Ana səhifə »  Müsahibə »  Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni zirvələr fəth edəcək
A+   Yenilə  A-
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni zirvələr fəth edəcək

Milli Məclisin deputatı İmamverdi İsmayılov www.yap.org.az satına müsahibə verib:
- İmamverdi müəllim, Azərbaycan aprelin 11-də keçiriləcək prezident seçkilərinə sabitlik və tərəqqi şəraitində gedir. Mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir, bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Bu gün istər daxili, istərsə də xarici arenada qazanılmış nailiyyətlər Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticələridir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü kimi xarakterizə olunur. Məhz ölkəmizin gerçəkləşdirdiyi layihələr, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər bu körpünü möhkəmləndirməklə yanaşı, əhəmiyyətini artırır. Bu gün Azərbaycana baxış olduqca müsbət və nikbindir. Çünki dünya ölkələri Azərbaycanın timsalında etibarlı tərəfdaş, multikultural dəyərlər və ənənələrə sadiq, tolerantlıq nümunəsi olan bir ölkə görürlər, Azərbaycanın regionda barışdırıcı, sabitləşdirici rolunu, beynəlxalq müstəvidə isə yerini olduqca yüksək qiymətləndirirlər.
Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərin, yeni zirvələr fəth etməsinin əsasında duran amillərin mahiyyətini daha yaxşı anlamaq üçün mövcud reallıqların fonunda tarixi paralellərin aparılması mühüm əhəmiyyətə malikdir. Bugünkü Azərbaycanı 20 il bundan öncəki Azərbaycanla müqayisə etmək olmaz. Bircə məqamı qeyd etmək kifayətdir ki, əgər 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxan xalq xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan, torpaqlarımızın işğalından xilas olub, yeni Azərbaycanın qurulmasını istəyirdisə, bu gün artıq inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçib. Bu gün hər bir yeniləşməni, təkmilləşməni zərurətə çevirən amil zamanın, dövrün tələbi olmaqla yanaşı, Azərbaycanın bu tələblərə yüksək səviyyədə cavab verərək islahatları təkmilləşdirməsi, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə xüsusi önəm verməsidir. İqtisadi tərəqqi fonunda digər sahələrin paralel inkişafının davamlılığının təmin olunması üçün konkret Dövlət proqramları qəbul və icra edilir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulu və onların uğurlu icrası bugünkü uğurlarımızı şərtləndirir. Nəticə etibarilə, Azərbaycan günbəgün qüdrətlənərək, yeniləşərək və müasirləşərək islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir. Son 15 ilin uğurları inkişaf siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər Azərbaycanın sabahının parlaq olacağına, vətəndaşların hər zaman yüksək rifah və xoşbəxtlik şəraitində yaşayacağına, ölkəmizin yeni zirvələr fəth edəcəyinə əminlik yaradır.
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq müstəvidə yüksək nüfuza malik olan etibarlı tərəfdaş kimi tanınır...
- Sözlə əməlin vəhdətinə əsaslanan, Azərbaycanın öz gücünə söykənən müstəqil siyasət ölkəmizi irəli aparır. Xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi qorunur, siyasi, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.
Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə, milli maraqlara əsaslanır. Prezident İlham Əliyev ölkəmizin mövqeyini ən mötəbər beynəlxalq tribunalardan inamla, qətiyyətlə və cəsarətlə ifadə edir, güclü, qüdrətli Azərbaycanın mövqeyini, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Buna görə Azərbaycan yüksək beynəlxalq nüfuza, dünya ölkələri sırasında xüsusi hörmətə sahibdir. Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin yüksək nüfuzunun ifadəsi, həyata keçirdiyi praqmatik siyasətin səmərəliliyinin göstəricisidir. Bu, hər şeydən əvvəl, xarizmatik lider olan möhtərəm Prezidentimiz İlham Əliyevin əməyinin nəticəsidir.
- Azərbaycanın prinsipial mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də müşahidə edilir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qətiyyətli mövqeyini cəsarətlə nümayiş etdirir. Bu barədə nə deyə bilərsiniz?
- Prezident İlham Əliyev Azərbaycanın inkişafı, sabitlik adası kimi beynəlxalq aləmdə mövqeyinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirməklə yanaşı, ölkəmiz üçün bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə prinsipial siyasət həyata keçirir. Ölkəmizin başçısı dəfələrlə bu barədə Azərbaycanın qətiyyətli, prinsipial mövqeyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyini məğrurluqla ifadə edib. Dünya dövlətlərinin, təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi, münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinin bəyan edilməsi Azərbaycan diplomatiyasının uğurudur.
Əlbəttə, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi fonunda həyata keçirilən prinsipial siyasət, hücum diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz nəticələrini göstərir. Beynəlxalq təşkilatlar Azərbaycanın prinsipial mövqeyi fonunda Ermənistanın qeyri-konstruktiv mövqeyinin, status-kvonun qorunması cəhdlərinin davam etməyəcəyi qənaətini ifadə edirlər. Bu qənaət 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun təxribatçı Ermənistan ordusu üzərində şanlı qələbəsindən sonra daha da möhkəmləndi. Aprel döyüşlərinin nəticəsi ölkəmizin öz ərazi bütövlüyünü təmin etmək, işğal edilmiş torpaqları azad etmək əzmi və gücündə olduğunu göstərdi. Aprel döyüşlərinin nəticəsində işğaldan azad edilmiş kəndlərimizdə həyatın canlanması, yaşayışın bərpa olunması istiqamətində müvafiq tədbirlər görülüb, soydaşlarımızın Cocuq Mərcanlıda məskunlaşması fonunda Böyük Qayıdışın əsası qoyulub. Bu, məcburi köçkünlərin öz doğma torpaqlarına böyük qayıdışının mühüm bir göstəricisidir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar. Ümumiyyətlə, işğaldan azad edilmiş torpaqlarımızda həyatın bərpası ciddi mənəvi-psixoloji üstünlük əldə etməyə imkan verir. Azərbaycan dövləti işğal edilmiş əraziləri azad etmək əzmində olduğunu göstərir, xalqımız, o cümlədən erməni işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər həyata keçirilən tədbirləri - bu qətiyyətli mövqeyi böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Azərbaycan xalqı əmindir ki, işğal edilmiş ərazilərimiz Prezident İlham Əliyevin uğurlu siyasi, diplomatik fəaliyyəti sayəsində düşmən tapdağından azad ediləcək, Prezidentimizin quruculuq siyasəti nəticəsində bu yurdlarda əmin-amanlıq bərpa olunacaq, abadlıq işləri aparılacaq. Öz Prezidenti ətrafında sıx birləşən Azərbaycan xalqı bundan sonra işğal altında olan torpaqlarımızın Ali Baş Komandanımızın ali siyasi iradəsi və yüksək şücaəti əsasında Ordumuz tərəfindən azad ediləcəyinə böyük inam bəsləyir. Bu inam əbəs yerə deyil, çünki Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu dəfələrlə nümayiş etdirib.
- Mühüm məqamlardan biri ölkə başçısı tərəfindən qaçqınlar və məcburi köçkünlərə yüksək diqqət və qayğının göstərilməsidir. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Azərbaycan işğal altında olan torpaqlarını azad etmək qüdrətində olmaqla yanaşı, işğal nəticəsində didərgin düşmüş insanların öz yurd-yuvalarına qayıtması istiqamətində qətiyyətli addımlar atır. Bu, həm də dövlətin qaçqınlar və məcburi köçkünlərə olan münasibətini, yüksək diqqət və qayğısını ifadə edir.
Ümumiyyətlə, son 15 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən bir sıra Fərman və sərəncamlar imzalanıb, müxtəlif qanunlar təsdiqlənib və yeni təşəbbüslər irəli sürülüb. Qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində illər boyu qurub-yaratdıqları ev-eşiklərindən məhrum qalan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Dövlətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhali doğma yurda qayıtmaq arzusu ilə yaşayır, buna inanır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da məcburi köçkünlərə xüsusi qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva bu ali vəzifədə ilk müşavirəsini ötən il martın 9-da məhz Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb.
Bütövlükdə, dövlətimizin başçısının hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqət mərkəzində saxlaması Azərbaycan cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir.
- Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəliləyir. Azərbaycanın perspektiv inkişafı ilə bağlı düşüncələriniz nədən ibarətdir?
- Son zamanlar bir sıra regionlarda baş verən xoşagəlməz hadisələr onu göstərir ki, xarici qüvvələrin gizli əli ilə qarışan ölkələrin bu cür hallardan uzaq durub Azərbaycan kimi öz sabit, davamlı inkişaf yoluna davam etməsi üçün öz vətənini sevən, onun dəyərlərinə hörmətlə yanaşan qətiyyətli lider və onun həyata keçirdiyi inkişaf kursuna ümumxalq dəstəyi zərurətdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz belə bir tarixi missiyanı yerinə yetirir. Cəmiyyətimizin sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə etdiyi yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini ildən-ilə artırır. Vətəndaşların güzəranı gündən-günə yaxşılaşır. Əhalinin sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədlər reallığa çevrilir. Bu strateji kurs daxili ictimai-siyasi sabitliyin və ardıcıl tərəqqinin təməli rolunda çıxış edir. Eyni zamanda, Azərbaycandakı ictimai-siyasi sabitlik mühiti, vətəndaşların dövlətə, dövlət rəhbərliyinin həyata keçirdiyi islahatlar kursuna dəstəyi Azərbaycanın milli dövlətçilik tarixində yeni inkişaf səhifələri açır. Uğurlar biri-birini əvəzlədikcə sabaha inam daha da artır, yeni-yeni hədəflər gündəmə gəlir, onların gerçəkləşdirilməsi üçün səylər göstərilir. Hər bir uğurlu addım üçün stimul olmalıdır. Bu stimul, təbii ki, dövlətimizin uğurlu siyasəti, xalq tərəfindən dəstəklənməsi, bir sözlə, xalq-iqtidar birliyinin sarsılmazlığıdır. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə keçirilən sorğuların nəticələrində Azərbaycanla bağlı xoş, reallığı özündə əks etdirən fikirlərin yer alması, dövlətimizin siyasətinin alternativsizliyinin bəyan edilməsi də bugünkü uğurlarımıza, təkmil islahatlara, gələcəyə hesablanmış inkişaf strategiyamıza əsaslanır.
Nəticə etibarilə, müstəqil Azərbaycan dövləti, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu gün tarixinin ən qüdrətli mərhələsinə qədəm qoyub. Azərbaycan milli dövlətçilik tarixinin heç bir mərhələsində indiki qədər qüdrətli olmayıb. Bu inkişafı, sabitliyi, tərəqqini təmin edən amil ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Bütün bunlara görə Azərbaycan xalqının alternativsiz seçimi məhz cənab İlham Əliyevdir.

 
  • Oxunub:  7980  |  
  • Tarix:  05-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müasir infrastrukturun yaradılması Azərbaycan hökumətinin əsas məqsədlərindən biridir

14:29
24 Yanvar
Azərbaycan-Qırğızıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
14:05
24 Yanvar
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiq etdi
14:01
24 Yanvar
Ölkə ərazisində havanın hərarəti 13 dərəcəyə yüksələcək
14:00
24 Yanvar
İTV “Eurovision-2019” üçün mahnı qəbulunu elan edir
13:58
24 Yanvar
Azərbaycanın 18 cüdoçusu Tel-Əviv Qran-Prisində mübarizə aparır
13:56
24 Yanvar
“Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib
12:50
24 Yanvar
Milli Məclisin əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
12:41
24 Yanvar
“The Jerusalem Post”: İsrail-Azərbaycan strateji tərəfdaşlığı möhkəmlənir və genişlənir
12:09
24 Yanvar
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının regional koordinasiya şurası yaradılacaq
12:04
24 Yanvar
Bakı Ali Neft Məktəbində təlim: “Yeni nəsil və yeni təhsil dünyası”
11:46
24 Yanvar
AŞPA-nın sessiyasında Ermənistanın hərbi təcavüzü nəticəsində əlil olmuş azərbaycanlılardan danışılıb
11:45
24 Yanvar
Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
11:16
24 Yanvar
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının təsis olunmasının ildönümü qeyd edilib
11:13
24 Yanvar
Azərbaycan məhsulları Berlində nümayiş edilir
10:57
24 Yanvar
Yeni “Tufan” sərhəd gözətçi gəmisi Xəzər dənizində xidməti-döyüş fəaliyyətinə başlayıb
10:53
24 Yanvar
Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb
10:23
24 Yanvar
“SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləyəcək
10:18
24 Yanvar
24 yanvar – Beynəlxalq Təhsil Günüdür
10:12
24 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:08
24 Yanvar
Sahibə Qafarova: Azərbaycanda sağlamlıq imkanları məhdud insanların sosial problemlərinin həllinə ciddi diqqət göstərilir
21:23
23 Yanvar
AŞPA-nın qış sessiyasında süni intellektin yaratdığı risk və təhdidlərdən danışılıb
21:22
23 Yanvar
Azərbaycanlı deputat AŞPA-nın sessiyasında internet idarəçiliyinin əhəmiyyətindən danışıb
20:51
23 Yanvar
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb
20:43
23 Yanvar
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
20:40
23 Yanvar
Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır
19:16
23 Yanvar
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları treninqlərə cəlb edilib
19:08
23 Yanvar
Azərbaycan Dillər Universiteti və İstanbul Okan Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18:58
23 Yanvar
Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+3 +6