Ana səhifə »  Müsahibə »  Özəl sektorun nümayəndələri və sahibkarlar Azərbaycanın inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklər
A+   Yenilə  A-
Özəl sektorun nümayəndələri və sahibkarlar Azərbaycanın inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklər

“Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Aqibət müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühit demokratiklik və şəffaflığı ilə xarakterizə olunur. Eyni zamanda, Azərbaycan bu seçkilərə də sabitlik, tərəqqi və yüksəliş fonunda gedir. Bu haqda nə söyləyə bilərsiniz?
- Azərbaycan bütün seçkilərdə özünün demokratik dəyərlərə sadiqliyini nümayiş etdirib. Ölkəmizdə seçkilər hər zaman şəffaf və demokratik şəraitdə baş tutur, bunu təmin edən əsas amil isə dövlətin güclü və qəti siyasi iradəsidir. Müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın seçki təcrübəsini yüksək qiymətləndirir, müsbət fikir və rəylər ifadə edirlər.
Azərbaycanın bu seçkilərə də sabitlik, tərəqqi və yüksəliş fonunda getməsi məsələsinə gəlincə, ölkəmizin iqtisadi inkişaf göstəriciləri olduqca pozitivdir və müxtəlif beynəlxalq reytinq institutları, araşdırma mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib.
Dünyada maliyyə-iqtisadi böhranın olduğu şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, nəzərdə tutulan bütün proqramlar, o cümlədən infrastruktur layihələri müvəffəqiyyətlə icra olunub.
- Siz infrastruktur layihələrinin reallaşdırılmasından bəhs etdiniz. Məlumdur ki, respublikanın bütün bölgələrində yeni yollar çəkilib və yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, infrastruktur daha da yaxşılaşdırılıb. Bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiniz?
- Qeyd etdiyiniz kimi, infrastruktur quruculuğunun miqyası olduqca genişdir, bütün ölkəni əhatə edir. Ölkəboyu yeni yollar çəkilir və yenidənqurma işləri aparılır, körpülər və yol qovşaqları inşa olunur. Ötən müddət ərzində ölkəmizdə müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin uğurla reallaşdırılması təkcə paytaxt Bakının deyil, eyni zamanda, respublikamızın bölgələrində də inkişaf göstəricilərinin qeydə alınmasını şərtləndirib. Yol infrastrukturunun yenilənməsi yönündə davam etdirilən işlər də bu baxımdan böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıdakı dövrdə bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə müəyyən olunub. Eyni zamanda, respublika rayonlarını əhatə edən avtomobil yollarının tikintisi, yenidən qurulması ilə bağlı işlər davamlı xarakterə malikdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu məsələyə toxunaraq deyib ki, avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Dövlətimizin başçısı infrastruktur layihələrini həm iqtisadi, həm sosial sahə kimi xarakterizə edib. Həqiqətən də belədir, çünki bu, insanların rahatlığına xidmət edir. Bu həmçinin turizm imkanlarının artırılmasına və sənaye istehsalının genişləndirilməsinə töhfə verir. Son 15 il ərzində on min kilometrdən artıq avtomobil yollarının çəkilməsi, yüzlərlə körpü keçidlərinin, yol qovşaqlarının tikilməsi bu sahədə görülən işlərin miqyası və əhəmiyyətini göstərir. Ən əsası, bu proses davamlı xarakter daşıyır. Dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq bölgələrdə respublika əhəmiyyətli, kəndlərarası, qəsəbələrarası avtomobil yollarının, eləcə də körpü və yeraltı piyada keçidlərinin layihələri üzrə tikinti və yenidənqurma işləri uğurla davam etdirilir.
- Bəs rəhbərlik etdiyiniz “Gəncə Körpü Tikinti-2” ASC-nin ölkəmizdə yol infrastrukturunun yenilənməsi və inkişafı ilə bağlı fəaliyyəti, bu prosesə töhfələri barədə nə söyləyə bilərsiniz?
- Əvvəla, qeyd edim ki, “Gəncə Körpü Tikinti-2” ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılmışdır. 2001-ci ildən Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Müəssisənin 43 illik istehsalat təcrübəsi vardır. ASC respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan müəssisələrdən biridir. Bundan başqa, şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarının tikinti-quraşdırma işlərini də həyata keçirir. Müəssisə rəhbərliyinin başlıca məqsədi elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə edərək infrastruktur quruculuğuna töhfə verməkdir. Bu zamana qədər “Gəncə Körpü Tikinti-2” ASC tərəfindən xeyli sayda mühüm əhəmiyyətə malik körpü və yol keçidləri inşa olunub, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yolları çəkilib. Böyük “İpək Yolu” layihəsinin tikintisində, ölkənin ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilişində “Gəncə Körpü Tikinti-2” ASC yaxından iştirak edib. Bundan başqa, Bakı şəhərində Babək prospekti ilə Mikayıl Əliyev və Məhəmməd Hadi küçələrinin kəsişməsində uzunluğu 2 km-dən artıq olan yolqovşağı kompleksi, Bakı şəhərində Ziya Bünyadov ilə Atatürk prospektlərinin kəsişməsində yolötürücüsü, Bakı şəhərində Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yolötürücüsü, Bakı şəhərində Koroğlu dairəsi H.Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun yenidənqurulması işləri üzrə Suraxanı və Sabunçu rayonu ərazilərində körpü keçidləri son illər ASC-nin inşa etdiyi obyektlərin bir qismidir. Bu işlər Azərbaycanın müxtəlif bölgələrində də müvəffəqiyyətlə davam etdirilib. Gədəbəy rayonu İsalı kəndində 180 şagird yerlik tam orta məktəb binası, Gəncə şəhərində “İmamzadə” Dini Kompleksinin yenidənqurulması və ətrafında abadlıq işləri, Gəncə şəhər Təhsil İdarəsinin yeni inzibati binasının və Gəncə şəhər 2 saylı, 240 yerlik uşaq bağçasının tikintisi son illər kollektivimizin inşa etdiyi obyektlərin bir qismidir.
Əlbəttə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq iqtisadiyyatın liberallığının, əlverişli biznes mühitinin və rəqabətqabiliyyətliliyin təmin olunması hər bir qurumun ölkənin inkişafına xidmət edən layihələrini uğurla yerinə yetirməsinə imkan yaradır. Bu isə həm sahibkarlığın inkişafını təmin edir, həm də iqtisadi inkişaf göstəricilərinin artmasını şərtləndirir.
- Aqibət müəllim, dövlət başçısı tərəfindən sahibkarlara və bütövlükdə özəl sektor təmsilçilərinə yüksək diqqət və qayğının göstərilməsi özünü seçkilərin nəticələrində necə göstərəcək?
- Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrin inkişafını hər zaman diqqət mərkəzində saxlayır. İqtisadiyyatın inkişafına və əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edən layihələr məhz möhtərəm dövlət başçısı İlham Əliyevin iradəsi əsasında reallaşdırılır. Cənab İlham Əliyev əlverişli biznes mühitinin formalaşmasına, özəl sektorun və sahibkarlığın inkişafına xidmət edən mühüm qərarlar qəbul edir. Bu isə Azərbaycana gələcək inkişaf naminə qarşıya qoyulan strateji əhəmiyyətli hədəflərə çatmağa imkan verir.
Bütün bunları nəzərə alaraq birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən özəl sektorun inkişafına böyük diqqət və qayğının göstərilməsi, bu istiqamətdə ardıcıl islahatların həyata keçirilməsi iş adamları - biznes sektorunun nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Sahibkarlar və özəl sektorun digər nümayəndələri bu diqqət və qayğının, ölkəmizin inkişafının davamlı olmasını istəyirlər. Bu səbəbdən inanıram ki, aprelin 11-də Azərbaycan xalqının alternativsiz lideri İlham Əliyevə səs verəcəklər. Bu seçim Azərbaycanın gələcək inkişafını təmin etməklə yanaşı, ölkəmizin iqtisadi qüdrətinin artmasına və inkişaf yolunda yeni zirvələr fəth etməsinə səbəb olacaq.

 
  • Oxunub:  5820  |  
  • Tarix:  28-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib

20:15
15 Noyabr
Azərbaycan ilə Türkiyə arasında idman sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
20:12
15 Noyabr
İsveçrə və Azərbaycan arasında yüksək səviyyədə dialoq mövcuddur
20:07
15 Noyabr
XİN: Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviqinə yönələn növbəti uğursuz cəhddir
20:02
15 Noyabr
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti yaxın gələcəkdə artacaq
19:57
15 Noyabr
Nino Çikovani: Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir
19:54
15 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Ədliyyə Nazirliyində aksiya keçirib
19:52
15 Noyabr
Vyanada müasir texnologiyaların dəmir yollarında tətbiqinə dair toplantı keçirilib
19:43
15 Noyabr
Siyavuş Novruzov: Müəyyən məsələlərlə bağlı dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait artırılmalıdır
19:40
15 Noyabr
Əli Hüseynov: Qanunlara müvafiq dəyişikliklərin edilməsi onların normativ hüquqi aktlara uyğunlaşdırılması ilə bağlıdır
17:52
15 Noyabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
17:47
15 Noyabr
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyir
17:42
15 Noyabr
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
17:37
15 Noyabr
AİDA və ADA Universiteti asiyalı və afrikalı diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil edib
17:33
15 Noyabr
UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans
17:18
15 Noyabr
Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib
16:58
15 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans öz işinə başlayıb
16:52
15 Noyabr
İtaliyanın “Radio Atene” kanalında Azərbaycandakı multikulturalizm ənənələrindən danışılıb
16:42
15 Noyabr
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti antikorrupsiya strategiyalarına dair beynəlxalq konfransda iştirak edib
15:45
15 Noyabr
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15:34
15 Noyabr
Bu il ölkədən 201 min tondan çox kimya sənayesi məhsulları ixrac olunub
15:26
15 Noyabr
“Ölkəmizi tanıyaq”: Məktəblilər Qubada ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar
15:23
15 Noyabr
Məlahət İbrahimqızı: Azərbaycan beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə atrırıb
15:17
15 Noyabr
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd olunub
15:07
15 Noyabr
Fransada keçirilən İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
14:43
15 Noyabr
Bakıda “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq konfrans keçirilir
14:25
15 Noyabr
Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
13:52
15 Noyabr
Bişkekdə MDB-nin iştirakçısı olan dövlətlərin sərhədlərinin təhlükəsizliyinə dair fikir mübadiləsi aparılıb
13:46
15 Noyabr
Los Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13:36
15 Noyabr
AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub
12:39
15 Noyabr
Bakıda “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində elmi konfrans işə başlayıb
12:34
15 Noyabr
Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib
12:30
15 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilir
12:17
15 Noyabr
Alim Quliyev: İlin sonunadək manatın məzənnəsinin sabitliyi qorunacaq
12:10
15 Noyabr
Bakı Ali Neft Məktəbi və “British Council” təşkilatı əməkdaşlığı genişləndirir
12:04
15 Noyabr
Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib
12:01
15 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
11:45
15 Noyabr
Əli Əhmədov: Hədəfimiz odur ki, daha çox qadın sahibkarlığa cəlb olunsun
11:38
15 Noyabr
Hikmət Babaoğlu: “Teoxarus Avropa Parlamenti qarşısında hesabat verməlidir”
11:17
15 Noyabr
Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
11:13
15 Noyabr
Çili Azərbaycanda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul edib
11:08
15 Noyabr
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb
11:02
15 Noyabr
Heydər Əliyev Fondu şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların insulin preparatları ilə təmin olunması istiqamətində layihələr həyata keçirib
10:58
15 Noyabr
Bu gün Milli Məclisdə büdcə müzakirələri sona çatacaq
10:41
15 Noyabr
Qırğızıstan Prezidenti Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasının iştirakçılarını qəbul edib
10:32
15 Noyabr
15 noyabr – Dünya Fəlsəfə Günüdür
10:24
15 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:21
15 Noyabr
Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir
10:16
15 Noyabr
Bakıda Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası keçirilir
19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA