Ana səhifə »  Müsahibə »  Bakı ətrafında və rayonlarda məcburi köçkünlər üçün yeni qəsəbələr tikiləcək
A+   Yenilə  A-
Bakı ətrafında və rayonlarda məcburi köçkünlər üçün yeni qəsəbələr tikiləcək

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun APA-ya müsahibəsi:
- İndiyə qədər qaçqın və məcburi köçkünlər üçün 97 müasir qəsəbə tikilib, bu qəsəbələrə 53 min ailə, 265 min nəfər köçürülüb. Daha neçə məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var?
- Bu gün hələ 343 min məcburi köçkün ağır şəraitdə yaşayır, onların da yeni mənzillərə köçürülməsinə ehtiyac var. Həmin məcburi köçkünlərin bir hissəsi Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı vəziyyətdə olan binalarda yaşayır. Ona görə də birinci vitse-prezident Mehriban Əliyeva ilk olaraq qəzalı binalardakı məcburi köçkünlərin köçürülməsindən başladı. Bakı şəhərində 11 min məcburi köçkün ailəsi, yəni 60 minə qədər insan 117 belə qəzalı binada yaşayır. 11 min ailədən 4 min ailənin yaşadığı belə binalara Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki rəy verilib ki, ümumiyyətlə, həmin qəzalı binalarda yaşamaq olmaz. Ona görə də Mehriban Əliyeva ilk növbədə həmin ailələrin köçürülməsi barədə tapşırıq verdi. 4 min ailənin köçürülməsindən sonra digər 7 min ailənin də köçürülməsi prosesinə başlanacaq.
343 min məcburi köçkünün mənzillə təmin olunması üçün Prezident Dövlət Neft Fondundan bu məqsədlə ayrılan vəsaitin həcmini artırıb, bu il 90 milyon manat ayrılmışdısa, bu məbləğ gələn il üçün 200 milyon manata qaldırılıb. Bakı ətrafında da, rayonlarda da yeni qəsəbələr tikiləcək. Neftin qiyməti düşməmişdən öncə məcburi köçkünlər üçün qəsəbələrin tikintisinə 300 milyon manat ayrılırdı, biz hər il 4 min ailəni, 20 min nəfəri yeni qəsəbələrə köçürürdük. Təəssüflər olsun ki, neftin qiyməti düşəndən sonra bu proses dayandı. İndi tədricən bu proses bərpa olunacaq. Hesab edirik ki, vəsait problemi yaranmayacaq. Hazırda müxtəlif yerlərdən həm hazır mənzillər alınır, həm də müxtəlif istiqamətlərdən vəsaitlər cəlb olunmaqla qəsəbələr tikilir. 343 min məcburi köçkünü normal şəraitli mənzillərə köçürməliyik.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün mütəmadi tədbirlər həyata keçirilir. Məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 2003-cü ildə 75 faiz idi, dövlət tərəfindən görülən tədbirlər nəticəsində hazırda bu rəqəm 12 faizə düşüb. Hazırda əmək qabiliyyətli 380 min məcburi köçkün var. Onların 200 min nəfəri daimi, 160 mini mövsümi işlə təmin olunub, 20 min əmək qabiliyyətli məcburi köçkün isə işlə təmin olunmalıdır. 2016-cı ildə bir məcburi köçkünə il ərzində 765 manat sərf olunub. Bu, dünyada münaqişə zonalarında ən böyük vəsaitdir. Deyilə bilər ki, 765 manat nədir, xeyr, bu, illik 300 milyon manata qədər vəsait edir.
Əvvəllər məcburi köçkünlərin işıq, qaz, su pulunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ödəyirdi. Prezident bu il Fərman verdi və bu, məcburi köçkünlərə verilən aylıq müavinətə çevrildi. Bu, həm də məcburi köçkünləri adaptasiya etmək, özünün özünü saxlamasına təmin etməyə yönəlib. Çünki görürsüz ki, qayıdış prosesi başlayır və həmin addım da Prezidentin uzaqgörənliyidir. Birdən-birə həmin insanları yeni tikilmiş əraziyə aparsaq, onlar üçün çətin olardı. Çünki o insanlara burada himayədarlıq edilir, dövlət onlar üçün hər şey edir, birdən-birə qayıdış prosesində onları öz kəndinə qaytaran zaman onlar üçün sərbəst yaşamağa alışmaq çətin olacaq. Buna görə də Prezident müavinət sisteminə keçidlə bağlı fərman verdi. Biz sayğac olan yerlərdə məcburi köçkünlərə işıq, qaz və su ilə bağlı adambaşı 36 manat ödəyirik, sayğac qoyulmayan yerlərdə isə Dövlət Komitəsi kommunal ödənişləri özü həyata keçirir, həmin məcburi köçkünlərə isə 20 manat aylıq müavinət verilir. Sayğaclar qoyulduqca, bu da tədricən aradan qaldırılacaq. Məsələn, arada Biləsuvarda elektrik enerjisinə görə narazılıq yaranmışdı, artıq yoluna düşüb. Biz bilirdik ki, bu çətinliklər olacaq, insanlar adaptasiya prosesini keçməlidirlər. Yaxud insanlar ötən dövrdə onlara verilən yardımın hesabına yaşayıb. Ancaq məcburi köçkün həyatından əvvəl o insanlar özü işləyir, yaşayır, ailəsini dolandırırdı. Amma ötən 20 il ərzində insanlar ailəni müstəqil saxlamaq, işləmək vərdişini itirib. Bu vərdiş bərpa olunmalıdır, adaptasiya prosesi keçməlidirlər. Hazırda bu proseslə məşğuluq. Biz beynəlxalq humanitar təşkilatlara deyəndə ki, gəlin belə reabilitasiya proqramları həyata keçirək, deyirlər ki, dünyada belə şeylər yoxdur. Biz də deyirik ki, bilirik, yoxdur, dünyada dəyənəklə qaçqın döymək da yox idi, oldu. Deyirik ki, görürsünüz, Azərbaycan qabağa düşdü, problemləri həll etdi, indi zəhmət çəkin, biz sizə istiqamət veririk, gəlin, iş vərdişinin bərpası ilə bağlı proqramlar, layihələr həyata keçirin. Məcburi köçkünlərin böyük bir hissəsi yeni nəsildir, məcburi köçkünlük həyatında dünyaya göz açıb. Artıq 25 yaşında olan məcburi köçkünlər var. Məcburi köçkün ailələr müxtəlif rayonlarda yerləşib, dil ləhcələri dəyişib, yerləşdikləri rayonların ləhcələrini, həmin rayonun mətbəxini, adət-ənənələrini götürüblər. Kəlbəcərli gəlib Ucarda, Zərdabda, Kürdəmirdə doğulub böyüyübsə, sağlamlıq tərzi, ekoloji mühitdə formalaşması dəyişib. Biz beynəlxalq təşkilatlara deyirik ki, vəzifəniz gəlib yardım etmək, özünüzün də maaş alıb dolanması olmamalıdır. Zəhmət çəkin, o vəsaiti belə layihələrə sərf edin, reabilitasiya layihələri işləyin.
- Ən ciddi problemlərdən biri də məcburi köçkünlərin yerli sakinlərin evində məskunlaşmasıdır. Yerli sakinləri də başa düşmək olar. Onların arasında elələri var ki, öz evləri ola-ola 25-30 ildir, kirayədə yaşayır. Bu problemin aradan qaldırılması üçün dövlət tərəfindən hansı addımların atılması nəzərdə tutulur?
- Zamanında məcburi köçkünlər müəyyən vətəndaşlara məxsus mənzillərdə yerləşiblər. Mən məcburi köçkünlər tərəfindən mənzillərin zəbt olunması fikrinin işlədilməsini yanlış sayıram. O mənzillər zəbt olunmayıb, mən heç vaxt o termini işlətməmişəm. Mətbuata da həmişə demişəm ki, həmin mənzillər zəbt olunmayıb. Ozamankı iqtidarın, bugünkü müxalifətin səriştəsizliyi ucbatından insanlar özbaşına xaotik vəziyyətdə hərəsi bir boş yerə yerləşib. Həmin insanlar nə etməli idi? O insanlar məcburi köçkün düşüb, onları qarşılayan, yerləşdirən yox, kim harada bacarıb, ora yerləşib. Məgər bu zəbtolunmadır? Xeyr. Məsələn, hansı məmur, vətəndaş deyəndə ki, evi məcburi köçkün tərəfindən zəbt olunub, inciyirəm, tez cavab verirəm. Deyirəm ki, bağışlayın, sənin mənzilin zəbt olunmayıb. Amma biz o mənzilləri də boşaltmalıyıq. Söhbət 6 min mənzildən gedir. Biz bu prosesə başlamışdıq. 5 il əvvəl 70-ə qədər mənzili boşaltdıq, lakin sonra maliyyə böhranı, neftin qiymətinin düşməsi ilə əlaqədar vəsaitlə bağlı bu proses dayandı. Maliyyə imkanı yarandıqca məcburi köçkünlərin yerləşdiyi müəyyən vətəndaşlara məxsus mənzillərin boşaldılması prosesi yenidən başlanacaq.
Həmin mənzillərin sahibi olan insanların da günahı yoxdur, onları da başa düşürəm. Həmin insanlar 20-30 il növbədə durub, mənzil alıb, yarımçıq olan zaman, yaxud mənzilin orderini almazdan əvvəl məcburi köçkün orada yerləşib. Hətta o məsələni mən qaldırıram ki, gəlin o mənzilləri boşaldaq, məcburi köçkünləri yeni mənzillərə köçürək, yerli əhali ilə məcburi köçkünlər arasında münaqişə yaranmasın. Görürsünüz ki, dövlət bu məsələlərə diqqət ayırdığı üçün bizdə münaqişə yaranmır.
Yaxud başqa bir məsələyə diqqət çəkmək istəyirəm. Mən Humanitar Komissiyanın sədriyəm, beynəlxalq təşkilatlar köçkünlər üçün proqramlar həyata keçirirlər. Tutaq ki, bir kənddə məcburi köçkünlər üçün su çəkirlər. Mən onları çağırıb soruşuram ki, nə qədər vəsaitin var. Deyir ki, 100 min dollar vəsait var, 6 artezian quyusu qazılacaq. Deyirəm ki, artezian quyularından 4-ü məcburi köçkünlər, 2-si kənd əhalisi üçün qazılsın, beləliklə də kənd əhalisi ilə məcburi köçkünlər arasında münaqişə yaranmasın.
O qədər belə həssas problemlər var ki, danışmaqla qurtaran deyil. Biz bu problemləri beynəlxalq təşkilatlar qarşısında qaldırırıq, hər il Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsində çıxış edirəm. Gəlib burada məcburi köçkünlər üçün salınmış gözəl şəhərcikləri görürlər, hesab edirlər ki, artıq heç nə lazım deyil. Mən çıxışlarımda deyirəm ki, xeyr, beynəlxalq təşkilatlar Azərbaycanda qalmalıdır. Bəzi beynəlxalq təşkilatları biz özümüz ölkədə saxladıq, vəsait ayırmırdılar. Çünki ərazilərimiz işğaldan azad ediləndən sonra o beynəlxalq təşkilatlar bizə lazım olacaq. Prezident də bu məsələdə dəstəyini ifadə edir.
- Məcburi köçkünlər arasında onlara verilən evlərin müxtəlif yollarla başqalarına satılması faktlarının mövcudluğu barədə məlumatlar yayılır. Bu işdə müxtəlif dəllalların da aktivlik göstərdiyi bildirilir. Komitə tərəfindən bu məlumatlar yoxlanılıbmı, belə hallar aşkarlanıbmı?
- Sumqayıtda həm birinci katib, həm də şəhər İcraiyyə Komitəsinin sədri işləyərkən həm mənzil tikintisi, həm də mənzil bölgüsü mənim səlahiyyətimdə idi, bu sahədə təcrübəm vardı. O dövrdə də müxtəlif fırıldaqlarla qarşılaşırdım və bu fırıldaqların qarşısını alırdım. Məcburi köçkünlərin mənzil bölgüsündə də müəyyən hallara rast gəlinir. Tutaq ki, bir yerdə qeydiyyatdadır, başqa bir yerdə özünə ev alıb, ancaq əşyasının bir qismini saxlayıb. Köçürülmə məqamında gəlib orada oturur.
Mənzil satma məsələsinə gəlincə, mənim çalışdığım 20 il ərzində bir nəfər bunu sübut edə bilməyib. Amma mənzillərin satılması halları var. Bu necə olur? Məcburi köçkünlər öz aralarında gizli şəkildə bunu edirlər. Tutaq ki, haradasa özünə ev tikib, ev alıb, gedib özünə bir müştəri tapır, gecə əşyaları evə yığır, heç kimin də xəbəri olmur. Pulunu da alıb, çıxıb gedir. Səhər mənzil istismar sahəsi gedib görür ki, mənzildə başqası yaşayır. Qanun da onu o mənzildən elə-belə çıxarmağa yol vermir. Gərək məhkəməyə verəsən. Məhkəməyə veririk, illərlə bizi süründürürlər. Belə şeylər var, mənzil satmaq sözü də oradan çıxır.
Dələduzluq halları da var, komitə olaraq bununla özümüz mübarizə aparırıq. Məsələn, Ağdam köçkünü olan qadın mənzil vermək adı ilə 40 nəfərdən 350 min manat yığmışdı. Həmin qadın məhz bizim hüquq-mühafizə orqanlarına müraciətimiz əsasında həbs edildi. Yaxud Cəbrayıldan məcburi köçkün olan daha bir qadın və iki nəfər köməkçisi də həmin sistemlə məcburi köçkünlərdən 150 min manat almışdı. Bakıda bu işlərlə məşğul olan xüsusi qrup, şəbəkə vardı, həmin şəbəkəni özümüz ifşa edib, hüquq-mühafizə orqanlarına lazımı məlumatları təqdim etdik. Biz bu məsələ ilə bağlı həm hüquqi tədbir görülməsinə, həm də ictimai qınaq yaradılmasına çalışırıq.
- Yeni qaydaya əsasən, aylıq müavinətin şamil edilməyəcəyi məcburi köçkün statusu olan şəxslər müəyyənləşdirilib. Bu qərardan sonra aylıq müavinət alan və almayan məcburi köçkünlərin sayı necə dəyişib? Müavinət alanların hansı hissəsi 36 manat, hansı hissəsi 20 manat alır?
- 403 min məcburi köçkün 36 manat, 102 min məcburi köçkün 20 manat aylıq müavinət alır. 40 minə qədər məcburi köçkünə isə aylıq müavinət şamil edilmir.

 
  • Oxunub:  12420  |  
  • Tarix:  27-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7