Ana səhifə »  Müsahibə »  Cənab İlham Əliyev ölkəmizi davamlı inkişaf və yüksəlişə aparan strateji siyasi kursu inamla davam etdirəcək
A+   Yenilə  A-
Cənab İlham Əliyev ölkəmizi davamlı inkişaf və yüksəlişə aparan strateji siyasi kursu inamla davam etdirəcək

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov www.yap.org.az saytına müsahibə verib:
- Abel müəllim, məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyev bu seçki kampaniyasının favoritidir. Bu haqda düşüncələrinizi bilmək istərdik...
- Hər bir siyasi partiyanın cəmiyyətdə layiqli mövqe qazanaraq milyonların inam və etimad ünvanına çevrilməsi həm də ona rəhbərlik edən liderin idarəçilik keyfiyyətləri ilə şərtlənir. Ümummilli maraqları təmsil edən lider və onun rəhbərlik etdiyi siyasi təşkilat konkret məqsədlər irəli sürərək bunlara nail olmaq üçün ictimai şüura pozitiv təsir imkanlarından səmərəli istifadə etməyə çalışır. Xalqdan mandat alaraq hakimiyyət olimpinə yüksəlmiş partiyalar fəaliyyətləri ilə həm də fərdlərin arzu və istəklərinin real təminatçısına çevrilirlər.
Fevral ayında VI qurultayını keçirmiş hakim Yeni Azərbaycan Partiyasının (YAP) dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərinə yol açan ən başlıca amil də siyasi varislik ənənələrinin uğurla təmin olunmasıdır. Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdıran Ulu öndər, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müəllifi olduğu siyasi strategiyanın davamlılığını təmin etmiş, parlaq zəkası hesabına respublikamızın gələcək uğurlarına təminat yaratmışdır. Respublikamızın 2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
Sonuncu qurultayda partiyanın lideri, dövlətimizin başçısı cənab İlham Əliyevin 2018-ci il 11 aprel tarixdə keçiriləcək növbəti prezident seçkilərinə namizədliyinin irəli sürülməsi cəmiyyətin sosial sifarişini özündə ehtiva edən strateji əhəmiyyətli qərar olaraq, həm də YAP-ın ümummilli siyasi təşkilata çevrildiyini təsdiqləyir. 2017-ci ilin 21 noyabrında yaranmasının 25-ci ildönümü tamam olmuş partiyanın keçdiyi mürəkkəb və şərəfli inkişaf yolu Azərbaycanın xoas və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən sabitliyə, tərəqqiyə, yüksəliyə, hüquqi, demokratik, dünyəvi dövlətə doğru inamlı addımlarını özündə ehtiva edir.
YAP və onun alternativsiz lideri Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan böyük uğurlar insanlarda gələcək barədə nikbin təəssürat və daxili əminlik yaratmışdır. Ölkə başçısı ötən 15 ildə respublikanın inanılmaz uğurlarının müəllifi olaraq YAP-ın ümumxalq partiyası imicini daha da möhkəmləndirmişdir. Onun son qurultayında partiyanın alternativsiz lideri - dövlət başçısı cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təkcə üzvlərinin sayı 700 minə çatan hakim partiyanın deyil, ümumən Azərbaycan cəmiyyətinin istəyini nümayiş etdirmişdir.
Partiyanın son qurultayında dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Keçən ilin noyabrında biz partiyamızın 25 illik yubileyini qeyd etmişik. Bu 25 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 25 il qələbələr salnaməsidir. 1992-ci ildə Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə Naxçıvan şəhərində keçirilmiş partiyamızın təsis konfransı tarixi hadisə idi və 25 ildən sonra biz bunu əyani şəkildə ölkəmizdə mövcud olan vəziyyətdə, əldə etdiyimiz uğurlarda görürük”.
Əgər cənab İlham Əliyevin xalqın siyasi iradəsi əsasında Azərbaycan Prezidenti seçildiyi vaxtdan keçən müddət ərzində ölkə həyatında baş verən ictimai-siyasi proseslərə, qazanılan uğurlara diqqət yetirsək, Ümummilli liderin vaxtilə böyük uzaqgörənliklə söylədiyi fikirlərin həyatda nə dərəcədə özünü doğrultduğuna şahid ola bilərik. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət hesabına ölkəmizin əldə etdiyi uğurlar, əslində, Ulu öndərin bir vaxtlar ideallarında yaşatdığı və onların həyata keçirilməsi üçün zəruri əsaslar hazırladığı ülvi arzulardır. Xatırlatmaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyev xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirir, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin Onun tərəfindən uğurla başa çatdırılacağına inamını ifadə edirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Müdrik və qədirbilən xalqımızın Heydər Əliyev dühasına sonsuz sevgisi, cənab İlham Əliyevin şəxsiyyətinə və siyasi liderlik keyfiyyətlərinə dərin inamı 2003-cü ilin prezident seçkilərində sözünü demişdir. Xalqın xeyir-duası ilə prezident səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyevin 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” - deməsi Onun Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə necə sadiq şəxsiyyət olduğunu nümayiş etdirmişdir.
Statusundan, ictimai-siyasi mövqeyindən asılı olmayaraq hər bir insanın hansı ideyanın daşıyıcısı, nə əməl sahibi olduğunu müəyyənləşdirmək üçün ən etibarlı istinad yeri onun gördüyü işlərdir. Bu mənada, cənab İlham Əliyevin ötən 15 illik prezidentlik fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” - tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir. Azərbaycan Prezidentinin ötən dövr ərzində vahid sistem halına saldığı milli inkişaf modeli həm də Onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi diqqəti çəkir.
- Sizcə, ölkəmiz və xalqımız bu seçkilərə hansı nailiyyətlərlə gedir?
- 2003-cü ilin 15 oktyabr seçkilərindən sonrakı 15 ilin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlının 2018-ci ilin 11 aprel seçkiləri ərəfəsində “Niyə məhz İlham Əliyevə səs verməliyik” sualına cavabı qəti və birmənalıdır: ölkədəki iqtisadi, siyasi və hüquqi islahatların davam etdirilməsi, milli maraqlara əsaslanan çevik və praqmatik xarici siyasətin yürüdülməsi, regionda toqquşan müxtəlif geosiyasi maraqların uzlaşdırılması zərurəti cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsini obyektiv və labüd proses kimi ortaya çıxarmışdır.
Bu seçimi şərtləndirən başlıca amillərdən biri də, şübhəsiz, ölkə başçısının rəhbərliyi altında cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən səmərəli islahatların həyata keçirilməsidir. Cənab İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü liderdir və ölkə başçısının elə bir vədi yoxdur ki, ötən 15 ildə bəyanat səviyyəsində, reallaşmamış qalsın. Əksinə, son 15 ildə həyata keçirilən islahatların - miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində reallaşdırılması mümkündür. Fəqət öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan bu dövrdə fantastik görünə biləcək inqilabi inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın son qurultayında ölkədə yürüdülən siyasətin əsasında insan və vətəndaş amilinin dayandığını bir daha bəyan etmişdir: “Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir”.
Demokratiyanın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə, müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Ötən 15 ildə hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi də milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkmişdir. Bu eyni zamanda cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin etmiş, dövlət məmurlarının xalq və prezident qarşısında məsuliyyətini artırmış, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq etmişdir. “ASAN xidmət” mərkəzlərinin yaradılması və fəaliyyəti hökumətin xalq qarşısında hər hansı bürokratik amillər olmadan, şəffaf və layiqli xidmət etmək niyyətinin ali təcəssümü olaraq Azərbaycan milli brendinə çevrilmişdir.
- Qeyd etdiyiniz kimi, ötən 15 ildə Azərbaycan böyük inkişaf yolu keçib. Bu, insanların həyatında, rifahında özünü necə əks etdirir?
- Dövlət başçısı cənab İlham Əliyevin Prezidentlik dövrünün ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olmuş, cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. Hətta Sovet dövründə də mavi yanacaq üzü görməyən Yardımlıya, Lerikə qaz xətti, Qubanın ucqar dağ kəndi Xınalığa yol çəkilmiş, daha bir fantastik layihənin - strateji əhəmiyyətli Quba-Şamaxı yolunun inşasına start verilmişdir. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgisini və rəğbətini daha da artırmışdır.
Azərbaycan xalqının milli düşüncəsində su çəkmək daim savab, halal iş sayılmışdır. XXI əsrin əvvəllində bu xeyirxah, nəcib, insanpərvər missiyanı xalqını və dövlətini qəlbən, ruhən sevən cənab İlham Əliyev üzərinə götürərək uğurla sona çatdırmışdır. Oğuz-İsmayıllı bölgəsindən Bakıya su kəmərinin çəkilməsi, eləcə də rayonlarda, kəndlərdə su probleminin həlli istiqamətində atılan kompleks addımlar cənab İlham Əliyevin ötən 15 ildə ölkə vətəndaşlarına ən böyük yaxşılıqlarından, xeyirxahlıqlarından biridir.
İqtisadi sabitlik və insanların maddi rifah halının yüksək olmadığı cəmiyyətlərdə demokratiyanın inkişafı mümkün olmur. İnsan hüquqlarının maksimum səviyyədə qorunduğu liberal cəmiyyətin formalaşdırılması üçün birinci növbədə maddi baza olmalı, demokratik inkişaf möhkəm iqtisadi təmələ əsaslanmalıdır. Bu amilə daim xüsusi önəm verən Prezident İlham Əliyev doğru olaraq qeyd edir ki, iqtisadi islahatlar siyasi islahatlarla paralel getməli və bu iki amil bir-birini tamamlamalıdır, əks təqdirdə, əldə olunan uğurlar müvəqqəti xarakter daşıyacaqdır.
Dövlət başçısının YAP-ın son qurultayında bəyan etdiyi kimi, ötən illərdə qazanılan nailiyyətlərin əsasında, ilk növbədə, iqtisadi və siyasi islahatların paralel şəkildə həyata keçirilməsi dayanır: “Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir”.
Ötən illərdə Azərbaycan regional və beynəlxalq əməkdaşlığı bölgədə sülhün və sabitliyin qorunub saxlanılması üçün mühüm amil hesab edərək Ermənistan istisna olmaqla bütün yaxın qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurmuşdur. Ölkəmizdə mövcud sabitliyin kənar təhdidlərin hədəfinə çevrilməsinin qarşısını alan əsas amillərdən biri də Azərbaycanın beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün dövlətlərə münasibətdə onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq, suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil xarici siyasət həyata keçirməsidir.
Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının son 15 ildəki uğurları barədə dolğun mənzərə yaradır: Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının - Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası reallaşdırılmış, türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Çevik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun “diplomatik paytaxtı”na çevrilmişdir.
Müasir dövrdə sivilizasiyalar arasında dialoqun ən mühüm problemlərindən biri də multikulturalizmdir. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. YAP-ın son qurultayında multikulturalizmin Azərbaycan xalqı üçün səciyyəvi cəhət olduğunu xatırladan Prezident İlham Əliyev demişdir: “Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır. Təsadüfi deyil ki, məhz bizim təşəbbüsümüzlə Azərbaycanda bu mövzu ilə bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Bu il 10 illiyini qeyd edəcəyimiz “Bakı Prosesi” bu gün BMT tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir”.
- Abel müəllim, siz respublikamızın nüfuzlu elm və təhsil xadimisiniz. Ötən illər ərzində bu sahələrə dövlət qayğısı haqqında fikirlərinizi bilmək istərdik. Bununla yanaşı, necə hesab edirsiniz, prezident seçkilərində elm və təhsil ictimaiyyətinin seçimi necə olacaq?
- Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilk gündən elm və təhsilə qayğını, bu sahədə özünü göstərən problemlərin həllini də hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısı milli ənənələri qorumaqla, dünya təhsil sisteminə inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki qabaqcıl təcrübəsinin mənimsənilərək yayılması, ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir.
Ümumiyyətlə, son 15 ildə imzalanmış həmin fərman və sərəncamlarda təhsilin, elmin problemlərinin həlli, habelə ölkədə güclü insan kapitalının formalaşdırılması məqsədi birinci planda dayanır. Regional inkişaf prosesi çərçivəsində yeni məktəblərin tikintisi və onların kompüterləşdirilməsi, ali təhsil sisteminə qayğının gücləndirilməsi, müəllimlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi, elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılması, Avropa təhsil məkanına inteqrasiyanın təmini - Bolonya prosesinə keçid, “Təhsil haqqında”, “Elm haqqında” yeni mükəmməl qanunların qəbulu bu tədbirlərin əsas tərkib hissəsi olmuşdur.
Dövlət başçısı İlham Əliyevin 30 may 2005-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında”, 4 sentyabr 2007-ci il tarixli “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təsis edilməsi haqqında”, 10 aprel 2008-ci il tarixli “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında”, 4 may 2009-cu il tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 21 oktyabr 2009-cu il tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” sərəncamları da bu sahədə qarşıda duran konseptual vəzifələrin həllinə yönəlmişdir.
Elm və təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin ikinci əsas istiqaməti Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi, Bolonya prosesinə keçidin təmini, ən başlıcası, azərbaycanlı gənclərin dövlət hesabına dünyanın nüfuzlu universitetlərində təhsilinə şəraitin yaradılması olmuşdur. Gənclərin xaricdə təhsil almağa göndərilməsi ilə bağlı hələ 70-ci illərdə mövcud olmuş mütərəqqi ənənənin bərpası dövlət idarəçiliyi üçün müasir təfəkkürlü, bilikli və yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi daşıyır. Dövlət başçısının 31 yanvar 2008-ci il tarixli “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında”, habelə 16 aprel 2007-ci il tarixli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamları da məhz bu məqsədə xidmət etmişdir. Ümumilikdə, proqram əsasında 5000 nəfər tələbənin dövlət büdcəsi hesabına xaricdə təhsil almağa göndərilməsi Azərbaycan dövlətinin gələcəyi baxımından son dərəcə əhəmiyyətli addım olmuşdur. Bunun tərkib hissəsi kimi Azərbaycan Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 2010-cu il 9 fevral tarixli Sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşımışdır.
Prezident İlham Əliyevin təkmil elm və təhsil strategiyasında “nou-xau” texnologiyalarının dərindən mənimsənilməsi üçüncü mühüm istiqamət kimi diqqəti çəkir. Müasir dünyanın inkişaf perspektivlərini düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə keçirilən ümumdünya sammitində bəyan etmişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə informasiya və kommunikasiya texnologiyalarının inkişafı olacaqdır. Dövlət başçısının 2004-cü il 21 avqust tarixli “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illlər) təsdiq edilməsi haqqında”, habelə 2008-ci il 10 iyun tarixli “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamları Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.
Hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Bəşəriyyətin xilasına yönəlmiş ideallar məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı nəticəsində əldə etdiyi də danılmaz gerçəklikdir. Heydər Əliyev Fondunun son 15 ildə həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması da məhz bu reallığa söykənir.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban xanım Əliyevanın ötən 1 illik fəaliyyətində təhsilin inkişafına həssas münasibət amili yenə də ön plandadır. Xüsusi vurğulamaq lazımdır ki, bu təyinat ölkəmizin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərin uğurlu davamına təminat yaratmış və islahatlara yeni nəfəs vermişdir. Ümumilikdə, Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 300-dən çox məktəb binası inşa olunaraq lazımi avadanlıq, istilik sistemi, zəngin kitabxana və kompüterlə təchiz olunmuşdur.
Böyük minnətdarlıq hissi ilə qeyd etmək istərdik ki, Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti də son 15 ildə dövlətimizin başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdur. Dövlət başçısının 24 aprel 2009-cu il tarixli Sərəncamı əsasında BDU-nun 90 illik yubileyinin keçirilməsi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənənin uğurlu davamı olmuşdur. Cənab İlham Əliyevin dəstəyi ilə universitetin yeni korpusu istifadəyə verilmiş, maddi-texniki bazası daha da möhkəmləndirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 14 noyabr 2017-ci illi tarixli “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı da universitetin keçdiyi şərəfli yola verilən yüksək qiymətdir. Sərəncama əsasən Bakı Dövlət Universitetinin 100 illik yubileyinin layiqincə keçirilməsi üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Ölkədə ali təhsilin, elmin ənənələrinin zənginləşdirilməsində, gənc nəslin müstəqil dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsində mühüm xidmətləri olan Bakı Dövlət Universitetinin keçdiyi tarixi yola, habelə Ulu öndər Heydər Əliyevin universitetin inkişafındakı tarixi xidmətlərinə bir daha nəzər salınacaq, qazanılan uğurlar dünyaya bəyan olunacaqdır.
BDU-nun çoxsaylı professor-müəllim heyəti əmindir ki, 2018-cü il aprelin 11-nə təyin olunmuş prezident seçkiləri ölkəmizin sosial-iqtisadi, mədəni inkişaf, demokratikləşmə prosesində qazanılan uğurların davamlılığının təmin edilməsi baxımından taleyüklü hadisədir. Ölkə vətəndaşları Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi seçdiyi kimi, qarşıdakı illərdə Azərbaycanın taleyini də Ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevə etibar edirlər. Ölkənin elm və təhsil ictimaiyyəti ürəkdən inanır ki, xalqın böyük etimadını qazanaraq növbəti dəfə Azərbaycan Prezidenti seçiləcək cənab İlham Əliyev respublikamızı davamlı iqtisadi inkişaf və yüksəlişə aparan strateji siyasi kursu inamla davam etdirəcəkdir.

 
  • Oxunub:  13380  |  
  • Tarix:  08-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24