Ana səhifə »  Müsahibə »  Cənab İlham Əliyev bütövlükdə xalqımızın, cəmiyyətimizin seçimidir
A+   Yenilə  A-
Cənab İlham Əliyev bütövlükdə xalqımızın, cəmiyyətimizin seçimidir

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev www.yap.org.az saytına müsahibə verib:
- Mehdi müəllim, qarşıdan prezident seçkiləri gəlir. Ölkəmizdə həyata keçirilən sosial siyasət hər zaman yüksək dəyərləndirilir. Eləcə də həyata keçirilən sosial siyasət əlillərin, şəhid ailələrinin, müharibə veteranlarının da sosial rifahının yüksəlişinə zəmin yaradıb. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- 11 aprel prezident seçkiləri olduqca mühüm bir siyasi hadisədir. Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün seçkilər seçici fəallığı ilə seçilib. Təbii ki, bu da xalqımızın görülən işlərə, aparılan siyasətə verdiyi qiymətdən irəli gəlir. Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycan seçicisi əsası Ulu öndərimiz tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətini bəyənir, qiymətləndirir.
İnkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Həyata keçirilmiş tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradıb. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Müharibə şəraiti davam etsə də, Azərbaycan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulub. Hələ müharibə şəraitində yaşaya-yaşaya Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən dəfələrlə artıqdır. Təkcə bu fakt hər şeyi deyir və əlavə statistik məlumatların göstərilməsinə ehtiyac yaranmır.
Bu gün müstəqil Azərbaycan müharibə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən, müharibədə şəhid olan və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır, onlara Prezident təqaüdü verilir. Azərbaycanda artıq çadır şəhərcikləri yoxdur və məcburi köçkünlər artıq çadırda yaşamırlar. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır. Hər keçən gün qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə şəhid olanların ailə üzvləri, fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, müharibə əlillərinə avtomobillər verilir, hər iki statusa malik olanların övladları ali təhsil müəssisələrində dövlət hesabına təhsil alırlar. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir. Bir fakta diqqət çəkmək istəyirəm ki, Prezident İlham Əliyevin müharibə əlillərinə, şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən il bu təbəqələrdən olan 315 nəfərə mənzillər təqdim edilib. Bu evlərin 148-i yeni inşa olunmuş binalardan mənzillər olub, 167 nəfərə isə fərdi yaşayış evi verilib. Bununla da indiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6 mindən çoxdur. Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi hər il əlilliyi olan şəxslərin protez-ortopedik məmulatlarla və reabilitasiya vasitələri ilə təmin olunmasını diqqətdə saxlayır. Bundan başqa, möhtərəm Prezidentimiz bu il martın 13-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bütün bunlar dövlətimizin əlilliyi olan şəxslərə, eləcə də şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan xəbər verir.
- Qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin xalqımız tərəfindən dəstəklənməsinin əsasında hansı amillər dayanır?
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütövlükdə xalqımızın, cəmiyyətimizin seçimidir. Azərbaycan xalqı həyata keçirilən daxili və xarici siyasəti görür, dəyərləndirir. Bu gün xarici siyasət kursumuzun əsasını Dağlıq Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmini təşkil edir. Bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan mütləq üstünlük əldə edib. Möhtərəm Prezidentimizin apardığı hücum diplomatiyası siyasəti Azərbaycan həqiqətlərinin yüksək tribunalardan səslənməsinə, beynəlxalq aləm tərəfindən dəstəklənməsinə yol açıb. Demək olar ki, bütün beynəlxalq təşkilatlar qəbul etdikləri qətnamələrdə Ermənistanın işğalçı ölkə olduğunu xüsusilə vurğulayır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Azərbaycan hüquqi müstəvidə mühüm üstünlüklərə malikdir. Eləcə də Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində də böyük bir yol qət edib. 2016-cı ilin aprelində işğalçı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara verilən cavab, işğal altında olan bir sıra ərazilərimizin azad edilməsi, Lələtəpəyə Azərbaycan bayrağının sancılması Azərbaycan Ordusunun gücünü həm düşmən ölkəyə, həm də bütün dünyaya göstərdi. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri bu faktı düşmən ölkəyə əyani şəkildə nümayiş etdirdi. Azərbaycan Ordusu bu gün regionun ən nizami və texniki cəhətdən təchiz olunmuş ordusu sayılır. Bütün bu üstünlüklər isə məhz Prezidentimizin yürütdüyü dövlət siyasətinin uğurlu nəticələridir.
- Ölkəmizdə keçirilən seçkilər hər zaman şəffaf, azad və demokratik şəraitdə baş tutub. Seçicilərimiz ölkə Prezidentinin siyasi kursunu dəstəkləyirlər. Necə düşünürsünüz, cənab İlham Əliyevə inam və sevgi bu seçkinin də nəticələrində özünü göstərəcəkmi?
- Azərbaycan seçicisinin, Azərbaycan vətəndaşının seçimi birmənalı şəkildə inkişaf və sabitlikdir. Ölkəmizin inkişafının və sabitliyinin əsas təminatçısı isə Prezident İlham Əliyevdir. Bu ilin fevralında bizim təşkilatımız da seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan etdi. Təbii ki, bu dəstəyin arxasında illərdir əlillərə, şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğı dayanır. Bu gün hər bir vətəndaşımız dərk edir ki, Azərbaycanın indiyə qədər əldə etdiyi və bundan sonra da əldə edəcəyi nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev siyasi kursu və bu siyasi kursu uğurla davam etdirən cənab İlham Əliyev dayanır. İnanırıq ki, Prezident İlham Əliyev qarşıdakı illərdə iqtisadi, siyasi və sosial sahələrin daha da yüksək səviyyədə inkişafını təmin edəcək, vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsinə şərait yaradacaq. Ən əsası isə, hər birimiz Ali Baş Komandan İlham Əliyevin Qarabağın işğaldan azad edilməsi üçün həyata keçirdiyi siyasi kursu dəstəkləyirik. Mən bütün seçicilərimizi aprelin 11-də fəal olmağa, seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməyə çağırıram.

 
  • Oxunub:  8250  |  
  • Tarix:  29-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
22 Aprel 13:24
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib - Yenilənəcək
22 Aprel 13:08
Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib
22 Aprel 13:06
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
22 Aprel 12:48
Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub
22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+4 +6