Ana səhifə »  Müsahibə »  Xalqımız inkişaf və sabitliyin davamlı olması üçün cənab İlham Əliyevə səs verəcək
A+   Yenilə  A-
Xalqımız inkişaf və sabitliyin davamlı olması üçün cənab İlham Əliyevə səs verəcək

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Malik Həsənov www.yap.org.az satına müsahibə verib:
- Malik müəllim, Azərbaycan prezident seçkilərinə sabitlik və inkişaf fonunda gedir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin əhəmiyyəti və nəticələri barədə nə deyə bilərsiniz?
- Aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Əvvəla onu demək istəyirəm ki, seçkiöncəsi mühit, ictimai-siyasi sabitlik və demokratik şərait xüsusi olaraq təqdir edilir. İctimai rəy sorğuları və mövcud reallıqlar isə deməyə əsas verir ki, Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticələrini olduqca yüksək qiymətləndirir. Bu, təsadüfi deyil, çünki müasir müstəqil Azərbaycanın hazırkı mənzərəsini səciyyələndirən başlıca reallıqlar möhkəm ictimai-siyasi sabitlik və dinamik iqtisadi inkişafla bağlıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu inkişaf siyasətinin Onun layiqli varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yüksək beynəlxalq reytinqə malik olan ölkəyə çevrilib, bütün sahələrdə əhəmiyyətli uğurlar qazanılıb. Təsadüfi deyil ki, son 15 ildə Azərbaycan dünya miqyasında sürətli inkişaf tempinə malik olan ölkələr sırasında yer alıb. Ötən müddət ərzində milli iqtisadiyyatımız 3 dəfədən çox artıb, qeyri-neft sektoru 2,8 dəfə genişlənib. 2004-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollar həcmində idisə, hazırda bu göstərici 44 milyard dollara çatıb. Yəni respublikanın valyuta ehtiyatları 15 il ərzində 23 dəfə artıb və bu, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünya miqyasında çox yüksək göstəricidir. Son 15 ildəki iqtisadi göstəricilərimiz ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. Bu müddət ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb və onlardan 1,4 milyonu daimidir. 2017-ci ildə isə 177 min daimi iş yeri açılıb. Yeni iş yerlərinin açılması regionları da əhatə edir. Daha dəqiq desək, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində bölgələrdə əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin açılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.
- Yeri gəlmişkən, milli inkişaf siyasətinin mühüm istiqamətlərindən biri ayrı-ayrı sahələrdə müvafiq proqram və layihələrin uğurla icra olunmasıdır...
- Azərbaycanın inkişafını təmin edən başlıca amillərdən biri müxtəlif sahələrdə səmərəli layihə və proqramların müvəffəqiyyətlə həyata keçirilməsidir. Sosial, iqtisadi, humanitar, təhsil və digər sahələrdə məqsədyönlü layihələr həyata keçirilir, mühüm nəticələr əldə edilir. Xüsusilə də, infrastruktur quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər qazanılıb. Bu istiqamətdə bir neçə nümunəyə nəzər salmaq məqsədəuyğundur. Məsələn, respublika ərazisində qazlaşdırma sahəsində aparılan genişmiqyaslı işlər nəticəsində ölkəmizdə əhalinin qazla təchiz edilməsinin 93 faizə çatdırılmasını xüsusi olaraq qeyd etmək lazımdır. 2010-2017-ci illərdə Azərbaycan ərazisində yaşayış məntəqələrinin genişmiqyaslı yeni qazlaşdırma tədbirləri nəticəsində respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib. 2009-cu ilin iyul ayına qədər mövcud qaz şəbəkəsinin uzunluğu 10 min 536 kilometr təşkil edirdisə, 8 ilə yaxın vaxt ərzində 48 min 558 kilometr yeni qaz kəmərləri çəkilib, 9 min 101 kilometr müxtəlif diametrli qaz xətləri yenidən qurulub, 29 ədəd qazpaylayıcı stansiya və qaztənzimləyici məntəqə quraşdırılıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin də önəmi xüsusi vurğulanmalıdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Regionlarda da qazlaşdırma və qaz təminatının bərpası istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Əhalinin içməli su ilə fasiləsiz təmin olunması istiqamətində də davamlı tədbirlər həyata keçirilir. Diqqətə çatdırmaq istəyirəm ki, 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz olub. İndi bu göstərici 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Son 15 il ərzində Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib ki, bu da kənd təsərrüfatının inkişafı üçün mühüm meliorativ tədbirlər sırasında yer alır. Bundan başqa, son 15 ildə respublika üzrə 2500 meqavat gücündə 30 yeni elektrik stansiyası tikilib. Həmçinin 2004-cü ildən etibarən respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə yol-nəqliyyat infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib, regionlarda daxili yük və sərnişin daşımalarının artmasına, həmçinin rahatlığın təmin olunmasına müsbət təsir göstərib. Yəni son 15 ildə ölkə miqyasında infrastruktur layihələri uğurla həyata keçirilib. Bu isə vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə xidmət edib, ölkəmizin inkişafının daha da sürətlənməsinə təkan verib.
- Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə diqqət mərkəzində olan başlıca məsələlərdən biri regionların sosial-iqtisadi inkişafı olub. Bu sahədə görülən işlər və əldə edilən nəticələri necə qiymətləndirirsiniz?
- Ölkəmizin inkişaf dinamikasında regionların özünəməxsus yeri var. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində həyata keçirilən tədbirlər bu sahədə mühüm uğurların əldə edilməsini şərtləndirib. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və son 15 ildə əldə edilən nailiyyətlər bunu təsdiqləyir. Azərbaycanda 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin sürətli inkişafını təmin etməklə yanaşı, infrastrukturun yenilənməsində də əsaslı rol oynayır. Son 15 ildə respublikamızın inkişafında regionlarda aparılan yenidənqurma, quruculuq-abadlıq işləri, yeni məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan digər sosial təyinatlı obyektlərin qurulması, yenilənməsi mühüm əhəmiyyət daşıyır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını təmin edib. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məlumdur ki, ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hər 2 Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində yerlərdə istehsal və emal potensialı gücləndirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda, qeyd etdiyim kimi, yeni Dövlət Proqramı böyük müvəffəqiyyətlə yerinə yetirilir.
- Malik müəllim, qazanılmış bu möhtəşəm nailiyyətlər seçkilərin nəticələrində özünü necə göstərəcək?
- Sadaladığımız möhtəşəm nailiyyətlər deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli, dinamik və dayanıqlı inkişaf yolu keçib. Ötən dövrün mənzərəsi onu göstərir ki, Azərbaycan inkişaf edir, qazanılan nailiyyətlər isə ölkəmizin gücü və qüdrətinin daha da artmasını şərtləndirir. Buna görə də Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir və bu siyasətin ölkəmizin inkişafına, sabitlik və firavanlığa xidmət etdiyini əminliklə ifadə edir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bundan sonra da ölkəmizin uğurlu inkişafını təmin edəcək, qarşıdakı dövrdə ölkə iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm nəticələr əldə olunacaq. Nəticə etibarilə, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Bu səbəbdən əminliklə demək olar ki, xalqımız inkişaf və sabitliyin davamlı olması üçün cənab İlham Əliyevə səs verəcək.

 
  • Oxunub:  7380  |  
  • Tarix:  04-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA