Ana səhifə »  Müsahibə »  Xalqın seçimi cənab İlham Əliyevdir
A+   Yenilə  A-
Xalqın seçimi cənab İlham Əliyevdir

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə www.yap.org.az saytına müsahibə verib:
- Firəngiz xanım, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin rəhbərliyi ilə keçən son 15 il respublikamız üçün hansı uğurlarla yadda qalıb?
- İlk növbədə qeyd edim ki, Ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb. Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Heydər Əliyev hələ bundan sonra onilliklər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Ümummilli lider hazırda aparıcı dünya dövlətlərinin hesablaşdığı respublikamızın hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin ideyaları hazırda Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilir və yeni-yeni uğurlara yol açır.
Müstəqil Azərbaycanın məhz cənab İlham Əliyevin rəhbərliyi ilə ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərə yüksəlməsi də dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olub. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən qüdrətli dövlətinə çevirib.
Bu gün ölkəmizin suverenliyini, inkişafını möhkəmləndirən və ona beynəlxalq arenada nüfuz qazandıran ən mühüm və səmərəli amillərdən biri də multikulturalizm və tolerantlıqdır.
Sözsüz ki, beynəlxalq aləmdə baş verən proseslərin gərginləşdiyi, dünya birliyini narahat edən müharibə və münaqişələr, hərbi toqquşmalar, beynəlxalq terrorçuluq kimi hadisələrin olduğu və nəticə olaraq insanların öz evlərini tərk etmək məcburiyyətində qaldığı bir dövrdə ölkələrin öz sabitliyini qoruyaraq beynəlxalq arenada nüfuz qazanması olduqca çətin bir prosesdir. Azərbaycan isə bu çətin missiyanın öhdəsindən layiqincə gələn və hətta dünyaya yeni model nümayiş etdirən bir ölkəyə çevrilməyi bacarıb.
- Firəngiz xanım, bəs son 15 ildə dövlətin mədəniyyətimizə göstərdiyi qayğı barədə nə deyə bilərsiniz?
- Azərbaycan getdikcə daha müasir və daha sivil dövlətə çevrilir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı islahatları daha da sürətləndirməyə başlayıb. Mədəniyyət, incəsənət nümayəndələri daha geniş formada dövlətin qayğısı ilə əhatələnib, həmçinin onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 15 il ərzində mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın əsl himayədarı olub, o cümlədən Öz Fərman və sərəncamları ilə bu inkişafa güclü stimul yaradıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir.
Cənab Prezident mədəniyyət xadimlərinin fəaliyyətinə hər zaman çox yüksək qiymət verib: “Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır”. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri də cənab Prezidentimizin siyasi kursunu dəstəkləyir, Azərbaycanın uğurlu gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün əllərindən gələni edir və edəcəklər.
Xatırladım ki, 1912-ci ildə inşa olunmuş Azərbaycan Bəstəkarlar İttifaqının binası əvvəllər dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı, sonralar isə pionerlər evi kimi fəaliyyət göstərib, 1964-cü ildə Bəstəkarlar İttifaqının istifadəsinə verilib. 1991-ci ilin avqustundan burada əvvəlcə Türkiyə Respublikasının konsulluğu, sonra isə səfirliyi yerləşib. Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin 2008-ci il 14 aprel tarixli Sərəncamına əsasən bina Bəstəkarlar İttifaqının istifadəsinə verilib.
Prezident İlham Əliyevin “Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması haqqında” 2007-ci il 12 mart tarixli Sərəncamına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən burada yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılıb.
2009-cu il sentyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iştirak etmişdilər.
Təmir və yenidənqurma işlərinə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılıb. Bundan əlavə, ittifaqa ayrılmış 1 milyon manat vəsait hesabına musiqi alətləri, müasir texniki avadanlıq alınıb. Yenidənqurma zamanı binanın əvvəlki memarlıq üslubu qorunub saxlanılıb, eyni zamanda, müasir dizayn elementlərindən istifadə olunub. Əsaslı təmir və yenidənqurmadan sonra burada 40-a yaxın müxtəlif təyinatlı otaq, müasir konsert salonu, konfrans zalı, kitabxana, musiqi fondu və inzibati otaqlar istifadəyə verilib.
Eyni zamanda, təşkilatın fondunda dahi Azərbaycan bəstəkarlarının 750-yə yaxın nadir əlyazmasının və 500-dən artıq nəşrin qorunub saxlandığı kitabxana otaqları da yenidən qurulub.
Müasir avadanlıqla təchiz olunmuş salonda hazırda yaradıcılıq gecələri, müəllif konsertləri, beynəlxalq tədbirlər təşkil edilir, o cümlədən sənət adamları ilə görüşlər keçirilir.
Burada ilk dəfə olaraq rəqəmsal kompüter musiqi sistemi ilə təchiz olunmuş səsyazma studiyası da yaradılıb. Bu, musiqişünasların yeni layihələr həyata keçirmələrinə, müxtəlif yaradıcı qurumlarla mütəmadi görüşlər təşkil etmələrinə və səmərəli əməkdaşlıq əlaqələri qurmalarına yaxşı imkan yaradır.
Burada xüsusi istedada malik uşaqların potensialının inkişaf etdirilməsi ilə bağlı müasir avadanlıq və musiqi alətləri ilə təchiz edilən dərs otaqları fəaliyyət göstərir. Bir sözlə, Bəstəkarlar İttifaqında gənc bəstəkarların və istedadların dövlətimizin qayğısından yararlanması, onların əsərlərinin dinlənilməsi və nümayişi üçün hər cür şərait vardır.
Tarixi binanın yenidən bizim istifadəmizə verilməsi və yüksək səviyyəli təmir-bərpa işlərinin aparılmasına görə bir daha cənab Prezidentə öz təşəkkürümüzü bildiririk.
- Firəngiz xanım, sirr deyilsə, siz və sizinlə yaxın təmasda olan mədəniyyət xadimləri hansı namizədi dəstəkləyəcəksiniz?
- Aprelin 11-də müasir Azərbaycanın siyasi həyatında mühüm tarixi hadisə yaşanacaq - ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkilərin müəyyənləşdirəcəyi qalib növbəti 7 ildə Azərbaycan dövlətinin sükanı arxasında olacaq. Hazırda seçki prosesinin çox mühüm mərhələsidir. Qeydə alınan namizədlərin təbliğat-təşviqat kampaniyası aparılır. Azərbaycan hüquqi, demokratik dövlətdir. Seçkilərin demokratik və şəffaf keçməsi üçün də hər cür şərait yaradılıb. Qeydə alınan namizədlərin hər biri haqqında cəmiyyətin, seçicilərin məlumatları var. Namizədləri müqayisə etdikdə, təbii ki, son 15 ildə Azərbaycana uğurla rəhbərlik edən, qlobal miqyasda ölkəmizin nüfuzunu artıran Prezident İlham Əliyevin fəaliyyəti xüsusi ilə diqqəti cəlb edir. Mənim qənaətimə görə, cənab İlham Əliyevlə digər namizədlər arasında birincinin xeyrinə çox böyük fərq var.
Azərbaycan Prezidenti son 15 il ərzində müstəqil siyasətinə tam sadiqlik nümayiş etdirərək dövlət və xalq qarşısında öz missiyasını ləyaqətlə yerinə yetirdi. Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və qiymətləndirir. Cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri üstün tutur, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Əminliklə demək olar ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, böyük nailiyyətlərə imza atılacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq. Bütün görülən işləri, həyata keçirilən daxili və xarici siyasəti nəzərə alıb deyə bilərik ki, bu gün Azərbaycanda İlham Əliyevə alternativ yoxdur. Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik. Xalq yenidən İlham Əliyevə səs verməklə Azərbaycanın növbəti 7 il ərzində sosial-iqtisadi inkişafına səs vermiş olacaq. Xalqın dəyişməz seçimi cənab İlham Əliyevdir.

 
  • Oxunub:  6810  |  
  • Tarix:  06-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub
20:31
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
20:26
19 Noyabr
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
20:20
19 Noyabr
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
17:54
19 Noyabr
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “XXI əsr: Modern cəmiyyət-insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib
17:52
19 Noyabr
Hicran Hüseynova: Ölkəmizin qoşulduğu konvensiyalarda gender məsələsi də xüsusi yer tutur
17:49
19 Noyabr
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
17:39
19 Noyabr
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
17:34
19 Noyabr
Ekspert: Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
17:31
19 Noyabr
Nazir: TANAP Türkiyənin enerji mərkəzinə çevrilmə yolunda etibarlı addımlarla irəlilədiyinin bariz nümunəsidir
17:26
19 Noyabr
İtaliyalı diplomata azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib
17:25
19 Noyabr
İran XİN: Azərbaycan-İran əlaqələrinin inkişafı regionda sülhün davamlı olmasına xidmət edir
17:14
19 Noyabr
Filologiya problemləri üzrə elmi şuranın növbəti iclasında 27 dissertasiya mövzusu təsdiqlənib
17:04
19 Noyabr
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
16:59
19 Noyabr
İlham Məmmədov: Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ümumxalq partiyası statusunu daha da mohkəmləndirib
16:46
19 Noyabr
İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib
16:44
19 Noyabr
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
16:22
19 Noyabr
Ülvi Quliyev: Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər
16:17
19 Noyabr
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
16:07
19 Noyabr
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15:56
19 Noyabr
Ekspert: 2019-cu ilin dövlət büdcəsi növbəti ilin iqtisadiyyatında artım tempinə uyğunlaşdırılmış maliyyə sənədi kimi xarakterizə olunmalıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA