Ana səhifə »  Müsahibə »  Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir
A+   Yenilə  A-
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir

Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov www.yap.org.az saytına müsahibə verib:
- Anar müəllim, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 100 ili tamam olur. Tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Bunların sırasında miqyasına görə 1918-ci ilin mart ayında törədilmiş qətliamlar daha böyükdür. Ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu barədə sizin düşüncələrinizi bilmək istərdik...
- Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı mühüm siyasi və elmi əhəmiyyət kəsb edən müdrik fikirləri var. Ulu öndərimiz vurğulayırdı ki, Azərbaycan xalqının XX əsrin sonunda əldə etdiyi ən böyük nailiyyətlərdən biri dövlət müstəqilliyinin bərpasıdır. Həqiqətən də, müstəqillik istənilən xalq, o cümlədən Azərbaycan xalqı üçün böyük nemətdir. Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini araşdırmaq, üzləşdiyi faciələri unutmamaq və onlara işıq salmaq imkanı əldə etdi. Bu mənada, XX əsrin 18-20-ci illərində yaşanmış faciələrə də siyasi, elmi və tarixi nöqteyi-nəzərdən işıq salmaq imkanı yarandı. Xüsusilə, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman biz tarixçi alimlər, o cümlədən bu sahədə tədqiqat işi aparan tarixçilər üçün hüquqi əsas yaratdı. Bu, gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin obyektiv öyrənilməsi üçün çox mühüm bir sənəddir. Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, tarixini araşdırmağa haqq qazandı. Bu baxımdan, əlbəttə ki, imzalanan Fərmanın böyük tarixi əhəmiyyəti var.
- Ümumiyyətlə, xalqımıza qarşı törədilmiş soyqırımının tarixi kökləri haqqında nə deyə bilərsiniz? Bu prosesdə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nə dərəcədə rol oynayıb?
- Biz soyqırımından danışanda iki tarixi hökmən vurğulamalıyıq. Birincisi, 1918-ci il 31 mart soyqırımı, ikincisi, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı. Bu soyqırımları ermənilərin xarici havadarları tərəfindən dəstəklənərək, maliyyələşdirilərək, hərbiləşdirilərək həyata keçirilib. Bu prosesin tarixinə gəldikdə isə, qeyd etmək lazımdır ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarında yerləşdirilən ermənilərin iştirakı ilə XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımları törədilib. Yəni bu dövrdən etibarən, hadisələr etnik təmizləmə, deportasiya mərhələsindən soyqırımı mərhələsinə keçib. İlk növbədə, azərbaycanlıların sahib olduqları ərazilər əllərindən alınmağa başlandı. Konkret olaraq, ermənilərin köçürülməsi ilk olaraq İrəvan quberniyası ərazisində başlandı, oraya Naxçıvan qəzasının ərazisi, Zəngəzur qəzasının, Qarabağ xanlığının ərazisi daxil idi. Hətta 1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra 1829-cu ilin 21 martında bu ərazidə erməni vilayəti yaratdılar. Bu hadisələr isə ona gətirib çıxartdı ki, həmin ərazilərdə ermənilərin sayı 1 milyon 300 min nəfərdən çox oldu. Baxmayaraq ki, Gülüstan sülh müqaviləsinə qədər bu ərazidə 1 nəfər də olsun erməni yaşamayıb.
- 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları ilə bağlı fikirlərinizi bilmək istərdik...
- 1918-ci il martın 30-dan aprelin 2-dək Bakı və onun ətraf kəndlərində müsəlman əhalisi məqsədli şəkildə soyqırımına və talanlara məruz qalaraq, 11 mindən artıq günahsız insan qətlə yetirilib. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda “Kaspi” qəzeti redaksiyasını, “Dağıstan”, “İsgəndəriyyə” və “İsmailiyyə”ni yandırmışdılar. “Kaspi” qəzeti redaksiyasında “Qurani-Kərim”in yenicə çap edilmiş 5 min nüsxəsi də yandırıldı.
1918-1920-ci illərdə Zəngəzur qəzasında 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülmüş və ya şikəst edilmişdi. 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92, İrəvan şəhəri və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdi. Lənkəran və Astarada 1000 nəfərdən çox, Salyan və Hacıqabulda 2000 nəfərdən çox, Kürdəmirdə 2000, ümumilikdə 6 minə qədər müsəlman qətlə yetirildi, evləri yandırıldı, əmlakları talan olundu. 1918-ci ilin aprel-may aylarında Şamaxı qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. S.Lalayan və T.Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində bir neçə gündə 8 minə qədər müsəlman qətlə yetirilmiş, 13 məscid, eyni zamanda, səkkiz əsrlik tarixi olan Cümə məscidi yandırılmışdı. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən, ermənilər Şamaxı şəhərində 8100, Şamaxı qəzasının 53 kəndində isə 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur.
Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hal-hazırda mövcud deyildir.
Cənubi Azərbaycanın Urmiya, Xoy, Maku, Səlmas, Təbriz şəhərlərində 100 minə qədər türk-müsəlman qətlə yetirilib.
Bütövlükdə, qəddarlığı baxımından ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir.
- Anar müəllim, soyqırımı ilə bağlı faktları sadaladınız. Bəs xalqımıza qarşı törədilmiş bu soyqırımının tarixi kökləri nədən ibarətdir?
- Tarix boyu ermənilər türk-müsəlman əhalisinə qarşı düşmən düşüncəsində olublar. Yəni ermənilərin xalqımıza qarşı düşmən münasibətinin kökü təkcə XIX-XX əsrlərlə bağlı deyil. Baxmayaraq ki, Osmanlı dövləti, Osmanlıya qədər səlcuqlar, bir sözlə, türklər həmişə onlara tolerant münasibət göstəriblər. Ən çətin məqamda erməniyə əl uzadan türklər olublar, erməni üçün şərait yaradan türk-azərbaycanlılar olublar. Amma ermənilər bizə qarşı həmişə bunun əksini ediblər. Erməni xalqının tanınmış nümayəndəsi Xaçatur Abovyan da dəfələrlə bildirib ki, “türk dili erməni həyatı üçün xüsusi əhəmiyyət daşıyıb. Ermənilər öz dilində ifadə edə bilmədiyini bu dildə ifadə ediblər”. Yəni erməni mütəfəkkirlərinin əksəriyyəti türklər haqqında xoş sözlər deyiblər. Əslində, bunu deməklə heç nə şişirtməyiblər, sadəcə, doğrunu söyləyiblər.
Amma təəssüf ki, həmişə erməni düşüncəsində türk-müsəlmana düşmənçilik təbliğ olunub. Qaragen Njde özünün “Qaragen Njde və onun təlimi” kitabında türk-müsəlmana münasibətini belə bildirir: “Vaxtilə 1919-cu ildə italyanlar Mussolininin simasında faşizmi yaratdılar, amma onlar bir şey edə bilmədilər. 1933-cü ildə Hitler almanların simasında nasizmi yaratdı, o da bir şey edə bilmədi. Amma biz nə istəyirik? Dünyada sonuncu türk lal-kar, kor olsa belə, biz onu öldürməliyik”. Yəni erməni ideologiyasında rəhm deyilən bir şey yoxdur. Necə ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı qətliamı buna əyani misaldır. Xocalıda ermənilər insanlığa qarşı ən dəhşətli qəddarlığı etdilər. Birinci Dünya Müharibəsi başlanan dövrdə ermənilər hesab edirdilər ki, öz məqsədlərinə çatmaq üçün münbit şərait yaranıb. Onların düşüncəsinə görə, müdafiə etdikləri çar Rusiyası müharibədən qalib çıxsa, Osmanlı ərazisində Cənubi Qafqaz da daxil olmaqla “böyük Ermənistan” dövləti yaratmaq olar. Öz məqsədlərini reallaşdırmaq üçün isə bu torpaqlarda yaşayan türk-müsəlmanları məhv etməyi planlaşdırırdılar. 1914-1918-ci illər ərzində Osmanlı ərazisində öz maraqlarını təmin edə bilməyən, dövlət yarada bilməyən erməni silahlı dəstələri Şimali, Cənubi və Qərbi Azərbaycanda on minlərlə türk-müsəlmanı qətlə yetirdilər. Qətlə yetirilənlər isə dinc əhali idi. Hansı ki, bu əhali vaxtilə ermənilərə torpaq, yaşamaq üçün yer-yurd vermişdi. Bu proseslərin ən dəhşətlisi 1918-ci ildə baş verən mart soyqırımıdır. Ermənilər həmin vaxt Bakı şəhərində martın 30-dan aprelin 2-dək kütləvi qətliam törətdilər ki, bunun adı soyqırımıdır.
- Azərbaycan Prezidenti İlham Əliyev bu ilin yanvar ayında “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamın tarixi əhəmiyyəti nədən ibarətdir?
- Şübhəsiz ki, dövlət başçısının bu Sərəncamı böyük tarixi əhəmiyyət kəsb edir. Çünki bununla da nəinki ölkəmizdə, eyni zamanda, beynəlxalq miqyasda ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli soyqırımına nəzər salınır, bu məsələ yenidən gündəmə gətirilir. Bununla da, dünya ictimaiyyəti əsl tarixi həqiqətləri öyrənmiş olur.
Sərəncamda vurğulandığı kimi, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb.
Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.
Sərəncama əsasən respublikamızda və xarici ölkələrdə azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər həyata keçirilir. Bütün bunlar isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.
Tarixçi alimlərimiz də bu baxımdan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycanlıların soyqırımı ilə əlaqədar xeyli sayda tədqiqat əsərləri nəşr olunub, sənədli filmlər çəkilib. Müxtəlif dillərə tərcümə olunan əsərlər ayrı-ayrı dövlətlərin kitabxanalarında var. Biz bununla dünyaya sübut etmək istəyirik ki, əslində, soyqırımına məruz qalan azərbaycanlılardır. Dünya ictimaiyyəti həqiqi soyqırımının ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini bilməli və bunu qəbul etməlidir. Biz həqiqəti deyirik. Və həqiqət uğrunda da mübarizəmizi davam etdiririk. Bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Heç kim tarixi saxtalaşdıra bilməz. Ona görə də biz haqq işimizi yorulmadan davam etdirəcəyik.

 
  • Oxunub:  4410  |  
  • Tarix:  31-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb
12:35
21 Sentyabr
Jalə Əliyeva: Beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir
12:33
21 Sentyabr
Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi
12:30
21 Sentyabr
BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib
12:18
21 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
12:17
21 Sentyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
12:08
21 Sentyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb
12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20