Ana səhifə »  Müsahibə »  Biz qarşıdan gələn prezident seçkilərinə möhtəşəm nailiyyətlərlə gedirik
A+   Yenilə  A-
Biz qarşıdan gələn prezident seçkilərinə möhtəşəm nailiyyətlərlə gedirik

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultay barədə təəssüratlarınız necədir?
- Yeni Azərbaycan Partiyasının VI Qurultayı ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biridir. Ümumiyyətlə, partiyamızın hər bir tədbiri, xüsusilə qurultayları cəmiyyəti, vətəndaşları maraqlandıran, düşündürən, eyni zamanda, digər ictimai-siyasi təşkilatların diqqətində olan məsələdir. Nə üçün? Çünki YAP iqtidar partiyasıdır, cəmiyyətdə ən aparıcı qüvvədir, Ümummilli lider Heydər Əliyevin nurlu zəkasından yaranan partiyadır. Və yarandığı gündən Heydər Əliyev ideyalarına sadiq qalan partiyamız bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərərək cəmiyyətin maraqlarını ifadə edir. Partiyamızın əsas prinsipləri dövlətçilik, qanunçuluqdur və bu kimi prinsiplərə söykənən YAP və onun üzvləri ölkəmizin inkişafı prosesində fəal şəkildə iştirak edir.
Yeni Azərbaycan Partiyası təkcə regionda yox, dünyada ən mütərəqqi siyasi təşkilatlardan biri kimi tanınır. Bilirsiniz ki, partiyamız ötən illər ərzində bir sıra beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bunların sırasında İCAPP-ın bir sıra tədbirlərini qeyd etmək olar. Hansı ki, bu təşkilat özündə 350-dən çox siyasi partiyanı birləşdirir. Bütün bunların fonunda partiyamızın qəbul etdiyi qərarlar, xüsusilə onun qurultayları diqqətlə izlənilir.
Ümumiyyətlə, YAP-ın VI Qurultayı ilə bağlı təəssüratlarım çox yüksəkdir. Onu da deyim ki, qurultayın Ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsi də rəmzi məna daşıyır. Qurultayımızın belə bir möhtəşəm mərkəzdə keçirilməsi də yaddaqalan, partiyamızın tarixində xüsusi bir yer tutan hadisədir.
- Qurultay aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etdi. Hazırda da bu qərar cəmiyyətimizdə ən geniş müzakirə olunan və dəstəklənən hadisə olaraq gündəmin əsas mövzusudur. Sizcə, partiyamızın qurultayının qərarının belə yüksək səviyyədə dəstəklənməsinin əsasında hansı amillər dayanır?
- Yeni Azərbaycan Partiyasının VI Qurultayının qərarı tarixi bir qərardır. Bu qərarı partiyamızın yüzminlərlə üzvü alqışlayır. Təsadüfi deyil ki, bu qərar hazırda cəmiyyətimizdə ən geniş müzakirə olunan məsələdir. Çünki YAP-ın VI Qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi bütün xalqımızın arzu və istəyidir. Çünki cənab İlham Əliyev dövlət başçısı olaraq “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” devizinə sadiq qalıb, Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bütün sferalarda böyük inkişaf yolu keçib.
Azərbaycanda partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Çünki Prezident İlham Əliyev bütün fəaliyyətində Heydər Əliyev ideyalarına sadiqdir və Ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam və inkişaf etdirir, Onun fəaliyyətinin başlıca amalı dövlətə və xalqa xidmət etməkdir. Prezident İlham Əliyev hər zaman vədinə əməl edən liderdir. Dövlət başçısı ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var. Bütün bunların nəticəsidir ki, ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür. Bu mənada, partiyamızın IV Qurultayının qəbul etdiyi qərar Azərbaycan xalqının ürəyincədir.
- Rəhbərlik etdiyiniz YAP Qaradağ rayon təşkilatı seçki kampaniyası ilə əlaqədar nə kimi tədbirlər həyata keçirir?
- Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası iştirak etdiyi bütün seçkilərdə qalib gəlib. Bunun səbəbi odur ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya və onun seçkilərdəki namizədlərinin cəmiyyətdə nüfuzu həmişə yüksək olub. Eyni zamanda, partiyamız seçki qanunvericiliyinin tələblərinə, demokratik prinsiplərə uyğun şəkildə seçki kampaniyası aparır, eləcə də hər zaman müasir seçki texnologiyalarından səmərəli istifadə edir. Yəni partiyamızın gündəlik fəaliyyəti seçkilərlə bağlıdır. YAP təkcə seçki kampaniyaları dövründə yox, həmişə seçki məsələləri ilə məşğul olur. Partiyamız ötən seçkilərin nəticələrini geniş şəkildə araşdırır, eləcə də növbəti seçkilərlə bağlı perspektivləri, proqnozları təhlil edir. Ən başlıcası, YAP-ın əsas məqsədi qurmaq, yaratmaq, ölkənin gələcək inkişafı naminə bütün imkanları səfərbər etməkdir.
YAP-ın Qaradağ rayon təşkilatı da partiyanın fəal yerli strukturlarından biridir. Bizim əsas vəzifəmiz partiya rəhbərliyinin, İcra Katibliyinin tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirməkdən ibarətdir. Bu günlərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Müşavirədə prezident seçkiləri kampaniyası ilə əlaqədar partiyanın yerli strukturlarına konkret tapşırıqlar verildi, fəaliyyət proqramı təqdim olundu. Buna uyğun olaraq Qaradağ rayon təşkilatı da iş planını hazırlayıb, 19 nəfərdən ibarət seçki qərargahımız formalaşdırılıb. İş planına uyğun olaraq seçki tədbirlərimiz mərhələli şəkildə davam etdirilir. Hazırda seçki məntəqələrində məşvərətçi səs hüquqlu üzvlərimizin, müşahidəçilərimizin müəyyən olunması işləri gedir. Ümumilikdə, çalışırıq ki, iş planında nəzərdə tutulan məsələləri vaxtlı-vaxtında yerinə yetirək.
Bilirsiniz ki, cənab İlham Əliyev 1995-ci ildə Qaradağ rayonundan millət vəkili seçilmişdi və on ilə yaxın müddətdə parlamentdə rayonumuzu təmsil edib. Bu, YAP Qaradağ rayon təşkilatı üçün qürurvericidir. Cənab İlham Əliyev o zaman millət vəkilimiz olaraq təşkilatımızın konfranslarında iştirak edib, mütəmadi olaraq rayonumuza səfər edib, insanlarla daim görüşlər keçirib. Yəni Qaradağ rayon ictimaiyyəti üçün bu, xüsusilə yaddaqalan hadisələrdir. Daha sonra cənab İlham Əliyev dövlət başçısı kimi dəfələrlə rayonumuza səfər edib. Prezidentimizin hər bir səfəri yeni-yeni obyektlərin, müəssisələrin təməlinin qoyulması və ya açılışının edilməsi ilə müşayiət olunub. Bütün bunların hamısı rayon ictimaiyyətinin hörmətli Prezidentimizə inamını, etimadını və sevgisini daha da gücləndirib. Biz də YAP Qaradağ rayon təşkilatı olaraq, öz fəaliyyətimizlə partiyamızın Sədri, ölkə başçısı İlham Əliyevin etimadını doğrultmağa çalışırıq. Bu mənada təşkilatımız seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.
- Aydın müəllim, son 15 ildə Azərbaycan bütün sahələr üzrə inkişaf edib. Sizcə, partiyamız prezident seçkilərinə hansı uğurlarla gedir?
- Əlbəttə ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Ötən 15 il ərzində Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində böyük fabriklər, zavodlar, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr istifadəyə verilib. Son illər dünyada təlatümlərin, iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda inkişaf tendensiyası davam edir. Ötən 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, 1,9 milyon yeni iş yeri açılıb. Bu dövrdə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Uşaq və gənclərin sağlam həyat sürməsi, ölkəmizdə güclü idmançı nəslinin yetişməsi üçün 43 Olimpiya İdman Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin bir hissəsidir.
Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə böyük, transmilli iqtisadi, enerji və nəqliyyat layihələri bütün dünya üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi layihələri bütövlükdə dünya üçün əhəmiyyətlidir. Bu faktor Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu da əhəmiyyətli dərəcədə artırır. Azərbaycan 2011-ci ildə 155 dövlətin dəstəyi ilə iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və bu dövrdə dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töhfələr verib. Eləcə də Azərbaycan kosmos dövlətləri sırasında özünün layiqli yerini turur.
Həmçinin Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Ölkəmizdə “Eurovision”, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Eyni zamanda, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə dövlətimizin inkişafında xüsusi xidmətlər göstərir.
Onu da qeyd etmək istəyirəm ki, ötən 15 ildə ölkəmiz müdafiə qabiliyyətini də xeyli gücləndirib. Bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Bunu 2016-cı ilin aprel döyüşləri bir daha təsdiqlədi.
Bu mənada, düşünürəm ki, biz qarşıdan gələn prezident seçkilərinə möhtəşəm nailiyyətlərlə gedirik. Hesab edirəm ki, bu nailiyyətlər partiyamızın namizədinin növbəti parlaq qələbəsini şərtləndirən əsas amildir.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  14-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilir

23:08
21 Fevral
Yol infrastrukturunun inkişafı istiqamətində görülən işlər uğurla davam etdirilir
20:17
21 Fevral
Mədəniyyətə də, dinə də daima qayğı olub. Yetər ki, onu qiymətləndirməyə mədəniyyətin, doğru şərh etməyə isə imanın olsun
18:11
21 Fevral
Azərbaycan və Özbəkistan iş adamlarının əlaqələri genişlənir
18:07
21 Fevral
Azərbaycan ilə İran arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
18:01
21 Fevral
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət artırılıb
17:58
21 Fevral
Prezident İlham Əliyev Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi ilə bağlı Sərəncam imzalayıb
17:55
21 Fevral
MSK-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
17:49
21 Fevral
Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib
17:44
21 Fevral
Şərurda məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə təşkil edilib
17:38
21 Fevral
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri Mərkəzi Seçki Komissiyasında olublar
17:30
21 Fevral
Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
17:24
21 Fevral
Möhsün Nağısoylu: Başlıca vəzifələrimiz ana dilinin saflığını qorumaq, və yad ünsürlərdən təmizləməkdən ibarətdir
17:23
21 Fevral
Zahid Oruc: Beynəlxalq birlik müharibənin başlamasını istəmirsə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır
17:19
21 Fevral
Xocalı soyqırımı ilə bağlı yeni sənədli film: “Cəzasız cinayət”
17:18
21 Fevral
İSESCO Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçirilir
17:06
21 Fevral
Avstriya nümayəndə heyətinə Azərbaycandakı inkişaf prosesləri barədə məlumat verilib
17:05
21 Fevral
Azərbaycan Memarlıq və İnşaat Universitetində Xocalı faciəsi qurbanları anılıb
17:00
21 Fevral
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsində “Azərbaycan” qəzetinin böyük əhəmiyyəti var
16:54
21 Fevral
İxtisaslaşdırılmış kurslar seçkilərin şəffaf və demokratik keçirilməsinə kömək edir
16:49
21 Fevral
Ötən həftə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzə 2842 xəstə müraciət edib
16:44
21 Fevral
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə findıq ixrac edəcək
16:42
21 Fevral
Dövlət Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb
16:40
21 Fevral
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
16:39
21 Fevral
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantların seminarı keçirilib
16:30
21 Fevral
Azərbaycanla Özbəkistan arasında biznes sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
16:28
21 Fevral
Azərbaycan və İran hərbi əməkdaşlığı inkişaf etdirirlər
16:13
21 Fevral
Pərviz Şahbazov TAPI kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək
16:12
21 Fevral
Azərbaycan-Avstriya əlaqələrinin inkişafında parlamentlərin rolu vacibdir
15:53
21 Fevral
Seçki subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində ixtisaslaşdırılmış kurslar mühüm rola malikdir
15:52
21 Fevral
Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya nazirinin müavini Milli Məclisdə olub
15:51
21 Fevral
Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsinə ərizələrin qəbuluna başlanılıb
15:10
21 Fevral
Jalə Əliyeva: Azərbaycan xalqı olaraq ana dilimizlə qürur duyuruq
15:06
21 Fevral
Nizami Cəfərov: Azərbaycan dilinin inkişaf səviyyəsi kifayət qədər yüksəkdir
15:03
21 Fevral
Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını uğurla yekunlaşdırdı
14:56
21 Fevral
Bakı Dövlət Universitetinin təsis edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir
14:52
21 Fevral
Bu il “Caspian Oil and Gas” sərgisinin 25 illik yubileyi olacaq
14:51
21 Fevral
Şahin Mustafayev: Azərbaycan islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verir
14:50
21 Fevral
Mladen İvaniç üçüncü dəfə Qlobal Bakı Forumunda iştirak edəcək
14:49
21 Fevral
Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes forumu keçirilib
14:48
21 Fevral
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Ticarət və Sənaye Palatası əməkdaşlıq edəcək
14:43
21 Fevral
Vilnüsdə Xocalı soyqırımına həsr olunmuş qanvermə aksiyası keçirilib
14:41
21 Fevral
Azərbaycan-Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb
12:26
21 Fevral
“ASAN xidmət”də “Leyli və Məcnun” operasının 110 illiyi qeyd olunub
12:20
21 Fevral
Maliyyə Bazarlarına Nəzarət Palatasında strateji yol xəritələrinin icrası vəziyyəti müzakirə olunub
12:16
21 Fevral
Qazaxıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 İllik yubileyi ilə bağlı tədbirlərə start verilib
12:15
21 Fevral
Məntəqə seçki komissiyalarının sədrləri seçki hüququ və onun təminatının qanunvericilik əsasları barədə məlumatlandırılıblar
12:14
21 Fevral
Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyası “AZDAS-2018” konfransı keçirir
12:05
21 Fevral
“Tibb hüququ Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilir
11:52
21 Fevral
Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:51
21 Fevral
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar
11:50
21 Fevral
Hər bir təşəbbüsü ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən Birinci vitse-prezident
11:45
21 Fevral
Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib
11:37
21 Fevral
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması üçün test imtahanı təşkil edilib
11:36
21 Fevral
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyun cədvəli müəyyənləşib
11:30
21 Fevral
Akademik İsa Həbibbəyli: Ana dilimizin inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub
11:27
21 Fevral
İranın müdafiə naziri Azərbaycana səfərə gəlib
11:26
21 Fevral
YAP Laçın rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
11:26
21 Fevral
TAP Yunanıstandakı infrastruktur layihələrinə 32 milyon avro xərcləyib
11:21
21 Fevral
Gəncədə YAP-ın imzatoplama kampaniyası uğurla başa çatıb
11:16
21 Fevral
Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib
10:55
21 Fevral
BMT-nin Cenevrədəki bölməsində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələri müzakirə edilib
10:44
21 Fevral
Əhməd Arslan: Bakı-Tbilisi-Qars dəmir yolu regionun inkişafına imkan yaradır
10:40
21 Fevral
21 fevral - Beynəlxalq Ana Dili Günüdür
10:37
21 Fevral
Bakıda ikinci Maliyyə və İnvestisiya Forumu təşkil olunacaq
10:35
21 Fevral
Cavid Qurbanov Vyanada Avstriya Parlamentinin deputatı Barbara Krennlə görüşüb
10:34
21 Fevral
Bakıda “Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası təşkil olunacaq
10:32
21 Fevral
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 135 dəfə pozub
17:55
20 Fevral
“Beynəlxalq jurnalistika məktəbi”ndə növbəti təlim təşkil olunub
17:50
20 Fevral
Yanvarda dəmir yolu nəqliyyatı ilə 74 min tondan çox yük göndərilib
17:46
20 Fevral
YAP Samux rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+3 +5