Ana səhifə »  Müsahibə »  “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işləri daha da sürətləndirib, səmərəsini artırıb
A+   Yenilə  A-
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işləri daha da sürətləndirib, səmərəsini artırıb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov www.yap.org.az saytına müsahibə verib
- Nazim müəllim, Xocalı soyqırımının növbəti ildönümüdür və xalqımızın başına gətirilən bu faciə ən qanlı, amansız qətliam kimi tarixin yaddaşına düşüb. Erməni təcavüzünü ifşa edən, ermənilərin insanlığa zidd olaraq açıq şəkildə soyqırımı törətməsini pisləyən, Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən ardıcıl fəaliyyətə rəğmən, ermənilərin və ermənipərəst qüvvələrin saxta təbliğatı erməni qəddarlığının bu acı nəticəsinin bütün dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbul edilməsində süni maneələrə səbəb olur...
- Biz yüz illərdir anti-Azərbaycan, antitürk ideologiyası altında yalan və saxta təbliğatla dünyanı çaşdırmağa çalışan bir ideologiya ilə mübarizə aparırıq. Ona görə də biz Azərbaycan xalqı, Azərbaycan dövləti olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsi üçün çalışmalıyıq. Yəni mübarizəmiz davam edir və bütün maneələrə baxmayaraq, bu gün deyə bilərik ki, biz artıq ermənilərin yüz illik təbliğatını zəiflətməyə, haqsız, ədalətsiz, saxtakarlıq üzərində qurulan siyasətini ifşa etməyə nail oluruq. Ulu öndərimiz Heydər Əliyevin başladığı və uğurla davam etdirilən məqsədyönlü, ardıcıl siyasət nəticəsində Azərbaycan dövləti az bir vaxtda ermənilərin anti-Azərbaycan təbliğatının zəiflədilməsinə, bəzi məqamlarda isə ifşa edilməsinə nail olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə artıq 10 ildir aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində çox ciddi uğurlar əldə olunub.
“Xocalıya ədalət!” kampaniyası bu tədbirlərə daha çox insanın cəlb olunmasında və bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb. Aparılan ümumi işin nəticəsi olaraq bu gün dünyanın bir çox ölkə və təşkilatları hadisəni soyqırımı kimi tanıyıb. Meksika Senatı Xocalı faciəsini soyqırımı adlandırıb, Pakistan soyqırımı pisləyən qətnamə qəbul edib, Kolumbiya Parlamenti hadisəni soyqırımı kimi tanıyıb, Çexiya, Bosniya və Herseqovina parlamentləri Xocalı soyqırımını rəsmən tanıyıb, Peru, Honduras, Cibuti parlamenti, ABŞ-ın 21 ştatı Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı da Xocalı qətliamını soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyıb. Türkiyənin bütün ictimai təşkilatları, QHT və siyasi partiyaları, türk ictimai rəyi Xocalı faciəsini soyqırımı kimi tanıyır, hər il Türkiyə Böyük Millət Məclisində qətliamla bağlı dinləmələr keçirilir. Yəni biz ermənilərin “soyqırımına məruz qalan” deyil, soyqırımı törədən bir xalq olduğunu sübut etməkdəyik və görülən işlər onu deməyə əsas verir ki, buna nail oluruq. Görülən işlər isə, deyərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin tərkib hissəsidir. Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması Diasporla İş üzrə Dövlət Komitəsinin bilavasitə əsas prioritetlərindəndir. İllərdir bu istiqamətdə məqsədyönlü və sistemli iş aparılır, Dövlət Komitəsi olaraq, nəinki Xocalı soyqırımı ərəfəsində, bütün il ərzində də bu istiqamətdə xarici ölkələrdə təbliğat işləri aparır, diaspor təşkilatları tərəfindən çox maraqlı və effektiv tədbirlər həyata keçirilir. Təkcə 2017-ci ildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ümumilikdə 150-dən çox tədbir keçirilib. Xüsusilə də Azərbaycan diaspor təşkilatları tərəfindən Ermənistanın, erməni diaspor və lobbi qruplarının ölkəmizlə bağlı antitəbliğat kampaniyalarının qarşısının alınması məqsədilə il ərzində müxtəlif formatlı tədbirlər keçirilib, xarici ölkələrin kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar yayımlanıb. Azərbaycan diaspor təşkilatları tərəfindən Avropa, ABŞ, Kanada və digər ölkələrdə etiraz aksiyaları, yürüşlər, fləşmoblar təşkil olunur, ictimai nəqliyyatlarda videoçarxlar nümayiş etdirilir, fotosərgi və filmlər təqdim olunur, yerli qanunverici orqanlara müraciətlər göndərilir, “dəyirmi masa”, konfranslar keçirilir. Qeyd edim ki, belə tədbirlərə həmin ölkələrin hökumət və qanunverici orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri də qatılır.
- Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində digər qurumlarla əməkdaşlıq necə qurulub?
- Nəinki diaspor təşkilatlarımızın, eləcə də Azərbaycan Respublikasının bir sıra dövlət və qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklərimiz, ayrı-ayrı vətəndaşlarımızın kifayət qədər maraqlı təşəbbüsləri, layihələri olur. Təqdirəlayiq haldır ki, bütün azərbaycanlılar Xocalı soyqırımı ilə bağlı belə yüksək fəallıq nümayiş etdirirlər. Xüsusilə də xarici ölkələrdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın nümayiş etdirdiyi fəallıq, vətənpərvərlik mövqeyi təqdirəlayiqdir. İldən-ilə tədbirlərin mahiyyəti, məzmunu daha maraqlı olur və daha geniş coğrafiyanı əhatə edir. Azərbaycanda həyata keçirilən siyasət bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirib. Azərbaycanlıların yaşadığı və təşkilatlandığı elə bir ölkə yoxdur ki, orada Xocalı soyqırımına dair hansısa bir tədbir, layihə həyata keçirilməsin. Bu da bir daha onu göstərir ki, bütün dünya azərbaycanlıları Azərbaycan dövlətinin ətrafında sıx birləşiblər və xalqımızın tarixin müxtəlif mərhələlərində məruz qaldığı ədalətsizliklərə öz etirazlarını bildirməyi milli borc kimi qəbul edirlər. Hər il dünyanın müxtəlif ölkələrində - ABŞ, Almaniya Federativ Respublikası, Türkiyə Respublikası, İsveç Krallığı, Litva Respublikası, Ukrayna, Gürcüstan, Rusiya Federasiyası, Fransa Respublikası, Belçika Krallığı, Niderland Krallığı, Misir Ərəb Respublikası və digər ölkələrdə diaspor təşkilatlarımız tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunur. 2017-ci ildə Almaniyada Münhen Təhlükəsizlik Konfransının keçirildiyi “Bayerişer Hof” hotelinin önündə, Nyu-Yorkda Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında, Amsterdamda Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib. Bundan başqa, Azərbaycan və türk icmalarının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri Ermənistanın Vaşinqtondakı Səfirliyi, Stokholm şəhərində yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvlərinin iştirakı ilə İsveç parlamentinin qarşısında, Kopenhagen şəhərində etiraz aksiyaları keçirilib.
- Nazim müəllim, yəqin ki, faciənin 26-cı ildönümü ilə bağlı da tədbilərin keçirilməsi nəzərdə tutulur?
- Hər il olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları müxtəlif mitinq, yürüş və tədbirlərlə soyqırımı qurbanlarını anır, bu tədbirlər yerli ictimaiyyətin məlumatlandırılması məqsədinə xidmət edir. Bu il Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı ən böyük tədbirlərimizdən biri Amsterdamda keçiriləcək. Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində Xocalı soyqırımına həsr olunmuş konsert-rekviem təşkil olunacaq. Belə kütləvi tədbirlər Avropanın digər ölkələrində, Türkiyədə, ABŞ-da, Kanadada və digər ölkələrdə də keçiriləcək. Nyu-York şəhərində BMT-nin mənzil-qərargahı qarşısında, Vaşinqton, Brüssel və digər şəhərlərdə Ermənistan səfirlikləri qarşısında, eləcə də Almaniyanın bir sıra şəhərlərində azərbaycanlıların etiraz aksiyaları, yürüşlər təşkil edilir və qarşıdakı günlərdə belə tədbirlər daha da intensivləşəcək. Kanadada faciənin ildönümü ilə əlaqədar keçirilən tədbirlər, demək olar ki, ölkənin bir çox şəhərlərini əhatə edir. Türk və Azərbaycan diasporunun güclü olduğu Almaniyada bu il də genişmiqyaslı aksiyalar keçirilməkdədir. Berlin, Hannover, Hamburq, Frankfurt, Maqdeburq, Drezden kimi şəhərlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları fotosərgi, konfrans və etiraz aksiyaları təşkil etməklə ictimaiyyətin diqqətini bu faciəyə yönəldir. Bundan əlavə, ictimai nəqliyyat vasitələrində faciəyə həsr olunmuş videoçarx və posterlərin yayılması məlumatlandırma kampaniyasında böyük effekt verir. Belə təbliğat vasitələri hər gün nəqliyyatdan istifadə edən yüz minlərlə insanın bu çarxları görməsi ilə nəticələnir. Bununla yanaşı, yerli kanallarda Xocalı soyqırımını əks etdirən filmlərin nümayişi, rəsmi orqanlara müraciətlər də apardığımız kampaniyanın tərkib hissədir.
Qardaş Türkiyədə də Xocalı soyqırımına həsr olunmuş tədbirlər, görüşlər, aksiyalar həyata keçirilir. Bilirsiniz ki, bu işlərin səmərəliliyini və kütləviliyini artırmaq məqsədi ilə “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” qəbul olunub. Xocalı faciəsinin tanıdılması istiqamətində türkdilli ölkələrin, xüsusilə də Türkiyənin diaspor təşkilatlarının böyük dəstəyi hiss edilir. Yəni artıq Azərbaycanın və dünya azərbaycanlılarının həyata keçirdiyi bütün təbliğat xarakterli tədbirlərdə, aksiyalarda Türkiyənin və digər türkdilli ölkələrin bayraqları da görünür. Biz artıq ermənilərin formalaşdırdığı soyqırımı yalanını birgə mübarizə sayəsində müəyyən qədər ifşa edə bilmişik və ermənilərin əsl üzünün ortaya çıxmasında, onların yalan üzərində qurulmuş saxta təbliğatının puç olmasında əvvəlcə Xocalıda törədilmiş vəhşiliklərin tam olaraq dünyanın hər yerində bilinməsi gərəkdir. Dünyanın bütün xalqları təfsilatı ilə bilməlidir ki, erməni faşizmi nədir. Yəni bizim ən mühüm hədəfimiz budur və düşünürəm ki, qarşıdakı illərdə bu hədəfimizə daha da yaxınlaşacağıq.

 
  • Oxunub:  11040  |  
  • Tarix:  24-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA