Ana səhifə »  Müsahibə »  Cənab İlham Əliyevə xalqın sevgisi tükənməzdir, bu amil 11 aprel seçkilərində bir daha təsdiq olunacaq
A+   Yenilə  A-
Cənab İlham Əliyevə xalqın sevgisi tükənməzdir, bu amil 11 aprel seçkilərində bir daha təsdiq olunacaq

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov www.yap.org.az saytına müsahibə verib:
- Eldar müəllim, ölkəmiz prezident seçkiləri ərəfəsindədir. Hazırda seçki kampaniyasının təbliğat-təşviqat kampaniyası həyata keçirilir. Bu kampaniya zamanı Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin xalqımız tərəfindən dəstəklənməsinin bir daha şahidi oluruq...
- Bilirsiniz ki, fevral ayında Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultayda partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Qurultayın qərarı tarixi bir qərardır. Bu qərarı partiyamızın yüzminlərlə üzvü alqışlayır. YAP-ın VI Qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi bütün xalqımızın arzu və istəyi idi. Çünki cənab İlham Əliyev dövlət başçısı olaraq “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə sadiq qalıb, Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bütün sferalarda böyük inkişaf yolu keçib.
Azərbaycanda partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Çünki Prezident İlham Əliyev bütün fəaliyyətində Heydər Əliyev ideyalarına sadiqdir və Ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirir, Onun fəaliyyətinin başlıca amalı dövlətə və xalqa xidmət etməkdir. Prezident İlham Əliyev hər zaman vədinə əməl edən liderdir. Dövlət başçısı ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var. Bütün bunların nəticəsidir ki, ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür.
- Son 15 ildə Azərbaycan bütün sahələr üzrə inkişaf edib. Partiyamız prezident seçkilərinə hansı uğurlarla gedir?
- Şübhəsiz ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Ötən 15 il ərzində Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində böyük fabriklər, zavodlar, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr istifadəyə verilib. Son illər dünyada təlatümlərin, iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda inkişaf tendensiyası davam edir. Ötən 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, 1,9 milyon yeni iş yeri açılıb. Bu dövrdə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Uşaq və gənclərin sağlam həyat sürməsi, ölkəmizdə güclü idmançı nəslinin yetişməsi üçün 43 Olimpiya İdman Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin bir hissəsidir.
Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə böyük, transmilli iqtisadi, enerji və nəqliyyat layihələri bütün dünya üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi layihələri bütövlükdə dünya üçün əhəmiyyətlidir. Bu faktor Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu da əhəmiyyətli dərəcədə artırır. Azərbaycan 2011-ci ildə 155 dövlətin dəstəyi ilə iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və bu dövrdə dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töhfələr verib. Eləcə də Azərbaycan kosmos dövlətləri sırasında özünün layiqli yerini turur.
Həmçinin Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Ölkəmizdə “Eurovision”, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir.
Onu da qeyd etmək istəyirəm ki, ötən 15 ildə ölkəmiz müdafiə qabiliyyətini də xeyli gücləndirib. Bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Bunu 2016-cı ilin aprel döyüşləri bir daha təsdiqlədi.
Bu mənada düşünürəm ki, biz qarşıdan gələn prezident seçkilərinə böyük nailiyyətlərlə gedirik. Hesab edirəm ki, bu nailiyyətlər partiyamızın namizədinin növbəti parlaq qələbəsini şərtləndirən əsas amildir.
- Bu dövrdə əldə olunan sosial-iqtisadi göstəricilər nədən ibarətdir?
- Qeyd etdiyimiz dövr Azərbaycanın sosial-iqtisadi inkişaf baxımından yüksəliş dövrü kimi tariximizə yazılıb. Bu dövrdə müstəqil dövlətimiz çox böyük nailiyyətlər qazanıb. Faktlara diqqət yetirək. Belə ki, ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub, valyuta ehtiyatları isə 23 dəfə artaraq 42 milyard dollara çatıb. Maaşlar 5, pensiyalar 8 dəfə artıb. İşsizlik 5 faiz təşkil edir, yoxsulluq 50 faizdən 5,4 faizə enib.
İqtisadiyyat ümumulikdə 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında isə 4,1 dəfə artım var. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Ölkəmizin yaşayış məntəqələrinin qazlaşdırılması 51 faizdən 93 faizə çatdırılıb.
Ölkəmizdə gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib və hazırda mövcud stansiyaların generasiya gücü 6400 meqavatdır və 15 il ərzində 64 faiz artıb.
Həmçinin Oğuz-Qəbələ-Bakı su xətti çəkilib. Ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faizdən 67 faizə çatdırılıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir.
Bu dövrdə dörd su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib istifadəyə verilib. Eləcə də, 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. 15 il ərzində respublikada 7 aeroport tikilib və ya yenidən qurulub. Yalnız Bakı aeroportu beynəlxalq aeroport idi, hazırda altı beynəlxalq aeroport var - Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala. Yevlax aeroportu isə yerli əhəmiyyətlidir.
- Eldar müəllim, Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafına da güclü dəstək göstərir. Dövlətin dəstəyi hansı nəticələr verməkdədir?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezidentliyinin ilk illərindən başlayaraq kənd təsərrüfatının inkişafına yüksək diqqət və qayğı ilə yanaşıb, bu sahənin tərəqqisi üçün dövlət dəstəyinin vacibliyini yüksək qiymətləndirib. Hörmətli Prezidentimiz 2004-cü ildən başlayaraq ölkəmizdə kənd təsərrüfatının və onunla bağlı aqrar-sənaye kompleksinin digər sahələrinin müasir tələblər səviyyəsində birgə inkişafının təmin edilməsi üçün elmi əsaslara söykənən ardıcıl siyasət yeridir.
Ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsul istehsalına çəkilən xərcin bir hissəsinin dövlət vəsaiti hesabına ödənilməsi, məhsul istehsalının dinamik artımına nail olunması üçün indiyə kimi möhtərəm Prezidentimiz tərəfindən onlarla qanun, fərman və sərəncam imzalanıb. Kənd təsərrüfatı məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunması haqqında 2001-ci ildən tətbiq edilən qanunun qüvvəsinin Prezident İlham Əliyevin təşəbbüsü ilə 2018-ci ilin sonuna kimi uzadılması fermerlərə 2 milyard manatdan çox dövlət büdcəsinə ödəniləcək vəsaitin onların sərəncamında qalmasına və istehsalın genişləndirilməsinə sərf etməyə imkan verib.
Kənd təsərrüfatında əldə olunan nəticələri 2017-ci ilin timsalında da görmək mümkündür. Belə ki, 2017-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6 milyard 580 milyon manat (4 milyard dollar), bu sahədə yaradılan ümumi daxili məhsul 3,9 milyard manat (2,3 milyard dollar), ümumi daxili məhsulda kənd təsərrüfatının payı 5,6 faiz təşkil edib. 2007- 2016-cı illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən hər il 150-180 milyon manat həcmində subsidiya verilib. 2018-ci ildə büdcədən kənd təsərrüfatına 656 milyon manat vəsait ayrılıb ki, bunun da 288 milyon manatı müxtəlif subsidiyaların ödənilməsi və aqrar sahədə islahatların aparılmasına yönəldiləcək.
Sumqayıt sənaye parkında isə sənaye məhsulları ilə yanaşı kənd təsərrüfatı istehsalı üçün böyük əhəmiyyət kəsb edən bir neçə zavod da tikilib istifadəyə veriləcək. Tikintisinə başlanılan SOCAR karbamid zavodunda ildə 650-660 min ton azot gübrəsi istehsal ediləcək. Parkda təməli qoyulan Sumqayıt yunəyirici-boyaq fabrikində ildə 370 ton yun iplik və 195 ton təmiz yun istehsal ediləcəkdir.
Fermerlərin öz məhsullarını satmaqda üzləşdikləri çətinlikləri aradan qaldırmaq və bu işi asanlaşdırmaq, habelə əhalini sağlam ərzaq məhsulları ilə təmin etmək üçün 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin tərkibində “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC və ötən il Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə Prezident Sərəncam və Fərman imzalayıb və onlar fəaliyyətə başlayıblar.
Ölkəmizdə qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, ənənəvi sənaye sahələrinin bərpası və inkişafına da böyük diqqət yetirilir. Xüsusilə son vaxtlar milli sərvətimiz və xaricə çıxışı olan xalçaçılığın inkişafına diqqət artırılıb. Bu məqsədlə “Azərxalça” ASC-nin yaradılması, bölgələrdə 10-a yaxın xalçaçılıq fabrikinin, Sumqayıtda əyirici-boya fabrikinin tikintisi aparılır ki, bu da yaxın vaxtlarda xalça istehsalında həm boya və həm də iplikdən xarici asılılığa son qoyacaq və xalça məhsulları ilə xarici bazarlara çıxmaq üçün böyük imkan yaradacaq.

 
  • Oxunub:  4710  |  
  • Tarix:  06-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

12:38
19 Sentyabr
Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilir
12:35
19 Sentyabr
Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı birgə tədbirlər keçirəcək
12:32
19 Sentyabr
Pirallahıda Beynəlxalq Sülh Günü münasibətilə fləşmob keçirilib
12:29
19 Sentyabr
Məktəb direktorları ilə görüşdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb
12:15
19 Sentyabr
Gənclər Fondu gənclər təşkilatlarına təklif edilən imkanlar barədə təqdimat keçirib
12:06
19 Sentyabr
Cibuti Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
11:45
19 Sentyabr
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq
11:45
19 Sentyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
11:38
19 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
11:31
19 Sentyabr
Naxçıvanda Milli Musiqi Günü qeyd edilib
11:09
19 Sentyabr
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
11:07
19 Sentyabr
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
10:58
19 Sentyabr
Rusiyanın sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə birgə təlimlər keçirilib
10:47
19 Sentyabr
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
10:45
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır
10:25
19 Sentyabr
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:22
19 Sentyabr
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +20