Ana səhifə »  Müsahibə »  Cənab İlham Əliyev Öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır
A+   Yenilə  A-
Cənab İlham Əliyev Öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, professor Nurlana Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Nurlana xanım, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Müasir müstəqil Azərbaycan seçkilərə hansı reallıqlar fonunda gedir?
- Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilmiş VI qurultayı milli dövlətçilik tariximizdə yeni bir səhifə açdı. Azərbaycanın müstəqillik dönəmində böyük yeri və rolu olmuş, hüquqi dövlət quruculuğu proseslərinə, ölkəmizin demokratik inkişafına mühüm töhfələr vermiş bu partiya 11 aprel prezident seçkiləri ərəfəsində elan etdiyi mühüm qərarı ilə hər zamankı kimi, yenə də ümumən Azərbaycan xalqının istək və arzularının tərcümanına çevrildi. Azərbaycan Respublikasının Prezidentliyinə xalqımızın tarix boyu yetişdirdiyi ən uğurlu liderlərdən olan cənab İlham Əliyevin namizədliyini irəli sürməklə Vətənin gələcəyini növbəti 7 il müddətinə də əmin əllərə etibar etdi.
Bununla Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin bir zamanlar dilə gətirdiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” inamı bir daha özünü doğrultdu. Ulu öndərin bu inamında Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərindən qədəm basdığı çətin və şərəfli müstəqillik yolu, qarşıya qoyulmuş böyük milli hədəflər görünürdü. Heydər Əliyev ideyaları işığında təşəkkül tapmış Yeni Azərbaycan Partiyası çətin sınaqlarla dolu dünənimizdə tutduğu düzgün yolla, bu qurumda bir araya gəlmiş vətənpərvər, yüksək dövlətçilik təfəkkürünə malik insanların doğru qərarları ilə cəmiyyəti aydınlığa çıxardı. Dünyanın böyük azərbaycanlısı Heydər Əliyevin müəllifliyi ilə yaradılan, müstəqillik tariximizə mühüm töhfələri ilə seçilən partiyamız özü də bu tarixin şərəfli parçasına çevrildi.
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində ən qüdrətli çağlarını yaşayan müstəqil Azərbaycan dövlətinin bugünkü yüksəlişində də Yeni Azərbaycan Partiyasının möhtəşəm imzası var. Bu yüksəliş, tərəqqi Heydər Əliyev partiyasının gələcəyə baxışından, cəmiyyətə təlqin etdiyi dəyərlərdən, ən mühümü isə, ona rəhbərlik edən Liderin şəxsiyyətindən, mənəvi keyfiyyətlərindən başlanır. Yeni Azərbaycan Partiyası ona görə dünənin, bu günün və gələcəyin partiyasıdır ki, bu partiyanın liderləri Vətənin dünənini tarixiləşdirən, bu gününə rifah, tərəqqi gətirən və gələcəyini aydınlaşdıran şəxsiyyətlərdir.
Partiyanın VI qurultayında cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycanın güclü Liderin ardınca xoşbəxt gələcəyə doğru tutduğu yolun ardıcıllığını, milli dövlətçilik tariximizin davamlılığını, müstəqilliyimizin əbədiliyini təmin etdi.
- Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2018-ci illər tərəqqi və sabitlik dövrü kimi xarakterizə olunur. Ötən müddət ərzində Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunu necə qiymətləndirirsiniz?
- 2003-cü ildən bəri yaşadığımız tarixin uğur və inkişaf reallıqları, dövlətimizin başçısının rəhbərliyi ilə dəyişən, yeniləşən Azərbaycanın hər bir nailiyyəti “niyə məhz İlham Əliyev?” sualına dolğun cavabdır. Bu mənada, bir sıra nüanslara toxunmaq məqsədəmüvafiqdir.
Əvvəla, prezident seçkilərinə namizədin müəyyənləşdirilməsi və ona dəstək verilməsi kimi mühüm qərar anında insanların gözü ən güclü lideri axtarır. Cəmiyyət onun meyarlarına uyğun şəxsiyyət ətrafında bir araya gəlib, siyasi hazırlıq səviyyəsini, uzaqgörənliyini, təkcə milli məkan hüdudlarına deyil, ümumilikdə dünyaya sülh və rifah arzusunu bir lider kimi onun mənəvi keyfiyyətlərində ifadə edir.
Etiraf edək ki, bu gün bütün dünyada sanki bir lider böhranı yaşanmaqdadır. Əsrlər boyu böyük liderlərin, parlaq şəxsiyyətlərin zəka gücü ilə qüdrətli dövlətlər, örnək olası cəmiyyətlər qurmuş toplumlar artıq elə bil lidersiz idarəetmə eksperimentlərinə başlayıblar. Bunun acı nəticələri isə dünyanın üzləşdiyi gözlənilməz durumlar, Yer üzərində getdikcə artan gərginliklərdir.
Dünyada lider böhranının müşahidə edildiyi müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsl liderlik xüsusiyyətlərini Öz şəxsində qoruyan, bu xüsusiyyətləri xalqımıza xas yüksək mənəvi-əxlaqi normalarla uzlaşdıran və bütün dünyada nümunə yaradan, çox az sayda tanınan parlaq siyasət adamlarındandır. Cənab İlham Əliyev Öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır. Yeni minilliyin başlanğıcında bu statusun dəyər və meyarlarını formalaşdırır. Bir tərəfdən klassik liderlik konsepsiyası, digər tərəfdən də müasir liderlərə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla O, əsl liderin bütün keyfiyyətlərini Özünün mənəvi və siyasi simasında təcəssüm etdirə bilir.
Cənab İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri, həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını Onun siyasi portretində tapa bilir.
- Bu gün əminliklə söyləmək olar ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət cəmiyyət üzvlərinin arzularının ifadəçisi olmaqla yanaşı, xalqımızın və dövlətimizin ali mənafeyinə xidmət edir. Bu barədə nə düşünürsünüz?
- Cənab İlham Əliyev xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin mənəvi-siyasi irsinin davamçısıdır. Dövlətə rəhbərlik missiyasına “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” bəyanatı ilə başlayan cənab İlham Əliyev bu illərdə ölkə başçısı kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirdi. Xalq qarşısında vədlərinə əməl etdi. Bu illəri Azərbaycanın sürətli inkişaf mərhələsinə çevirdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir nailiyyət Ulu öndər Heydər Əliyevin zəkasının təcəssümüdür, Onun milli tərəqqi ideyalarının təzahürüdür. Cənab İlham Əliyevin 2003-cü ildə Prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolunda yeni bir mərhələ yaratdı. Ölkədə demokratikləşmə prosesləri geniş vüsət aldı. Cəmiyyətdə milli vəhdət daha da möhkəmləndi. Ölkəmizin qlobal proseslərə inteqrasiyası daha intensiv xarakter aldı. Azərbaycanın iqtisadi yüksəlişi üçün mühüm sosial-siyasi baza yarandı. Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələrə səbəb oldu, səmərəli islahatlar ardıcıl xarakter daşıdı.
Cənab İlham Əliyevin 2003-cü ildən bəri Azərbaycana rəhbərlik etdiyi dövr milli dövlətçilik tariximizdə böyük bir intibah mərhələsinin başlanğıcıdır. Bu illər ərzində uğurla həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının 3 dəfədən çox artımına şərait yaradıb. Azərbaycan dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına malik olan ölkə kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini - inkişafın Azərbaycan modelini təqdim etməyə müvəffəq olub.
- Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrü xarakterizə edən mühüm reallıqlardan biri də sosial infrastruktur quruculuğunun uğurla həyata keçirilməsidir...
- Bir liderin inkişaf hədəflərini, ölkənin və xalqın gələcəyi ilə bağlı uzaqgörən planlarını duymaq üçün onun maarifin, təhsilin tərəqqisinə diqqətini və qayğısını görmək kifayətdir. Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə bütün ölkə boyunca 3100 müasir məktəb inşa olunub. Azərbaycan tarixinin heç bir çağında belə bir fakta təsadüf etmək mümkün deyil. O, ölkəmizdə ən müasir təhsil standartlarına cavab verən bir sıra yeni təhsil müəssisələrinin, təhsil və elm mərkəzlərinin də yaradıcısıdır. Bu mənada, cənab İlham Əliyev zəmanəsinin ziyalısı, maarifçisidir.
Azərbaycan Prezidenti inşa etdirdiyi, yenidən qurduğu xəstəxanalarla, idman və mədəniyyət kompleksləri ilə, çəkdirdiyi yollarla, saldığı körpülərlə, ölkənin ən ucqar nöqtələrinə qədər gedib çıxan infrastruktur layihələri ilə insanlarımızın həyatına inkişaf, müasirlik gətirir. Zamanın sürəti ilə ayaqlaşa bilməkdən ötrü vətəndaşlarımıza imkanlar yaradır.
Çox vaxt möcüzələrə inanmırıq. Amma Vətənə, xalqa sevginin gücü, siyasi iradənin, qətiyyətin səfərbəredici təsiri bəzən elə nəticələr yaradır ki, onu bu nəticələrə sərf olunmuş zamanla uzlaşdıranda mahiyyətcə ancaq möcüzə kimi dəyərləndirə bilirsən. Çünki təkcə 2003-2017-ci illər ərzində Azərbaycanda 3100 məktəbin tikilməsi, yaxud əsaslı surətdə təmirindən başqa, 642 xəstəxananın da yenidən qurulması, 43 müasir idman kompleksinin yaradılması, 12,3 min kilometr müasir yolun, 443 körpünün və yol qovşağının istifadəyə verilməsi, ölkə üzrə qazlaşdırmanın 93 faizə çatdırılması, əhalinin içməli su ilə təminatının 67 faizə yüksəlməsi, həqiqətən, möcüzəvi nəticələrdir. Buraya məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 92 qəsəbə və yaşayış kompleksinin, 48,3 min mənzil və ya fərdi evin tikintisi, ümumilikdə 245 min məcburi köçkünün müasir mənzillərlə təmin olunması faktını da əlavə etmək lazım gəlir.
Başqa ölkələrdə bütün bu işlər uzun onilliklər hesabına başa gələrdi. Azərbaycan isə cənab İlham Əliyevin yürütdüyü siyasətin uğurları sayəsində bütün bu nəticələrə cəmi 14 il ərzində nail olub. Bu siyasət Azərbaycanın qiyafəsini, mahiyyətini dəyişib, ölkəmizi modernləşdirib. Vətənimizi dünyanın ən maraqlı, cəlbedici ölkələrindən birinə çevirib.
- Cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. Ölkəmizin perspektiv inkişafı ilə bağlı fikirləriniz nədən ibarətdir?
- Bütün zamanlarda cəmiyyətlər qarşısında dayanan əsas suallardan biri bu olub: “nə etməli?” Bir zamanlar N.Q.Çernişevskinin öz məşhur romanı ilə gündəmə gətirdiyi bu sual ziddiyyətlər, gözlənilməzliklər, xalqlara və ölkələrə qarşı qlobal təhdidlərlə dolu indiki dünyamızda daha da aktualdır. Xalq, cəmiyyət o liderə dəstək verir ki, onun bu suala bəlli bir cavabı olsun. Azərbaycan Prezidentinin 2003-cü ildən bəri gördüyü bütün işlərin, uğurla həyata keçirdiyi layihələrin hər biri bu suala cavabdır. Dövlətimizin başçısının Yeni Azərbaycan Partiyasının VI Qurultayındakı proqram xarakterli nitqi göstərdi ki, Onun bu suala bütün zamanlara aid cavabı var. O nəinki bu günün, həmçinin bir neçə on il sonranın Azərbaycanında da yerinə yetirilməli olan milli vəzifələr haqqında geniş təsəvvürə, aydın vizyona malikdir. Cənab İlham Əliyev müdrik bir strateq kimi, Azərbaycanın gələcəyi barədə yalnız düşünmür, Onun siyasəti sayəsində insanlar öz təsəvvürlərində parlaq gələcəyi qurub yarada bilirlər. Ən əsası, Prezident İlham Əliyev Azərbaycanı bu təsəvvürün reallaşdığı gələcəyə doğru aparan yolu dəqiqliklə görə bilir. Cənab İlham Əliyev Azərbaycanın böyük gələcəyə gedən yolunu belə təsvir edib: “Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik”. Bu, möhtərəm Prezidentimizin xoşbəxt gələcəyimiz haqqında inamla söylədiyi məqsəddir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan xalqının 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində hər zaman inanıb güvəndiyi Liderinə - cənab İlham Əliyevə verdiyi dəstəklə bu böyük gələcəyə doğru yol başlanacaq!

 
  • Oxunub:  4980  |  
  • Tarix:  03-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20