Ana səhifə »  Müsahibə »  Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir
A+   Yenilə  A-
Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov www.yap.org.az saytına müsahibə verib:
- Yaqub müəllim, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti və mövcud ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- İnanırıq ki, aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək İlham Əliyevin lehinə səs verəcək. Belə qənaətə gəlməyin əsas səbəbi odur ki, İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan iqtisadi, sosial və digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti yüksəlib və ölkəmizin beynəlxalq aləmdə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu reallıqlar İlham Əliyevin siyasi reytinqini kifayət qədər yüksək səviyyəyə qaldırıb. Xalqımız bu siyasəti qətiyyətlə dəstəkləyir.
Qlobal siyasi və hərbi kataklizmlərə baxmayaraq, Azərbaycan sabitlik adası olaraq qalmaqdadır. Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycan Respublikası Cənubi Qafqazın aparıcı dövlətinə çevrilib. Hazırda Azərbaycan dünyanın həsəd aparacağı ölkələrdən biridir. İctimai-siyasi sabitlik və əmin-amanlıq Azərbaycanın inkişafının təməl prinsiplərindən biridir.
Həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatımız yeni keyfiyyət mərhələsinə daxil olub. Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb.
Seçkilər hər bir demokratik ölkənin həyatında mühüm siyasi hadisə sayılır. Təəssüf ki, biz bu dönəmdə də Azərbaycana qarşı bəlli siyasi mərkəzlərin həyata keçirmək istədikləri qarayaxma cəhdlərini görürük. Lakin Azərbaycan cəmiyyəti ayıqdır.
Beləliklə, Azərbaycanda növbəti prezident seçkiləri ərəfəsində cəmiyyətimizin iqtisadi, ictimai-siyasi, mənəvi-psixoloji durumu və mənzərəsi kifayət qədər ürəkaçandır. Ən başlıcası isə, insanlar inkişafımızın davamlı olduğunu bilirlər və optimist hisslər formalaşır. Bir sözlə, mövcud ictimai-siyasi mənzərə özündə yüksək əhval-ruhiyyəni ehtiva edir.
Bu gün Azərbaycan cəmiyyətini narahat edən yeganə məsələ torpaqlarımızın bir qisminin işğal altında olmasıdır. Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər nizama salınmaması hər bir vətəndaşımızı dərindən narahat edir. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa öz mövqelərini qəti şəkildə bildirməlidirlər. Beynəlxalq güc mərkəzləri və müvafiq təşkilatlar Ermənistanın işğalçı faşist rejiminə təzyiq göstərmir.
- Prezident İlham Əliyevin xalqımız və dövlətimiz qarşısındakı mühüm xidmətlərindən biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılmasıdır. Bu barədə nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan həqiqətləri, o cümlədən tarixi reallıqlar dünya ictimaiyyətinə çatdırılıb. Ulu öndər Heydər Əliyev kimi, Prezident İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan, inkişaf etdirən dövlət başçısı və tarix yaradan tarixi şəxsiyyətdir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi-tədqiqat fəaliyyəti də ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 14 ildə Tarix İnstitutunda 400-dən çox tədqiqat əsəri işıq üzü görüb.
İlham Əliyev xalqımıza “26 Bakı komissarı” adı ilə təqdim olunmuş və Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab edib. İlham Əliyevin Prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.
Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hər il 28 May - Respublika Günündə ölkəmizin qabaqcıl elm və mədəniyyət xadimlərinə, ziyalılarına dövlət mükafatları təqdim olunur. 2012-ci ildəki ənənəvi qəbulda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib.
Azərbaycan Prezidentinin sayəsində tarix elmini müstəqil inkişaf yoluna çıxara bilmişik. Biz keçmişdə qadağan edilən mövzulara onlarla əsər həsr etmişik və saxtalaşdırılmış məsələlərə yenidən baxmışıq. İnstitut “Azərbaycan tarixi atlası”nı buraxıb, “Azərbaycanın milli atlası”na isə 85 tarix xəritəsi daxil edib. İrəvan xanlığının tarixini araşdırmaqla ermənilərə dünya miqyasında sübut etmişik ki, bugünkü Ermənistan dövləti Azərbaycanın tarixi torpaqlarında yaradılıb.
Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizlə bağlı atılan mühüm addımlardandır. İnstitutda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Xalq Cümhuriyyəti tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Son illərdə nəşr olunmuş onlarla fundamental tədqiqat əsəri, o cümlədən “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb.
Prezidentin təşəbbüsü və himayəsi ilə hər il Azərbaycanda dünya tarixçilərinin Beynəlxalq soyqırımı konfransları keçirilir. Tarix İnstitutu Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımları ilə bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirib.
- Azərbaycan Prezidenti bütün milli məsələlərdə, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Prezident İlham Əliyev hər zaman yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa edir və bəyan edir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək.
Prezidentimizin dəfələrlə “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunacağına ümidləri daha da artırır.
Dağlıq Qarabağ probleminin yoluna qoyulması ilə bağlı rəsmi Bakının təklifləri konstruktivdir. Bu, ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı Ermənistanın hərbi qüvvələri zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalıdırlar. Öz ata-baba yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız isə doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın gələcək statusu barədə danışmaq olar. Prezident İlham Əliyev 2016-cı ildə “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Dağlıq Qarabağ problemi ilə bağlı bunları deyib: “Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyil və ola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük”.
Bugünkü Azərbaycan XX əsrin 90-cı illərinin Azərbaycanı deyil. 2016-cı ilin aprel döyüşlərində düşməni əzən, hərbi baxımdan xeyli sayda strateji yüksəklikləri, ümumən isə 2 min hektara qədər işğal altında olan ərazimizi azad edən Azərbaycan Ordusu isə inkişaf edən Azərbaycanın real mənzərəsidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Ordusu bir çox məsələlərin həlli üçün ciddi potensiala malikdir. Bəli, Azərbaycan Ermənistan qarşısında böyük hərbi üstünlüyə malikdir.
Əsas məqsədimiz işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Biz tarixçilər inanırıq ki, xalqımız nəinki Qarabağdakı yurd yerlərinə, həmçinin gələcəkdə İrəvan, Zəngəzur və Göyçə ellərinə də qayıdacaq. İlham Əliyevin ətrafında sıx birləşməklə biz bu qələbələrə hökmən nail olacağıq.
- Yaqub müəllim, mövcud reallıqlar və perspektiv hədəflər fonunda, sizcə, aprelin 11-də Azərbaycan xalqının seçimi necə olacaq?
- Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir. İlham Əliyevin əsas təbliğatçısı son 15 ildə əldə olunan böyük uğurlardır. Vətəndaşlarımız bu uğurları öz həyatlarında hiss edirlər. Biz insanların bu əhval-ruhiyyəsini bilirik və buna istinad edərək xalqın İlham Əliyevə səs verəcəyinə əminik. İlham Əliyevə səs vermək Azərbaycanın tarixinə sahib çıxmağa və inkişafımızın davamlı olmasına səs verməkdir. Xalqımızı Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyirəm.
Müasir inkişafın Azərbaycan modeli ilə bu gün bütün dünya maraqlanır. Bu modelin müəllifi isə Heydər Əliyevin siyasi varisi olan dövlətimizin başçısı İlham Əliyevdir. Bütün xalqımızı 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırıram!

 
  • Oxunub:  7410  |  
  • Tarix:  31-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 17:46
Əfqanıstan müharibəsində həlak olan və itkin düşmüş hərbi qulluqçuların ailələrinə verilən Prezident təqaüdü artırılıb
21 Fevral 17:39
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi olub
21 Fevral 17:31
Rob Sobhani: Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu
21 Fevral 17:28
İsa Həbibbəyli: Təhsil ictimaiyyəti cənab Prezidentin müstəqil dövlətimizin parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir
21 Fevral 17:14
ADNSU-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
21 Fevral 17:03
“Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin təqdimatı olub
21 Fevral 16:57
Rauf Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu gücləndirir
21 Fevral 16:53
Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
21 Fevral 16:52
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini tolerantlıq barədə məlumatlandırılıb
21 Fevral 16:50
Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq
21 Fevral 16:39
Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib
21 Fevral 16:26
Azərbaycan nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir
21 Fevral 16:21
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
21 Fevral 16:18
Anar Quliyev: Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq
21 Fevral 16:12
ATƏT məkanında münaqişələrin həlli yalnız konstruktiv dialoq sayəsində mümkündür
21 Fevral 16:10
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Atatürk Liseyində olub
21 Fevral 15:59
Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
21 Fevral 15:51
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub
21 Fevral 15:38
“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib
21 Fevral 15:35
Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib
21 Fevral 15:32
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək
21 Fevral 15:29
Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq
21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
21 Fevral 10:53
Sabirabad Sənaye Məhəlləsinin bu ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur
21 Fevral 10:47
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub
21 Fevral 10:40
SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub
21 Fevral 10:17
Eduard Matoko: Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır
21 Fevral 10:11
Azərbaycan və Avstriyanı uzun illərdən bəri möhkəm dostluq əlaqələri bağlayır
21 Fevral 10:09
ATƏT PA–nın İpək Yoluna Dəstək Qrupunun Avstriyada keçirdiyi toplantıda mühüm qərarlar qəbul edilib
21 Fevral 10:07
Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
21 Fevral 10:05
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
21 Fevral 09:57
Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib
21 Fevral 09:55
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib
21 Fevral 09:50
AzMİU-da Karyera sərgisi təşkil olunub
21 Fevral 09:49
Azərbaycan və çeçen xalqları arasında dostluq, qardaşlıq münasibətləri möhkəm təməllərə əsaslanır
21 Fevral 09:49
BSU-nun tələbələri ölkəmizi Çelyabinskdə layiqincə təmsil ediblər
21 Fevral 09:48
Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir
21 Fevral 09:47
162 saylı məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirilib
21 Fevral 09:46
“UNEC-100” - Strateji idarəetmə
21 Fevral 09:46
ABŞ-dakı yəhudi diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+2 +5