Ana səhifə »  Müsahibə »  Azərbaycan xalqının seçimi cənab İlham Əliyevdir
A+   Yenilə  A-
Azərbaycan xalqının seçimi cənab İlham Əliyevdir

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli www.yap.org.az satına müsahibə verib:
- İsa müəllim, məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Sizcə, ölkəmiz bu seçkilərə hansı uğurlarla gedir?
- Müstəqil Azərbaycan dövləti özünün yeni tarixinin məsuliyyətli və şərəfli bir dövrünü yaşayır. Varlığını dünya birliyində isbat etmiş müstəqil dövlətimiz mühüm siyasi-ideoloji və iqtisadi-mədəni təməllər üzərində inkişaf edərək yeni hədəflərə doğru sürətlə addımlayır. Artıq hərtərəfli şəkildə inkişaf etməkdə davam edən müstəqil Azərbaycan dünya birliyində xüsusi çəkiyə malik olan əhəmiyyətli bir ölkə olaraq qəbul edilir. İndi nəinki regionun, ümumiyyətlə qlobal mənada dünyanın ən müxtəlif problemlərinin həllində Azərbaycan Respublikası mötəbər söz sahibidir. Bu gün Azərbaycan Avropa ilə Asiyanı əlaqələndirən ölkə kimi dünyanın Qərb siyasətində də, Şərq tərəfdaşlığında da əsas tarazlıq nöqtələrindən biridir. Müstəqillik qazanmış yeni ölkələr sırasında bütün mənalarda Azərbaycan müstəqil dövlət kimi inkişaf etməyin və səmərəli şəkildə fəaliyyət göstərməyin ən müasir modelidir.
Müstəqil Azərbaycan qısa müddətdə inkişaf etməkdə olan ölkələrin cərgəsindən inkişaf etmiş dövlətlərin sıralarına doğru inamla irəliləməkdədir. Bütün bu mühüm tarixi nailiyyətlərin əldə olunmasının əsas şərtlərindən biri ölkəmizdə siyasi varisliyin təmin olunması, ardıcıl və sistemli dövlət quruculuğunun uğurla həyata keçirilməsi ilə əlaqədardır. Demokratiya pərdəsi altında əslində böyük güclərin maraqlarına xidmət edən mənasız siyasi eksperimentlərin həyata keçirilməsinin yaxın və uzaq ölkələrdə yaratdığı acınacaqlı vəziyyət, dərin böhran və münaqişələr müstəqil dövlətçiliyin Azərbaycan modelinin danılmaz reallıqlarını bir daha diqqət mərkəzinə çəkir. Bu böyük və sürətli inkişafın əsasında Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə formalaşdırdığı möhkəm dövlətçilik təməlləri mühüm yer tutur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycan Respublikasını təməl dövlətçilik prinsipləri zəminində və ardıcıl yaradıcı fəaliyyət əsasında yenidən qurub, sürətlə və hərtərəfli şəkildə inkişaf etdirərək yeni mərhələyə çatdırmağın mümkünlüyünü qəti şəkildə isbat etmişdir. Keçən dövr ərzində aparılmış məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə, inkişaf etmiş və modernləşdirilmiş iqtisadiyyata, güclü hərbi-sənaye kompleksinə malik olan qüdrətli dövlət səviyyəsinə çatdırılmışdır.
- Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir. Partiyamızın namizədinin seçkilərdə şansını necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Dünya təcrübəsindən görünür ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olur, onların bir çoxunun ampluası praktik rəhbərlikdən çox da uzağa gedə bilmir, yaxud da hər hansı bir istiqamətin inkişaf etdirilməsi ilə səciyyələnir. Prezident İlham Əliyev isə bacarıqlı, mükəmməl, qurucu lider olmaqla həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara, hərtərəfli bacarıqlara malik olan mükəmməl dövlət xadimidir. O, mövcud siyasi reallıqları inkişafda olan qlobal ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır. Ona görə də siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da həmişə nikbin və realist görünür və daim irəliyə baxır.
Fikrimizcə, yeni siyasi lider kimi İlham Əliyev səviyyə etibarilə postsovet məkanının sədlərini və miqyasını da çoxdan aşmışdır. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bəyanatlar verdiyi illərdə O, Avropa evi səviyyəsində düşünmək, mesajlar vermək potensialını nümayiş etdirən bir siyasətçi kimi dərk olunmuşdu. Prezident kimi İlham Əliyevin siyasi-ideoloji postulatı artıq böyük dövlətlərin rəhbərlərinin, yaxud çoxillik təcrübəyə malik qəbul olunmuş siyasi xadimlərin səviyyəsi ilə bir sırada dayanır.
Dövlət rəhbərimiz böyük siyasətdə milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, real gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderdir. Buna görədir ki, İlham Əliyevin siyasi baxışları dərin nəzəri səviyyəsi, aydın məntiqi, fəlsəfi çəkisi və praqmatik xarakteri ilə səciyyələnir. Möhtərəm Prezidentin müxtəlif məqamlardakı parlaq nitqləri zamanı müdrikliklə ifadə etdiyi yetkin siyasi tezislər dərin mənalı sərrast aforizmlər kimi səslənir. Böyük siyasətdə aforizm səviyyəsində düşünmək və özünü ifadə etmək yalnız və yalnız ən təcrübəli, uzun yol keçmiş, çox səviyyəli, böyük məktəblər yaratmış siyasətçilərə nəsib ola bilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl siyasətçiyə məxsus olan belə uca məqamı fəth etmək vəzifəsinin öhdəsindən hələ cavan yaşlarında ikən bacarıqla gəldiyini isbat etmişdir.
- Prezident İlham Əliyevin siyasəti həm Azərbaycan məkanında, həm də beynəlxalq müstəvidə konkret məsələlərin, aktual problemlərin həllinə istiqamətləndirilmiş aşkar siyasi fəaliyyət kimi mütəmadi olaraq yeniləşir və zənginləşir...
- XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini, irəliyə doğru inkişafın üfüqlərini aydın görən, siyasi müstəvidə yeni istiqamətlər açan, yol göstərən görkəmli dövlət xadimi İlham Əliyev möhkəm siyasi iradəyə və hərtərəfli yüksək hazırlığa malikdir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi düşüncəsinin və mühüm idarəetmə məharətinin olması dövlətin normal inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır. Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi və vətənpərvərliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.
Böyük və professional bir siyasətçinin dövlət başçısı kimi uğurlu fəaliyyəti təkcə ölkənin və xalqın deyil, elə siyasətin də xeyrinədir. Çünki lokal mənada da, qlobal səviyyədə də faydalı, gərəkli olan siyasət özünüifadə, yaxud özünütəsdiq baxımından münasib meydan tapa bilməyəndə bəzən mücərrəd, utopik, yaxud havadan asılı olan nəzəri-ideoloji təlim olaraq qalır. Ancaq böyük siyasətçi üçün siyasi fəaliyyət dövlətçilik işinin üzvi tərkib hissəsinə çevriləndə daim yeniləşir, təkmilləşir, aşkarlanır və inkişaf edir. Prezident İlham Əliyevin siyasəti də həm Azərbaycan məkanında, həm də beynəlxalq müstəvidə konkret məsələlərin, aktual problemlərin həllinə istiqamətləndirilmiş aşkar siyasi fəaliyyət kimi mütəmadi olaraq yeniləşir və zənginləşir. Ölkə başçımızın qəti siyasi mövqeyi Onun ölkəni irəli aparmaq, cəmiyyəti daim inkişaf etdirmək yollarındakı siyasi iradəsinin real təzahürüdür. Bu mənada inkişafda olan müstəqil Azərbaycanda əldə olunan möhtəşəm nailiyyətlər və beynəlxalq miqyasda ölkə ilə əlaqədar aparılan gündəlik düşünülmüş məqsədyönlü və ardıcıl iş, əldə olunan zəngin təcrübə tükənməz ideya mənbəyi kimi İlham Əliyev siyasətinin aktuallığını və müasirliyini təmin edir.
- Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında, ilk növbədə, həqiqi, geniş dünyagörüşə, sağlam və aydın məntiqi təfəkkürə malik əsl dövlət xadimini görür və yüksək dəyərləndirir. Bu barədə nə deyə bilərsiniz?
- Müasir tarixi mərhələnin meydana çıxardığı mühüm siyasi-ictimai gerçəkliklərin, iqtisadi-hərbi proseslərin, ideoloji-etnik problemlərin mövcud siyasi kursun işığında yenidən dəyərləndirilməsini tələb etdiyi məqamlarda Prezident İlham Əliyev istənilən məsələyə yaradıcı münasibət bəsləməyi, yeni müstəvidən yanaşmağı müvəffəqiyyətlə həyata keçirir. Bu mənada İlham Əliyev daim inkişafda olan müstəqil Azərbaycan dövlətçiliyi təlimini yeni tarixi epoxada qətiyyətlə irəli aparan qüdrətli liderdir.
Məhz bütün bunlara görə O, görkəmli dövlət xadimi və böyük siyasi xadim səviyyəsinə yüksəlmiş, geniş şöhrət və nüfuz qazanan Prezident İlham Əliyev məqamına çatmağı bacarmışdır.
Müstəqillik illərində Azərbaycanda ölkə maraqlarına uyğun məqsədyönlü humanitar siyasət geniş şəkildə həyata keçirilmişdir. Buna görədir ki, ölkəmizdə milli maraqlarla dövlətçilik mənafeləri bir-birini tamamlayır və daha da möhkəmləndirir. Milli-mənəvi dəyərlər, azərbaycançılıq idealı hər bir ölkə vətəndaşı üçün ali meyarlardır. Azərbaycançılıq - milli mədəniyyət və ədəbiyyatın başlıca mahiyyəti və əsas inkişaf istiqamətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən elm siyasəti Azərbaycan elmini və milli ziyalılığın inkişafında yeni bir tarixi mərhələnin formalaşması ilə nəticələnmişdir. Elm, ədəbiyyat və incəsənət xadimlərinə göstərilən yüksək qayğı bu istiqamətlərdə yeni inkişafa stimul vermişdir. Prezident İlham Əliyevin apardığı uğurlu elm siyasəti bütün sahələrdə, xüsusən də humanitar sahədə yeni vətənpərvər nəsilləri meydana çıxarmışdır. Dövlət başçısı tərəfindən təsdiq olunmuş “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ölkə elminin cəmiyyət həyatı, istehsal prosesləri və sahibkarlıq mühiti ilə üzvi əlaqədə inkişaf etdirilməsinə geniş meydan açmışdır.
Müstəqil Azərbaycan Respublikası ölkəmizin çoxəsrlik tarixində bütün sahələr üzrə ən yüksək inkişaf mərhələsinə çatmışdır.
Azərbaycanın yeni tarixi mərhələdəki hərtərəfli və sürətli inkişafı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin konkret əməli nəticəsidir.
İlham Əliyev - yeni mərhələdə Azərbaycanın və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarıdır.
İlham Əliyev - yeni siyasi təfəkkürə və yaradıcı yanaşmalara malik novator dövlət xadimidir.
Xalq amili, milli mənafe, ölkə maraqları İlham Əliyev üçün müqəddəs meyarlardır.
İlham Əliyev - yaxın və uzaq gələcəyi, bütün reallıqları incəliklərinə qədər görən və məharətlə proqnozlaşdırmağı bacaran böyük dövlət xadimidir.
Ölkəmizin və xalqımızın bundan sonrakı mərhələdə İlham Əliyev kimi geniş formatda, böyük masştabda düşünən, xalqına və dövlətinə ürəkdən bağlı olan, yüksək səviyyəli və enerjili dövlət xadiminə ciddi ehtiyacı vardır.
Hazırda Azərbaycanın yaxından iştirakı, maraqları təmin olunmadan, nəzərə alınmadan regionda heç bir problemin həllindən danışmaq olmaz. Dünyada belə yüksək nüfuzu ölkəmizə Prezident İlham Əliyev qazandırmışdır.
Bütün bunlara görə ölkənin rəhbərini seçmək üçün Azərbaycan xalqının yenidən düşünüb-daşınmasına xüsusi bir ehtiyac yoxdur. Xalqımız Prezident seçkisi üçün artıq özünün qəti seçimini etmişdir. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Qurultayında çoxmilyonlu həmkarlar təşkilatı üzvlərinin adından Prezident İlham Əliyevin yenidən ölkə rəhbəri seçilmək üçün yekdilliklə namizəd göstərilməsi dövlət başçımıza olan ümumxalq etimadının real təntənəsidir. Yeni Azərbaycan Partiyasının Qurultayında da siyasi cəbhədəki həmfikirlərimiz özlərinin vahid namizədlərini irəli sürmüşlər: İlham Əliyev! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid namizədidir. Beynəlxalq birlik də, dünya azərbaycanlıları da cənab İlham Əliyevin namizədliyinə ürəkdən dəstək verirlər.
Xalqımız prezident seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış yeniləşmiş möhtəşəm Azərbaycan boyda böyük hesabatla gedir. Müasir Azərbaycan haqqında hesabatın müəllifi Azərbaycan xalqının lideri İlham Əliyevdir.
Ona görə də ölkənin və xalqımızın qarşıdakı prezident seçkilərinə gedərkən qəlbinin dərinliklərindən gələn yalnız bir qərarı vardır: İlham Əliyev!
Uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir. İndiki müdrik seçimin ən böyük nəticəsi daha güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövləti və yüksək xoşbəxt həyat şəraiti qazanmaq imkanları əldə edən, birlik və bərabərlik nümayiş etdirən Azərbaycan xalqı olacaqdır.

 
  • Oxunub:  6630  |  
  • Tarix:  28-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
17 Fevral 11:30
Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər
17 Fevral 11:29
Elçin Əhmədov: Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi
17 Fevral 11:25
Sevinc Fətəliyeva: Məişət zəminində baş vermiş adi kriminal hadisədən sui-istifadə etmək cəhdləri heç bir nəticə verməyəcək
17 Fevral 11:22
Azərbaycan və Almaniya arasında əməkdaşlığın gündəliyi müzakirə olunub
17 Fevral 11:19
Qaradağlı faciəsindən 27 il ötür
17 Fevral 11:18
Münxendə Azərbaycanın xarici işlər naziri ilə Xorvatiya Baş nazirinin müavininin görüşü olub
17 Fevral 11:12
Astanada keçirilən beynəlxalq təhsil sərgisində ADA Universiteti də iştirak edib
17 Fevral 11:08
Azərbaycanın Rusiyadakı səfirliyi: Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik
17 Fevral 11:02
Azərbaycan ilə ABŞ arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb
17 Fevral 10:56
Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib
17 Fevral 10:49
Azərbaycan Balkan Atletika Assosiasiyasına üzv olub
17 Fevral 10:48
Elçin Əhmədov: Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil
16 Fevral 18:22
Naxçıvanda sahibkarlarla görüş olub
16 Fevral 18:17
Депутат Госдумы прокомментировал произошедший в Москве инцидент между азербайджанцами и чеченцами
16 Fevral 18:15
Руководитель азербайджано-российской межпарламентской рабочей группы прокомментировал инцидент между азербайджанцами и чеченцами в Москве
16 Fevral 18:13
Джамбулат Умаров: Мы не допустим разжигания конфликта между азербайджанским и чеченским народами (Эксклюзив)
16 Fevral 15:38
Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb
16 Fevral 15:36
Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib
16 Fevral 15:33
Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 2445 marşal müraciət edib
16 Fevral 14:06
Millət vəkili: Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz
16 Fevral 13:31
Şahin İsmayılov: Ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb
16 Fevral 13:28
Hicran Hüseynova: Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var
16 Fevral 13:21
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16 Fevral 13:16
Ziyad Səmədzadə: Verilən qərarlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib
16 Fevral 12:55
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə edə bilər
16 Fevral 12:52
Gəncədə Region Gənclərinin I Sahibkarlıq Forumu keçirilib
16 Fevral 12:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə yayılan əsassız fikirlərə münasibət bildirib
16 Fevral 12:27
İsmayıl İsmayılov: Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib
16 Fevral 12:25
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
16 Fevral 12:23
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub
16 Fevral 12:21
Nurlana Məmmədzadə: Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı
16 Fevral 10:42
Ermənistan ordusu atəşkəs rejimini 25 dəfə pozub
16 Fevral 10:36
Bundestaqın üzvü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb
16 Fevral 10:32
Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib
16 Fevral 10:25
Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində
16 Fevral 10:23
HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ OLAN MÖHKƏM ƏQİDƏLİ, PRİNSİPİAL VƏ VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT
16 Fevral 10:21
Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
16 Fevral 10:20
General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib
16 Fevral 10:19
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir
16 Fevral 10:14
Medianı öz çirkli əməllərinə alət edən cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar
16 Fevral 10:12
YAP Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbində gənclərlə görüş keçirilib
16 Fevral 10:11
“Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusu tədqiqat müstəvisində
16 Fevral 10:09
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
16 Fevral 10:09
Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir
16 Fevral 10:07
Dövlət Aqrar Ticarət Şirkəti fermerləri Bakıda keçiriləcək Novruz bayramı yarmarkasına dəvət edir
16 Fevral 10:07
Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
16 Fevral 10:06
“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
16 Fevral 10:04
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var
15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+2 +4