirici xarakterli sənədli filmlərin çəkilməsi işinə diqqət ayırmışdır. Belə ki, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv mahiyyət daşıyan, eləcə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verə biləcək “Şəhadət” filminin təqdimat mərasimi keçirilmişdir. Hazırda bu film ölkənin bütün rayon və bölgələrində geniş auditoriyaya təqdim edilir. Eləcə də “Vəhdət” və “Üfüqdəki gələcək” adlı sənədli filmlərin lentə alınması işləri yekunlaşmaq üzrədir.

Qeyd edilənlərlə yanaşı, Komitə tərəfindən 80-dən çox dini təyinatlı çap məhsulları hazırlanmışdır. Müxtəlif dini və ictimai mövzuları əhatə edən bu ədəbiyyat nümunələri içərisində “Heydər Əliyev: Tolerantlıq”, “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir”, “Dini radikalizmlə mübarizə: İslamdan “müsəlmana” qədər”, “Dövlət, din, cəmiyyət: müqayisəli təhlil”, “İslam həmrəyliyi keçmişdən bu günə”, “İşğal altındakı tarixi dini abidələrimiz”, “İslam mədəniyyəti: dini radikalizmə alternativ kimi”, “Dini radikalizmə “DUR!” deyək!”, “Dini radikalizm və xurafat: bir medalın iki üzü”, “İslamda tolerantlıq prinsipləri”, “İslam terrorun əleyhinədir: ikili standartlar və reallıqlar”, “XXI əsrdən baxış: İslam, Quran, müsəlman”, “Vəhdət naminə məzhəblərarası dialoq”, “Dünyəvi dövlətdə dinin yeri”, “Dini radikalizmlə mübarizədə vətəndaş cəmiyyətinin yeri və rolu” və s. qeyd edə bilərik.

- Mübariz müəllim, “İslam həmrəyliyi” ideyası müasir dövrdə dünyada baş verən hadisələr fonunda aktuallıq qazansa da, bu ideyanı ilk dəfə İslam dünyasına elan edən, heç şübhəsiz, Ulu Öndər Heydər Əliyev olmuşdur. Bu barədə də fikirləriniz maraqlı olardı.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışını məhz Ulu Öndər Heydər Əliyevin hələ 90-cı illərin əvvəllərində irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı kimi dəyərləndirmək lazımdır. Çünki dünya siyasətinin dahilərindən biri, yüksək zəkaya, uzaqgörənliyə malik olan Heydər Əliyev dünyada gedən siyasi proseslərin dərin bilicisi kimi İslam dünyasının güclənməsi, söz sahibi olması və müsəlman xalqlarının inkişaf etməsi məqsədilə hər zaman İslam ölkələrinin birliyinə, vəhdətinə nail olmağa çalışmış və hər bir müsəlman dövlətini, xalqını, şəxsini bu yolda birgə fəaliyyətə çağırmışdır. Müsəlman ölkələrinin bir çox rəhbərləri, siyasi xadimləri ilə bir neçə onilliklərə dayanan tanışlıq, Heydər Əliyev şəxsiyyətinə olan hörmət və xoş münasibət Azərbaycan Respublikasının İslam dünyasında tanıdılmasına şərait yaratmışdır. Ulu Öndər çox dəqiq bilirdi ki, dünyada dinimizə qarşı təhdidlərin artdığı, İslamın terrorla bir tutulmağa başladığı, müsəlman ölkələrində məzhəb münaqişələrinin baş verdiyi bir dövrdə yalnız həmrəylik, ortaq məxrəc, birgə atılan addımlar nəticəsində ayaq üstə durmaq, güclənmək, tərəqqiyə nail olmaq olar. Təsadüfi deyil ki, artıq 20 ilə yaxındır ki, İslam dünyasının bir çox ölkələri böyük ictimai, siyasi, hərbi və humanitar böhranlarla üz-üzə qalmış, minlərlə müsəlman münaqişələrdə həlak olmuş və ya öz yurd-yuvalarından uzaq düşərək dünyanın müxtəlif ölkələrinə üz tutmuşlar. Fəaliyyətində İslam aləmindəki həmrəylik, dostluq və qardaşlığın möhkəmləndirilməsini əsas götürən Ulu Öndər dünyanın bir çox yerlərində İslam dininin əsaslarına, müsəlman ölkələrinə qarşı qərəzli həmlələrin aparıldığı bir dövrdə dini fəaliyyət sahələrində gedən prosesləri əlaqələndirmək və düzgün istiqamətləndirmək üçün fikir mübadiləsinin aparılmasını, dini-mənəvi dəyərlər məsələsinə münasibətdə dəqiq, aydın, perspektivli və vahid mövqeyin işlənib hazırlanmasını zəruri hesab etmişdir.

Qeyd edək ki, sentyabr ayının 15-də Dövlət Komitəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi ili”nə və 15 sentyabr - Bilik Gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda Komitə əməkdaşlarının, tanınmış elm xadimlərinin, deputatların və jurnalistlərin ölkənin müxtəlif elm-təhsil müəssisələrində mühazirələri və maarifləndirici görüşləri təşkil olunmuşdur.

Eyni zamanda dini icmalar arasında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda yazı müsabiqəsi keçirilmişdir.

- Mübariz müəllim, xalqımızın malik olduğu milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin prioritet məsələlərindəndir. Prezident İlham Əliyev “İslam Həmrəyliyi İli” çərçivəsində Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı müvafiq Fərman imzalaması ilə bunu bir daha nümayiş etdirdi. Bu barədə nə deyə bilərsiniz?

- Dövlətimiz milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində mühüm işlər görür. Ölkə rəhbəri bütün sahələrdə olduğu kimi, dini, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”- deyən Prezident İlham Əliyev hər zaman mənəvi irsimizin mühafizəçisi rolunu oynayır.

Milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində Heydər Əliyev Fondunun və onun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyətinin çox böyük rolu var. Qeyd edək ki, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində bugünədək Azərbaycanda və digər ölkələrdə onlarla tədbir həyata keçirmişdir. Fondun milli-mənəvi dəyərlərin unudulmaması, dünyada tanıdılması istiqamətində atdığı addımlar, gördüyü işlər təqdirəlayiqdir. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Fond milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində dayanmadan çalışır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı Fərman milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə verdiyi yüksək qiyməti və dəstəyi bir daha bariz nümayiş etdirməklə yanaşı, dövlət başçımızın zəngin mənəvi irsimizin, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıdılmasına növbəti töhfəsidir. Belə bir Fondun yaradılması xalqımızın tarix boyu formalaşdırdığı mənəvi irsini, onun əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, milli kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək düşüncəsini özündə ehtiva edir. Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsində əsas məqsəd dini mənsubiyyətindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinin təmin edilməsidir. Belə ki, Fond mənəvi-dini dəyərləri araşdıracaq, dini qurumların və vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının hazırlanmasına dəstək verəcəkdir. Din sahəsində mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verəcək, dini təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına, məscidlərin və digər dini abidələrin tikintisinə, bərpasına yardım göstərəcəkdir.

İdeoloji sahə ilə yanaşı, Fondun fəaliyyəti sosial sferanın müxtəlif sahələrini də əhatə edəcəkdir. Belə ki, dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, təhsilalanların sosial müdafiəsinin gücləndirilməsinə, istedadlı şəxslərin təhsilini davam etməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına kömək edəcəkdir. Habelə aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsi, Qarabağ müharibəsi və 20 yanvar şəhidlərinin ailələrinə, müharibə əlillərinə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə, valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin ödənilməsi üçün maddi yardım göstərmək də Fondun vəzifələrinə daxildir.

Xüsusən yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının aktuallıq qazandığı günümüzdə Mənəvi Dəyərlərin Təbliği Fondunun bu sahədə genişmiqyaslı fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Çünki danılmaz faktdır ki, milli-mənəvi dəyərlərimizə varislik prizmasından yanaşma həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından zəruridir. Gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında təhsilin xüsusi yeri vardır ki, Fond təhsillə bağlı qarşısına geniş məqsədlər qoymuşdur.

- Məlumdur ki, Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə bir sıra xarici ölkələrdə və ölkəmizdə beynəlxalq xarakterli tədbirlər keçirmişdir. Keçirilmiş bu tədbirlərin əhəmiyyəti barədə nə demək olar?

- Dövlət Komitəsi dini maarifləndirmə, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq çərçivəsində çoxsayda tədbirlər və layihələr həyata keçirir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, “İslam Həmrəyliyi ili” çərçivəsində də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində keçirilmiş tədbirlər xüsusilə təqdirəlayiqdir. Belə ki, “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti”, “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında”, “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında”, “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında”, “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” və "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi" mövzularında Finlandiya, İran İslam Respublikası, Türkiyə, Özbəkistan, İspaniya və Rusiyada təşkil edilmiş beynəlxalq konfransların təşkilində əsas məqsəd dünyada sülhün və ümumi rifahın bərqərar edilməsi üçün ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə bir daha diqqətin ayrılmasıdır. Bu tədbirlər Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd edim ki, xarici ölkələrdə bu cür böyükmiqyaslı tədbirlərin uğurla keçirilməsində Qafqaz Müsəlmanları İdarəsinin, xüsusilə Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu və zəhməti olmuşdur.

Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə dekabrın 6-da 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilən Naxçıvanda “Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirmişdir. Milli məclisin üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyətinin iştirak etdiyi konfransda xalqımız və ölkəmizin manefeyi naminə qəbul edilmiş tarixi əhəmiyyətli qərarların bünövrəsində duran Heydər Əliyevin uca mənəviyyat yolu, dini həmrəylik ənənəsi yad edilmişdir.

Qeyd edilənlərlə yanaşı, hər iki qurumun birgə təşkilatçılığı ilə dekabrın 21-də “İslam həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı Bakıda onlarla xarici qonağın iştirakı ilə yüksək səviyyəli beynəlxalq konfrans keçirilmişdir. “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” adlı beynəlxalq konfransda 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfransdakı nitqində söylədiyi kimi, ölkə daxilində İslam həmrəyliyi tam təmin olunmuşdur: “Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır... Azərbaycan müstəqillik dövründə mədəniyyətlərarası dialoqun inkişafında və İslam həmrəyliyinin güclənməsi işində öz rolunu oynayıb. Biz bundan sonra da bu yolla gedəcəyik”.

 
  • Oxunub:  9030  |  
  • Tarix:  25-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib
18:54
22 Yanvar
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
18:41
22 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir
18:34
22 Yanvar
Pirallahı Sənaye Parkında şpris zavodu istifadəyə veriləcək
18:30
22 Yanvar
Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub
18:26
22 Yanvar
Bu il 10 aqropark açılacaq
18:24
22 Yanvar
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq
18:18
22 Yanvar
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
18:13
22 Yanvar
Misirli jurnalistin “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+1 +4