Ana səhifə »  Müsahibə »  Ölkəmizin gələcək inkişafı üçün cənab İlham Əliyevə səs verməliyik
A+   Yenilə  A-
Ölkəmizin gələcək inkişafı üçün cənab İlham Əliyevə səs verməliyik

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov www.yap.org.az saytına müsahibə verib:
- Səməd müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan seçkilərə hansı uğurlarla gedir?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Azərbaycanı beynəlxalq miqyasda demokratik ölkə və etibarlı tərəfdaş kimi tanıdıb. İstər regional, istərsə də beynəlxalq əməkdaşlıq kontekstində Azərbaycan çox mühüm tərəfdaş, aparıcı ölkə kimi çıxış edir. Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr regionun təhlükəsizliyini təmin etməklə yanaşı, yeni əməkdaşlıq platformaları müəyyənləşdirib. Bunun nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri genişlənir və daha da inkişaf edir.
Azərbaycan regionun lider ölkəsi olmaqla yanaşı, həm də davamlı inkişafa malik olan ölkələrdən biridir. Azərbaycanın iqtisadi potensialı mütəmadi olaraq artır, dünya iqtisadiyyatında mövqeyi möhkəmlənir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, bunun nəticəsində əldə edilən inkişaf göstəricilərini və nailiyyətləri yüksək qiymətləndirirlər.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və praqmatik siyasət nəticəsində Azərbaycan həm də beynəlxalq dialoq, əməkdaşlıq məkanına çevrilib. Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənir, ölkəmizə maraq artır. Azərbaycan beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında öz maraqlarının müdafiəsini qətiyyətlə həyata keçirir, ölkəmizin beynəlxalq nüfuzu mütəmadi olaraq artır. Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsini təsəvvür etmək belə mümkün deyil. Ona görə də bu gün dünyanın diqqəti Azərbaycandadır, ölkəmizə olan maraq artıb. Ölkəmiz aprelin 11-də keçiriləcək prezident seçkilərinə məhz bu cür müsbət reallıqlar fonunda gedir. Bu reallıqlar isə Azərbaycan xalqının cənab İlham Əliyevi yekdilliklə dəstəkləməsini şərtləndirir. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin inkişafa, rifaha xidmət edən siyasətini birmənalı şəkildə dəstəkləyirlər.
- Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Bunu təmin edən strateji amil isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursudur. Bu barədə nə düşünürsünüz?
- Əvvəla qeyd edim ki, Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik siyasət həyata keçirilir və bu siyasət nəticəsində Azərbaycanın mövqeyi beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə güclənib. Bu siyasətin nəticəsi kimi, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, beynəlxalq təşkilatlarda söz və nüfuz sahibinə çevrilib. Azərbaycan dünyaya inteqrasiyasını intensivləşdirərək xarici əlaqələrini genişləndirib, Şərqlə Qərb arasında körpü rolunu uğurla yerinə yetirir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın müstəqil dövlət olaraq gücünü daha da artırır.
Azərbaycanın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri ikitərəfli və çoxtərəfli əlaqələrin mütəmadi olaraq genişlənməsidir. Azərbaycan ikitərəfli və çoxşaxəli əlaqələrin sırf beynəlxalq hüquq normaları və milli maraqlar əsasında davam və inkişaf etdirilməsinin tərəfdarıdır. Ötən müddət ərzində həyata keçirilən siyasətin, görülən tədbirlərin nəticəsi kimi, Azərbaycanın mövqeyi beynəlxalq müstəvidə nəzərə alınır, ölkəmizlə əməkdaşlıq əlaqələri gücləndirilir. Azərbaycan bütün məsələlərdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial, qətiyyətli mövqe nümayiş etdirir...
- Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti necə qiymətləndirirsiniz?
- Cənab Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini hər zaman ən mötəbər tribunalardan qətiyyətlə ifadə edir. Dövlətimizin başçısı hər zaman bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda güclü siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib, öz mövqeyini qəti və konkret surətdə ifadə edib.
Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi və digər istiqamətlərdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də Prezident İlham Əliyevin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ problemi heç vaxt gündəmdən çıxarılmayıb. Ən əsası, Dağlıq Qarabağ məsələsini həll etmək üçün Azərbaycan Prezidenti ardıcıl siyasət həyata keçirir. Dövlətimizin başçısı Azərbaycanı yenidən qurur, ordumuzu gücləndirir, iqtisadiyyatı inkişaf etdirir. Yəni bütün bunlar torpaqlarımızın azad olunmasına xidmət edən işlərdir. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmağımız da, Avropa Şurasına sədrlik etməyimiz də Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edən məqamlar olub. Hər iki dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi prioritet olub. Bu gün də Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılır, hücum diplomatiyası qətiyyətlə davam etdirilir. İnanırıq ki, Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqları azad edəcək - ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.
- Səməd müəllim, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirsiniz. İnsanların seçki əhval-ruhiyyəsi necədir?
- Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən görüşlərdə insanlarda yüksək seçki əhval-ruhiyyəsi hiss edilir. Seçicilər birmənalı şəkildə möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəklədiklərini bildirir, Onun rəhbərliyi ilə həyata keçirilən siyasətin inkişafa, yüksəlişə və tərəqqiyə xidmət etdiyini vurğulayırlar. Görünən odur ki, Azərbaycan xalqının seçimi birmənalı şəkildə cənab İlham Əliyevdir. Ümumiyyətlə, ölkəmizin gələcək inkişafı və inamlı sabahı üçün 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməliyik. Cənab İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq.

 
  • Oxunub:  7560  |  
  • Tarix:  29-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
17 Fevral 11:30
Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər
17 Fevral 11:29
Elçin Əhmədov: Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi
17 Fevral 11:25
Sevinc Fətəliyeva: Məişət zəminində baş vermiş adi kriminal hadisədən sui-istifadə etmək cəhdləri heç bir nəticə verməyəcək
17 Fevral 11:22
Azərbaycan və Almaniya arasında əməkdaşlığın gündəliyi müzakirə olunub
17 Fevral 11:19
Qaradağlı faciəsindən 27 il ötür
17 Fevral 11:18
Münxendə Azərbaycanın xarici işlər naziri ilə Xorvatiya Baş nazirinin müavininin görüşü olub
17 Fevral 11:12
Astanada keçirilən beynəlxalq təhsil sərgisində ADA Universiteti də iştirak edib
17 Fevral 11:08
Azərbaycanın Rusiyadakı səfirliyi: Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik
17 Fevral 11:02
Azərbaycan ilə ABŞ arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb
17 Fevral 10:56
Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib
17 Fevral 10:49
Azərbaycan Balkan Atletika Assosiasiyasına üzv olub
17 Fevral 10:48
Elçin Əhmədov: Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil
16 Fevral 18:22
Naxçıvanda sahibkarlarla görüş olub
16 Fevral 18:17
Депутат Госдумы прокомментировал произошедший в Москве инцидент между азербайджанцами и чеченцами
16 Fevral 18:15
Руководитель азербайджано-российской межпарламентской рабочей группы прокомментировал инцидент между азербайджанцами и чеченцами в Москве
16 Fevral 18:13
Джамбулат Умаров: Мы не допустим разжигания конфликта между азербайджанским и чеченским народами (Эксклюзив)
16 Fevral 15:38
Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb
16 Fevral 15:36
Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib
16 Fevral 15:33
Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 2445 marşal müraciət edib
16 Fevral 14:06
Millət vəkili: Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz
16 Fevral 13:31
Şahin İsmayılov: Ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb
16 Fevral 13:28
Hicran Hüseynova: Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var
16 Fevral 13:21
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16 Fevral 13:16
Ziyad Səmədzadə: Verilən qərarlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib
16 Fevral 12:55
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə edə bilər
16 Fevral 12:52
Gəncədə Region Gənclərinin I Sahibkarlıq Forumu keçirilib
16 Fevral 12:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə yayılan əsassız fikirlərə münasibət bildirib
16 Fevral 12:27
İsmayıl İsmayılov: Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib
16 Fevral 12:25
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
16 Fevral 12:23
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub
16 Fevral 12:21
Nurlana Məmmədzadə: Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı
16 Fevral 10:42
Ermənistan ordusu atəşkəs rejimini 25 dəfə pozub
16 Fevral 10:36
Bundestaqın üzvü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb
16 Fevral 10:32
Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib
16 Fevral 10:25
Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində
16 Fevral 10:23
HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ OLAN MÖHKƏM ƏQİDƏLİ, PRİNSİPİAL VƏ VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT
16 Fevral 10:21
Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
16 Fevral 10:20
General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib
16 Fevral 10:19
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir
16 Fevral 10:14
Medianı öz çirkli əməllərinə alət edən cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar
16 Fevral 10:12
YAP Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbində gənclərlə görüş keçirilib
16 Fevral 10:11
“Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusu tədqiqat müstəvisində
16 Fevral 10:09
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
16 Fevral 10:09
Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir
16 Fevral 10:07
Dövlət Aqrar Ticarət Şirkəti fermerləri Bakıda keçiriləcək Novruz bayramı yarmarkasına dəvət edir
16 Fevral 10:07
Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
16 Fevral 10:06
“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
16 Fevral 10:04
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var
15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+2 +4