Ana səhifə »  Müsahibə »  SOCAR - Azərbaycanın qlobal brendi, İlham Əliyevin şah əsəridir
A+   Yenilə  A-
SOCAR - Azərbaycanın qlobal brendi, İlham Əliyevin şah əsəridir

SOCAR-ın prezidenti Rövnəq Abdullayev www.yap.org.az satına müsahibə verib:
- Rövnəq müəllim, istərdik ki, söhbətimizin əvvəlində bu gün Azərbaycanın qlobal brendi kimi çıxış edən SOCAR-ın müstəqillik illərində keçdiyi uğurlu yol barədə söhbət açasınız. Keçilən yolda hansı mərhələləri və məqamları xüsusi qeyd etmək istərdiniz?
- Ötən əsrin 90-cı illərinin əvvəlində yerli neft hasilatçısı kimi fəaliyyətə başlayan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti son 15 ildə ciddi sıçrayış edərək, neft və qaz biznesinin dəyər zənciri üzrə fəaliyyət göstərən və bütün dünyada həyata keçirdiyi nəhəng layihələri ilə tanınan, bununla da milli sərvətimizə əlavə dəyər qatan transmilli şirkətə çevrilmişdir. SOCAR-ın qlobal brendə çevrilməsinin son 15 il ərzində baş verməsi hər şeydən əvvəl Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının müdrik daxili və xarici siyasəti sayəsində qazanılan uğurlarla sıx bağlı olub, ölkəmizin ümumi sosial-iqtisadi yüksəlişinin tərkib hissəsidir. Təsadüfi deyil ki, şirkətin fəaliyyətinə dair bütün strateji qərarlarda möhtərəm Prezidentimizin dəst-xətti və imzası aydın şəkildə görünür. Son 15 ildə şirkət qarşısında yeni üfüqlər açılıb, möhtərəm Prezidentimiz də həmin tarixi imkanları düzgün qiymətləndirib.
Azərbaycanın neft-qaz sənayesinin, onun lokomotivi rolunu oynayan SOCAR-ın müstəqillik dövründə keçdiyi uğurlu inkişaf yolunu düzgün təhlil etmək üçün bu yolun hər bir mərhələsi respublikamızın ən yeni tarixinin müvafiq siyasi-iqtisadi kontekstlərinə uyğun şəkildə nəzərdən keçirilməlidir. Müstəqilliyimizin ilk illərində şirkətin qarşısında duran əsas vəzifələr bugünkündən fərqli idi. Əsas hədəfləri keçmiş Sovet İttifaqının süqutundan sonra ölkə iqtisadiyyatının dirçəlməsi üçün neft hasilatını artırmaq və dənizin dərinsulu hissəsində yeni yataqların işlənməsi üçün xaricdən investisiya və texnologiyaları cəlb etmək olan həmin dövrün taleyüklü hadisəsi - transmilli neft şirkətləri ilə Azərbaycanın milli maraqlarına cavab verən “Əsrin müqaviləsi”nin imzalanması idi. Təkcə ölkəmizin deyil, bütövlükdə regionumuzun simasını dəyişən qlobal əhəmiyyətli bu sənədin imzalanması, bütövlükdə, yeni neft strategiyasının hazırlanması və onun reallaşdırılmasına başlanması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İqtisadi böhran və müharibə şəraitində olan ölkəyə xarici investorları cəlb etmək nə qədər çətin olsa da, Ümummilli lider bu vəzifənin öhdəsindən məharətlə gəldi. Bununla da ölkəmizin misilsiz sosial-iqtisadi inkişafının əsası qoyuldu. Xüsusi qeyd etmək lazımdır ki, o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev cənabları xarici tərəfdaşlarla aparılmış gərgin danışıqlarda böyük diplomatik məharət göstərərək, “Əsrin müqaviləsi”nin imzalanmasında mühüm rol oynamışdır.
Yeni minillik və yeni əsr dünya və region ölkələri ilə yanaşı, Azərbaycanı da yeni və fərqli çağırışlarla üz-üzə qoyurdu. Möhtərəm Prezidentimiz ölkə iqtisadiyyatında apardığı dərin islahatlar çərçivəsində Azərbaycanın qalibiyyətli enerji strategiyasını zamanın aktual tələblərinə uyğun təkmilləşdirdi. Ölkənin maliyyə imkanları və beynəlxalq rəqabət qabiliyyəti yüksəldildi və Azərbaycan sərmayə cəlb edən ölkə olmaqla yanaşı, həm də xarici bazarlara sərmayə yatıran ölkəyə çevrildi. Müstəqil dövlətimizin strateji aktivi olan SOCAR bu tarixi missiyada lokomotiv rolunu öz üzərinə götürməklə, ölkə daxilində nəhəng ixracyönümlü sənaye layihələrini həyata keçirməyə, həm də xarici bazarları kəşf edərək, inamlı və qətiyyətli investor kimi perspektivli bazarlara daxil olmağa nail oldu. Şirkətin bu yeni biznes inkişafı strategiyası dövlətimizin müdrik başçısı İlham Əliyev cənablarının bizə göstərdiyi istiqamətləri və Onun gələcəyə baxışını əks etdirir.
İlham Əliyevin strateji baxışı daim dövlətin müstəqilliyi, xalqın yüksək rifahı prinsiplərinə əsaslanır. Azərbaycanı regionda güclü dövlətə, beynəlxalq müstəvidə iqtisadi və siyasi sahələrdə söz və nüfuz sahibinə çevirmək İlham Əliyev siyasətinin əsas hədəfləridir. Məhz bu istiqaməti əldə rəhbər tutaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara buraxıldıqdan sonra iki qitə və 6 ölkəni birləşdirən, dünyada misli olmayan Cənub Qaz Dəhlizi meqalayihəsinə start verildi. Cənub Qaz Dəhlizi beynəlxalq əhəmiyyətli vahid qaz magistralını yaradacaq, bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək. Bu layihə Azərbaycanın ixrac kəmərlərini şaxələndirərək, ölkəmizin ixrac marşrutlarının seçimi baxımından daha da müstəqilləşməsinə şərait yaradacaq və bunun nəticəsində tərəfdaşlarla aparılan bütün kommersiya danışıqlarında Azərbaycana əlavə üstünlük yaradacaqdır. Artıq bu il 4 seqmentdən ibarət bu möhtəşəm layihənin 3 seqmenti istifadəyə verilir və ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən bu uzunmüddətli çalışmaların bəhrələrini görəcəkdir.
- SOCAR-ın qlobal brendə çevrilməsini şərtləndirən amillər hansılardır?
- SOCAR-ın transmilli, qlobal şirkətə çevrilməsi ilk növbədə şirkətin həyata keçirdiyi nəhəng transmilli layihələrdə, o cümlədən beynəlxalq emal və kimya layihələrində, qlobal neft və qaz ticarətinin genişlənməsində öz əksini tapmışdır. Bu səbəbdən, mövzuya uyğun olaraq, mən şirkətin fəaliyyətini məhz bu perspektivdən təhlil etmək istərdim. Lakin bunu da qeyd etməliyəm ki, şirkət öz ənənəvi fəaliyyət sahələri olan - kəşfiyyat və hasilat sahələrində də son dövrdə ciddi uğurlara imza atıb. Artıq SOCAR öz imkanları ilə müasir dərin dəniz özüllərini inşa edir, quraşdırır, istismar edir, böyük dərinlikdə qazma işlərini yerinə yetirir, yeni yataqları kəşf edir. Məhz kəşfiyyat və hasilat sahələrində əldə edilən uğur SOCAR-ın beynəlxalq investisiyaları, qlobal əməliyyatlarının genişlənməsi üçün şərait yaratmışdır.
Bu gün SOCAR dünyanın müxtəlif ölkələrində neft və qaz məhsullarının nəqli üçün zəruri olan magistral boru kəmərləri, gəmilər, liman terminalları kimi nəqliyyat vasitələrinə malikdir. Müasir qlobal infrastrukturun qurulması şirkətin dünya brendinə çevrilməsinin əsas şərtlərindən biri olub.
Eyni zamanda, səmərəli bir transmilli şirkət olmaq üçün SOCAR qlobal infrastrukturla yanaşı, həm də özünün sovetlər dövründən qalan inzibati idarəetmə üsullarından imtina etməli, struktur dəyişiklikləri aparmalı, kadr potensialını yeniləməli, maksimum səmərə ilə işləmək üçün bazar iqtisadiyyatının tələblərinə uyğunlaşmalı, bir sözlə, müasirləşməli idi. Bu vəzifələrin öhdəsindən gəlmək üçün dünyanın qabaqcıl məsləhətçi şirkətlərinin iştirakı ilə genişmiqyaslı araşdırma və təhlillər aparıldı və səmərələşdirici tədbirlər görülməyə başlandı.
- Bilirik ki, SOCAR davamlı inkişaf strategiyası həyata keçirir. İstərdik ki, bu barədə söhbət açasınız?
- Yeni idarəetmə üsullarının tətbiqi çərçivəsində əməliyyatlarımızın dayanıqlığını təmin etmək üçün uzunmüddətli planlama, davamlı inkişaf strategiyası tərtib edilmiş və icrasına start verilmişdir. 2008-ci ildə dünyada baş vermiş qlobal böhrandan nəticə çıxararaq, belə qənaətə gəldik ki, sərmayə qoyuluşlarının şaxələndirilməsi, investisiyaların müxtəlif sahələrə yatırılması şirkətin bir məhsul növündən olan asılılığını azaldacaq, qlobal bazarlarda baş verən qiymət dəyişkənliyi riskini aşağı salacaqdır. Həmçinin yeni əməliyyat sahələrinin SOCAR-ın mövcud fəaliyyətləri ilə inteqrasiya edilməsi xammal xərclərinə qənaət olunmasına, nəticədə daha yüksək ümumi gəlirin əldə edilməsinə imkan verir. Apardığımız araşdırmalar bunu göstərirdi ki, emal və kimya sənayesinin artım tempi gələcəkdə yanacaq məhsullarına tələbatın artımından daha yüksək ola bilər. Müvafiq olaraq, neft və qaz müxtəlif zəruri plastik, rezin və məişət əşyalarının xammal mənbəyi kimi daha yüksək mənfəət vəd edir. Beləliklə, 2008-ci ildən etibarən SOCAR neft və qaz emalı, eləcə də kimya sənayesinə sərmayələr yatırmağa başladı.
Bu istiqamətdə atılmış ilk addımlar “Azərkimya” İB-nin modernizasiyası və Türkiyədə ənənəvi kimya kompleksi “Petkim”in əsas səhm payının alınması oldu. Məlumdur ki, qardaş Türkiyə kimya məhsulları üzrə dünyada ən böyük bazar potensialına malik olan ölkələr sırasındadır. Digər tərəfdən, xam neftin qiymətinin kəskin düşdüyü son illərdə neft-kimya məhsullarının qiymətlərində daha yüksək sabitlik müşahidə olundu ki, bu da verilən qərarın düzgünlüyünü bir daha sübut etdi. SOCAR-ın idarəçiliyinə keçdikdən sonra “Petkim”in xalis mənfəəti 9,2 dəfə, səhmlərinin qiyməti isə 2008-ci ildən etibarən təqribən 8,7 dəfə artmışdır.
- SOCAR-ın emal və kimya sənayesində reallaşdırdığı yeni investisiya layihələri haqqında da məlumat verməyinizi xahiş edirik.
- Əldə olunan uğurları davam etdirmək üçün SOCAR emal və kimya sənayesində yeni investisiya layihələrinə də start verdi: Azərbaycanda “SOCAR Polymer” və “SOCAR Karbamid”, Türkiyədə isə “STAR NEZ”in inşasına başladı. Türkiyənin əhali sayı ilə əlaqədar bazar potensialı yüksək olduğuna görə STAR NEZ-in məhsulu əsasən qardaş ölkənin daxili bazarı üçün nəzərdə tutulur. Azərbaycanda inşa ediləcək yeni kimya müəssisələrinin məhsulları isə ölkəmizdə həmin məhsulların idxalını tam əvəzləyəcək. Azərbaycanda istehsal olunacaq məhsulun daha böyük hissəsi isə ixrac ediləcək, ölkəmizə əlavə gəlirlər gətirəcək. Qeyd etməliyəm ki, emal sənayesində məhz ixracyönümlü investisiya layihələrinin həyata keçirilməsi ilk növbədə ölkənin iqtisadi inkişafı üçün vacibdir. Buna görə Azərbaycanda bu layihələrin məhz Dövlət Neft Şirkəti tərəfindən reallaşdırılması vacib idi. “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının inşası ölkədə aqrar sektorun, habelə kiçik və orta sahibkarlığın inkişafına münbit şərait yaradacaq. Ən keyfiyyətli azot gübrəsi olan karbamid bütövlüklə azot gübrəsinin idxalını əvəzləyə biləcək. “SOCAR Polymer”in məhsulları isə birbaşa kiçik və orta sahibkarlar tərəfindən xammal kimi istifadə olunaraq, ölkəmizdə müxtəlif plastik istehlak məhsullarının istehsalı və deməli, qeyri-neft sektorunun inkişafı üçün zəmin yaradacaqdır. “STAR NEZ”, “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının inşası artıq bu il tamamlanacaq, zavodlarda məhsul istehsalına başlanılacaqdır.
Ölkəmizin neft məhsulları ilə əsas təminatçısı olan, o cümlədən də “SOCAR Polymer” zavodunu xammalla təchiz edən Heydər Əliyev adına Neft Emalı Zavodunda genişmiqyaslı yenidənqurma layihəsi həyata keçirilir. Layihənin məqsədləri respublikanı yüksək keyfiyyət standartına cavab verən dizel və benzin yanacağı ilə təmin etmək, zavodun istehsalat həcmini ildə 6 milyon tondan 8 milyon tona qədər qaldırmaqdır.
- Rövnəq müəllim, nəzərdə tutulan genişmiqyaslı planları həyata keçirmək üçün hasilatın sabit saxlanılması da çox aktual məsələlərdəndir.
- Elədir. Emal sənayesini xammalla təchiz etmək üçün Azərbaycan neftçilərinin qarşısında son illərdə duran əsas vəzifə hasilatın səviyyəsini sabit saxlamaq olub. Məlumdur ki, Azərbaycanın neft sənayesi qədim tarixə malikdir. Bu səbəbdən Azərbaycan neftçiləri dünyada neft sənayesinin pionerləri kimi zəngin istehsalat təcrübəsinə sahibdirlər. Ancaq hazırda SOCAR-ın balansında olan bir çox neft yataqları uzun illər ərzində istismar edildiyi üçün köhnəlməkdədir, bu da öz növbəsində həmin yataqlarda hasilatın təbii azalması ilə nəticələnir. Buna baxmayaraq, Azərbaycan neftçilərinin böyük məharəti, təcrübəsi və səriştəsi nəticəsində biz bir çox köhnə yataqlarda neft hasilatını stabil saxlamağa, hətta ayrı-ayrı yataqlar üzrə son illərin ən yüksək hasilat göstəricilərini əldə etməyə nail olmuşuq. Bu, ilk növbədə qazma işlərinin genişləndirilməsi nəticəsində mümkün olmuşdur. Son 15 il ərzində 2 milyon metrdən çox qazma işi həyata keçirilmiş və 1222 yeni quyu tikinti ilə başa çatdırılaraq istismara təhvil verilmişdir. Axtarış-qazma işləri, məlum olduğu kimi, böyük xərclər hesabına başa gəlir. Dövlət şirkəti olaraq SOCAR-ın bu nailiyyətlərində, şübhəsiz ki, dövlətimizin və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dəstəyi və bütün bu işlərə məharətlə rəhbərlik etməsi müstəsna önəm daşıyır. Bu xəttin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
- Yeri gəlmişkən, yeni yataqların işlənməsi barədə nə deyə bilərsiniz?
- Neftçilərimiz “Qarabağ”, “Ümid-Babək”, “Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatının sabit saxlanılması, qaz hasilatının isə artırılması əzmindədirlər. Yeni yataqların işlənməsi ilə bağlı artıq bir çox mühüm qərarlar verilib. “Abşeron” yatağında “Total” şirkəti ilə birgə işlərə start verilib, “Ümid” yatağının işlənməsinə başlanılıb. “Qarabağ” neft-qaz yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinə başlandı. SOCAR artıq öz imkanları ilə 6 min metrdən artıq dərinlikdə anomal yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazmasını uğurla həyata keçirir. Düşünürəm ki, yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsulu əldə edəcəyik.
- Bu gün dünya bazarına çıxarılan məhsulun brendləşdirilməsi də çox aktual məsələlərdəndir. Azərbaycan neftinin dünya bazarına müstəqil brend kimi çıxarılması və tanıdılması istiqamətində nə kimi işlər görülüb?
- Azərbaycan neftinin dünya bazarında öz yerini tutması üçün onun düzgün brendləşdirilməsi vacibdir. Məhz bu səbəbdən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Azərbaycan neftinin müstəqil brend kimi dünya bazarına çıxarılmasını qarşımızda məqsəd qoymuşdu. Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və satış fəaliyyətini mərkəzləşdirmək məqsədi ilə 2007-ci ildə İsveçrədə təsis etdiyimiz “SOCAR Trading” şirkəti qısa bir müddətdə dünyada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Çin, Kanada, Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsi ilə yeni bazarlarda möhkəmlənmişdir. İlk mərhələdə “SOCAR Trading” yüksək keyfiyyətli “Azerilayt” neftini yüngül neft brendi kimi dünya bazarlarında tanıtmış, bununla Azərbaycana təkcə 2008-2013-cü illər arasında 1,8 milyard dollara qədər əlavə gəlir qazandırmışdır. Bu gün “SOCAR Trading” şirkəti, sadəcə, Azərbaycan neftini deyil, artıq daha çox üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir. Törəmə şirkətimiz son 3 il ərzində üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 4 dəfədən çox artıraraq 21 milyon tondan 86 milyon tona çatdırmışdır. Ötən il əməliyyatların həcmini 2 dəfədən çox artıran “SOCAR Trading” 108 milyon ton neft və neft məhsulları satmağa müvəffəq olmuşdur.
- Şirkətin fəaliyyəti ilə bağlı şəffaflığın artırılması, həmçinin risklərin azaldılması məqsədi ilə hansı tədbirlər görülür?
- Tərəfdaşlarla və ictimaiyyətlə əlaqələr sahəsində, şirkətin kommersiya maraqlarını qorumaqla, şəffaflığın təmin edilməsi üçün hər il şirkət tərəfindən korporativ fəaliyyət haqqında təfsilatlı hesabatlar dərc edilir. SOCAR-ın davamlı inkişaf hesabatı, illik hesabat və maliyyə hesabatı nüfuzlu audit şirkəti “Ernst&Young” tərəfindən mütəmadi olaraq yoxlanılır və təsdiqlənir. Bütün fəaliyyətlərdə daha yüksək səmərə əldə etmək üçün şirkət üzrə daxili nəzarət və risklərin idarə edilməsi sistemi təşkil edilmişdir. Mövcud və planlaşdırılan fəaliyyətlərdə risklərin səviyyəsi daim xüsusi struktur bölmələri tərəfindən təhlil edilir, bütün fəaliyyətlərdə risklərin azaldılması üçün zəruri tədbirlər görülür. Şirkətin struktur bölmələrində mütəmadi surətdə daxili auditlər həyata keçirilir. Vəzifə səlahiyyətlərindən sui-istifadənin qarşısını almaq, şirkət üzrə kollektiv ruhunu gücləndirmək və vahid korporativ dəyərləri tətbiq etmək üçün SOCAR-ın korrupsiya ilə mübarizə üzrə siyasəti, biznes etikası məcəlləsi kimi icbari standart sənədlər qəbul edilmişdir. Bu sənədlərin icrasını təmin edən qaydalar və mexanizmlər tətbiq edilmiş, şirkətdə korrupsiya və səlahiyyətlərdən sui-istifadə ilə bağlı ehtimalların araşdırılması üçün işçilərə daxili qaynar xətt açılmışdır.
- Ölkəmizdə Prezident İlham Əliyev insan kapitalının inkişafını əsas istiqamətlərdən biri kimi müəyyənləşdirib. Rəhbərlik etdiyiniz şirkətdə insan resurslarının idarə edilməsində hansı yeniliklər tətbiq olunur?
- Şirkətdə İnsan Resursları Departamentinin yaradılması ilə vahid, səmərəli və şəffaf mərkəzləşdirilmiş işə qəbul mexanizmi yaradıldı. Nəqliyyat vasitələrinin koordinasiyası mərkəzləşdirilərək, vahid Nəqliyyat İdarəsinə həvalə edildi - nəticədə, boşdayanmaların sayı azaldı, nəqliyyatdan istifadənin səmərəsi artırıldı. Şirkət daxili idarəetmədə bütövlüklə rəqəmsal sənəd dövriyyəsinə keçdi. SOCAR artıq insan resurslarının idarəolunmasında və istehsalat proseslərində də SAP şirkətinin rəqəmsal texnologiyalarını geniş tətbiq edir, idarəetmənin səmərəsini daha da artırmaq üçün yeni rəqəmsal layihələr həyata keçirir. Rəqəmsallaşmanın növbəti mərhələsində İBM şirkətinin “Watson” kimi qabaqcıl süni intellekt texnologiyalarının tətbiqi, həmin texnologiyanın Azərbaycanın neft sənayesinin dünyada ən qədim, unikal məlumat bazası ilə əlaqələndirilməsi nəzərdə tutulur. Bunun sayəsində istehsalın səmərəsinin ciddi artırılması, yaradılan birgə müəssisə vasitəsi ilə həm SOCAR və bütün Azərbaycan üzrə, həm də regional sənayedə qabaqcıl texnoloji xidmətlərin göstərilməsi hədəflənir.
Beləliklə, SOCAR öz biznesinin dayanıqlığını təmin etmək üçün fəaliyyətlərini şaxələndirməyə başlamış, neft-kimya və qlobal neft ticarəti kimi yeni fəaliyyət sahələrinə uğurla qədəm qoymuşdur. Lakin dayanıqlı inkişafa nail olmaq üçün əməliyyat və struktur dəyişikliyi kifayət etmir. Dayanıqlı inkişafın əsas şərtlərindən biri də insanların inkişafı, səriştəli işçi qüvvəsinin davamlı formalaşdırılmasıdır. Buna görə də SOCAR son illərdə ölkə başçısının “neft kapitalını insan kapitalına çevirmək” tapşırığını rəhbər tutaraq, məhz insan kapitalının inkişafına ciddi sərmayələr qoyur.
- Davamlı inkişafın təmin edilməsi üçün peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması, yüksəkixtisaslı kadrların hazırlanması da vacib şərtlərdəndir.
- Hər bir iqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək üçün ölkənin təhsil sahəsində əsas iki şərtin yerinə yetirilməsi lazımdır: yüksək səviyyəli peşə təlimi və STEM (riyaziyyat, təbii elmlər, texnologiyalar, mühəndislik) fənlərinin populyarlaşması. Sovet iqtisadiyyatının süqutundan sonra təhsil sahəsində yaranan boşluqlardan biri də peşə təliminin çatışmazlığı olub. Bu boşluğu doldurmaq, şirkət və ölkə üçün beynəlxalq səviyyəli peşə kadrlarını hazırlamaq üçün SOCAR-ın tərkibində Təlim, Tədris və Sertifikatlaşrıdma İdarəsi (TTSİ) yaradıldı, dünyanın aparıcı peşə təlimi qurumlarının sertifikatları əsasında müxtəlif profilli peşə təlimi kursları tədris olunmağa başlandı. TTSİ ölkə iqtisadiyyatına hər il minlərlə yüksək səriştəli gənc peşəkar qazandırır. İdarənin təşkil etdiyi təlimlərdə iştirak etmiş vətəndaşlarımızın sayı bu il artıq 100 minə çatacaq.
Əvvəlki dövrdə respublikada humanitar fənlərin populyarlaşması müqabilində iqtisadi inkişafın dayağı olan STEM (texniki-təbiət) elmlər gənclər arasında nisbətən az maraqla qarşılanırdı. Yüksək səviyyəli beynəlxalq tədris proqramına əsaslanan Bakı Ali Neft Məktəbinin (BANM) yaradılması bu istiqamətdə mühüm bir dönüş yaradaraq, gənclər arasında mühəndislik, texnologiya və təbiət elmlərinə yenidən maraq oyatmağa nail oldu. Bu gün ölkəmizin parlaq zehinləri BANM-də təhsil alırlar. Ötən il BANM-də minimal qəbul balı 662 olmuşdur. Ali məktəbin ilk məzunlarının hamısı müxtəlif aparıcı şirkətlərdən iş təklifləri aldılar, əmək fəaliyyətlərinə uğurla başladılar. Bundan əlavə, SOCAR tərəfindən gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində müxtəlif daxili və xarici təqaüd proqramları həyata keçirilir. İndiyə qədər 300-ə yaxın gənc xarici təqaüd proqramına, 2000-ə yaxın tələbə isə açıq müsabiqədə qalib gələrək, daxili təqaüd proqramına cəlb edilmişdir.
- Hazırda qlobal miqyasda ətraf mühitin qorunması ilə bağlı çağırışların aktuallığı da artıb. Bəs SOCAR bu istiqamətdə hansı proqramları reallaşdırır?
- Dayanıqlı inkişafın bir önəmli şərti də ətraf mühitin qorunması və bərpasıdır. İlham Əliyev cənablarının göstərişinə uyğun olaraq, SOCAR son 15 il ərzində ölkəmizdə daha geniş vüsət tapan ekoloji hərəkatın ön sıralarında Bakıda və neft hasil olunan bölgələrdə ətraf mühitin durmadan yaxşılaşdırılması və atmosferə atılan çirkləndirici maddələrin və istilik effekti yaradan qazların azaldılması məqsədilə bir çox layihələr həyata keçirmişdir. Bu istiqamətdə SOCAR ilə BP şirkətləri arasında AÇG yataqlar blokunda keçirilmiş “Məşəldə yandırılan səmt qazı həcminin azaldılması” layihəsini misal gətirmək olar. Yalnız bu layihənin nəticəsində ildə təqribən 150 milyon m3-ə yaxın səmt qazının atmosferə atılmasının qarşısı alınmışdır. Ümumilikdə, görülən işlər nəticəsində son 7 ildə SOCAR üzrə çirkləndirici maddələrin miqdarında 16,7 %, istilik effekti yaradan qazların miqdarında isə 45% azalma müşahidə olunmuşdur. 2006-cı ildən başlayaraq bu günə qədər SOCAR əməkdaşları Azərbaycanda daha əvvəlki dövrlərdə neft və neft məhsulları ilə çirklənmiş 1900 ha-dan artıq torpaq sahəsini rekultivasiya edərək bərpa etmiş, həmin sahələrdə 700 mindən artıq müxtəlif ağac və kol bitkiləri əkmişlər.
SOCAR-ın və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına yönəlmiş bütün bu uğurlar bilavasitə Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının adı ilə əlaqədardır. Məhz Onun respublikamıza rəhbərliyi dönəmində şirkət yeni inkişaf mərhələsinə qədəm qoyaraq, öz fəaliyyətinin bütün sahələrində ciddi islahatlar aparmış, yeni fəaliyyət sahələrinin əsasını qoymuşdur. Cənab Prezidentin uzaqgörən strateji kursu SOCAR-ı qlobal brend səviyyəsinə qaldırdı və bizə - Azərbaycan neftçilərinə yeni tarixi missiyanı həvalə etdi: milli sərvəti çıxarmaqdan əlavə, həm də milli sərvətə əlavə dəyər qazandırmaq, sərvətə sərvət qatmaq. SOCAR-ın qədəm qoyduğu bu yeni dövrün ən vacib çağırışı dayanıqlı inkişafa nail olmaqdır. Neft və qazın çıxarılması nə qədər çətin və məsuliyyətli vəzifə olsa da, bu gün hasil edilən neftin bazarlarda optimal şəkildə təqdim olunması, emal zənciri vasitəsi ilə neft və qazdan çeşid-çeşid son istehlak məhsullarının, məişətdə çoxişlənən malların istehsal olunması, əldə edilən vəsaitlər hesabına yeni sənaye layihələrinin icrası, əlverişli beynəlxalq bazarların kəşf olunması SOCAR-ın dəyər zəncirində nailiyyətlərimizin davamlı olmasından xəbər verir. Qazanılan gəlirlər əlavə dəyər yaradacaqsa, inkişafımız dayanıqlı olacaq. Son 15 ilin təcrübəsi birmənalı şəkildə göstərir ki, dayanıqlı inkişafa aparan yolda məhz möhtərəm Prezident İlham Əliyev cənablarının siyasi bəsirəti və uzaqgörənliyi, Onun strateji rəhbərliyi bizim üçün yol göstərən məşəl olmuşdur. Əminəm ki, İlham Əliyevin müdrikliyi, iradəsi və rəhbərlik əzmi daim SOCAR-ı, Azərbaycan neftçilərini və bütövlükdə Azərbaycan xalqını yeni üfüqlərə və yeni uğurlara doğru aparacaq.

 
  • Oxunub:  6390  |  
  • Tarix:  07-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir

17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb
10:59
18 Sentyabr
Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək
10:56
18 Sentyabr
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
10:50
18 Sentyabr
Mülazim Pahsa: Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
10:24
18 Sentyabr
Parisdə Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
10:11
18 Sentyabr
Bu gün Milli Musiqi Günüdür
10:09
18 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:11
17 Sentyabr
Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatı ilə - Fəxri Sertifikatla təltif edilib
17:56
17 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
17:54
17 Sentyabr
Azərbaycan-Qətər əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
17:43
17 Sentyabr
“İrəli” İctimai Birliyinin Lənkəranda həyata keçirdiyi “SAY: Cümhuriyyət” layihəsinin icrası başa çatıb
17:42
17 Sentyabr
İçərişəhərlə tanışlıq Çinin Sinxua agentliyinin nümayəndələrində zəngin təəssürat yaradıb
17:28
17 Sentyabr
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının buraxılışı olub
17:27
17 Sentyabr
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Qırğızıstanda iclasda iştirak edib
17:18
17 Sentyabr
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib
17:07
17 Sentyabr
İspaniya KİV-ləri: Prezident Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyini bir daha vurğuladı
17:01
17 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclası keçirilib
16:49
17 Sentyabr
Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA