Ana səhifə »  Müsahibə »  Dövlətin gənclərə dəstək və diqqəti Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini daha da artırıb
A+   Yenilə  A-
Dövlətin gənclərə dəstək və diqqəti Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini daha da artırıb

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov www.yap.org.az saytına müsahibə verib:
- Seymur müəllim, hər il 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasəti mütərəqqiliyi ilə fərqlənir. Gənclərin yüksək diqqət və qayğı ilə əhatə olunması, eləcə də onların potensialından səmərəli istifadə olunması dövlət gənclər siyasətinin əsasını təşkil edir. Bu barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir.
Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Bilirsiniz ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir.
Dövlət başçısının Sərəncamı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı təsdiq edilərək həyata keçirildi. Eləcə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi.
Bununla yanaşı, ölkə Prezidenti tərəfindən Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Xüsusilə qeyd etmək istəyirəm ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar.
- Yeni Azərbaycan Partiyasının gənclər siyasəti haqqında fikirlərinizi bilmək istərdik. Partiyamız gənclərin inkişafı üçün nə kimi addımlar atır?
- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun ən güclü siyasi qüvvəsidir. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə şərəfli bir yol keçib, ümumxalq partiyasına çevrilib. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyamız daha da inkişaf edir, güclənir. Təsadüfi deyil ki, hazırda YAP Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.
Xüsusilə qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına yüksək diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki, partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etməsinə hərtərəfli dəstək göstərir. Bütün bunlara görə Azərbaycan gəncliyinin mütləq əksəriyyəti öz siyasi talelərini YAP-la bağlayırlar. Hazırda partiyada gənclərin təmsilçiliyi 40 faizə qədərdir. Bu gün partiyamızın üzvlərinin sayı 700 min nəfərdən çoxdur və yeni qoşulanların əksəriyyəti də məhz gənclərdir.
- YAP Gənclər Birliyi daim ən müxtəlif mövzularla bağlı layihələr həyata keçirir. Bu baxımdan, ötən il təşkilatın fəaliyyətində əsas istiqamətlər nədən ibarət oldu?
- Hər il olduğu kimi, 2017-ci ildə də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi əsas fəaliyyət istiqamətini ölkə Prezidentinin siyasi xəttinə dəstək, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, ölkə gənclərinin sosial mühitə adaptasiyası, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində quraraq, il ərzində onlarla tədbir keçirib.
Belə ki, hər zaman olduğu kimi, ötən il də partiyamızın Gənclər Birliyi Azərbaycan xalqı üçün həssas günlərdə olduqca tədbirli davranıb, xalqımızın başına gətirilən faciələri istər ölkə gənclərinə, istərsə də dünya ictimaiyyətinə çatdırıb. 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar olaraq, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin minlərlə üzvü Şəhidlər Xiyabanını ziyarət edərək, şəhid məzarları üzərinə tər qərənfillər qoyub. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib.
Eyni zamanda, Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar YAP Gənclər Birliyi Zirə Mədəniyyət Mərkəzində tədbir keçirib. Belə ki, tədbirdə YAP Gənclər Birliyinin təşkilatçılığı ilə ərsəyə gətirilən “Xocalı” müsiqili kompozisiyasının təqdimatı olub. Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin bərpa prosesində YAP Gənclər Birliyinin üzvləri inşaat dəstələri yaradaraq, həmin kəndə səfər etmiş və bu prosesə də öz töhfələrini vermişlər.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, döyüş bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər də həyata keçirib. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” ilə birgə təşkil etdiyi və aprel döyüşlərinə həsr olunmuş “Qələbədən Qələbəyə” adlı atıcılıq turniri gənclərin vətənpərvərlik ruhunun artırılması istiqamətində atılmış praktiki addım idi. Eləcə də, “Qələbə yürüşü” keçirilib.
Hər il olduğu kimi, ötən il də YAP Gənclər Birliyinin əsas fəaliyyət istiqamətlərindən birini Ulu öndər Heydər Əliyevin siyasi və mənəvi irsinin gənclər arasında təbliği tutmuşdur. Bu yöndə YAP Gənclər Birliyinin BSU-da keçirdiyi “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi konfransı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə təşkil etdiyi Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Sağlam Gələcək” adlı velosiped turnirini, YAP GB-nin təşkilatçılığı ilə Milli Məclisdə “Heydər Əliyev milli parlamentimizin banisidir” mövzusunda “dəyirmi masa”nı, partiyamızın bir qrup gənc üzvünün Heydər Əliyev adına neft emalı zavoduna etdiyi ekskursiyanı, Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiyanı, 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbirləri və s. qeyd etmək olar.
- Seymur müəllim, müasir dövrdə, qloballaşma şəraitində hər bir cəmiyyətin qarşısında duran başlıca vəzifələrdən biri milli-mənəvi dəyərlərin qorunub saxlanması və müasir dəyərlərlə sintez olunmasıdır. Bu baxımdan, gənclərin qarşısında nə kimi vəzifələr dayanır?
- Hər bir cəmiyyətin dinamikliyini qiymətləndirirəkən gənclərin potensialının necə səfərbər olunmasına, onların müasir qlobal çağırışlara hansı səviyyədə cavab verməsinə xüsusi diqqət yetirilir. Cəmiyyətin ən dinamik təbəqəsi olan gənclər siyasi, iqtisadi, humanitar, mədəni və digər çağırışlara cavab verməklə həm beynəlxalq inteqrasiya prosesinə mühüm töhfələr verirlər, həm də cəmiyyət daxilində sabitliyin, təhlükəsizliyin, ahəngdarlığın təmin olunmasında xüsusi rol oynayırlar. Gənclərin qlobal çağırışlara adekvat cavab verməsi məsələsindən bəhs edərkən, ilk növbədə, müasir dövrdə qarşıya çıxan çağırışların xarakteristikasına, mahiyyətinə diqqət yetirmək lazımdır.
Qeyd etdiyiniz kimi, müasir dövrdə, qloballaşma şəraitində hər bir cəmiyyətin qarşısında duran başlıca vəzifələrdən biri milli-mənəvi dəyərlərin qorunub saxlanması və müasir dəyərlərlə sintez olunmasıdır. Çünki qloballaşma prosesinin geniş vüsət aldığı indiki dövrdə milli-mənəvi dəyərlərin sıradan çıxması və ya “dəyərsizləşmə” sindromunun meydana çıxdığı müşahidə edilir. Belə olan halda, milli dəyərlərin qorunması və bunun əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsi strateji bir zərurətə çevrilir. Bu məsələnin Azərbaycan təcrübəsinə gəlincə, dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində aktiv - dinamik təbəqə kimi çıxış edir. Əlbəttə, burada mədəniyyətin, tarixi dəyər və zənginliklərin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biridir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa töhfələr verməlidir.

 
  • Oxunub:  3990  |  
  • Tarix:  02-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilir

23:08
21 Fevral
Yol infrastrukturunun inkişafı istiqamətində görülən işlər uğurla davam etdirilir
20:17
21 Fevral
Mədəniyyətə də, dinə də daima qayğı olub. Yetər ki, onu qiymətləndirməyə mədəniyyətin, doğru şərh etməyə isə imanın olsun
18:11
21 Fevral
Azərbaycan və Özbəkistan iş adamlarının əlaqələri genişlənir
18:07
21 Fevral
Azərbaycan ilə İran arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
18:01
21 Fevral
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət artırılıb
17:58
21 Fevral
Prezident İlham Əliyev Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi ilə bağlı Sərəncam imzalayıb
17:55
21 Fevral
MSK-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
17:49
21 Fevral
Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib
17:44
21 Fevral
Şərurda məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə təşkil edilib
17:38
21 Fevral
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri Mərkəzi Seçki Komissiyasında olublar
17:30
21 Fevral
Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
17:24
21 Fevral
Möhsün Nağısoylu: Başlıca vəzifələrimiz ana dilinin saflığını qorumaq, və yad ünsürlərdən təmizləməkdən ibarətdir
17:23
21 Fevral
Zahid Oruc: Beynəlxalq birlik müharibənin başlamasını istəmirsə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır
17:19
21 Fevral
Xocalı soyqırımı ilə bağlı yeni sənədli film: “Cəzasız cinayət”
17:18
21 Fevral
İSESCO Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçirilir
17:06
21 Fevral
Avstriya nümayəndə heyətinə Azərbaycandakı inkişaf prosesləri barədə məlumat verilib
17:05
21 Fevral
Azərbaycan Memarlıq və İnşaat Universitetində Xocalı faciəsi qurbanları anılıb
17:00
21 Fevral
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsində “Azərbaycan” qəzetinin böyük əhəmiyyəti var
16:54
21 Fevral
İxtisaslaşdırılmış kurslar seçkilərin şəffaf və demokratik keçirilməsinə kömək edir
16:49
21 Fevral
Ötən həftə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzə 2842 xəstə müraciət edib
16:44
21 Fevral
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə findıq ixrac edəcək
16:42
21 Fevral
Dövlət Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb
16:40
21 Fevral
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
16:39
21 Fevral
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantların seminarı keçirilib
16:30
21 Fevral
Azərbaycanla Özbəkistan arasında biznes sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
16:28
21 Fevral
Azərbaycan və İran hərbi əməkdaşlığı inkişaf etdirirlər
16:13
21 Fevral
Pərviz Şahbazov TAPI kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək
16:12
21 Fevral
Azərbaycan-Avstriya əlaqələrinin inkişafında parlamentlərin rolu vacibdir
15:53
21 Fevral
Seçki subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində ixtisaslaşdırılmış kurslar mühüm rola malikdir
15:52
21 Fevral
Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya nazirinin müavini Milli Məclisdə olub
15:51
21 Fevral
Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsinə ərizələrin qəbuluna başlanılıb
15:10
21 Fevral
Jalə Əliyeva: Azərbaycan xalqı olaraq ana dilimizlə qürur duyuruq
15:06
21 Fevral
Nizami Cəfərov: Azərbaycan dilinin inkişaf səviyyəsi kifayət qədər yüksəkdir
15:03
21 Fevral
Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını uğurla yekunlaşdırdı
14:56
21 Fevral
Bakı Dövlət Universitetinin təsis edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir
14:52
21 Fevral
Bu il “Caspian Oil and Gas” sərgisinin 25 illik yubileyi olacaq
14:51
21 Fevral
Şahin Mustafayev: Azərbaycan islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verir
14:50
21 Fevral
Mladen İvaniç üçüncü dəfə Qlobal Bakı Forumunda iştirak edəcək
14:49
21 Fevral
Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes forumu keçirilib
14:48
21 Fevral
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Ticarət və Sənaye Palatası əməkdaşlıq edəcək
14:43
21 Fevral
Vilnüsdə Xocalı soyqırımına həsr olunmuş qanvermə aksiyası keçirilib
14:41
21 Fevral
Azərbaycan-Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb
12:26
21 Fevral
“ASAN xidmət”də “Leyli və Məcnun” operasının 110 illiyi qeyd olunub
12:20
21 Fevral
Maliyyə Bazarlarına Nəzarət Palatasında strateji yol xəritələrinin icrası vəziyyəti müzakirə olunub
12:16
21 Fevral
Qazaxıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 İllik yubileyi ilə bağlı tədbirlərə start verilib
12:15
21 Fevral
Məntəqə seçki komissiyalarının sədrləri seçki hüququ və onun təminatının qanunvericilik əsasları barədə məlumatlandırılıblar
12:14
21 Fevral
Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyası “AZDAS-2018” konfransı keçirir
12:05
21 Fevral
“Tibb hüququ Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilir
11:52
21 Fevral
Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:51
21 Fevral
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar
11:50
21 Fevral
Hər bir təşəbbüsü ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən Birinci vitse-prezident
11:45
21 Fevral
Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib
11:37
21 Fevral
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması üçün test imtahanı təşkil edilib
11:36
21 Fevral
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyun cədvəli müəyyənləşib
11:30
21 Fevral
Akademik İsa Həbibbəyli: Ana dilimizin inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub
11:27
21 Fevral
İranın müdafiə naziri Azərbaycana səfərə gəlib
11:26
21 Fevral
YAP Laçın rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
11:26
21 Fevral
TAP Yunanıstandakı infrastruktur layihələrinə 32 milyon avro xərcləyib
11:21
21 Fevral
Gəncədə YAP-ın imzatoplama kampaniyası uğurla başa çatıb
11:16
21 Fevral
Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib
10:55
21 Fevral
BMT-nin Cenevrədəki bölməsində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələri müzakirə edilib
10:44
21 Fevral
Əhməd Arslan: Bakı-Tbilisi-Qars dəmir yolu regionun inkişafına imkan yaradır
10:40
21 Fevral
21 fevral - Beynəlxalq Ana Dili Günüdür
10:37
21 Fevral
Bakıda ikinci Maliyyə və İnvestisiya Forumu təşkil olunacaq
10:35
21 Fevral
Cavid Qurbanov Vyanada Avstriya Parlamentinin deputatı Barbara Krennlə görüşüb
10:34
21 Fevral
Bakıda “Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası təşkil olunacaq
10:32
21 Fevral
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 135 dəfə pozub
17:55
20 Fevral
“Beynəlxalq jurnalistika məktəbi”ndə növbəti təlim təşkil olunub
17:50
20 Fevral
Yanvarda dəmir yolu nəqliyyatı ilə 74 min tondan çox yük göndərilib
17:46
20 Fevral
YAP Samux rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+3 +5