Ana səhifə »  Müsahibə »  20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsində şərəfli yer tutur
A+   Yenilə  A-
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsində şərəfli yer tutur

Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, xalqımız bu günlər 20 Yanvar faciəsinin 28-ci ildönümünü anır, şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Sizcə, 20 Yanvar hadisəsinin Azərbaycan tarixində yeri və rolu nədən ibarətdir?
- 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsində şərəfli yer tutur. Bilirsiniz ki, o dövrdə sovet imperiyasında xalqların müxtəlif formalarda bu sistemə qarşı etirazları baş qaldırmışdı. İmperiyanın rəhbərliyi isə müxtəlif vasitələrlə insanları qorxutmağa, susdurmağa çalışırdı. Bu məqsədlə qırğınlar törətməkdən də çəkinmirdilər.
20 Yanvar hadisələri ərəfəsində də Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Moskvanın, şəxsən Mixail Qorbaçovun apardığı məkrli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdu. Respublikada belə bir fikir mövcud idi ki, Azərbaycanın rəhbərliyi Dağlıq Qarabağ məsələsində Moskva ilə sövdələşərək öz xalqına qarşı gizli xəyanətkar planlar həyata keçirir. Azərbaycan rəhbərləri öz yarıtmaz və yararsız fəaliyyəti ilə xalqla hakimiyyət arasında keçilməz uçurum yaratmışdı. Məhz həmin dövrdə bir neçə ay Bakıda və respublikamızın digər şəhər və rayonlarında keçirilmiş izdihamlı mitinqlərdə Azərbaycan rəhbərliyinin istefası tələb olunurdu. Cəmiyyətdə yaranmış qarşıdurmanın siyasi yollarla tənzimlənməsi üçün Azərbaycan SSR-in rəhbərliyi mövcud imkanlardan istifadə etmədi. Bir çox taleyüklü məsələnin həllində Azərbaycan rəhbərliyi aciz olmuş, nəticədə respublikada kəskin hakimiyyət böhranı yaranmışdı.
20 Yanvara qədər partiya, dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də Bakıda gedən ziddiyyətli proseslərin təhlili göstərir ki, yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olmuşdu. 1989-cu ilin axırından yanvar hadisələrinə kimi respublika rəhbərlərinin imzaları ilə Moskvaya ünvanlanan şifroqramlar buna əsaslı sübutdur. Şifroqramlarda Bakıya əlavə daxili qoşun və Sovet ordusu qüvvələrinin göndərilməsi tələb olunmuşdu. Bu səbəbdən, Bakıda hərbi qüvvələrin yerləşdirilməsi və təminatı ilə əlaqədar müxtəlif hazırlıq işləri aparılmış, hadisələrə bir neçə gün qalmış Bakı şəhərinin xəstəxanaları tələsik boşaldılmış, külli miqdarda yaralıların yerləşdirilməsi üçün hazırlıq görülmüş, Sovet ordusu hərbi qulluqçularının ailə üzvləri təcili surətdə Bakı şəhərindən köçürülmüşdü. Beləliklə, hərbi təcavüz və qoşunların yeridilməsi üçün hər cür şərait yaradılmışdı. Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq məqsədinə xidmət edirdi.
20 Yanvar faciəsi beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı, bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı. Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı terror Azərbaycan xalqının milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar və bununla da 20 Yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər.
Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər Xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir.
- O dövrdə Ümummilli liderimiz Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək Sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etdi. Bu bəyanatın tarixi əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Əlbəttə ki, Ümummilli lider Heydər Əliyevin bəyanatı tarixi əhəmiyyətə malikdir. Çünki sovet rejimi özünün törətdiyi qanlı hadisələri gizlətməyə çalışırdı. Ona görə də Azərbaycanı informasiya blokadasında saxlayırdı və ölkədən kənara bu qırğın haqda məlumat çıxmasına imkan vermirdi. Belə bir şəraitdə Ümummilli liderimizin bəyanatı müstəsna əhəmiyyət kəsb edirdi. Bilirsiniz ki, Heydər Əliyev uzun illər Azərbaycana rəhbərlik etmişdi və hər zaman Azərbaycanda gedən prosesləri izləyirdi. 20 Yanvar hadisələri ərəfəsində Ulu öndər Heydər Əliyev Moskvada təcrid vəziyyətində yaşayırdı. Heydər Əliyev böyük lider kimi Azərbaycana qayıdıb yenə də xalqa xidmət göstərmək istəyirdi. Amma nə Moskva, nə də Azərbaycanın rəhbərliyi buna imkan verirdi. Əlbəttə ki, o dövrdə başlayan azadlıq mübarizəsinin önündə Heydər Əliyev kimi böyük lider və siyasətçi getsəydi, proseslər tamamilə xalqımızın xeyrinə olacaqdı, Qarabağ məsələsində ermənilər öz məqsədlərinə nail ola bilməyəcəkdilər. Yəni Heydər Əliyevin rəhbərliyi ilə azadlıq mübarizəsinin qarşısını heç bir qüvvə ala bilməzdi və bu mübarizədə haqqında danışdığımız faciə də olmayacaqdı. Ona görə də rəhbərlik çalışırdı ki, Heydər Əliyev mümkün qədər bu hərəkatın rəhbərliyindən kənarda qalsın.
Bütövlükdə, 20 Yanvar faciəsi ilə bağlı Ulu öndərimizin Moskvada verdiyi bəyanat Azərbaycanın müstəqillik tarixinin ən böyük aktlarından biridir. 1990-cı illərin əvvəlində baş verən hadisələr də göstərdi ki, Heydər Əliyev böyük siyasi liderdir və məhz bu millətin lideridir. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tez bir zamanda doğma Vətəni təlatümdən, parçalanmaqdan xilas etdi.
- 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət də Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə verildi. Bu barədə nə deyə bilərsiniz?
- Hüquqi-siyasi qiymət ümumiləşmiş formada bundan ibarət idi ki, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı qanlı qırğın törədib. Əlbəttə, hadisənin günahkarlarının da adları açıqlanıb. Moskvanın təcavüzünün qarşısı alınmalıydı, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməliydi. Bu hadisəyə görə o dövrdə xalqın azadlıq hərəkatına rəhbərlik edənlər də məsuliyyət daşıyırdılar.
1994-cü ildə Milli Məclis tərəfindən bu barədə müvafiq sənəd qəbul olunub. Bu sənəddə hadisənin yaranma səbəbləri, məqsədi, onun iştirakçıları, bu qırğına rəhbərlik edənlər və s. bütün təfsilatı ilə əksini tapır. Yəni bu sənəd 20 Yanvar faciəsi ilə bağlı tariximizdə daim mühüm yer tutacaq. Gələcək nəsillərin, elm adamlarının, eləcə də bu hadisə ilə maraqlanan əcnəbilərin istinad edəcəyi bir sənəd olaraq həmişə özünün önəmini qoruyacaq.
- Nizami müəllim, Azərbaycan hökuməti şəhid ailələrinə lazımi diqqət göstərir, onların qayğıları ilə daim maraqlanır. Sizcə, cəmiyyətimiz tərəfindən bu təbəqəyə münasibət necədir?
- Əlbəttə ki, bütün şəhidlərimizin xatirəsi daim anılmalı, onların ailələri diqqət mərkəzində olmalıdır. Çünki şəhidlər milli iftixarımızdır. Qeyd edim ki, 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyev bu məsələni diqqət mərkəzində saxlayırdı. 20 Yanvar şəhidlərinin adları əbədiləşdirildi, onların ailələri qayğı ilə əhatə olundu. Bu gün Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir və 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.
Bilirsiniz ki, Prezident İlham Əliyev tərəfindən davamlı olaraq şəhid ailələrinə və 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərə verilən Prezident təqaüdləri artırılır. Bu qərarlar bütün cəmiyyətimiz tərəfindən yüksək qarşılanır. Çünki şəhidlərin xatirəsinin daim uca tutulması cəmiyyətimizdə vətənpərvərlik ruhunun daim yüksəlməsi üçün mühüm rol oynayır. Ona görə də cəmiyyətimizdə şəhidlərimizə və onların ailələrinə hər zaman yüksək ehtiram bəslənilir.

 
  • Oxunub:  10710  |  
  • Tarix:  20-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

14:51
17 Dekabr
Vüqar Səfərli: Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir
14:49
17 Dekabr
“Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıblar
14:47
17 Dekabr
Nazir müavini: Düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı
14:45
17 Dekabr
PA rəsmisi: Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlərin sayı azalır
13:50
17 Dekabr
Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 726 milyon dollara yaxınlaşıb
13:46
17 Dekabr
“Channel 5” televiziya kanalında Azərbaycan-Pakistan əlaqələrindən bəhs olunub
13:43
17 Dekabr
Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb
13:42
17 Dekabr
Mübariz Qurbanlı: Azərbaycanda dini icmaların sayı 909-a çatıb
13:39
17 Dekabr
Rauf Əliyev: İdman sahəsində böyük uğurlar qazanılır
13:35
17 Dekabr
Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərin artıb
12:24
17 Dekabr
Bakıda ikinci Avrasiya Hüquq Qurultayı keçirilir
12:16
17 Dekabr
ISESCO-nun baş direktorunun müavini: Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhəridir
12:07
17 Dekabr
Beynəlxalq konfransın iştirakçıları Naxçıvanın tarixi abidələri ilə tanış olublar
11:48
17 Dekabr
Hikmət Babaoğlu: Azərbaycan Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır
11:40
17 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Açıq qapı günü” keçiriləcək
11:39
17 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda iştirak edib
11:34
17 Dekabr
“Qadın sahibkarlığının inkişafı” mövzusunda üç günlük təlim keçirilib
11:27
17 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə ilə bağlı Avropa təcrübəsindən yararlanır
11:24
17 Dekabr
Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib
11:08
17 Dekabr
“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir
10:57
17 Dekabr
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verilib
10:40
17 Dekabr
Səyyar “ASAN xidmət” davam edir
10:34
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:51
17 Dekabr
Atəşkəs rejimi sutka ərzində 28 dəfə pozulub
09:22
17 Dekabr
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib
09:14
17 Dekabr
Oqtay Əsədov: Gürcüstanın bayramı Azərbaycanın bayramıdır
09:07
17 Dekabr
Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır
09:05
17 Dekabr
Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır
09:02
17 Dekabr
Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib
08:55
17 Dekabr
Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir
08:51
17 Dekabr
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
08:45
17 Dekabr
Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır
08:36
17 Dekabr
“Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” II Beynəlxalq konfransı keçirilib
08:33
17 Dekabr
ADA Universitetinin əməkdaşları Lənkəran Dövlət Universitetində olublar
08:28
17 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ISESCO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
08:26
17 Dekabr
Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib
08:23
17 Dekabr
İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub
08:21
17 Dekabr
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb
08:18
17 Dekabr
Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib
08:16
17 Dekabr
Gürcüstan və Türkiyə rəsmiləri regional layihələrin perspektivlərini müzakirə ediblər
16:37
15 Dekabr
Prezident Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşını təltif edib
16:33
15 Dekabr
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
16:31
15 Dekabr
Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib
16:28
15 Dekabr
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər
16:26
15 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əsgərlər üçün bayram şənliyi təşkil edilib
16:19
15 Dekabr
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
16:17
15 Dekabr
“China Daily”: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müasir ölkəyə çevrilib
15:55
15 Dekabr
Baş nazir Novruz Məmmədov Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
14:32
15 Dekabr
Məlahət İbrahimqızı: Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib
14:00
15 Dekabr
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib
13:50
15 Dekabr
Zahid Oruc: Bu görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
13:40
15 Dekabr
Politoloq: Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur
13:15
15 Dekabr
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti: “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə”
13:09
15 Dekabr
Kamilə Əliyeva: Təhsil infrastrukturunun yenilənməsi davamlı xarakter daşıyır
13:08
15 Dekabr
Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib
13:00
15 Dekabr
Birinci Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçiriləcək
12:57
15 Dekabr
ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilir
12:55
15 Dekabr
Dekabrın 19-da ASK-nın V qurultayı keçiriləcək
12:45
15 Dekabr
BMT Baş Assambleyası humanitar təşkilatların əməkdaşlarına hücumları pisləyən qətnamə qəbul edib
12:32
15 Dekabr
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 12 il ötür
12:28
15 Dekabr
“Veçerni Nyu-York” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
11:42
15 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
11:37
15 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
11:04
15 Dekabr
Teodor Meleşkanu: Rumıniya-Azərbaycan əməkdaşlığının mövcud regional imkanlar vasitəsilə möhkəmləndirilməsi vacibdir
11:00
15 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı davam edir
20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+3 +5