Ana səhifə »  Müsahibə »  Milyonlarla insanın amalı budur ki, İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin
A+   Yenilə  A-
Milyonlarla insanın amalı budur ki, İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:
- İstərdik ki, söhbətimizin əvvəlində Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 15 ildə ölkəmizin keçdiyi yola qısa nəzər salasınız. Bəhs olunan dövrdə respublikamız hansı uğurlara imza atıb?
- Son 15 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf parametrlərinə görə dünyada analoqu olmayan uğurlara imza atıb. Ölkədə cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rifah halı müqayisəolunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın beynəlxalq nüfuzu artıb.
Respublikanın iqtisadi potensialının gücləndirilməsinə yönələn siyasət yaxşı nəticələr verib. Müqayisələr apardıqda aydın şəkildə görünür ki, son 15 ildə bütün dünyada Azərbaycan kimi sürətlə inkişaf edən ölkələrin sayı çox az olub. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib, ölkəyə müxtəlif mənbələrdən 231 milyard dollar həcmində sərmayələr yönəldilib.
Respublikamız xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə də iqtisadi inkişafın ardıcıllığını təmin edir ki, bunun da əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. Əslində, Azərbaycanda son 15 ildə müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsi davamlı səciyyə daşıyıb. Son iki ildə isə islahatlar daha intensiv şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
Son 15 ildə müxtəlif istiqamətlərdə dövlət əsaslı vəsait qoyuluşunun böyük həcmlərlə ölçülməsinə baxmayaraq, Azərbaycan paralel şəkildə strateji valyuta ehtiyatlarını artırmağa nail olub. 2004-cü ildə respublikamızın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollara bərabər idi. Ötən 15 il ərzində bu göstərici əhəmiyyətli dərəcədə artaraq 44 milyard dollara çatıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabərdir ki, bu da olduqca yaxşı göstəricidir. Öz növbəsində, strateji valyuta ehtiyatlarının artması ölkənin iqtisadi müstəqilliyinin təmin olunmasında mühüm rol oynayır.
Bütün bu deyilənlərdən o qənaət hasil olur ki, son 15 ildə Azərbaycan güclü dayaqlara malik ölkəyə çevrilib və özünün iqtisadi müstəqilliyini tam təmin edib. Öz növbəsində, iqtisadi müstəqilliyin təmin edilməsi ölkənin siyasi müstəqilliyini şərtləndirir. İqtisadiyyatı çökən bir ölkə heç vaxt siyasi cəhətdən müstəqil ola bilməz. Belə ölkələr, bir qayda olaraq, başqa dövlətlərin yedəyində getmək məcburiyyətində qalırlar. İşğalçı Ermənistanın miskin vəziyyəti buna misaldır.
- Hadi müəllim, siz Milli Məclisin Əmək və sosial siyasət komitəsinə rəhbərlik edirsiniz. İstərdik ki, Prezident İlham Əliyevin fəaliyyətində ana xətti təşkil edən sosial siyasət barədə ətraflı məlumat verəsiniz.
- Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır. Dövlət başçısının siyasi iradəsi son 15 ildə respublikamızda insanların həyat şəraitinin yaxşılaşmasına, gəlir imkanlarının artırılmasına yönələn konkret addımlarda öz əksini tapıb. Başqa sözlə desək, ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə və qətiyyət sayəsində davamlı iqtisadi inkişaf, aparılan islahatlar bilavasitə insanların mənafelərinə yönələn dərinməzmunlu sosial siyasətlə tamamlanır. Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizdə insanların gəlir imkanları getdikcə artır, həmçinin cəmiyyətin bütün təbəqələri dövlət dəstəyindən bəhrələnirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, 2003-cü illə müqayisədə yoxsulluq göstəricisi 44,7%-dən 4,5%-ə enib, əhalinin nominal gəlirləri hər nəfərə bir ildə 8,3% artıb.
Sosial dövlət olan Azərbaycanda Ermənistanın işğalçılıq siyasəti ucbatından doğma ev-eşiyindən didərgin düşən 1 milyondan artıq soydaşımızın sosial problemlərinin həlli, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 6 milyard manatdan çox vəsait ayrılıb. Müvafiq Dövlət proqramlarına əsasən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 265 min köçkün yeni mənzillə təmin olunub. 2018-ci ildə daha 20 min köçkünün yeni evlərlə təmin edilməsi nəzərdə tutulub.
- Yeni iş yerlərinin yaradılması da prioritet istiqamət kimi müəyyənləşdirilib.
- Elədir. Ölkə Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində əhalinin məşğulluq, əmək bazarına inteqrasiya imkanları genişlənir. Dövlət başçısı əmək tutumlu iş yerlərinin yaradılması məqsədilə orta və kiçik sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. 2016-cı ilin əvvəllərindən başlayaraq möhtərəm Prezidentimiz İlham Əliyev bu istiqamətdə çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Bunun sayəsində də respublikamızda iqtisadi aktivlik artıb, kənd təsərrüfatı, emal sənayesi, turizm, xidmət sektoru inkişaf edərək genişlənib. Həyata keçirilən davamlı və məqsədyönlü tədbirlərin nəticəsi olaraq son 15 ildə ölkədə 200 minə yaxın yeni iş yerləri yaradılıb və işsizlik 5 faizədək aşağı salınıb ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir.
Respublikamızda insanların layiqli iş yerləri ilə təmin edilməsi istiqamətində həyata keçirilən səmərəli tədbirlər sırasında özünüməşğulluq proqramının reallaşdırılmasının önəmini xüsusi qeyd edə bilərik. Bu proqram 7 aprel 2016-cı il tarixli müvafiq Sərəncam əsasında 2017-ci ilin əvvəlindən reallaşdırılır. Proqrama uyğun olaraq aztəminatlı insanlar müvafiq dövlət dəstəyi göstərilməklə layiqli əmək fəaliyyətinə cəlb edilirlər.
Qeyd edək ki, özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilib.
Ölkə üzrə özünüməşğulluq proqramının əhatə dairəsi getdikcə daha da genişləndiriləcək. Təkcə cari ildə respublika miqyasında özünüməşğulluq sisteminin daha da genişləndirilməsinə 36 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulub. Beləliklə, ölkədə minlərlə yeni iş yerləri yaradılacaq və ələbaxımlılıqdan özünüməşğulluğa keçidin yeni bir istiqaməti geniş vüsət alacaqdır.
- Son illərdə ölkəmizdə həmçinin pensiya sistemində də ciddi islahatlar aparılıb. Bu barədə də söhbət açmağınızı xahiş edirik.
- Bu, geniş bir söhbətin mövzusudur. Ötən il Milli Məclisdə qəbul etdiyimiz qanunlardan biri də pensiya islahatları ilə bağlı idi. Təkcə bunun sayəsində keçən il 8 minə yaxın ümumi həcmdə pensiyaçıların sayı artıb, pensiyaya çıxıb çalışanların böyük bir qrupuna 20 milyon manata yaxın əlavə vəsait ödənilib. Aparılan islahatların nəticəsi olaraq bu il ötən il üçün pensiyaların təkcə sığorta hissəsi yox, bütöv məbləğ indeksasiya olunub ki, bu da əlavə xeyli vəsaitin ödənilməsi deməkdir.
Azərbaycan Prezidentinin cari il fevralın 9-da imzaladığı “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamı pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində növbəti addımdır. Hesab edirəm ki, Sərəncam bütövlükdə əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin uğurlu davamıdır. Bilirsiniz ki, ölkəmizdə 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sisteminin tətbiqi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılıb. Sığorta-pensiya sistemində növbəti islahat tədbiri kimi, “Əmək pensiyaları haqqında” qanuna edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan mütərəqqi dəyişikliklər bu sistemin tam sığorta prinsipləri üzərində formalaşmaqla uzunmüddətli və etibarlı maliyyə dayanıqlılığına, bazar iqtisadiyyatı şəraitində sosial rifah tələblərinə uyğun layiqli pensiya təminatı imkanlarının artırılmasına xidmət edib. Bu dəyişikliklər həmçinin uzun illər ölkəmizin pensiya qanunvericiliyində mövcud olmuş “əmək pensiyasının baza hissəsi” anlayışının aradan qalxmasına, pensiyaların baza və sığorta hissələrinin birləşdirilərək vahid məbləğ kimi müəyyən edilməsinə səbəb olub. Xatırladım ki, əvvəllər hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsi əvvəlki ilin rəsmi inflyasiya göstəricisi əsasında artırılırdı. Amma cari ildən isə əmək pensiyalarının ümumi məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqının əvvəlki ildəki artım faizinə uyğun indeksləşdirilərək artırılması mexanizminə keçilir. Bu tədbir isə pensiyaçı vətəndaşların sosial maraqlarının daha tam şəkildə təmin olunmasına imkan verir.
Rəsmi məlumatlara əsasən, 1 yanvar 2018-ci il vəziyyətinə görə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Dövlət başçısının sözügedən Sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Hesab edirəm ki, bu qərar ölkəmizdə uğurlu sosial siyasətin göstəricisidir və bu siyasət davamlı xarakter daşıyır.
- Hadi müəllim, siz göz önündə son 15 ildə Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində formalaşan müsbət mənzərəsini canlandırdınız. Demək mümkündürmü ki, keçilən uğurlu yol, qazanılan nailiyyətlər aprelin 11-də insanların öz seçimlərini İlham Əliyevlə bağlamaları üçün əsas olacaq?
- Sağlam məntiq hansısa başqa bir variantı istisna edir. Son 15 ildə Prezident İlham Əliyevin apardığı siyasət, milli maraqların keşiyində qətiyyətlə dayanması ölkə vətəndaşlarında Ona münasibətdə böyük inam formalaşdırıb. Ölkədəki uzunmüddətli sabitliyin, inkişafın müəllifi İlham Əliyevdir. Respublikamızda cənab İlham Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq yaranan müsbət reallıqlar insanlarda qürur hissi və gələcəyə böyük inam yaradır. Azərbaycan xalqı 15 ildir ki, hörmətli Prezidentimiz İlham Əliyevin sayəsində firavanlıq şəraitində yaşayır və öz xoşbəxt gələcəyini qurur. Milyonlarla insanın, seçicilərin amalı budur ki, İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin!
Yerlərdən aldığımız məlumatlarda bildirilir ki, təbliğat-təşviqat kampaniyası zamanı respublikanın hər yerində seçicilər, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevə böyük rəğbətlərini ifadə edirlər və seçki günü tərəddüd etmədən Onun namizədliyini dəstəkləyəcəklərini vurğulayırlar. Bilirsinizmi, bu və ya digər vasitələrlə çox az sayda insanı hansısa namizədin tərəfinə çəkmək mümkündür. YAP-ın namizədi İlham Əliyevə münasibətdə isə söhbət ümumxalq məhəbbətindən gedir.

 
  • Oxunub:  6510  |  
  • Tarix:  25-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir

11:00
19 Yanvar
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 89 faizində torpaq örtüyü bərpa olunub
10:53
19 Yanvar
Aureliya Qriqoriu: 1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
10:51
19 Yanvar
Strasburq Universitetində 20 Yanvar hadisələrinə həsr edilmiş konfrans keçirilib
10:32
19 Yanvar
Çində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:22
19 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmənin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına xidmət edir
10:21
19 Yanvar
Avropa Parlamentində qəbul edilmiş məlum “qətnamə” heç bir hüquqi qüvvəyə malik deyil və Azərbaycana qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir
10:16
19 Yanvar
Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün yeni imkanlar açır
10:12
19 Yanvar
20 Yanvar xalqımızın milli oyanış tarixinin şanlı səhifəsidir
10:10
19 Yanvar
YAP Gədəbəy rayon təşkilatının yaranmasının 26 illiyi münasibətilə “dəyirmi masa” keçirilib
10:07
19 Yanvar
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2019-cu ildə ilk uğurları
10:03
19 Yanvar
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir
10:01
19 Yanvar
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir
20:20
18 Yanvar
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
20:07
18 Yanvar
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır
20:00
18 Yanvar
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq
19:54
18 Yanvar
Azərbaycan ilə Pakistan arasında ali təhsil sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib
19:43
18 Yanvar
“ASAN xidmət” təcrübəsinin Özbəkistanla bölüşülməsi ilə bağlı müzakirələr aparılıb
19:22
18 Yanvar
Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
19:10
18 Yanvar
Azərbaycan Milli Elmlər Akademiyasının iki bölməsi ötən ilin elmi işlərinə yekun vurub
19:08
18 Yanvar
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
19:00
18 Yanvar
Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18:36
18 Yanvar
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib
18:30
18 Yanvar
Qənirə Paşayeva: Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkumdur
18:11
18 Yanvar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
18:00
18 Yanvar
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib
17:58
18 Yanvar
Ukrayna portalı 20 Yanvar faciəsinə dair məqalə yayıb
17:54
18 Yanvar
Qanlı şənbədən istiqlala
17:42
18 Yanvar
Siyavuş Novruzov: Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər
17:39
18 Yanvar
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
17:38
18 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir
17:30
18 Yanvar
20 Yanvar şəhidlərin əziz xatirəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yad edilib
17:28
18 Yanvar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib
17:26
18 Yanvar
Əflatun Amaşov: Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər
17:21
18 Yanvar
Akademik Gövhər Baxşəliyeva: Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar
17:14
18 Yanvar
Səməd Seyidov: Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
17:10
18 Yanvar
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
16:55
18 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb
16:40
18 Yanvar
Deputat: Avropa Parlamentinin qətnaməsi Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirir
16:39
18 Yanvar
BMT-nin baş katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələrini alqışladığını bəyan edib
16:28
18 Yanvar
20 Yanvar hadisələri Azərbaycan xalqının Vətənin müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu sübut etdi
15:58
18 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
15:52
18 Yanvar
“Son iclas” bədii-sənədli filmi Praqada nümayiş etdirilib
15:47
18 Yanvar
Azərbaycan gəncləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
15:46
18 Yanvar
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
15:44
18 Yanvar
Əhliman Əmiraslanov: Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir
15:42
18 Yanvar
"Anti-Azərbaycan qətnaməsinin əsas səbəbi Dağlıq Qarabağla bağlıdır"
15:40
18 Yanvar
Özgür Çakar: Muğam Azərbaycan fenomenidir, ali musiqidir
15:36
18 Yanvar
"AP-in qətnaməsi Azərbaycana qarşı şər, böhtan kampaniyasıdır"
14:59
18 Yanvar
Ekspert: Avropa Parlamentinin yalan və böhtanlarla dolu qətnaməsi həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb
14:31
18 Yanvar
Hikmət Babaoğlu: Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
14:24
18 Yanvar
Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib
14:18
18 Yanvar
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib
14:14
18 Yanvar
Dövlət Statistika Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:12
18 Yanvar
Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
14:09
18 Yanvar
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
14:07
18 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
14:05
18 Yanvar
Mirzəcan Xəlilov: Struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir
12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür
11:51
18 Yanvar
2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür
11:42
18 Yanvar
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
10:56
18 Yanvar
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
10:54
18 Yanvar
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
10:12
18 Yanvar
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
10:05
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə-1 +1