Ana səhifə »  Müsahibə »  Azərbaycanın əzəmətli inkişafı Prezident İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır
A+   Yenilə  A-
Azərbaycanın əzəmətli inkişafı Prezident İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, artıq aprelin 11-də keçiriləcək prezident seçkilərinin ən mühüm mərhələsində - təbliğat-təşviqat kampaniyası dövründəyik. Əvvəlcə Azərbaycanda seçkiöncəsi durumu dəyərləndirməyinizi xahiş edirik...
- Şübhə yoxdur ki, seçkilər demokratik dövlətlərin, xalqların inkişaf tarixində çox mühüm rola malikdir. Seçkilər həm əvvəlki dövrün hesabatının aparılması, əldə olunan nəticələrin yenidən saf-çürük edilməsi baxımından əhəmiyyətlidir, eyni zamanda, dövlətin qarşıdakı dövrdə inkişaf paradiqmalarının müəyyənləşdirilməsində böyük önəm kəsb edir. Bu baxımdan, Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda növbəti parlaq səhifə olacağını deməyə ciddi əsaslarımız var.
Ölkəmizdə seçkiöncəsi vəziyyət də kifayət qədər sabitdir. Azərbaycan dövləti bu seçkilərin beynəlxalq standartlara uyğun demokratik şəraitdə keçirilməsi üçün lazımi şəraiti yaradıb. Seçkilərə ictimai maraq yüksək səviyyədədir. Hər bir namizəd üçün azad rəqabət şəraiti təmin olunub. Bu günə qədər müşahidə etdiklərimiz əsasında deyə bilərik ki, seçki prosesləri tam qanunvericiliyə uyğun həyata keçirilir. Ümumiyyətlə, Azərbaycan seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə, çox mütərəqqi və beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik bazasına malikdir.
Seçkilərlə bağlı başqa bir diqqət çəkən məqam ondan ibarətdir ki, prosesə ciddi beynəlxalq maraq müşahidə olunur. Bu da bir neçə amillə əlaqədardır. Əvvəla, bu seçkilər regionda kifayət qədər strateji mövqeyə sahib olan, həmçinin beynəlxalq münasibətlər sisteminin güclü aktoru kimi çıxış edən Azərbaycanın gələcək dövrdəki inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcək. Eyni zamanda, bu seçkilərin nəticələri regionun inkişafı baxımından da əhəmiyyətlidir.
- Aydın müəllim, bildiyimiz kimi, Yeni Azərbaycan Partiyası prezident seçkilərində partiyanın Sədri, cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Artıq bir neçə gündür təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Seçicilərin cənab İlham Əliyevin namizədliyinə münasibəti, partiyamızın bu qərarı ilə bağlı ümumi ictimai rəy nədən ibarətdir?
- Tam məsuliyyətimizlə qeyd edə bilərik ki, partiyamızın prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürməsi xalqımızın istək və arzularından irəli gəlir. Biz həm təbliğat və təşviqat kampaniyası dövründə insanlarla görüşür, onların rəylərini, fikirlərini öyrənirik, ondan əvvəl də ictimaiyyətlə görüşlərimizdə müşahidə etdiklərimiz, cəmiyyətin əhval-ruhiyyəsi açıq şəkildə göstərir ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının bu qərarı Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin mövqeyini və iradəsini ifadə edir. Vətəndaşlarımızın cənab İlham Əliyevlə bağlı söylədikləri xoş sözlər bir daha partiyamızın qərarının nə qədər yerində və obyektiv olduğunu sübuta yetirir. Bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı birbaşa Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində Öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlər real həyatda öz əksini tapıb. Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. 2003-cü ildən sonra inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 15 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir. Ona görə də insanlar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini məhz bu reallıqları dərk edərək, eyni zamanda Onun rəhbərliyi altında Azərbaycanın qazandığı tarixi nailiyyətlər fonunda dəyərləndirirlər.
- Qeyd etdiniz ki, cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmiz möhtəşəm tarixi nailiyyətlər qazanıb. İstərdik ki, 2003-cü ildən bəri keçilən inkişaf yoluna bir daha nəzər salaq...
- Əlbəttə, ötən 15 ildə bütün sahələr üzrə o qədər çoxsaylı uğurlar qazanılıb ki, onlardan günlərlə danışmaq olar. Bu nailiyyətləri bir söhbətə sığdırmaq mümkün olmasa da, bəzi göstəriciləri xatırlatmaq istərdik ki, bu 15 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlı aydın təsəvvür yarada bilək. Azərbaycan iqtisadiyyatı bu illər ərzində 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib. Sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb və onlardan 1,4 milyonu daimi iş yeridir. Həmin dövr ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub.
Bu gün Azərbaycan iqtisadiyyatı güclü sahibkarlıq sinfinin formalaşması sayəsində inkişaf etməkdədir. Əgər 2003-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 80 faizə yüksəlib. Özəl sektorun ildən-ilə genişlənərək iqtisadiyyatda payının 80 faizi ötməsi onun məşğulluq səviyyəsinin yüksəlməsində rolunun artmasına imkan verib. Ötən 14 il ərzində Azərbaycanın valyuta ehtiyatlarıı 23 dəfə artaraq 42 milyard dollara çatıb. Bu gün adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. 2003-cü ildə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37 faiz təşkil edirdisə, bu gün artıq bu sektorun payı 60 faizi ötüb.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin “XXI əsrin layihəsi” adlandırdığı “Cənub qaz dəhlizi” layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.
Həmçinin “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradır.
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq əksini tapır. Ölkəmiz dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, Azərbaycan “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlib və 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlayır.
- Azərbaycanın ötən 15 ildə inkişafını ifadə edən əsas göstəricilərdən biri də regionların sosial-iqtisadi inkişafı istiqamətində qazanılan əzəmətli nailiyyətlərdir. Bu sahədə hansı uğurları qeyd etmək olar?
- Bəli, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində regionlar Azərbaycan iqtisadiyyatının lokomotivi, hərəkətverici qüvvəsi qismində çıxış edir. Xatırlatmaq istərdim ki, 2003-cü ildə keçirilmiş prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin etimadını qazanmış cənab İlham Əliyev andiçmə mərasimində bəyan etmişdi ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsi, əldə olunan gəlirlər əsasında qeyri-neft sektorunun inkişafıdır. Bu məqsədlə regionlardakı iqtisadi ehtiyatların səfərbər edilməsi, yeni müəssisələrin yaradılması, bölgələrdə işsizlik probleminin aradan qaldırılması qarşıya hədəf qoyuldu. Regionlarda infrastruktur layihələrinə yönəlmiş böyük investisiyalar ötən 15 il ərzində mühüm nəticələrini göstərdi. Bu dövr ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilib. 2004-cü ildə Azərbaycan elektrik enerjisini idxal edirdisə, hazırda elektrik enerjisini ixrac edir. Qazlaşdırma ötən dövrdə 51 faizdən 93 faizə çatdırılıb. İçməli su və kanalizasiya problemləri həll edilib. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb. Bu zaman periodunda dörd su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib istifadəyə verilib. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına mühüm təsir edib. Yol çəkilişi geniş vüsət alıb və 12 min 300 kilometr yol çəkilib. Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 15 il ərzində 443 körpü tikilib, Azərbaycanda 6 beynəlxalq hava limanı inşa olunub, minlərlə kilometr müasir yollar çəkilib, körpülər və tunellər tikilib.
Təbii ki, sadalanan rəqəmlərdən də aydın göründüyü kimi, ölkənin iqtisadi qüdrətinin artması Azərbaycan dövlətinə sosial sferada da effektiv tədbirlər görməyə və vətəndaşların həyat standartlarının yüksəlməsinə möhkəm əsaslar yaradıb. Həyata keçirilmiş sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2016-cı ildə 499,8 manatadək yüksəlib. Bu dövrdə əhalinin nominal gəlirləri 7,9 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəkinə nisbətən 8 dəfəyədək, işsizlik səviyyəsi isə 5%-dək azalıb.
- Aydın müəllim, sadaladığınız faktlar həqiqətən Azərbaycanın son 15 ildəki inkişaf göstəricilərinə işıq salır. Son olaraq, seçicilərə nə demək istərdiniz?
- Əlbəttə, inkişaf davamlı bir prosesdir və zaman dəyişdikcə qarşıya yeni vəzifələr, yeni hədəflər çıxır. Azərbaycanın da gələcək dövrlər üçün yeni və daha möhtəşəm hədəfləri, çox böyük planları var. Bu hədəflər Azərbaycanı inkişafın yeni mərhələsinə çatdırmaq, dövlətimizi daha güclü etmək, insanların rifahını daha da yüksəltməkdən, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında yer almasını təmin etməkdən ibarətdir. Bu əzəmətli zirvələri isə yalnız qüdrətli, xalqının etimadını doğrultmuş, xalqımızın maraqlarını və mənafeyini cəsarətlə qoruyan bir liderlə fəth etmək olar. O lider isə şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevdir. Ona görə də mən bir daha bütün seçiciləri konstitusion hüquqlarından istifadə edərək Azərbaycan dövlətinin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçkilər prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıram. Biz inanırıq ki, Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevi dəstəkləyərək ölkəmizin daha da güclənməsinə səs verəcək. Bununla həm də xalqımızın, dövlətimizin daha parlaq gələcəyinə səs vermiş olacağıq. Cənab İlham Əliyevə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına səs vermək, iqtisadiyyatımızın daha da inkişafına səs vermək deməkdir, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə, işğal altında olan torpaqlarımızın yaxın gələcəkdə azadlığına səs vermək deməkdir.

 
  • Oxunub:  5010  |  
  • Tarix:  03-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb
12:35
21 Sentyabr
Jalə Əliyeva: Beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir
12:33
21 Sentyabr
Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi
12:30
21 Sentyabr
BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib
12:18
21 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
12:17
21 Sentyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
12:08
21 Sentyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb
12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20