Ana səhifə »  Müsahibə »  Azərbaycan qadınları müstəqil dövlətimizin inkişafına böyük töhfələr verirlər
A+   Yenilə  A-
Azərbaycan qadınları müstəqil dövlətimizin inkişafına böyük töhfələr verirlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, 8 mart tarixi bütün dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Azərbaycanda da bu bayram böyük təntənə ilə keçirilir. Azərbaycan qadınlarının tarixən keçdiyi yol barədə nə deyə bilərsiniz?
- Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçmişdir. Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər.
Tarixi palitra kifayət qədər zəngindir: massagetlərin məğrur çariçası, Əhəmənilər sülaləsinin əsasını qoymuş əfsanəvi Kirə qalib gəlmiş Tomris, qəhrəman qadın hökmdarlar Nüşabə, Şirvana hücum edən Krım xanını və Osmanlı qoşunlarını məğlub edən Heyran Nisə Bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultanım xanım özlərini diplomatiya sahəsində göstərmişlər. Mədəni fonda məşhur şairələr pleyadası parlamışdır: orta əsrlər dövründə qadının sevgili seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşudbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Aşıq Pəri. Lakin “kişi” tarixinə yol açmış qadın hökmdarlar, döyüşçülər, diplomatlar, şairələr və rəssamlar nadir şəxsiyyətlər idi. Zaman keçdikcə, nə qədər istedadlı və ağıllı, əzəmətli və cəsarətli qadının adı tarixə yazıldı. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada, belə demək mümkünsə, yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Və məhz onlar, adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər sosial fəal qadın qruplarının formalaşmasına dəstək oldular. Və bu prosesdə həmin xanımların həyat yoldaşları da onlara böyük yardım edib, birgə fəaliyyət göstəriblər.
- Məlum olduğu kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyidir. Bu baxımdan, Xalq Cümhuriyyəti dövründə Azərbaycan qadınlarına olan münasibət, qadınların ictimai həyatda iştirakı haqqında fikirlərinizi bilmək istərdik...
- Qeyd etmək lazımdır ki, müsəlman Şərqində və türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. İnsan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Demokratik Respublikanın Parlamenti tərəfindən keçirilən iclas və hazırlanan qanunlar, xüsusilə də 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması və digər məsələlərlə bağlı aparılan müzakirələr həmin dövrdə qadınlar üçün yaradılan imkanların parlaq nümunəsidir.
1919-cu ilin əvvəllərində qadın xeyriyyə cəmiyyətinin nəzdindəki qadın peşə məktəbinin fəaliyyətinin bərpa edilməsi haqqında məsələ qaldırmışdı. 1919-cu il aprelin 25-də hökumət hələ 1917-ci ildə qadın müsəlman xeyriyyə cəmiyyətinin nəzdində açılmış və 1918-ci ilin mart hadisələrindən sonra öz fəaliyyətini dayandırmış qadın məktəbində məşğələlərin bərpa edilməsindən ötrü vəsaitin ayrılması haqqında sərəncam verdi. Tezliklə Bakı qadın müsəlman xeyriyyə cəmiyyətinin nəzdindəki qadın peşə məktəbi yenidən açıldı. Bu məktəb yoxsul, yəni cəmiyyətin nəinki ali, hətta orta təhsil almağa imkanı çatmayan təbəqələrindən olan qadınlara real imkanlar yaradır və onlar üçün perspektivlər açırdı. Məryəm xanım Bayraməlibəyova Lənkəranda 50 uşağın təhsil aldığı ilk müsəlman qız məktəbində dərs deməklə yanaşı, 1921-ci ilədək bu məktəbə rəhbərlik etmiş, dram və xor dərnəkləri təşkil etmişdi. Məryəm xanım 1919-1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru olmuş, 1919-cu ildə Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyəti yaratmışdır. M.Bayraməlibəyovanın təsis etdiyi “Ünas” məktəbində 1920-ci ildə fəaliyyətə başlayan dram dərnəyi də işə başlamışdı. Burada hazırlanmış tamaşaların iştirakçıları yalnız qızlar idi.
Qadınlar sosial təminat nazirliyi sistemində işləyirdilər. Şamaxı dairə müfəttişliyində Xanım Orucəliyeva tərbiyəçi, Məsmə Məmmədova isə müəllimə işləyirdi. Qarabağ dairə müfəttişliyində Atabəyova soyadlı xanım işləyirdi, Şuşa müsəlman kimsəsizlər sığınacağının müdiri İşrət Əlibəyova, tərbiyəçisi isə Mənzər Novruzova idi. Zəngəzurdakı Zəngilan sığınacağının müdiri isə Dilarə xanım Cavanşir idi.
Azərbaycanın ilk qadın pedaqoqlarından biri olan Mədinə xanım Qiyasbəyli 1918-ci ilin iyun ayında Qazax qəzası xalq məktəbləri inspektoru təyin edilmişdi. Mədinə xanım qəzada maarif işinin genişləndirilməsi yolunda yerli ziyalılarla birlikdə var qüvvəsini əsirgəmədən çalışırdı. Qadınlar uşaq bağçaları və körpələr evlərinin yaradılmasında iştirak edirdilər. Lakin həmin təşkilatlarda işləyəcək kadrlar çatışmırdı. Bu məsələ mətbuat səhifələrində də müzakirə edilirdi. Görkəmli azərbaycanlı publisist Fərhad Ağazadə “İlk kooperativ uşaq bağçası” məqaləsində qeyd edirdi ki, uşaq bağçaları üçün tərbiyəçilər xüsusi kurslarda hazırlanmalıdır.
1918-ci ilin noyabrında imperiyaları parçalamış, geosiyasi sərhədləri dəyişən, insanlara iztirab, ölüm və aclıq gətirən I Dünya Müharibəsi başa çatdı. Müharibə illərində xeyli uşaq valideynini itirmişdi. Bu proseslər Azərbaycana da təsirsiz ötüşməmişdi. Maliyyə çətinliyinə baxmayaraq, AXC hökuməti qadınlara və uşaqlara qayğı göstərməyə çalışırdı. Dilənçilik və sahibsiz uşaqların ağır həyat tərzi ilə mübarizə üçün şəhər duması “Uşaq evi” cəmiyyətinə maddi vəsait ayırdı. Azərbaycan uşaqları üçün çox işlər görmüş doktor Yevsey Yakovleviç Gindesin başçılıq etdiyi “Uşaqları Mühafizə Liqası” bu istiqamətdə böyük işlər görürdü. Cəmiyyət sədrinin müavini Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Eynülhəyat Yusifbəyli idi. Bu cəmiyyət Bakıda 17 yaşınadək uşaqların həyat şəraitinin öyrənilməsi və onlara kömək göstərilməsi ilə məşğul olurdu. Eynülhəyat xanımın təşəbbüsü ilə 1919-cu ildə Uşaqları Mühafizə Liqası ədliyyə nazirliyi qarşısında uşaq məhkəməsinin təsis edilməsi haqqında vəsatət qaldırdı. Məqsəd məhkəmənin köməyilə valideyn və qohumlarını itirmiş uşaqları cinayət mühitindən təcrid etmək və onları etibarlı əllərə tapşırmaq idi. E.Usubbəyova 1918-1920-ci illərdə Bakı məktəblərində müəllimə işləmişdi.
1918-ci ilin sentyabrında doktor Y.Y.Gindesin sədrliyi ilə uşaqlara yardım Bürosu yaradıldı. Onun müavini isə xanım Mahmurova idi. 28 noyabr 1918-ci il tarixində Uşaqlara yardım bürosunun ilk iclası keçirildi. Müsəlman qadın xeyriyyə cəmiyyətini Liza Muxtarova, müsəlman sığınacağını isə Vasilyevskaya təmsil edirdi. Uşaqlara yardım bürosunun Mərkəzi evin nəzdində qida məntəqələri şöbəsi naharların verilməsini həyata keçirirdi. Musa bəy Rəfiyevin rəhbərlik etdiyi sosial müdafiə nazirliyi ərzaq şöbəsini maliyyələşdirirdi. Nazirin müavini Rüstəm xan Xoyski Bakının dağlıq hissəsinə, Suraxanı, Sabunçi və Ramanada yaşayan müsəlman əhaliyə, xüsusilə də qida məntəqələrinə gələ bilməyən qadınlara quru ərzaqlar daşıyan paylama məntəqələrinin açılmasında kömək edirdi. Nahar əsasən pulsuz, ya da bir-iki qəpiyə verilirdi. Bakı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət olsa da, onlar pulsuz nahardan istifadə etməməyə çalışırdılar.
Tanınmış ictimai xadim, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Cavanşir 1918-1920-ci illərdə əvvəlcə Şuşada, sonra da doğma Kəhrizli kəndində toxuculuq emalatxanası açmışdı. Bu sahibkarlıq ona böyük zəhmət bahasına başa gəlmişdi. O, yoxsul ailələrdən olan, özünə iş və yemək tapa bilməyən qadınları işə cəlb etmişdi. O, azərbaycanlı əhaliyə qarşı erməni təcavüzü zamanı öz doğma evlərini tərk etməyə məcbur olmuş qadınlara xüsusilə böyük kömək göstərirdi. Sonralar həmin qadınlar Həmidə xanımın bu fəaliyyətini minnətdarlıqla qeyd edirdilər. Azərbaycanın bütün müəssisələrində qadınlar, özü də müxtəlif millətlərdən olan qadınlar eyni şərtlərlə çalışırdılar. Üstəlik, 1918-1920-ci illər ərzində işləyən qadınların sayı artmış, 1920-ci ilin aprelində işçi qadınların sayı kişilərinki ilə, demək olar ki, bərabərləşmişdi.
Hökumət yaşlı əhalinin savadlanmağa cəlb edilməsi üçün tədbirlər görürdü. Azərbaycanlı qadınların savad almasına xüsusi əhəmiyyət verilirdi. 24 oktyabr 1919-cu il tarixində Xalq Maarifi Nazirliyi Azərbaycan milli gimnaziyasının nəzdində yetkin türk qadınları üçün kursların təntənəli açılışı oldu. Kurslara Eynülhəyat xanım Yusifbəyli rəhbərlik edirdi. Tədris müəssisələrinin milliləşdirilməsinin səmərəli həyata keçirilməsi məqsədilə orta və ibtidai məktəblərin milli sinif müəllimlərinin hazırlanması üçün nazirlik 17 iyul 1919-cu il tarixində qəbul edilmiş qanuna əsasən qısamüddətli pedaqoji kurslar təşkil etmişdi. Bakıda və Gəncədə ikiaylıq qadın pedaqoji kursları açılmışdı. 1919-cu ilin sentyabrında Bakıda, Gəncə və Şəkidə ikiillik qadın pedaqoji kurslarının açılması haqqında qanun layihəsi hazırlanmışdı.
Bütün bu faktlar Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün uğurla davam etdirilən və daha da gücləndirilən mütərəqqi siyasət nəticəsində hazırda ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Bunun bariz nümünəsi olaraq, Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi barədə Fərmanını göstərmək olar.
- Azərbaycanda dövlət qadın siyasətinin əhəmiyyəti nədən ibarətdir?
- Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, istər sovet hakimiyyəti, isərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Ulu öndər qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir yığıncaq, iclas, qurultay nəzərindən kənarda qalmırdı. Müstəqilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusilə, qeyd etmək lazımdır ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var. Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Hazırda cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar, müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Bu gün müstəqil Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.
Dünyanın bütün məşhur şəxsləri “Hər bir uğur qazanmış kişinin arxasında bir qadın dayanır” fikrini təsdiq edir. Fikrimcə, hər bir uğur qazanmış qadının arxasında ona hərtərəfli dəstək olan kişi dayanır. Və təkcə kişi deyil, bütövlükdə ailə, mənəvi dəyərlərə bağlılıq dayanır. Biz qadınlarımızı hansı obrazda görmək istəyirik? Özünə inamlı, güclü, professional, eyni zamanda, öz ocağının qoruyucusu kimi. Belə bir balans və harmoniya mümkündür. Bu gün bizim qadınlarımız arasında belə nümunələr var. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verilən önəmin bariz göstəricisidir. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir. Biz çox fəxr edirik ki, birinci xanımımızın rəhbərlik etdiyi təşkilat komitələrinin səmərəli fəaliyyəti nəticəsində ilk Avropa və IV İslam Həmrəyliyi Oyunlarına ölkəmiz uğurla ev sahibliyi etdi. Bu da bir daha dünyaya Azərbaycan qadınının yüksək intellektini və peşəkarlığını göstərmiş oldu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağı artmışdır. Adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik məzmunu ilə assosiasiya olunan Mehriban xanım Əliyeva sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə çoxsaylı beynəlxalq mükafatlara layiq görülərək, dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Mehriban xanım ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Bütün bunlar Mehriban xanım Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləyir. Və eyni zamanda, Azərbaycan qadınının modern tələblərə uyğun obrazını nümayiş etdirir. Bu gün müasir qadın hərəkatının yeni prioritetinin müəyyən edilməsi Mehriban xanımın çağırışında öz əksini tapıb: “Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara keçid siyasətini gerçəkləşdiririk. Mən bu yolda bütün Azərbaycan qadınlarını daha fəal olmağa, öz potensialını genişləndirməyə, cəmiyyətdə öz sözünü deməyə çağırıram”. Bu, Mehriban xanımın qadın hüquqlarının qorunması istiqamətində irəli sürdüyü yeni tendensiyanın əsasıdır.
- Hicran xanım, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına arzularınız nədir?
- Xanımlarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Qoy hər bir gününüz sizə sevinc, şadlıq gətirsin. Ailənizə səadət, fəaliyyət göstərdiyiniz sahədə isə nailiyyətlər arzulayıram. Çünki sizin uğurunuz Azərbaycanın daha da güclənməsi və firavanlığı yolunda bir addımdır. İnanıram ki, qadınlarımız hər zaman istər dövlətimizin inkişafında, xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında, istərsə də torpaqlarımızın müdafiəsində əhəmiyyətli töhfələrini verəcəkdir.

 
  • Oxunub:  11370  |  
  • Tarix:  07-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib
19 Aprel 11:36
Nazir: İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19 Aprel 11:16
Siyavuş Novruzov: Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətindən, tarixindən oğurluq edirlər
19 Aprel 11:13
Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilir
19 Aprel 11:11
Şamil Ayrım: Ulu öndər Heydər Əliyev ilə bağlı əsərlər Türkiyə kitabsevərləri üçün böyük sərvətdir
19 Aprel 11:00
Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
19 Aprel 10:53
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyulub
19 Aprel 10:51
Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir
19 Aprel 10:48
Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb
19 Aprel 10:46
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
19 Aprel 10:42
“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir
19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
19 Aprel 10:14
ADA Universitetində 44 ölkənin milli mədəniyyət nümunələri sərgilənib
19 Aprel 10:12
Azərbaycan etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər qazanıb
19 Aprel 10:11
Bakı Kitab Mərkəzində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib
19 Aprel 10:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
19 Aprel 10:03
YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
19 Aprel 09:56
Qusar rayonunda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsi anılıb
19 Aprel 09:53
Formula 1 Malayziya Qran-Prisi yenidən keçirilə bilər
19 Aprel 09:51
Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
19 Aprel 09:50
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi
19 Aprel 09:48
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19 Aprel 09:46
Azərbaycanda fındıqçılığın inkişafına böyük diqqət göstərilir
18 Aprel 21:24
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
18 Aprel 21:21
Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon dollara çatıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA