Ana səhifə »  Müsahibə »  Mədəniyyət xadimlərinin alternativsiz seçimi cənab İlham Əliyevdir
A+   Yenilə  A-
Mədəniyyət xadimlərinin alternativsiz seçimi cənab İlham Əliyevdir

Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının “Muğam” kafedrasının müdiri Arif Babayev www.yap.org.az satına müsahibə verib:
- Arif müəllim, istərdik ki, Azərbaycan cəmiyyətinin sayılıb-seçilən bir nümayəndəsi kimi, sizin fikrinizi bilək. Aprelin 11-də keçiriləcək prezident seçkilərində hansı namizədin qalib olmasını arzulayırsınız və niyə?
- Mənim 80 yaşım var. Həyatı görə-görə gəlmişəm. Arxada qalan illərdə qazandığım təcrübə yaxşını pisdən fərqləndirməyimə imkan verir. Mən Allaha çox şükür edirəm ki, müstəqil dövlətimizi qura bilmişik. Görün dünyada nə qədər xalq var, ancaq onların bir çoxunun dövləti yoxdur. Öz taleyinin sahibi olmaq xalqımızın çox böyük uğurudur. Biz müstəqilliyimizin qədrini bilməliyik, yaşından asılı olmayaraq hər kəs dövlətimizin sütunlarının möhkəmlənməsinə öz töhfəsini verməlidir. Ulu öndərimiz Heydər Əliyev bu fikri həmişə vurğulayırdı ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir.
Mən hesab edirəm ki, seçki marafonuna qatılan namizədlərdən kim çalışdığı sahədə dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına daha çox töhfə veribsə və bu ali məqsəd naminə çalışırsa, o da qalib olmağa, xalqın etimadını, seçicilərin mandatını qazanmağa layiq olmalıdır. Mən namizədlərin siyahısına baxmışam. Əlbəttə, onların arasında Azərbaycan naminə bu və ya digər xidmətləri göstərən namizədlər də var. Ancaq mən onların arasında favorit, ən layiqli namizəd kimi hörmətli Prezidentimiz İlham Əliyevi görürəm. Hesab edirəm ki, dövlətçiliyimizə xidmət məsələsində İlham Əliyevlə seçki marafonuna qoşulan digər namizədlər arasında müqayisəyəgəlməz fərq var.
İndiki narahat dövrdə dövləti idarə etmək asan məsələ deyil. Gəlin dünyanın mənzərəsini göz önündə canlandıraq. Ayrı-ayrı ölkələrdə insanlar qarşıdurmalardan, müharibələrdən, ərzaq çatışmazlığından əziyyət çəkirlər. Şəxsən mən televizorda adi dolanışıq naminə öz ölkələrini tərk edib Avropaya üz tutan miqrantların üzləşdikləri məşəqqətləri görəndə ürəyim ağrıyır. Azərbaycanda isə əmin-amanlıq, sabitlik var. Hesab edirəm ki, bu, hər şeydən vacibdir. İnsanlar sabahkı günə ümidlə baxırlar, həyatlarını inamla qururlar. Ölkəmizdə əmin-amanlığı təmin edən Prezident İlham Əliyevdir. O, Azərbaycan xalqının firavan yaşaması, ölkəmizin milli maraqlarının təmin olunması üçün əlindən gələn hər şeyi edir.
Cənab İlham Əliyevi müsbət mənada fərqləndirən cəhətlərin sayı çoxdur. Mən xanəndəyəm, sənət adamı kimi tez-tez respublikanın bölgələrinə səfərlərə gedirəm. Tam səmimi deyirəm. Əvvəllər bölgələrə səfərə gedəndə ciddi narahatlıq keçirərdik. Harada qalacağımız problemə çevrilirdi. Yol-iz bərbad vəziyyətdə idi, adi rahatlıqlar belə yox idi. Ancaq indi vəziyyət fərqlidir. Bölgələrimizin siması tamam dəyişib. Regionlardakı şərait, kommunal rahatlıqlar elə paytaxt Bakıdakı kimidir. Bölgələrdə müasir və milli memarlıq üslubunda tikilən yeni mədəniyyət ocaqları, konsert salonları sənət adamlarının öz məharətlərini nümayiş etdirmələrinə imkan verir. Bölgələrdə yaşayan insanlar da bizimlə söhbətlərində bütün bunlardan məmnunluqlarını bildirirlər və onlar üçün belə şəraiti yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər.
Xarici ölkələrdə də Azərbaycana münasibət dəyişib. Mən dünyanın 64 ölkəsində olmuşam, müxtəlif konsert salonlarında muğamlarımızı səsləndirmişəm. Xaricdə çoxlu dostlarım var. Onlar da vaxtaşırı müxtəlif mədəni tədbirlərdə iştirak etmək üçün Bakıya təşrif gətirirlər. Bilsəniz qonaqlar şəhərimiz, bütövlükdə Azərbaycan haqqında necə xoş sözlər ifadə edirlər. Onlar ölkəmizin inkişafından, Bakıdakı yeni tikililərdən, müasirliklə qədimliyin vəhdətindən heyrətə gəldiklərini gizlətmirlər. Ölkəmiz, şəhərimiz haqqında belə xoş sözləri eşitmək adamda qürur, milli iftixar hissi yaradır.
Eyni zamanda, ölkəmizin sadaladığım reallıqları bizi nə qədər sevindirirsə, həm də məsuliyyət hissimizi artırır. Bu inkişaf, bu quruculuq, necə deyərlər, sehrli çubuq sayəsində baş vermir, görülən işlərin arxasında dövlət başçısı İlham Əliyevin gecəli-gündüzlü zəhməti dayanır. Bu işlərin miqyasını göz önündə canlandıranda düşünürəm ki, Prezidentimiz gecə də, gündüz də çalışır.
- Yəqin ki, siz cənab İlham Əliyevin milli mədəniyyətimizə qayğısından ayrıca söhbət açmaq istərdiniz.
- Mən deyərdim ki, Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə qayğısı daha geniş bir söhbətin mövzusudur. İndi ölkəmizdə müxtəlif sahələrdə çalışan insanlar deyə bilərlər ki, Prezident İlham Əliyev məhz onlara daha artıq dərəcədə diqqət və qayğı göstərir. Mən isə hesab edirəm ki, milli mədəniyyətimiz İlham Əliyevin timsalında özünün böyük hamisini, mədəniyyət sahəsində çalışanlar isə özlərinin böyük dostlarını tapıblar.
Dövlətimizin başçısı ölkədə mədəniyyətin inkişafına xüsusi diqqətlə yanaşır. O, sözün əsl mənasında, mədəniyyətimizin, milli dəyərlərimizin təəssübkeşidir. Mən yenə müqayisələr aparmaq istərdim. Müstəqilliyimizin ilk illərində mədəniyyət ocaqlarının, mədəniyyət kollektivlərinin, bu sahədə çalışanların vəziyyəti dedikcə ağır idi. İndi isə bütün ölkə miqyasında mədəniyyət ocaqları yenidən qurulur, qədim tarixi abidələrimizə yeni həyat verilir, mədəniyyət xadimlərinin, bu sahədə çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu işlərə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da öz layihələri ilə dəstək verir. Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği, milli muğam sənətinin yaşadılması ilə bağlı görülən işlər indi ölkəmizin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. Son illərdə reallaşdırılan tədbirlər, Bakıda muğam mərkəzinin istifadəyə verilməsi, muğam festivallarının keçirilməsi milli musiqi mədəniyyətimizin mühüm qolu olan muğama yeni nəfəs verib, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Mənim hazırda çalışdığım Azərbaycan Milli Konservatoriyasının yeni binasının yüksək səviyyədə tikilərək istifadəyə verilməsi İlham Əliyevin milli musiqimizə, bütövlükdə mədəniyyətimizə çox həssas münasibətinin ifadəsidir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmanla yaranan Azərbaycan Milli Konservatoriyası müstəqillik dövründə fəaliyyətə başlayan ilk ali məktəblərdən biridir. Ulu öndərin 2001-ci il 10 avqust tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” Sərəncamı ilə Bakı Musiqi Kolleci və respublika İncəsənət Gimnaziyası Milli Konservatoriyanın tərkibinə daxil edildi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin təhsilin və mədəniyyətin inkişafına göstərdiyi qayğı yeni tarixi dövrdə xalqımıza daha bir təhsil ocağını - Milli Konservatoriyanı bəxş etdi.
Sonrakı dövrdə Milli Konservatoriyanın fəaliyyəti dövlətimizin başçısı İlham Əliyevin diqqətindən kənarda qalmadı. 2006-cı ildən Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin tikintisinə başlandı. 2012-ci ildə Prezident İlham Əliyev bu təhsil ocağının inşası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı və müvafiq maliyyə vəsaiti ayrıldı. Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin açılışı isə Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə 2014-cü il 13 fevral tarixində baş tutdu. Beləliklə, müəllim və tələbələr çox böyük hədiyyə almış oldular. Milli Konservatoriyanın yeni binasında ən müasir standartlar səviyyəsində şərait yaradılıb. Burada 1000 nəfərin təhsil alması üçün imkan var.
Mən çalışdığım Milli Konservatoriya barədə geniş söhbət açdım. Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin digər təhsil və mədəniyyət ocaqlarında da belə gözəl şərait yaradılıb. Hesab edirəm ki, cənab İlham Əliyevin Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin açılışı mərasimində dediyi “Biz hamımız çalışmalıyıq ki, milli musiqimiz yaşasın, inkişaf etsin, zənginləşsin” sözləri Onun bütövlükdə zəngin Azərbaycan mədəniyyətinə münasibətdə dərin təəssübkeşliyini ifadə edir.
Təbii ki, dövlət başçısının davamlı diqqət və qayğısı mədəniyyət sahəsində çalışanlarda Ona qarşı dərin hörmət və ehtiram hissi formalaşdırıb. Bu gün mədəniyyət sahəsində çalışanların böyük əksəriyyəti İlham Əliyevin ölkəni inamla idarə etməsindən, milli mədəniyyətimizə hamilik göstərməsindən razıdırlar və bu hərtərəfli qayğıya daha fədakar çalışmaqla, daha geniş yaradıcılıqla cavab verməyə çalışırlar. O ki qaldı aprelin 11-də keçiriləcək seçkilərə, biz mədəniyyətimizə və mədəniyyət sahəsində çalışanlara dövlət qayğısının davamlı olmasını istəyirik. İstəyirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə başladığımız işlər, yeni layihələr elə Onun iştirakı ilə də tamamlansın. Bizim seçkilərdə alternativsiz seçimimiz cənab İlham Əliyevdir!
- Arif müəllim, milli mədəniyyətimizdən, muğamlardan söhbət açarkən musiqi beşiyi olan Qarabağı xatırlamamaq mümkün deyil. Bilirik ki, Ağdamda dünyaya göz açan xanəndə kimi, siz də qəlbinizdə böyük bir nisgil gəzdirirsiniz. Cənab İlham Əliyevin ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində apardığı siyasət barədə nə deyə bilərsiniz.
- Mən Ağdamın Sarıhacılı kəndində anadan olmuşam. Düşünürəm ki, xanəndəlik də mənə elə Qarabağın torpağı, daşı, axan çayları, saf havası ilə verilib. Axı Qarabağda hər şey sanki elə muğam zümzümə edir. Torpaqlarımızın işğal altında qalması həm bir azərbaycanlı, həm də o yerlərdə dünyaya göz açan bir insan kimi, məni göynədir. O yerlərlə bağlı qəlbimdə sonsuz xatirələr var. Mən yaxşını da, pisi də görən bir insanam. Ən böyük arzum Qarabağın, doğma Ağdamın azad edilməsini görməkdir. Məni buna ruhlandıran isə Prezident İlham Əliyevin apardığı siyasətdir. Dövlət başçımız bəzi beynəlxalq təşkilatların ikili standartlar sərgiləməsinə, işğalçı Ermənistanın başını sığallamasına rəğmən, qətiyyətlə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunmalıdır.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Milli Ordunun davamlı olaraq güclənməsi son vaxtlarda təmas xəttində Azərbaycanın üstün mövqe qazanmasını təmin edib. Şanlı aprel döyüşləri isə xalqımızın böyük zəfərinin uzaqda olmadığından xəbər verir. Hesab edirəm ki, Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın başlanğıcıdır. 2017-ci ildə Cocuq Mərcanlı kəndinin bərpası təmin edilib. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik salınıb. İşğaldan azad edilən ərazilərdə hər cür rahatlığa malik qəsəbələrin salınması böyük rəmzi məna daşıyır. Bu kimi layihələrin icrası ilə biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Biz hamımız hörmətli Prezidentimiz İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində apardığı siyasətə dəstək verməliyik, həmişə Onun yanında olmalıyıq!

 
  • Oxunub:  7080  |  
  • Tarix:  05-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9