Ana səhifə »  Müsahibə »  Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində qurulub
A+   Yenilə  A-
Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində qurulub

Milli Məclisin deputatı Vüsal Hüseynov www.yap.org.az satına müsahibə verib:
- Vüsal müəllim, hazırda ölkəmizdə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası mərhələsindəyik. Seçicilər təşviqat tədbirlərində hansı əhval-ruhiyyə ilə iştirak edir?
- Yeni Azərbaycan Partiyasının (YAP) seçkiqabağı təşviqat kampaniyası dinamik formada başlamışdır və çox böyük ruh yüksəkliyi və əhval-ruhiyyə ilə davam edir. Rayonlarda, kəndlərdə vətəndaşlarla görüşlər keçirilir, təşviqat tədbirləri davam etdirilir. İnsanların cənab Prezidentə olan dəstək və sevgisini canlı müşahidə edirik. Bildiyiniz kimi, cənab İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olmuşdur. Belə ki, vətəndaşlarımız Onun namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasında çox aktiv iştirak etmiş və qısa müddətdə bu proses yekunlaşmışdır. Nümunə üçün qeyd edim ki, millət vəkili olduğum Ucar rayonunda imzatoplama kampaniyası 3 gündən də qısa müddət ərzində başa çatdırılmışdır.
Ötən 15 il ərzində sosial-iqtisadi sahədə aparılan islahatlar, həmçinin dövlət idarəçiliyi və insan hüquqlarının daha etibarlı təminatına xidmət edən tədbirlər, ölkəmizin əldə etdiyi nailiyyətlər cənab İlham Əliyevin namizədliyini və növbəti seçkilərdə uğur qazanmasını şərtləndirən başlıca amillər sırasındadır. Bu siyasət və tədbirlər öz müsbət təsirlərini ölkənin gündəlik həyatında göstərir və insanlarımız bunları müşahidə edirlər. Bu isə ölkəmizdə mövcud xalq-iqtidar həmrəyliyini daha da möhkəmləndirir, hazırkı və gələcək inkişafımızı, sabitliyimizi təmin edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nın “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyasına əsasən, Azərbaycan dünyada ən güclü xalq-iqtidar birliyi olan 20 ölkə arasında yer almışdır.
- Bu il cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 15 il ötür. Sizcə, bu 15 illik dövr Azərbaycan xalqı və dövləti üçün hansı mühüm nailiyyətlərlə yadda qaldı?
- Son 15 il həqiqətən müstəqil Azərbaycan dövlətinin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilə bilər. Cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu. 2003-cü il seçki kampaniyası müddətində cənab İlham Əliyevin verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar yüksək statistik göstəricilərlə icra edildi. Bu isə insanların Prezident İlham Əliyevin siyasətinə və sözünə olan inam və etimadını daha da gücləndirdi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs, strategiya, stabillik və inkişaf konsepsiyası müasir dövrün çağırışlarına uyğun olaraq İlham Əliyevin Prezidentliyi dövründə də davamlı şəkildə davam etdirildi. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq aparılan çoxşaxəli islahatlar kursu xalqın rifah səviyyəsini yüksəltməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzuna da ciddi ölçüdə təsir göstərdi. İqtisadi, sosial, hüquqi, elm, xarici siyasət, eləcə də dövlət idarəçiliyinin əhəmiyyətli sahələrində mühüm irəliləyişlər əldə edildi.
Ötən 15 illik dövrün statistik göstəricilərinə qısaca nəzər salsaq, əldə olunan nailiyyətləri əyani şəkildə görə bilərik. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollar təşkil etdi, iqtisadiyyatımızın neftdən asılılığı azaldı, qeyri-neft sektoru üzrə istehsal 2.8 dəfə artdı, Azərbaycan Cənubi Qafqazın ilk və yeganə kosmik ölkəsinə çevrildi, İKT sektorundakı gəlirlərimiz 1.6 milyard dolları ötdü, ölkəmizin 93 faizi qazlaşdırıldı, əhalinin sosial müdafiə sistemi daha da təkmilləşdirildi, 265 min məcburi köçkün yeni mənzillərlə təmin edildi. Belə sosial-iqtisadi, statistik rəqəmlərlə möhkəmləndirilmiş faktlar yüzlərlədir. Ancaq son 15 ilin ən mühüm nailiyyətlərindən biri və digər sahələrdə inkişaf üçün əsas zəmin yaradan ölkədə sabitlik və təhlükəsizlik şəraitinin təmin olunmasıdır. Dünyada risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, hərbi qarşıdurmaların geniş vüsət aldığı bir şəraitdə Azərbaycanda insanlar üçün sabitlik, təhlükəsizlik şəraiti təmin edilmişdir. Bu gün təhlükəsizlik və ictimai asayiş baxımından Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir.
- Siz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüsünüz. Ölkəmizdə ötən 15 il ərzində həyata keçirilən hüquqi dövlət quruculuğu prosesini, eləcə də insan hüquqlarının daha da möhkəmləndirilməsinə xidmət edən islahatları necə qiymətləndirirsiniz?
- Ötən 15 il ərzində insan hüquq və azadlıqlarının daha etibarlı təminatı, eləcə də dövlət idarəçiliyində çevikliyin, səmərəliliyin artırılması və qanunvericilik sistemimizin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə hüquq sistemimizin əsasını təşkil edən Konstitusiyamıza iki dəfə - 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklər edilmişdir. Referendumlarla edilən bu dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi məsələsinə yönəlmişdir. Bu referendumlara çıxarılan məsələlərə xalqın “hə” deməsi ilə Azərbaycanda insan hüquq və azadlıqlarının konstitusion təminatı daha da gücləndirildi, həmçinin ölkəmizdə güclü prezidentlik institutu yaradıldı. Bunlarla yanaşı, dövlət idarəçiliyində effektivliyi və çevikliyi artırmaq məqsədilə birinci vitse-prezident və vitse-prezidentlik institutları təsis edildi. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə məhkəmə-hüquq sistemi daha da təkmilləşdirildi və müasir dövrün tələblərinə tam uyğunlaşdırıldı. Bu xüsusda, ölkə başçısının 10 fevral 2017-ci il tarixli Sərəncamını xüsusilə vurğulamaq lazımdır. Azərbaycan Prezidentinin insan hüquqlarına verdiyi dəyərin təzahürü olan bu Sərəncam ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsini, cinayət qanunvericiliyinin və bütövlükdə penitensiar sistemin təkmilləşdirilərək müasir dünya standartlarına uyğunlaşdırılmasını ehtiva edir. Ötən 15 il ərzində humanizm siyasətinə sadiqlik dövlət idarəçiliyinin əsas prinsiplərindən biri kimi öz əhəmiyyətini qoruyub saxladı. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bəri qəbul edilmiş 5 amnistiya aktının nəticəsində 54 minə yaxın məhkum azadlığa çıxıb. Həmçinin ötən dövr ərzində Prezident İlham Əliyev tərəfindən 3800 nəfərdən çox şəxsə şamil olunmuş 31 əfv Sərəncamı imzalanıb. Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məsələlərini həmişə diqqət mərkəzində saxlamışdır. Bu məqsədlə sistemli yanaşma ortaya qoyulmuş, həm institusional praktiki tədbirlər görülmüş, həm də mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası təkmilləşdirilmişdir. Ötən 15 il ərzində dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, həmçinin vətəndaş iştirakçılığının artırılması və elektron xidmətlərin genişləndirilməsi məqsədilə silsilə tədbirlər görülmüşdür. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətlərinin artırılması, məmnunluğun təmin edilməsi və korrupsiya hallarının qarşısının alınması üçün ən səmərəli vasitə hesab olunan “ASAN Xidmət” modeli uğurla icra edilmişdir. 2013-cü ildə fəaliyyətə başlayan “ASAN Xidmət” mərkəzlərinə indiyə kimi 20 milyondan artıq müraciət daxil olmuşdur və xüsusilə qeyd edilməlidir ki, insanların bu xidmətdən məmnuniyyət səviyyəsi 98-100 faiz arasında dəyişir. “ASAN xidmət”in 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülməsi isə bu modelə dünyada böyük marağın olmasını göstərir. Bu gün dünyanın aparıcı dövlətləri “ASAN Xidmət” təcrübəsini öyrənməyə və bu mütərəqqi modeli özlərində tətbiq etməyə can atırlar.
- Artıq bir neçə ildir ki, ölkəmiz transmilli enerji və nəqliyyat layihələrinin birbaşa təşəbbüsçüsü kimi çıxış edir. Bu cür layihələrin əhəmiyyətini və bütövlükdə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini necə dəyərləndirərdiniz?
- Ötən 15 il ərzində Azərbaycanın beynəlxalq nüfuzu olduqca möhkəmləndi və ölkəmiz bütün dünyaya özünü etibarlı tərəfdaş kimi tanıda bildi. Bu müddətdə xarici siyasətdə ən böyük uğurlardan biri ölkəmizin 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu. Ölkəmizin dünyanın ən mötəbər qurumuna üzv seçilməsi dünya birliyinin gənc Azərbaycan dövlətinə olan etimadının göstəricisi idi. Müstəqilliyinin 20-ci ilində xarici siyasətdə əldə edilən bu nailiyyət yalnız düşünülmüş, ardıcıl və məqsədyönlü siyasətin nəticəsində mümkün ola bilərdi. Bu gün Azərbaycan Avropanın diqqət mərkəzində olan enerji layihələrinin təşəbbüsçüsü və iştirakçısı rolunda çıxış edir. Bilavasitə ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və hazırda tikintisi sürətlə davam etdirilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə sahibdir. Dörd seqmentdən, o cümlədən də Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərindən ibarət olan bu layihənin reallaşması Azərbaycanın beynəlxalq nüfuzuna, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı yeri və roluna ciddi ölçüdə təsir göstərib. Şimaldan cənuba, qərbdən şərqə mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan coğrafiyasının təmin etdiyi imkanlardan yüksək səviyyədə istifadə edir.
Ötən il açılışı baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu baxımdan çox əhəmiyyətlidir. Bu dəmir yolu tarixdə ilk dəfə Şərqlə Qərbi dəmir yolları vasitəsilə birləşdirdi. Ölkəmiz həmçinin böyük strateji əhəmiyyəti olan və Avropa ilə Asiyanı fərqli marşrutlarla birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas fiqurlarından biri rolunda çıxış edir. Dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən bu layihələr bir tərəfdən ölkəmizdə iqtisadi stabilliyin davamlı olmasını təmin edəcək, digər tərəfdən isə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirəcəkdir.
- Vüsal müəllim, necə hesab edirsiniz, 2018-ci ilin prezident seçkiləri Azərbaycanın qarşısında dayanan gələcək hədəflərə çatmaq baxımından nə kimi əhəmiyyət daşıyır?
- Cənab İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan dövlətinin əsas strateji məqsədləri müasir dövrün qlobal çağırışları fonunda Azərbaycanın davamlı və hərtərəfli inkişafını təmin etmək, xalqımızın həyat səviyyəsini yüksəltmək və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Ötən 15 illik fəaliyyəti dövründə ölkə başçısı bu ümdə məqsədlərin reallaşmasını prioritet məsələlər kimi müəyyən etmişdir. Əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlər artıqlaması ilə yerinə yetirilib. Lakin görüləsi işlər hələ çoxdur. Yaxın perspektiv üçün bir sıra əlavə hədəflər müəyyən olunub. Bu hədəflərə çatmaq üçün xalqın sosial rifahının yaxşılaşdırılmasından tutmuş, iqtisadi sabitliyin qorunub saxlanılmasına qədər bütün sahələri əhatə edən çoxşaxəli islahatlar kursunun davam etdirilməsi nəzərdə tutulub.
Nəzərə alaq ki, son 15 il ərzində Azərbaycan əhalisinin sayı 1.5 milyon nəfər artıb. Artan əhali isə adekvat iqtisadi inkişaf tələb edir. Qeyd etmək yerinə düşər ki, ötən 15 il ərzində ölkəmizdə əhalinin artım tempinə paralel olaraq, ümumi daxili məhsul (ÜDM) istehsalı da 3 dəfə artmışdır. Bu, olduqca yüksək göstəricidir. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, Azərbaycan 2004-2016-cı illərdə ümumi daxili məhsul istehsalının artım göstəricisinə görə Çin və Qətər kimi ölkələrlə yanaşı dünyada ilk beşlikdə qərarlaşmışdır.
Ölkəmizə investisiyaların yatırılmasını təmin etmək yenə də iqtisadi siyasətdə prioritet məsələ olaraq qalacaq. Onu da qeyd edək ki, Azərbaycana yatırılan sərmayənin 93 faizi son 15 il ərzində qoyulmuşdur. Ümumilikdə isə 2003-2018-ci illərdə ölkəmizə 231 milyard dollarlıq investisiya yatırılıb. Siyasi sabitlik və təhlükəsizliyin möhkəm olması xarici investorları Azərbaycana cəlb edən əsas amillərdir. Regionlarımızın sosial-iqtisadi inkişaf strategiyası isə həmişə olduğu kimi prioritet məsələlər olaraq nəzərdə saxlanılacaq. Həmçinin dövlət idarəçilik sistemində innovativ islahatların həyata keçirilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin təmin olunması istiqamətində məqsədyönlü fəaliyyət davam etdiriləcək.
Növbəti illər üçün müəyyən edilmiş hədəfləri saymaqla bitməz. Mən bunların yalnız bir qisminə toxundum. Ümumilikdə, onu deyə bilərəm ki, dövlətimizin inkişaf etməsi, xalqımızın daha yaxşı yaşaması üçün çoxşaxəli islahatlar kursu növbəti illərdə davam etdiriləcək. Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində qurulub və söz yox ki, bu maraqları təmin etmək üçün qarşıdan gələn 7 ildə də bütün imkanlar səfərbər olunacaq.

 
  • Oxunub:  10260  |  
  • Tarix:  07-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 11:12
BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib
18 İyul 11:09
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
18 İyul 10:56
Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb
18 İyul 10:55
Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb
18 İyul 10:49
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
18 İyul 10:45
Vergilər Nazirliyi “Qüdrətli dövlət naminə” adlı sosial reklam çarxı hazırlayıb
18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25