Ana səhifə »  Müsahibə »  Cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir
A+   Yenilə  A-
Cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı www.yap.org.az saytına müsahibə verib:
- Məlahət xanım, artıq bir neçə gündür ki, Yeni Azərbaycan Partiyası 11 aprel prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Ümumiyyətlə, ölkəmizdəki seçki mühiti, cəmiyyətimizin bu seçkilərə münasibəti ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzində olur və vətəndaşlarımız seçkilərdə fəal iştirak edirlər. İnanıram ki, 11 aprel prezident seçkiləri də bu qəbildən olacaq və vətəndaşlarımız bir daha seçki məntəqələrinə gedərək Azərbaycanın inkişafına, rifahına, sabitliyinə, bir sözlə, Yeni Azərbaycan Partiyasının Sədri, partiyamızın namizədi cənab İlham Əliyevə səs verəcəklər. Çünki cənab İlham Əliyevin uğurlu fəaliyyəti birmənalı olaraq xalqımız tərəfindən dəstəklənir. Bu mənada Ona ümumxalq namizədi desək yanılmarıq. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycan olduqca mühüm nailiyyətlər əldə edib. İstər daxili, istərsə də xarici arenada strateji uğurlar qazanılıb. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev dövlət başçısı kimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Möhtərəm Prezidentimizin diplomatiyada və dövlət idarəçiliyindəki zəngin təcrübəsi və biliyi, eləcə də şəxsi nüfuzu və xarizmasının nəticəsidir ki, ölkəmizə beynəlxalq ictimaiyyət tərəfindən çox böyük hörmət var. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. Bunun nəticəsidir ki, dünyada ilk dəfədir ki, 25 il müstəqillik tarixi olan bir dövlət 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Həqiqətən də, gənc ölkə üçün müstəsna əhəmiyyətli uğur idi.
Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib.
Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir. Ona görə də, ümumxalq partiyası olan YAP özünün VI qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməklə xalqın mövqeyini ifadə etdi. Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik. Çünki cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir.
- Ötən 15 il ərzində Azərbaycanın iqtisadi-siyasi uğurlarını necə qiymətləndirmək olar? Bu uğurların təməlində hansı amillər durur?
- İlk növbədə, əldə olunan nailiyyətlərin təməlində xalqın öz Prezidentinə, etibar etdiyi, etimad göstərdiyi hakimiyyətinə sevgisi, inamı dayanır. Bu gün Azərbaycanda yüksək vətəndaş həmrəyliyi formalaşıb və xalq-hakimiyyət vəhdəti mövcuddur. Möhtərəm Prezidentimiz hər dəfə görüşlərdə və müxtəlif tədbirlərdə bütün uğurların təməlində xalqla iqtidarın birliyinin olduğunu deyərək, xalqa olan sevgisini ifadə edir. Bu birlik isə bütün problemlərin həllində əsas rol oynayır. Azərbaycan Prezidenti istər daxili siyasətində, istərsə də xarici siyasət kursunda bir əsas xəttə - milli maraqlara, dövlətçilik mənafeyinə üstünlük verir ki, bu da dövlət olaraq əldə etdiyimiz nailiyyətlərin əsası sayılır. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həyata keçirilən siyasi kurs, aparılan islahatlar, yeniliklər vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 80 faizədək artıb ki, bu da böyük nailiyyətdir.
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Qeyd etdiyimiz kimi, rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, son 14 ildə respublika üzrə təxminən 1,9 milyondan artıq yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb. Son 15 ildə ÜDM 3,2 dəfə artıb. ÜDM-in adambaşına düşən həcmi isə 7205 manat təşkil edir. Bu, olduqca yüksək göstəricidir və buna məhz Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində nail olunub.
Bundan başqa, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsasən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan, ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir.
Bəli, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Bu prosesdə, sözsüz ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.
- YAP Nəsimi rayon təşkilatı təbliğat-təşviqat dövründə öz fəaliyyətini hansı istiqamətdə qurub?
- Artıq təbliğat-təşviqat işlərinə uğurla start verilib. YAP Nəsimi rayon təşkilatı təbliğat-təşviqatla bağlı YAP Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələrinə uyğun olaraq tədbirlər planı hazırlayıb və hazırda bu tədbirlər planına uyğun olaraq müvafiq tədbirlər, görüşlər keçirilir. Bildiyiniz kimi, Nəsimi rayonu gənclər rayonudur. Hər zaman Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirən Azərbaycan Gəncliyi 2003-cü ildən öz liderini və BÖYÜK DOSTUNU, BÖYÜK DAYAĞINI seçmişdir. Bunun biz bir daha 2008 və 2013 seçkilərində şahidi olduq. Bundan başqa, YAP Nəsimi rayon təşkilatının gəncləri, fəalları, demək olar ki, təşviqat dövründə hər gün seçicilərlə təmasda olur, müəyyən fləşmoblar həyata keçirir. Bu günlərdə partiyamızın rayon təşkilatının 1500-ə yaxın fəalı canlı olaraq İLHAMLA İRƏLİ flaşmobunu yazaraq öz LİDERLƏRİNƏ olan inam və dəstəklərini ifadə etdilər. Artıq seçki dairələri üzrə müəyyən olunmuş lövhələrdə təbliğat materiallarımız yerləşdirilib. Növbəti günlərdə seçicilərlə açıq və qapalı yerlərdə görüşlər nəzərdə tutulur. Əslində, vurğuladığımız kimi, cənab İlham Əliyevin seçki təbliğatının əsas təbliğatçısı məhz 15 ildə əldə olunan uğurlardır. Vətəndaşlarımız bu uğurları, bu inkişafı öz həyatlarında hiss edirlər və bu baxımdan da inanırıq ki, hər bir seçici bu inkişafın davamlı olmasını təmin etmək üçün 11 apreldə seçki məntəqələrinə gedəcək və möhtərəm Prezidentimiz İlham Əliyevə qarşıdakı 7 ildə yenidən ölkəmizə rəhbərlik etməsi üçün mandat verəcək.

 
  • Oxunub:  6750  |  
  • Tarix:  24-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+6 +9