Ana səhifə »  Müsahibə »  Azərbaycan idmançılarının seçimi birmənalı olaraq cənab İlham Əliyevdir
A+   Yenilə  A-
Azərbaycan idmançılarının seçimi birmənalı olaraq cənab İlham Əliyevdir

Sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov www.yap.org.az saytına müsahibə verib:
- Siz ölkəmizin idman ictimaiyyətini təmsil edirsiniz. Yəqin ki, idmançılar da qarşıdan gələn prezident seçkilərinə fəal şəkildə qatılacaqlar?
- Mən sualınıza belə cavab verərdim: Müstəqil Azərbaycan idmançılarının ölkəmizin həyatında mühüm hadisə olan prezident seçkilərində fəal vətəndaş mövqeyi nümayiş etdirməməyə və son 15 ildə Azərbaycanın ünvanına saysız-hesabsız qələbələr gətirən dövlət başçımız, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin namizədliyini dəstəkləməməyə, sadəcə, mənəvi haqları yoxdur. Bilirsinizmi, idman daimi diqqət və qayğı tələb edən bir sahədir, burada hansısa ritorikalarla uğurlu nəticələrə nail olmaq mümkün deyil. Bu mənada idmançılarımızın öz potensiallarını artırmalarında, nüfuzlu beynəlxalq yarışlara qatılmaq imkanları əldə etmələrində, qələbələr qazanmalarında, bütövlükdə respublikada idmanın inkişafında cənab İlham Əliyevin müstəsna xidmətləri vardır.
Mənim yaşım Azərbaycanın müstəqilliyinin yaşı ilə üst-üstə düşür. Mən özümü dərk edəndən, idmanda ilk addımlarımı atmağa başlayandan İlham Əliyevin həm dövlət başçısı, həm də MOK-un prezidenti kimi ölkədə idmanın inkişafına göstərdiyi böyük qayğının şahidi olmuşam. Çoxminli idmançılar ordusu adından deyə bilərəm ki, biz Onun simasında özümüzün böyük dostumuzu tapmışıq. İlham Əliyev daim respublikamızda idmanın inkişafına yönələn yeni təşəbbüslərlə çıxış edir. Məndən daha yaşlı idmançılar etiraf edirlər ki, Azərbaycan idmanında keyfiyyətcə yeni inkişaf mərhələsi cənab İlham Əliyev 1997-ci ildə MOK-un prezidenti seçildikdən sonra başlayıb. MOK-un yeni rəhbərinin milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb. Azərbaycanda idmana üz tutan gənclərin sayı sürətlə artmağa başlayıb.
Bu gün ölkəmizdə idman dövlət tərəfindən ən çox qayğı ilə əhatə olunmuş sahələrdən biridir, desəm, əsl həqiqəti ifadə etmiş olaram. Dövlətimizin başçısının müstəsna qayğısı sayəsində idmançılar cəmiyyətin sayılıb-seçilən üzvlərinə çevriliblər. Olimpiadalarda, digər mötəbər yarışlarda qələbələr qazanan, dünyanın nüfuzlu arenalarında Azərbaycan bayrağının qaldırılmasına, himnimizin səsləndirilməsinə nail olan idmançılar dünyanın heç bir ölkəsində rast gəlinməyən böyük qayğı və diqqətlə əhatə olunurlar.
- Yeri gəlmişkən, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlar barədə ətraflı söhbət açmağınızı xahiş edirik.
- Ölkəmizdə dövlət tərəfindən idmanın inkişafına göstərilən hərtərəfli qayğı öz bəhrəsini verir. Belə ki, idmançılarımız beynəlxalq səviyyəli mötəbər yarışlarda qələbələrin sayını ilbəil artırırlar. Azərbaycan idmançıları təkcə 2017-ci ildə bütün beynəlxalq yarışlarda 851 medal qazanıblar ki, onlardan 347-si qızıl medaldır.
Göstərilən diqqət və qayğının nəticəsidir ki, idmançılarımızın olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmışdısa, Rio-2016 Olimpiadasında idmançılarımız medalların sayını daha da artırıblar. Belə ki, Braziliyanın paytaxtında keçirilən son Olimpiadada 56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurub. Bu məqamda 2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunlarının bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildiyini desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının qatıldığı Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında da uğurlar seriyasını davam etdirib. İdmançılarımız İslamiadada qazandıqları qələbələrlə Azərbaycanın güclü idman dövləti olduğunu bir daha təsdiqləyiblər. Xatırladaq ki, Oyunlarda idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir.
Bütün bu sadalanan faktlar göz önündə Azərbaycanın müasir mənzərəsini canlandırır. Deyilənlərdən də göründüyü kimi, həm dövlət, həm də Milli Olimpiya Komitəsi səviyyəsində göstərilən hərtərəfli qayğı və diqqət sayəsində respublikamız qısa müddətdə yüksək səviyyəli idman ölkəsinə çevrilib.
- Cənab İlham Əliyevin idmana göstərdiyi qayğı şəxsən sizin karyeranızda nə kimi rol oynayıb?
- Mən 2012-ci ildə keçirilən London olimpiadasında qızıl, Rio-2016 olimpiadasında gümüş medal qazanmışam. Azərbaycanın ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. 2008-2009-cu illərdə yeniyetmələr arasında Avropa çempionu olmuşam. 2010-2011-ci illərdə gənclər arasında Avropa və dünya çempionu adını qazanmışam. Bir sözlə, yaşıma baxanda uğurlarım çoxdur. Hər yerdə də Azərbaycanı şərəflə təmsil etməyə çalışmışam. Son illərdə olimpiadalarda, dünya miqyaslı çempionatlarda medallar qazanan bütün idmançılar kimi, mən də karyeramdakı uğurlara görə dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyevə minnətdaram. Bilirsinizmi, dövlət qayğısı, prezident səviyyəsində diqqət göstərilməsi idmançı üçün böyük stimuldur. London Olimpiadasındakı qələbədən sonra Prezident İlham Əliyevin mənə telefon açması, mənə təbriklər ünvanlaması həyatımın ən unudulmaz anları kimi yaddaşıma yazılıb. Dövlət başçısı məni ömürlük Prezident təqaüdünə layiq görüb. Müxtəlif illərdə “Şöhrət” ordeni və digər yüksək təltiflərə layiq görülmüşəm.
Bunlar gənc idmançının karyerasının ayrı-ayrı məqamlarıdır. Ölkəmizdə bütün idmançılar belə yüksək qayğı ilə əhatə olunublar. Yuxarıda vurğuladığım kimi, buradan da biz idmançıların seçimi formalaşıb. Biz istəyirik ki, respublikamızda idmanın inkişafına göstərilən qayğı siyasəti davam etdirilsin. Buna görə də biz idmançılar seçkilərdə mütləq cənab İlham Əliyevə səs verəcəyik. Bu, bizim dəyişməz, qəti seçimimizdir!

 
  • Oxunub:  5220  |  
  • Tarix:  05-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb
14:59
13 Noyabr
Bakıda gənclər təşkilatlarının V Respublika sərgisi açılıb
14:57
13 Noyabr
AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib
14:54
13 Noyabr
“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib
14:49
13 Noyabr
Nazir: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır
14:47
13 Noyabr
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:39
13 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
14:36
13 Noyabr
Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:32
13 Noyabr
Şahin Mustafayev: 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır
13:32
13 Noyabr
Milli Məclisin sədri: 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq
13:22
13 Noyabr
İndiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə təqribən 32 milyard dollar xərclənib
13:19
13 Noyabr
Oqtay Əsədov: Vergi sistemində nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək
12:56
13 Noyabr
2040-cı ilədək qlobal enerji tələbatı 25 faizdən çox artacaq
12:51
13 Noyabr
Türkmənistan qazının Avropa bazarlarına tədarükü imkanları müzakirə edilir
12:31
13 Noyabr
İçərişəhərlə tanışlıq Slovakiyanın Baş nazirində zəngin təəssürat yaradıb
12:29
13 Noyabr
Hakan Aras: Azərbaycan ali təhsil verdiyi türkiyəli tələbələrə öz vətəndaşları kimi yanaşır
12:17
13 Noyabr
Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi Dünya Diabet Gününə həsr olunmuş aksiya keçirib
12:10
13 Noyabr
Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi müzakirə olunur
12:05
13 Noyabr
Bakıda akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb
11:56
13 Noyabr
Yunanıstanın Saloniki şəhərində “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib
11:34
13 Noyabr
“Caspian Ecology 2018” sərgisində 8 ölkədən 43 şirkət iştirak edəcək
11:08
13 Noyabr
Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
11:03
13 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
10:49
13 Noyabr
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
10:43
13 Noyabr
Naxçıvanda tələbələr arasında keçirilən “Xəmsə” milli intellektual oyununun qalibləri müəyyənləşib
10:41
13 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
10:35
13 Noyabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:32
13 Noyabr
Sona Əliyeva: Ölkəmiz dünya miqyasında sivilizasiyalar arasında dialoqa, humanitar əməkdaşlığa böyük töhfələr verir
10:30
13 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:29
13 Noyabr
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9