Ana səhifə »  Müsahibə »  Cənab İlham Əliyevə səs vermək inkişafı, rifahı, yüksəlişi və tərəqqini seçməkdir
A+   Yenilə  A-
Cənab İlham Əliyevə səs vermək inkişafı, rifahı, yüksəlişi və tərəqqini seçməkdir

Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva www.yap.org.az saytına müsahibə verib:
- Səkinə xanım, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan seçkilərə mühüm nailiyyətlərin fonunda gedir. Ölkəmizin ötən müddət ərzində siyasi və iqtisadi müstəvidə əldə etdiyi nailiyyətlər barədə fikirləriniz nədən ibarətdir?
- Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Azərbaycanın müstəqillik əldə etdikdən sonra tarixin səhnəsində özünəməxsus yer tutmasını, öz müstəqilliyini qoruyub saxlamasını təmin edən amil məhz lider faktoru olmuşdur. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çoxsaylı siyasi, iqtisadi, humanitar və digər xarakterli problemlərlə üzləşən Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri, uzaqgörən siyasəti sayəsində mümkün olub. Tarix şəxsiyyətləri xalqı qarşısında xidmətlərinə görə dəyərləndirir. Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini məhz xalqa xidmət təşkil edib. Onun Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri məhz ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması olub. Öz gücünü xalqın dəstəyindən alan və milli siyasi iradəni təmsil edən Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyinin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. Partiyamız Ulu öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək zəngin və şərəfli yol keçib, milli inkişafa xidmət edən bu siyasətini bu gün də uğurla davam etdirir. Partiyamızın Sədri, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və səmərəli siyasi kurs, sistemli və kompleks tədbirlər Azərbaycanın inkişafının təminatçısıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.
Hər bir liderin - ölkə başçısının fəaliyyətinin nəticələri xalqın rifahı və ölkənin inkişaf səviyyəsi ilə bağlı qazanılan nailiyyətlər əsasında qiymətləndirilir. Prezident İlham Əliyevin fəaliyyətinin əsasında duran ali məqsəd - prioritet istiqamət vətəndaşların rifah halının yaxşılaşdırılması, iqtisadi inkişafın güclü sosial siyasətlə tamamlanmasıdır. Ölkə başçısının sosial dövlət fəlsəfəsi hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsidir. Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, bu istiqamətdə ötən müddət ərzində ölkənin inkişafı ilə bağlı Dövlət proqramları uğurla icra olunub, son 15 ildə respublika üzrə təxminən 1,9 milyon yeni iş yeri yaradılıb, yoxsulluq 50 faizdən 5 faizədək azaldılıb, işsizlik isə 5 faizdir. Prezident İlham Əliyev həmçinin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Son 15 ildə qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi ilə səmərəli və məqsədyönlü sosial siyasətin həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Hələ 2003-cü ildə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev verdiyi bütün vədlərə əməl edərək xalqın rifah halının yaxşılaşmasına, dövlətimizin qüdrətinin artmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail oldu, ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açıldı. İndi Azərbaycanın perspektivi parlaq - gələcəyi işıqlıdır, xalqın sabaha inamı güclüdür, ölkəmiz inkişaf yolunda gələcəyə doğru əmin addımlarla irəliləyir.
- Azərbaycanda biznes mühitinin inkişafına və sahibkarların fəaliyyətinə dövlət tərəfindən böyük dəstək verilir. Bunun əsasında duran amil isə dövlət başçısının güclü siyasi iradəsidir. Bununla bağlı nə deyə bilərsiniz?
- Ümummilli liderimiz Heydər Əliyev qeyd edib ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət iqtisadiyyatın dayanıqlı inkişafını təmin edib və bütün sahələrdə qazanılan uğurların təməlində bu amil dayanır. Ötən müddət ərzində strateji valyuta ehtiyatlarının 23 dəfədən çox artaraq 44 milyard dollara çatması həyata keçirilən iqtisadi siyasətin səmərəli nəticələridir.
Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, sahibkarlığın maliyyə təminatının artırılması və digər amillər qeyri-neft sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib. Prezident İlham Əliyev şəxsən sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında iştirak edir. Sahibkarlar isə onların fəaliyyətinə dövlət tərəfindən dəstəyin göstərilməsini yüksək qiymətləndirirlər. Bu isə sahibkarların sosial məsuliyyətinin artırılmasına təkan verir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Bu, yeni müəssisələrin və iş yerlərinin yaradılması, iqtisadiyyatda özəl sektorun payının artması baxımından böyük əhəmiyyətə malikdir. Hazırda özəl bölmənin ümumi daxili məhsuldakı payı 80 faizdən çoxdur, məşğulluqda isə 75 faizi ötüb. Bundan başqa, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamına uyğun olaraq görülən işlər özəl sektorun inkişafına təkan verib. Ölkəmizdə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddətinin 2021-ci ilədək uzadılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi, lisenziyaların müddətsiz müəyyən edilməsi, dövlət rüsumunun məbləğinın Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılması, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinin təmin olunması bu sahədə reallaşdırılan əhəmiyyətli tədbirlər sırasındadır. Eyni zamanda, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün strateji əhəmiyyətli addımdır.
Sadalananlarla yanaşı, yerli və xarici iş adamlarının ölkə daxilində uğurla fəaliyyət göstərməsi investisiyaların artmasına da təkan verib. Son 15 ildə daxili və xarici mənbələrdən respublikamıza 231 milyard dollar həcmində investisiyalar yönəldilib. Prezident İlham Əliyev “Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır” deyib. Həqiqətən də, bu gün Azərbaycan nümunəsi və təcrübəsi bu fikri təsdiq edir. Dövlətin xüsusi diqqəti və dəstəyi sayəsində sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşıb, bu isə nəticə etibarilə, Azərbaycanın tərəqqisi üçün müstəsna əhəmiyyətə malikdir.
- Səkinə xanım, Azərbaycanda qadın sahibkarlar əsasən hansı sahələrdə fəaliyyət göstərirlər, qeyri-neft sektorunun inkişafı istiqamətində hansı işlər görür və bu prosesə nə kimi töhfələr verirlər?
- Azərbaycanda qadın sahibkarlar, əsas etibarilə, müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bu, daha çox qeyri-neft sektorunu əhatə edir. Son illərin tendensiyaları göstərir ki, sahibkarlıqla məşğul olan qadınların sayı əhəmiyyətli dərəcədə artıb. Azərbaycan qadınları səmərəli fəaliyyətləri, o cümlədən sahibkarlıq fəaliyyəti ilə ölkənin iqtisadi həyatına öz töhfələrini verirlər.
Bir məqamı xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsinin icrası çərçivəsində Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının yaradılması qadın sahibkarlığının inkişafında, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində mühüm əhəmiyyətə malikdir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkənin ixrac imkanlarının genişləndirilməsi qadınların sahibkarlıq sahəsində fəallığının artırılması baxımından xüsusi önəm daşıyır. İqtisadiyyatın bütün sahələrində qadınlarımızın böyük əməyi var. Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası regionlarda pambıqçılığın inkişaf etdirilməsi, yeni zavod və fabriklərin yaradılması, onların məhsullarının xaricə ixrac olunması, qadınlar arasında savadlı və təcrübəli mütəxəssislərin hazırlanması istiqamətində konkret vəzifələrin yerinə yetirilməsi üçün öz fəaliyyətini uğurla davam etdirir.
- Sizcə, seçkilərdə Azərbaycan sahibkarlarının seçimi necə olacaq?
- Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının yox, bütövlükdə xalqın namizədidir. Çünki cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir və cəmiyyət yekdilliklə Onun siyasətini dəstəkləyir. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi dəyərləndirir. Bu isə Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir.
Əminliklə söyləmək olar ki, cənab İlham Əliyevin yenidən Prezident seçilməsi ölkədə həyata keçirilən genişmiqyaslı islahatların və inkişaf siyasətinin uğurla davam etdirilməsinə imkan yaradacaq. Nəzərə alsaq ki, Azərbaycan bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli və uğurlu inkişaf yolu keçib, bu siyasətin davam etdirilməsi ölkəmizin yeni nailiyyətlər əldə etməsinə, insanların rifah halının daha da yaxşılaşmasına, beynəlxalq nüfuzunun artmasına səbəb olacaq. Bu səbəbdən Azərbaycan cəmiyyətinin digər nümayəndələri kimi, sahibkarlar da bu siyasətin davamlı olmasını istəyir, cənab İlham Əliyevi dəstəklədiklərini birmənalı şəkildə ifadə edirlər. Düşünürəm ki, cənab İlham Əliyevə səs vermək inkişafı, rifahı, yüksəlişi və tərəqqini seçməkdir. Azərbaycan sahibkarlarının seçimi məhz cənab İlham Əliyev olacaq!

 
  • Oxunub:  6630  |  
  • Tarix:  03-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub
20:31
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
20:26
19 Noyabr
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
20:20
19 Noyabr
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
17:54
19 Noyabr
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “XXI əsr: Modern cəmiyyət-insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib
17:52
19 Noyabr
Hicran Hüseynova: Ölkəmizin qoşulduğu konvensiyalarda gender məsələsi də xüsusi yer tutur
17:49
19 Noyabr
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
17:39
19 Noyabr
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
17:34
19 Noyabr
Ekspert: Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
17:31
19 Noyabr
Nazir: TANAP Türkiyənin enerji mərkəzinə çevrilmə yolunda etibarlı addımlarla irəlilədiyinin bariz nümunəsidir
17:26
19 Noyabr
İtaliyalı diplomata azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib
17:25
19 Noyabr
İran XİN: Azərbaycan-İran əlaqələrinin inkişafı regionda sülhün davamlı olmasına xidmət edir
17:14
19 Noyabr
Filologiya problemləri üzrə elmi şuranın növbəti iclasında 27 dissertasiya mövzusu təsdiqlənib
17:04
19 Noyabr
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
16:59
19 Noyabr
İlham Məmmədov: Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ümumxalq partiyası statusunu daha da mohkəmləndirib
16:46
19 Noyabr
İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib
16:44
19 Noyabr
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
16:22
19 Noyabr
Ülvi Quliyev: Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər
16:17
19 Noyabr
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
16:07
19 Noyabr
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15:56
19 Noyabr
Ekspert: 2019-cu ilin dövlət büdcəsi növbəti ilin iqtisadiyyatında artım tempinə uyğunlaşdırılmış maliyyə sənədi kimi xarakterizə olunmalıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA