Ana səhifə »  Müsahibə »  Xalqın alternativsiz lideri olan İlham Əliyev yeni inkişaf mərhələsinin banisidir
A+   Yenilə  A-
Xalqın alternativsiz lideri olan İlham Əliyev yeni inkişaf mərhələsinin banisidir

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov www.yap.org.az saytına müsahibə verib:
- Bəxtiyar müəllim, prezident seçkilərinə bir aydan da az vaxt qalır. Seçki kampaniyasının gedişatı barədə nə deyə bilərsiniz?
- Hər bir demokratik ölkədə vətəndaşların cəmiyyətin ictimai-siyasi həyatında, dövlət işlərində iştirakının ən kütləvi forması seçkilərdir. Adətən vətəndaşlar dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçki vasitəsilə reallaşdırırlar. Seçkilərin əsas şərti isə ədalət, aşkarlıq, şəffaflıq və obyektivlikdir. Demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini bəyan etmiş Azərbaycan xalqı da legitim, qanuni hakimiyyətin formalaşdırılmasının yeganə yolunu məhz demokratik seçkilərdə görür.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamı ilə prezident seçkiləri bu il aprel ayının 11-nə təyin edilib. Artıq Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiqləyib. Bu plana uyğun olaraq əsas hərəkət və tədbirlər davam edir. Artıq namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi mərhələsi başa çatıb, seçici siyahıları dəqiqləşdirilib. Həmçinin bir sıra KİV-lər ödənişli seçkiqabağı təşviqata qoşulmaları ilə bağlı MSK-ya məlumatlarını təqdim ediblər. O cümlədən “Azərbaycan” qəzeti qanunvericiliyə əsasən öz səhifələrində namizədlər üçün həm ödənişsiz, həm də ödənişli yer ayırır.
İstənilən seçkilərin ədalətli, təmiz və şəffaf həyata keçirilməsi həmin ölkədə cəmiyyətin demokratik mühitinin yüksək olması mənasını verir. Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur. Seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi məqsədilə müasir tələblərə uyğun qanunvericilik bazası da mövcuddur. Bununla yanaşı, seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb, seçki komissiyaları müasir texniki avadanlıqlarla təchiz edilib. Bu mənada qarşıdan gələn prezident seçkiləri bütün müasir və demokratik standartlara uyğun keçiriləcək.
- Prezident seçkiləri ərəfəsində ölkəmizdəki siyasi-ictimai, sosial-iqtisadi vəziyyəti necə dəyərləndirərdiniz?
- Artıq neçə onilliklərdir ki, planetin müxtəlif yerlərində müxtəlif səbəbləri olan münaqişələr, müharibələr hökm sürür. Bunlardan başa çatanı olsa da, bir başqa yerdə yeni müharibə ocağı yaranır. Nəticə etibarilə bütün müharibələr xalqların taleyində dərin iz buraxır, ona ağır maddi və mənəvi zərbə vurur, məhrumiyyətlərə düçar edir.
Lakin dünyada cərəyan edən iqtisadi böhranlara, qlobal siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın “sabitlik adası” və inkişaf ünvanı kimi qalmaqdadır. Respublikamız siyasi, sosial-iqtisadi və digər sahələrdə nail olduğu sıçrayışlı yüksəlişlə, o cümlədən yerləşdiyi məkanın siyasi və iqtisadi imkanlarından səmərəli formada yararlanmaqla Cənubi Qafqazın aparıcı dövlətinə çevrilib. Hər ötən il Azərbaycanın artan gücünü və imkanlarını dünyaya nümayiş etdirir, ölkəmizin beynəlxalq imicini artıran mühüm hadisələr kimi tariximizə qızıl hərflərlə yazılır.
Hazırda Azərbaycan sabitlik, əmin-amanlıq, ictimai asayişin təmin olunması baxımından dünyanın həsəd aparacağı ölkələrdən biridir. Ulu öndər Heydər Əliyevin yaratdığı bu sabitlik ildən-ilə daha da möhkəmlənib və bugünkü nümunəvi səviyyəyə çatıb. Azərbaycanın keçdiyi inkişaf yolunun da təməlində dayanan fundamental əsaslardan biri dayanıqlı sabitlikdir. Bu mənada ictimai-siyasi sabitlik və əmin-amanlıq Azərbaycanın inkişafının təməl prinsiplərindən biri kimi qeyd olunmalıdır. Bu reallığı ölkəmizdəki inkişafı və müsbət dəyişiklikləri müşahidə edən bütün beynəlxalq strukturlar da etiraf edirlər.
Sosial-iqtisadi sahəyə gəldikdə isə, qlobal böhranın fəsadlarına baxmayaraq, respublikamızın iqtisadiyyatı son iki ildə yenidən inkişaf göstəriciləri nümayiş etdirir. Məlum olduğu kimi, bir neçə il əvvəl beynəlxalq səviyyədə baş verən mürəkkəb iqtisadi proseslər qlobal iqtisadiyyata sıx bağlanmış Azərbaycanın da iqtisadi həyatına təsirsiz ötüşmədi. Çətin iqtisadi dövr olmasına rəğmən Azərbaycan bu müddətdə iqtisadi dayanıqlılığını qoruyub saxlaya bildi. Həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatımız yeni keyfiyyət mərhələsinə daxil olub. Təbii ki, bu inkişaf, o cümlədən maliyyə imkanlarının çoxalması digər sahələrin də yüksəlişinə yol açır, insanların həyatı əhəmiyyətli dərəcədə dəyişir. Görünən odur ki, Azərbaycan iqtisadi böhranı uğurla və layiqincə dəf edib. Artıq iqtisadi inkişaf əvvəlki axarına qayıdıb və hər rübdən-rübə ölkəmizdə iqtisadi artım qeydə alınır.
Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin parlaq nəticələrindən biri ondan ibarətdir ki, il ərzində Azərbaycana qarşı məlum xarici siyasi dairələr, onların maraqlarına xidmət edən təşkilatlar tərəfindən aparılan qara piara, ölkəmizə qarayaxma cəhdlərinə baxmayaraq, Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdür. Bəli, müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti məhz həyata keçirilən müstəqil siyasətimizdən qaynaqlanır.
Son ayların ictimai-siyasi proseslərinin çox vacib məqamlarından biri ölkəmizdə apreldə keçiriləcək prezident seçkiləri ilə əlaqədar siyasi arenada canlanmanın hiss olunmasıdır. Bu da təbiidir. Çünki seçkilər hər bir demokratik ölkənin həyatında mühüm siyasi hadisə sayılır. Təəssüf ki, biz bu dönəmdə də Azərbaycana qarşı bəlli siyasi mərkəzlərin həyata keçirmək istədikləri qarayaxma cədlərini görürük. Bu gün Azərbaycanda heç bir antimilli qüvvənin fəaliyyətinə yer yoxdur. Ölkəmizi qarışdırmaq, burada “ərəb baharı”, “rəngli inqilablar” etmək istəyənlərin hamısının niyyəti gözündə qalıb. İndi həmin qüvvələr öz antiazərbaycançı əməllərini sosial şəbəkələr vasitəsilə reallaşdırmaq istəyirlər. Lakin Azərbaycan cəmiyyəti ayıqdır. Ölkəmizdə vətənpərvər, dövlətçilik amallarını rəhbər tutan gənclər ordusu var və bütövlükdə cəmiyyətin bütün təbəqələri Azərbaycana qarşı həyata keçirilən qərəzli kampaniyaların qarşısını almaq üçün lazım olan anda sipərə çevrilməyi, Prezident İlham Əliyevin ətrafında səfərbər olmağı bacarırlar. Bax, bu, bizim ən böyük uğurumuzdur. Məhz cəmiyyətimizin həmrəyliyi, monolitliyi xarici təzyiq cəhdlərinin qarşısının alınmasında, dövlətçiliyimizin qüdrətlənməsində, müstəqilliyimizin möhkəmlənməsində əsas amillərdən biridir.
Beləliklə, Azərbaycanda növbəti prezident seçkiləri ərəfəsində cəmiyyətimizin iqtisadi, ictimai-siyasi, mənəvi-psixoloji durumu və mənzərəsi kifayət qədər ürəkaçandır. Ən başlıcası isə, insanlar ölkəmizin inkişafının davamlı olduğunu bilir və bu inkişaf fonunda onların gələcəklə bağlı optimist hissləri formalaşır. Bu da ölkənin ictimai-siyasi mənzərəsini səciyyələndirən vacib cəhətlərdən biridir. Bir sözlə, mövcud ictimai-siyasi mənzərə Azərbaycanda prezident seçkiləri ərəfəsində özündə yüksək əhval-ruhiyyəni ehtiva edir.
Bu gün Azərbaycan cəmiyyətini narahat edən yeganə məsələ torpaqlarımızın bir qisminin işğal altında olmasıdır. Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər məhz Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi və dünyadakı ikili standartlar, o cümlədən erməni təəssübkeşliyi səbəbindən nizama salınmaması hər bir vətəndaşımızı dərindən narahat edir.
- Yeni Azərbaycan Partiyası son qurultayında milyonların arzusunu ifadə edərək cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. “Niyə məhz İlham Əliyev” sualını Azərbaycan seçicisi üçün necə şərh edərdiniz?
- Bundan əvvəl səsləndirdiyim fikirlər hesab edirəm ki, həm də bu suala tam olmasa da, müəyyən mənada cavab verir. Çünki bu gün Azərbaycan cəmiyyətində mövcud olan sabitlik və inkişaf, ilk növbədə, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin uğurlarıdır.
2003-cü ilin prezident seçkilərində xalqın etimadını qazanan cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi hakimiyyət sükanı arxasına keçdi. Bu, son dərəcə məsuliyyətli və çətin bir dövr idi. Doğrudur, Ulu öndər Heydər Əliyevin nəhəng fəaliyyəti sayəsində bir çox zəruri işlər görülmüşdü. Belə ki, müstəqil dövlətin yeni Konstitusiyası qəbul edilmiş, özəlləşdirmə proqramları icra olunaraq bazar iqtisadiyyatı münasibətlərinə keçid təmin edilmiş, Azərbaycan beynəlxalq qurum və təşkilatlara üzvlüyə qəbul olunmuş, müharibədə atəşkəs, ölkədə möhkəm və dönməz sabitlik yaradılmış, “Əsrin müqaviləsi” imzalanaraq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına başlanmışdı və s. Lakin başlanan işlərin uğurla sona çatdırılmasının, bütövlükdə Ulu öndərdən sonra ölkəyə rəhbərlik edilməsinin məsuliyyət yükü də ağır idi. Digər tərəfdən, müasir dövrün tələb və çağırışlarına uyğun olaraq inkişafın yeni istiqamətlərini düzgün müəyyənləşdirmək, gözlənilən neft gəlirlərindən səmərəli istifadə hesabına qısa zamanda bütün sahələrdə yüksəlişə nail olmağın da özünəməxsus çətinlikləri vardı.
Azərbaycanın müstəqilliyi ilə barışmaq istəməyən düşmən qüvvələr isə hələ də mənfur niyyətlərindən əl çəkmirdilər və “5-ci kolon”la birləşərək məqam gözləyirdilər. Onlar 2003-cü ilin prezident seçkilərindən dərhal sonra - 15-16 oktyabrda küçələrə çıxaraq yenidən ölkəni xaos və anarxiya bataqlığına çəkməyə can atdılar, kütləvi iğtişaşlar və zorakılıqlar törətdilər.
Bu, həm də yenicə seçilən, lakin hələ rəhbərliyə başlamayan yeni Prezident üçün bir sınaq sayılırdı. İlk sınaqdan cənab İlham Əliyev şərəflə çıxdı, dövlət və dövlətçiliyi bəd niyyətlərdən qorumağa qadir qətiyyətli və qorxmaz dövlət başçısı olduğunu sübuta yetirdi! Hakimiyyətə başladığı ilk günlərdən isə bəyan etdiyi prinsiplərə sədaqətini göstərdi. Müəllifi olduğu “Düşünülmüş, sürətli və davamlı inkişaf” konsepsiyasına uyğun olaraq inkişafın Azərbaycan modelini yaratdı və zaman-zaman bu istiqamətdə cəsarətli islahatlara yer verdi. Regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı imzalayaraq edilən əlavələrlə birlikdə uğurla həyata keçirilməsinə nail oldu! Gərgin, çoxcəhətli və genişmiqyaslı fəaliyyət nəticəsində qısa zaman kəsiyində Azərbaycan iqtisadiyyatı indiyədək görünməmiş səviyyəyə yüksəldi!
Ərazisinin beşdəbir hissəsi düşmən işğalında olan heç bir dövlət 15 il ərzində öz iqtisadiyyatını üçqat artıra, ən yüksək artım tempinə nail ola, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyini təmin edə bilməyib. Bunu təkcə biz demirik. Dünyanın mötəbər qurum və təşkilatlarının açıqladıqları nüfuzlu araşdırmaların hesabatları təsdiq edir. Məsələn, Azərbaycan 2018-ci il üzrə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv indeksində inkişaf edən ölkələr arasında üçüncü yerə layiq görülüb. Həm də Norveç, İslandiya və Lüksemburqun - Avropa dövlətlərinin başçılıq etdikləri siyahıda belə yüksək yer tuta bilmişik. Dünyanın heç yerində açıq okeana çıxışı olmayan ölkə qısa zamanda regional nəqliyyat dəhlizinə çevrilməyib. Amma Azərbaycan bunu bacarıb. Böyük İpək Yolunu bərpa etməklə, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizini yaratmaqla, nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolunu çəkib işə salmaqla! Əslində, Bakı-Tbilisi-Qars dəmir yolu regionun nəqliyyat xəritəsini büsbütün dəyişib. Təhlükəsizliyi ilə diqqət çəkən bu yol həm də Çindən Avropaya olan ən qısa marşrutdur. Çünki əvvəllər bu məsafənin qət edilməsinə 30-35 gün sərf edilirdisə, indi iki həftə kifayətdir.
Heç bir dövlət az vaxtda təkcə özünə deyil, yaxın qonşularına, Avropaya və dünyanın digər dövlətlərinə uzun müddət fayda gətirəcək transmilli layihələrin təşəbbüsçüsü, maliyyələşdirəni və gerçəkləşdirəni missiyasını üzərinə götürərək onu uğurla həyata keçirməyib. Əvvəlcə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə Azərbaycan nefti birbaşa dünya bazarına çıxarıldı. 2017-ci ildə “Əsrin müqaviləsi” “Yeni əsrin müqaviləsi”nə çevrilərək özünün və kəmərin ömrünü daha 30 il uzatdı. Bakı-Tbilisi-Ərzurum qaz kəməri ölkəmizin həm də təbii qaz ixracatçısı olduğunu göstərdi, nəhəng logistika mərkəzinə çevrilən paytaxt Bakı isə yaxın və uzaq qonşularına, dostlarına əsrlər boyu fayda gətirəcək beynəlxalq layihələri reallaşdırdı, yükdaşımalara çəkilən xərcləri azaltmaqla zamana da “qənaət” edilməsinə imkan yaratdı.
Müharibə vəziyyətində olan dövlətin qısa müddətdə öz paytaxtını, habelə ölkə ərazisindəki bütün yaşayış məntəqələrini yenidən tikib-qura, təzələyə və abadlaşdıra bilməsi mümkün deyil. Amma Azərbaycan bunu etdi. Ölkəmizə gələn əcnəbi turistlər və qonaqlar az vaxtda əsaslı şəkildə dəyişərək hüsnünü gözəlləşdirən Bakıya valeh olduqlarını gizlətmirlər. Yeni salınan magistral yollar, körpülər, yol aşırımları hərəkətin sürətini və təhlükəsizliyini dəfələrlə artırmış, kəndarası yolların təzələnməsi insanların rahatlığına və vaxta qənaət etməsinə şərait yaratmışdır. Son 15 ildə ölkə üzrə 15 min kilometrdən çox yol çəkilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair uğurla icra edilən üçüncü Dövlət Proqramı yeniləşmənin davamlılığını göstərən başlıca amildir.
On beş il əvvəl regionlarda uzun fasilələrlə elektrik enerjisi alan, təbii qaza həsrət qalan Azərbaycan vətəndaşları artıq bu problemlərdən qurtularaq rahatlığa çıxmışlar. Müstəqillik illərində 24 elektrik stansiyası tikib istifadəyə verən ölkəmiz isə qaz və elektrik enerjisi idxalçısından ixracatçısına çevrilmişdir.
Hazırda Azərbaycanın kosmik orbitdə iki peyki uçur. Bu peyklər ölkəmizə və başqa dövlətlərə telerabitə xidməti göstərməklə bərabər, bizi, həm də dövlətimizi əhəmiyyətli informasiya ilə təmin edir.
Dünyanın heç yerində cəmi 25 yaşı olan gənc dövlətə ən məsul idman yarışını keçirmək etibar edilməyib. Azərbaycan bu məsuliyyəti cəsarətlə üzərinə götürdü, ilk dəfə keçirilən I Avropa Oyunlarının təşkilatçısı qismində çıxış etdi. Özü də bu tədbiri elə bir səviyyədə keçirdi ki, onun müəyyən etdiyi standartları ötüb keçmək yəqin ki, kimsəyə nəsib olmayacaq. Üstəlik, bir sıra imkanlı dövlətləri arxada qoyaraq Avropa idman yarışmasının ikincisi oldu.
I Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunları keçirildi, eyni zamanda yarım milyarddan çox tamaşaçısı olan “Formula-1” yarışmasına start verildi. Həm də azarkeşlərin tam rahatlığını və təhlükəsizliyini təmin etməklə, idmançılara, hakimlərə, qonaqlara və digər iştirakçılara rahat şərait yaratmaq və boş vaxtlarını səmərəli keçirməyə yardım göstərməklə!
İndiyədək heç bir dövlət bir milyondan çox qaçqın və məcburi köçkün vətəndaşına sahib çıxaraq onlar üçün hər bir şəraiti və rahatlığı olan qəsəbə və yaşayış kompleksləri salmayıb, təmirli evlər və mənzillər inşa etməyib. Bu gün 500 milyonluq Avropa bir milyon qaçqın və miqrantın öhdəsindən gələ bilmir, onların yolunu tikanlı məftillərlə kəsir, itlərlə qarşılayır, qayıqlarını dənizdə batırır, sığınacaqlarına od vurub yandırır. Azərbaycanda isə indiyədək bu məqsədlə 6 milyard dollardan çox vəsait xərclənib.
Siyasi islahatları iqtisadi cəhətdən təmin etmədən uğur qazanmaq mümkün deyil. Bu fikri dəfələrlə qeyd edən cənab İlham Əliyev Azərbaycanın siyasi nüfuzunun yüksəlməsini, beynəlxalq imicinin formalaşmasını daim diqqətində saxlayır, məqsədə çatmaq üçün müxtəlif forma və vasitələrdən məharətlə istifadə edir.
Prezident İlham Əliyevin fəaliyyətində iqtisadiyyatla siyasətin sıx bağlılığı öz əksini tapmışdır. Daxili və xarici siyasət daim bir-birini davam etdirir və tamamlayır. Azərbaycan xalqı hazırkı iqtidarın gördüyü işləri daim bəyənir və dəstəkləyir. Bunu beynəlxalq reytinq təşkilatlarının hər il ölkəmizdə bir neçə dəfə keçirdiyi sorğular da təsdiq edir. Hər belə sorğuların nəticəsində cənab İlham Əliyevin 90 faizdən çox səs topladığı elan edilir. Ölkə daxilində xalqın rifahının yüksəlməsinə və müstəqil dövlətimizin daha da güclənməsinə və qüdrətlənməsinə hesablanan siyasət ölkə xaricində xalqın milli maraqlarının qorunmasına və Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə xidmət edir.
Məhz cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin nəticəsidir ki, Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Bu gün ölkəmiz dünyanı düşündürən və narahat edən qlobal məsələlərin müzakirə olunduğu məclislərin daimi iştirakçısıdır.
Məhz bunlardan çıxış edərək fevralın 5-də 1 milyon 500 min üzvü və 16901 ilk təşkilatı ətrafında birləşdirən Həmkarlar İttifaqları Konfederasiyası, fevralın 8-də isə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı, 700 mindən çox insanı ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası təşkilatın Sədri İlham Əliyevi prezidentliyə namizəd kimi irəli sürdü. Təbii ki, bu sosial sifariş təkcə adıçəkilən təşkilatların deyil, Azərbaycan xalqının mövqeyinin ifadəsi idi. Bu, İlham Əliyevin alternativsiz lider olduğunun təsdiqi idi. Çünki cənab İlham Əliyevin alternativsiz lider olması bir sıra əhəmiyyətli məqamlara söykənir. Ölkəmizdə uzun illərdir mövcud olan ictimai-siyasi sabitlik, dövlətin nüfuzu, iqtisadi qüdrətinin yüksəlməsi, dünya siyasi arenasında söz sahibinə, Cənubi Qafqazın isə lider dövlətinə çevrilməsi, məhz cənab İlham Əliyevin müstəqil siyasətinin, gərgin əməyinin nəticəsidir.
Azərbaycan seçicisi bütün bunları görür və layiqincə qiymətləndirir. Təsadüfi deyil ki, ötən hər prezident seçkisi seçicilərin mütləq əksəriyyətinin öz səslərini cənab İlham Əliyevə verməsi ilə yadda qalıb. İnkişaf proseslərinin davamlı olmasını arzulayan Azərbaycan xalqı hər dəfə seçkilərdə İlham Əliyevə dəstəyini nümayiş etdirib. Bu mənada qarşıdan gələn seçkilərdə də Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin seçimi məhz İlham Əliyevdir. Çünki bu seçim Heydər Əliyev yolunun davamı, inkişaf və güclü dövlətçilik deməkdir və Azərbaycan xalqı buna alternativ görmür.

 
  • Oxunub:  9960  |  
  • Tarix:  23-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın liderliyi ilə regionda şaxələndirilmiş enerji və nəqliyyat dəhlizləri yaradılıb

18 Aprel 21:24
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
18 Aprel 21:21
Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon dollara çatıb
18 Aprel 21:19
Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb
18 Aprel 21:17
Azərbaycandan Qətərə bir sıra məhsulların ixracına dair razılıq əldə olunub
18 Aprel 21:14
Dövlət İdarəçilik Akademiyası Türkiyə ilə əməkdaşlıq əlaqələrini genişləndirir
18 Aprel 21:05
Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib
18 Aprel 21:00
Dariqa Nazarbayeva: Azərbaycanın və Qazaxıstanın parlamentləri arasında möhkəm əlaqələr mövcuddur
18 Aprel 20:50
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilib
18 Aprel 20:47
Prezident İlham Əliyev: Azərbaycanda minimum əməkhaqqı, minimum pensiya bundan sonra da qaldırılacaq
18 Aprel 20:39
Cocuq Mərcanlı kəndində şagirdlərə Azərbaycanın ekoloji vəziyyəti haqqında məlumat verilib
18 Aprel 20:37
Milli Məclisin deputatları 49 nömrəli “İntellekt” məktəb-liseyində olublar
18 Aprel 20:33
Toxumçuluq ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindəndir
18 Aprel 20:30
Yol polisi: Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bir sıra zəruri tədbirlər həyata keçirilir
18 Aprel 20:26
Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib
18 Aprel 20:01
Mədəniyyət nazirinin birinci müavini Budapeştdə Nəsimiyə həs olunacaq tədbirlərdə iştirak edəcək
18 Aprel 19:58
Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib
18 Aprel 19:53
Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir
18 Aprel 19:47
Milli Məclisin deputatları Ukraynada seçkiləri müşahidə edəcəklər
18 Aprel 17:57
Azərbaycan İlahiyyat İnstitutu Ağcabədidə abituriyent və tələbələrlə görüş keçirib
18 Aprel 17:56
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilinə tərcümə olunub
18 Aprel 17:54
XV Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub
18 Aprel 17:53
Mayda Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya dair müzakirələr aparılacaq
18 Aprel 17:50
"The Seoul Times" qəzeti Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından yazır
18 Aprel 17:30
Dilarə Cəbrayılova: Bu gün ölkəmizdə islahatlar dalğası bütün sahələri əhatə edir
18 Aprel 17:14
ADU-da “Heydər Əliyev və jurnalistikamız” mövzusunda tədbir keçirilib
18 Aprel 17:08
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
18 Aprel 17:04
Tahir Süleymanov: Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsi Prezident İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir
18 Aprel 16:47
Sergey Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək
18 Aprel 16:33
Prezident İlham Əliyev İranın sənaye, mədən və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18 Aprel 16:28
Ermənistan parlamentində qarşıdurma baş verib
18 Aprel 16:25
Əli Hüseynli: Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır
18 Aprel 16:21
“İrəli” İctimai Birliyinin “Gənclər kuboku: Aprel zəfəri” layihəsi davam edir
18 Aprel 16:09
Hesablama Palatasının nümayəndə heyəti beynəlxalq müzakirələrdə iştirak edir
18 Aprel 16:06
Elmira Axundova: Əminəm ki, Ulu Öndərimizlə bağlı əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq
18 Aprel 15:49
Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib
18 Aprel 15:48
Elmar Məmmədyarov: Brüssel sammiti "Şərq tərəfdaşlığı" tarixində yeni bir səhifə olacaq
18 Aprel 15:44
Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
18 Aprel 15:38
Xorvatiyalı nazir Bakıya səfər edəcək
18 Aprel 15:37
Azər Badamov: Azərbaycan güclü iqtisadiyyata malik olan ölkədir
18 Aprel 15:08
NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru Hərbi Akademiyada olub
18 Aprel 15:02
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib
18 Aprel 14:53
Çexiyada Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib
18 Aprel 14:36
Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 142 milyon dolları ötüb
18 Aprel 14:35
Gəncə Dövlət Universiteti ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında memorandum imzalanıb
18 Aprel 14:30
Akademik İqrar Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib
18 Aprel 14:28
Son üç ayda Azərbaycana dünyanın 157 ölkəsindən 6 yüz mindən çox ziyarətçi gəlib
18 Aprel 14:21
Vəkillər Kollegiyası Prezidentin Fərmanından irəli gələn məsələlərlə bağlı genişmiqyaslı işlər həyata keçirəcək
18 Aprel 14:18
Amerikalı mütəxəssis tələbələri narkomaniyanın təhlükəli fəsadları barədə məlumatlandırıb
18 Aprel 14:10
Bakıda “Sağlamlıq və xoşbəxtlik” devizi altında növbəti yarışlara start verilib
18 Aprel 14:07
ABŞ-ın Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
18 Aprel 14:03
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
18 Aprel 14:00
Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunan məruzələr dinlənilib
18 Aprel 13:59
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
18 Aprel 13:56
AQTA ilə Türkiyə Kənd Təsərrüfatı Müəssisələrinin Baş İdarəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
18 Aprel 13:51
Cari ildə ölkədən 7,7 milyon tonadək neft ixrac edilib
18 Aprel 13:49
Orxan Məmmədov: Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi prioritet məsələdir
18 Aprel 13:39
Mavritaniya qəzetlərində Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlişi ilə bağlı məqalə dərc edilib
18 Aprel 13:33
Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
18 Aprel 12:33
Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib
18 Aprel 12:27
Ukraynanın dövlət agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin Prezident İlham Əliyevin uğurlu siyasəti barədə məqaləsini yayıb
18 Aprel 12:23
BMT və Vəkillər Kollegiyası vəkillər üçün seminar keçirir
18 Aprel 12:09
Azərbaycan pambıq lifi və ipliyinin ixracını artırıb
18 Aprel 12:00
Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinin elmi-nəzəri təhlilinə dair dəyirmi masa keçirilir
18 Aprel 11:57
Azərbaycan səfiri etimadnaməsinin surətini Portuqaliya Xarici İşlər Nazirliyinin baş katibinə təqdim edib
18 Aprel 11:45
Qusar və Xaçmaz rayonları ərazisində sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti yoxlanılıb
18 Aprel 11:41
Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunan konfrans keçirilib
18 Aprel 11:32
Azərbaycan Turizm Assosiasiyası turizm kursları təşkil edəcək
18 Aprel 11:27
Çində nəşr olunan “Lookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub
18 Aprel 11:21
Raket və artilleriya bölmələri döyüş atışlarını yerinə yetirib
18 Aprel 11:12
Ötən gün 24 cinayətin üstü “isti izlər”lə açılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +15
gecə+9 +11