Ana səhifə »  Müsahibə »  Xalqımız cənab İlham Əliyevin siyasətini ürəkdən dəstəkləyir
A+   Yenilə  A-
Xalqımız cənab İlham Əliyevin siyasətini ürəkdən dəstəkləyir

Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, ölkəmiz prezident seçkiləri ərəfəsindədir. Hazırda Yeni Azərbaycan Partiyası “İlhamla irəli!” şüarı ilə təbliğat kampaniyası aparır. Sizin bu seçki ilə bağlı düşüncələriniz nədən ibarətdir?
- Əlbəttə ki, prezident seçkilərindən danışarkən, hər kəs üçün günümüzün reallığı məlumdur. Yəni Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin nüfuzu o qədər yüksəkdir ki, indidən seçkinin nəticələri haqqında fikir yürütmək mümkündür. Prezident İlham Əliyevin vətəndaşlar arasında nə qədər böyük hörmət və inama sahib olması həm ölkə daxilində, həm də xaricdə yaxşı məlumdur. Bunun da çox ciddi əsasları var. Dünyada baş verən mürəkkəb proseslərin fonunda Azərbaycan yüksək dinamika ilə inkişaf edir, ictimai-siyasi sabitlik təmin olunub, ölkədə lider-xalq birliyi sarsılmazdır. Bütün bunlar cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin, partiyamızın Sədrinin gördüyü möhtəşəm, əzəmətli işlər nəticəsində Azərbaycan tarixində olmadığı qədər güclü dövlətə çevrilib.
Daxili siyasətə gəlincə, Azərbaycanda həyata keçirilən quruculuq işləri göz önündədir. Elə bir bölgəmiz yoxdur ki, orada abadlıq, quruculuq işləri getməsin. Həmçinin sosial-iqtisadi sahədə də böyük nailiyyətlər əldə olunub, bölgələrdə xeyli sayda iş yerləri açılıb, məktəblər, tibb ocaqları, mədəniyyət və idman obyektləri tikilib istifadəyə verilib. Bütün bunlar vətəndaşlarımızın rifahı, sağlamlığı, yüksək biliklərə yiyələnməsi üçündür. Əlbəttə ki, xalqımız cənab İlham Əliyevin bu siyasətini görür və ürəkdən dəstəkləyir.
Cənab Prezident həmçinin milli-mənəvi dəyərlərimizin, ana dilimizin qorunması və inkişaf etdirilməsi sahəsində də misilsiz xidmətlər göstərir. Bu barədə faktlar kifayət qədər var və biz zaman-zaman bu mövzularla bağlı ətraflı söhbət etmişik. Cənab İlham Əliyevin xarici siyasətində isə daim dövlət və milli maraqlarımız qəti şəkildə qorunur. Bu baxımdan, ən təqdir olunası məqamlardan biri dövlətimizin başçısının türk dövlətləri və xalqlarının birliyinin gücləndirilməsi istiqamətində göstərdiyi səylər və təşəbbüslərdir. Məhz bu siyasətin nəticəsidir ki, türk birliyi son illər daha da güclənib və bu proses irəliyə doğru getməkdədir. Qeyd etdiyim kimi, bu uğurun əldə olunmasında Azərbaycan Prezidentinin müstəsna xidmətləri var. Ona görə də cənab İlham Əliyev bu gün türk dünyasının liderlərindən biri kimi qəbul olunur.
Beləliklə, Azərbaycan xalqı Prezidentimizin bütün sahələr üzrə uğurlu siyasətini görür və daim dəstəkləyir. İndiyə qədər keçirilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbə qazanması məhz xalqımızın Ona olan yüksək inamının ifadəsidir. Bu baxımdan, aprelin 11-də keçiriləcək növbəti prezident seçkilərində də cənab İlham Əliyevin qələbə qazanacağı şübhəsizdir. Hətta bu faktı Onun opponentləri də etiraf edirlər.
- Prezident İlham Əliyevin siyasətində İslam həmrəyliyinin gücləndirilməsi də əsas istiqamətlərdən biridir. Nəinki Azərbaycan xalqı, eləcə də bütün İslam dünyası cənab İlham Əliyevin bu yöndəki səylərini yüksək dəyərləndirir...
- İslam dini bizim xalq kimi formalaşmağımızda çox ciddi rol oynayıb. Ümumiyyətlə, türk xalqlarının mütləq əksəriyyətinin xalq kimi formalaşmasında İslam dini mühüm rol oynayıb. Müasir dövrdə də Azərbaycan dövləti və xalqı İslam həmrəyliyində vacib rol oynayır. Azərbaycan inkişaf etmiş dövlətdir və müsəlman dünyasına qarşı hər hansı konyunktur müdaxilələr olursa, ölkəmiz buna dərhal etiraz edir. Eyni zamanda, müsəlman olduqlarına görə insanlara harada terror damğası vurulursa, Azərbaycan bu yanaşmaya qarşı çıxır. Azərbaycan İslam dünyasındakı inkişafa töhfələr verir və İslam ölkələri ilə bizim çox sıx əlaqələrimiz var. Beynəlxalq İslam təşkilatlarında da biz fəal iştirak edirik. Eyni zamanda, biz İslamı milli-mənəvi dəyər kimi qoruyuruq. Qısa müddət ərzində ölkəmizdə nə qədər ibadətgahlar, məscidlər tikilib və ya bərpa olunub. Bunların hamısı müasir dövrdə real olaraq dinimizə münasibətimizdir.
Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə bütün İslam dünyasına ciddi mesaj verdi. Həmin il çərçivəsində yerli və beynəlxalq tədbirlər keçirildi. Bütün müsəlman dünyası cənab İlham Əliyevin həmrəylik təşəbbüsünü dəstəkləyir. Biz İslam həmrəyliyini iki mənada başa düşürük. Birincisi, İslam daxilində həmrəylik, ikincisi isə, İslamın dünyada yaratdığı həmrəylikdir. İslam sonuncu din olduğuna görə həmişə bütün dinlərə humanist münasibət bəsləyib, hörmətlə yanaşıb. Bu gün bütün bunlar Azərbaycan dövlətçiliyinin və ideologiyasının təcrübəsində mövcuddur.
- Necə hesab edirsiniz, Prezident İlham Əliyevin xalqımız tərəfindən birmənalı olaraq dəstəklənməsində azərbaycançılıq ideologiyasının yeni mərhələdə uğurla davam etdirilməsi nə dərəcədə rol oynayır?
- Azərbaycan xalqı və dövləti tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsinin dünya miqyasında çox müxtəlif ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində üç tamamilə humanist dəyər komponenti ifadə olunur. Bunlar etnik mənsubiyyət, dini mənsubiyyət və dünyəvi mənsubiyyətdir. Bu ideologiyada öz əksini tapmış fəlsəfədə, eləcə də onun mənsub olduğu xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur.
O var ki, Azərbaycan xalqı da, dünyanın bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir. Tarixi taleləri elə gətirib ki, azərbaycanlıların bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz illərlə necə məskun olmuşdursa, bu gün də məskundur. Ona görə də əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin - dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi heç bir alternativ qəbul etməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu bütövləşdirən konseptual hadisədir.
Hər şeydən əvvəl ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni mental xüsusiyyətlərin, eyni adət- ənənələrin daşıyıcısıdırlar. Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi-inzibati sərhədləri aşaraq bir-birləri ilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani bir ehtiyacdır.
Bu gün Prezident İlham Əliyev tərəfindən azərbaycançılıq ideologiyasının daha da gücləndirilməsi nəticəsində ölkəmizdə yaşayan bütün xalqlar bu ideologiya ətrafında sıx birləşib. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri cənab İlham Əliyevi dəstəkləyir və Onu öz liderləri kimi qəbul edirlər.
- Nizami müəllim, hazırda seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi davam edir. Seçicilərlə keçirdiyiniz görüşlərlə bağlı təəssüratlarınız necədir?
- Cənab İlham Əliyevin seçki kampaniyası ilə əlaqədar yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçirilir. Görüşlər bir daha əminlik yaradır ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi birmənalı olaraq xalqın namizədidir. Çünki partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi, rifah, sabitlik naminə yorulmaz fəaliyyət göstərir.
Təmsil etdiyim Ağstafa rayonunda böyük abadlıq və quruculuq işləri həyata keçirilib. Cənab Prezident dəfələrlə rayonda olub, bir çox iqtisadi, sosial, mədəni obyektlərin açılışında şəxsən iştirak edib. Həmçinin rayonun kəndlərinin böyük hissəsi qazlaşdırılıb, yeni yollar çəkilib və s. Bu quruculuq prosesi hazırda da davam etməkdədir.
Ağstafa əhalisi dövlət başçısının rayonumuza göstərdiyi qayğını yüksək qiymətləndirir və 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bəyan edirlər. Mən bütün seçiciləri seçki günü fəal olmağa və alternativsiz siyasət olan Heydər Əliyev siyasətinə və bu siyasəti layiqincə davam etdirən cənab İlham Əliyevə səs verməyə çağırıram.

 
  • Oxunub:  5940  |  
  • Tarix:  27-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq...

10:58
13 Dekabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq
10:58
13 Dekabr
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
10:43
13 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
10:41
13 Dekabr
Zurab Qumberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”
10:40
13 Dekabr
Michele Elia: TAP təbii qazın qiymətinə müsbət təsir göstərə bilər
10:39
13 Dekabr
Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcək
10:27
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Strasburqda da yad edilib
10:25
13 Dekabr
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
10:24
13 Dekabr
Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər
10:20
13 Dekabr
Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
22:24
12 Dekabr
İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
22:06
12 Dekabr
Tbilisidə “Heydər Əliyev: Tale yolları” kitabının gürcü dilində təqdimatı olub
22:00
12 Dekabr
Niderlandda Ümummilli Liderin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub
21:49
12 Dekabr
Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının ilk iclası keçirilib
21:40
12 Dekabr
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
21:33
12 Dekabr
Xalqımız Ümummilli Liderin əvəzsiz xidmətlərini heç zaman unutmur
20:30
12 Dekabr
Daşkənddə ulu öndər Heydər Əliyevin anım günü münasibətilə xeyriyyə festivalı və fotosərgi təşkil olunub
19:47
12 Dekabr
İspaniya qəzeti Ümummilli Liderin xatirəsinə həsr olunmuş anım tədbirindən yazıb
18:40
12 Dekabr
Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafında Heydər Əliyevin böyük xidmətləri var
17:57
12 Dekabr
Ümummilli Liderin Azərbaycanda insan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolu olub
17:50
12 Dekabr
Eldar İbrahimov: Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir
17:48
12 Dekabr
Nizami Cəfərov: Zaman keçdikcə biz Ümummilli liderimizin fəaliyyətinin mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq
17:37
12 Dekabr
Hindistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
17:32
12 Dekabr
ADNSU Ufa Dövlət Neft Texniki Universiteti ilə yeni elmi əməkdaşlıq əlaqələri qurur
17:25
12 Dekabr
Pakistanda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan seminar keçirilib
17:00
12 Dekabr
Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub
16:34
12 Dekabr
Haaqada “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildliyinin təqdimatı olub
16:33
12 Dekabr
Təhsil Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
16:26
12 Dekabr
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib
16:25
12 Dekabr
Erkan Özoral: Ulu öndərin güclü siyasi iradəsi nəticəsində Azərbaycan qısa zamanda böyük məsafələr qət edib
16:08
12 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:51
12 Dekabr
Ulu Öndərin tək ölkəmizin deyil, digər ölkələrin inkişafında da əhəmiyyətli rolu olub
15:47
12 Dekabr
Çində Ulu Öndərin xatirəsi anılıb
15:46
12 Dekabr
Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
15:38
12 Dekabr
Hikmət Hacıyev: Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu oynayır
15:31
12 Dekabr
Mikayıl Cabbarov: 2019-cu ildə maarifləndirmə tədbirlərinin artırılmasına xüsusi önəm veriləcək
15:21
12 Dekabr
YAP Pirallahı rayon təşkilatı Neft Daşları ərazi ilk partiya təşkilatında xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar anım tədbiri keçirib
15:15
12 Dekabr
Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq
15:08
12 Dekabr
Ulu Öndərin müəyyənləşdirdiyi strategiya əsasında sosial-iqtisadi sahədə qazanılan uğurlar məcburi köçkünlərin həyatında da özünü göstərir
15:03
12 Dekabr
Azərbaycanda maliyyə sisteminin qurulmasında Heydər Əliyevin müstəsna rolu var
15:01
12 Dekabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
14:55
12 Dekabr
Arif Rəhimzadə: Ulu öndər Heydər Əliyev cismən bizimlə olmasa da, Onun ideyaları yaşayır və hər zaman yaşayacaq
14:33
12 Dekabr
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Əbu-Dabidə anılıb
14:30
12 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi qonşu Gürcüstanda da ehtiramla yad olunub
14:27
12 Dekabr
Kiyevdə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib
14:26
12 Dekabr
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
14:17
12 Dekabr
Anar Bağırov: Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı Avropa Məhkəməsinə müraciətimiz gələn il müsbət nəticələnə bilər
14:12
12 Dekabr
Azərbaycan ilə İran arasında sərhəd mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair protokol imzalanıb
14:09
12 Dekabr
Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:04
12 Dekabr
2019-cu ildə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Türkiyə paytaxtlarını birləşdirəcək
13:53
12 Dekabr
Sahibə Qafarova: Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir
13:43
12 Dekabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Vyetnamda səfərdədir
12:56
12 Dekabr
NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir
12:51
12 Dekabr
Bakı Ali Neft Məktəbinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12:46
12 Dekabr
Xələf Xələfov: Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir
12:40
12 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi AZƏRTAC-da ehtiramla anılıb
12:23
12 Dekabr
Azərbaycanın özü qədər əbədi LİDER
11:40
12 Dekabr
Ölkəmiz UNESCO-nun Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında iştirak edir
11:24
12 Dekabr
Ulu öndər Heydər Əliyevin xarıci sıyasət kursu və Azərbaycanın diplomatik uğurları
11:16
12 Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
11:15
12 Dekabr
Ümummilli Liderin xatirəsinə həsr edilmiş “Unudulmaz” sənədli filmi nümayiş olunub
11:05
12 Dekabr
İlin əvvəlindən dövlət məşğulluq orqanları tərəfindən 50,2 min nəfər işlə təmin edilib
11:03
12 Dekabr
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir
10:56
12 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 28 dəfə pozub
10:55
12 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Kolumbiyada da anılıb
10:32
12 Dekabr
Mərakeşdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib
10:29
12 Dekabr
ATƏT PA-nın sədri: Təcavüzkara qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır
10:27
12 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Belçikada da anılıb
10:24
12 Dekabr
Berlində keçirilən anım tədbirində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışılıb
20:33
11 Dekabr
Vladimir Solovyov: Heydər Əliyev böyük siyasi xadim idi

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+6 +8