Ana səhifə »  Müsahibə »  Azərbaycan mükəmməl milli iqtisadi inkişaf modeli formalaşdırıb
A+   Yenilə  A-
Azərbaycan mükəmməl milli iqtisadi inkişaf modeli formalaşdırıb

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, Azərbaycanın son illər ərzində iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər barədə nə deyə bilərsiniz? Bununla bağlı statistik göstəricilər necədir?
- Ziddiyyətli geosiyasi maraqlar fonunda dünyada son illər baş verən qlobal iqtisadi böhranların və arası kəsilmədən davam edən, dərinləşən və əhatə dairəsi getdikcə genişlənən siyasi çaxnaşmaların təsirinin Azərbaycandan da yan keçmədiyi şəraitdə ölkəmizin dayanıqlı sosial, iqtisadi inkişafının təmin olunması Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələbinə uyğunlaşdırılaraq mükəmməl səviyyədə davam etdirilməsi sayəsində mümkün olmuşdur. Bu illər ərzində ölkənin makroiqtisadi sabitliyi nəinki qorunub saxlanılmış, eyni zamanda, iqtisadi potensialı daha da gücləndirilmişdir. 2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi real ifadədə 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 1,7 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3,0 dəfə, orta aylıq nominal əməkhaqqı 6,8 dəfə, minimum əməkhaqqı 12,9 dəfə artmışdır. İşsizlik səviyyəsi 9,2 faizdən 5,0 faizə, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,4 faizə enmişdir. Dünya Bankının məlumatlarına görə, 2003-2016-cı illər ərzində Azərbaycan alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ÜDM-in adambaşına həcminə görə 59 pillə irəliləyərək 221 ölkə arasında 78-ci yerə yüksəlmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamaları ilə müəyyən edilmişdir ki, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 2003-cü ildə 125 ölkə arasında 64-cü yeri tutmuş ölkəmizin reytinqi 2017-ci ildə 137 ölkə arasında 35-ci yerə yüksəlmişdir.
2016-2017-ci illərdə dünya iqtisadiyyatında baş vermiş neqativ meyillərin Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilmiş, müasir çağırışlara cavab olaraq kompleks tədbirlər həyata keçirilmiş, ölkədə yeni islahatların əsası qoyulmuşdur. Belə ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını, insan kapitalından səmərəli istifadə etmək məqsədilə ölkədə həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün ölkə başçısının tapşırığına əsasən qısa müddət ərzində iqtisadiyyatın mövcud vəziyyəti dərindən təhlil edilmiş və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilərək onların həyata keçirilməsinə başlanılmışdır. İqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq iqtisadi inkişafın keyfiyyətcə yeni modeli formalaşdırılmışdır. Qeyd olunanların nəticəsidir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə, həmçinin Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) neft hasilatının azaldılması ilə bağlı təşəbbüsünə qoşulmaqla Azərbaycanda neft hasilatının azalmasına baxmayaraq, qeyri-neft sektorunun artımı hesabına 2017-ci ildə əvvəlki illə müqayisədə ümumi daxili məhsulun artımı qeydə alınmışdır. 2017-ci ildə iqtisadiyyatın nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər əvvəlki illə müqayisədə 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, digər sahələrdə 1,5 faiz artmışdır.
Azərbaycanda 2004-2017-ci illərdə sənaye müəssisələrinin və fərdi sahibkarların fəaliyyəti nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 7,1 faiz artaraq 508,8 milyard manat təşkil etmişdir. Bu illər ərzində ölkədə qaz kondensatı da daxil edilməklə 554,4 milyon ton xam neft, 308,5 milyard kubmetr təbii qaz hasil edilmiş, 16,5 milyon ton avtomobil benzini, 32,8 milyon ton dizel yanacağı, 8,8 milyon ton ağ neft istehsal olunmuşdur. 2003-cü illə müqayisədə neftin hasilatı 2,5 dəfə, təbii qazın hasilatı isə 5,6 dəfə artmışdır. 2017-ci il sentyabrın 14-də dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Saziş imzalanmışdır ki, bununla da ölkəmizdə yeni neft strategiyasının icrasına başlanılmışdır.
Sənayenin qeyri-neft bölməsi üzrə 2004-2017-ci illərdə istehsal 2,2 dəfə və ya orta hesabla hər il 5,7 faiz artmışdır. Güclü sənaye potensialının inkişafı üçün ölkədə zəngin xammal bazasının mövcudluğu, çoxprofilli sənaye kompleksinin yaradılması istiqamətində imkanların səfərbər edilməsi hesabına bu sahənin inkişafı üçün güclü zəmin yaradılmışdır. Qeyri-neft sənayesinin ənənəvi sahələrində keyfiyyət dəyişmələri baş vermiş, yerli xammal və materiallardan istifadəyə üstünlük verilməsi bir sıra sənaye məhsulları üzrə ölkənin ehtiyaclarının təmin edilməsinə imkan yaratmışdır. Ət və süd məhsulları, duz, meyvə və tərəvəz konservləri, mineral sular, sement və klinkerlər, gips, əhəng, alçipan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlar və s. bir sıra sənaye məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksək olmuşdur.
- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən nəticələrlə əlaqədar nə söyləmək olar?
- Son illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, bu sahədə aparılan digər tədbirlər ölkənin regionlarında qeyri-neft sahələrinin, xüsusilə emal sənayesinin sabit inkişafına təkan vermişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına istiqamətlənmiş Dövlət proqramları ilə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasını təmin etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün zəmin yaratmışdır.
2004-2017-ci illərdə Bakı, Gəncə, Sumqayıt, Şəki şəhərlərində, Quba, Qax, Astara, Füzuli, Xaçmaz, İsmayıllı, Balakən, Gədəbəy, Zaqatala, Neftçala, Saatlı və Salyan rayonlarında elektrik stansiyaları, Naxçıvan Muxtar Respublikasında avtomobil zavodu, Sənaye kompleksi, günəş elektrik stansiyası, müxtəlif regionlarda asfalt-beton zavodları, çörək məmulatları istehsalı sexləri, Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, “Alyans Tekstil” tikiş fabriki, “Sağlam qida” Aqrar Sənaye Kompleksi, Gəncə şəhərində “Kəpəz” markalı avtokran, “Belarus” tipli traktor və “Maz” tipli ağır tonajlı yük avtomobili istehsal edən avtomobil zavodu, İmişlidə şəkər zavodu, Şamaxı rayonunda müasir standartlara cavab verən, müxtəlif ölçülü televizorlar, kondisionerlər istehsal edən zavod, Abşeron rayonunda duz, süd, dondurma və metal konstruksiyalar zavodları, Lənkəran şəhərində yağ-süd, çəltik, dondurma və pivə zavodları, Masallı rayonunda mebel zavodu, Biləsuvar rayonunda konserv zavodu, Hacıqabul rayonunda kərpic zavodu, Xaçmaz rayonunda konserv və pivə zavodları, Qəbələ rayonunda meyvə şirələri istehsal edən zavod, Gədəbəy rayonunda qızıl-mis emalı zavodu, Ağcabədi rayonunda “Karvan-L EKO” sənaye parkında 9 müəssisə və istixana kompleksi, İsmayıllı rayonunda “İSMA BİKES” velosiped zavodu və s. bölgələrdə yeni-yeni sənaye müəssisələri yaradılmış və məhsul növlərinin çeşidi xeyli artmışdır. Nəticədə, regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə istehsal müəssisələrinin fəaliyyəti daha da genişləndirilmiş, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, məşğulluğun artırılması və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi istiqamətində uğurlar əldə edilmişdir.
- İnnovativ inkişaf istiqamətlərindən biri kimi, qeyri-neft sektorunun tərəqqisi istiqamətində həyata keçirilən tədbirlərin nəticələrini necə qiymətləndirmək olar?
- Ölkə sənayesinin innovativ inkişaf istiqamətlərindən biri də sənaye parklarının, məhəllələrinin yaradılması olmuşdur. Nəticədə sənaye parkları və məhəllələrinin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən 2017-ci ildə 144,4 milyon manatlıq məhsul istehsal edilmişdir.
Ölkədə azad sahibkarlıq mühitinin formalaşması fərdi sahibkarlıq kimi yeni təsərrüfatçılıq formalarının yaranmasına təkan vermiş, qeyri-dövlət bölməsinin payı xeyli yüksəlmişdir. Əgər 2003-cü ildə sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulu 56,8 faizlik paya malik idisə, növbəti illərdə aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində onların xüsusi çəkisi artaraq sənayenin ümumi məhsulunda 79,9 faiz təşkil etmişdir.
2004-2017-ci illər ərzində əsas kapitala 162,9 milyard manat məbləğində vəsait yönəldilmişdir ki, bunun da 65,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 95,8 milyard manatı məhsul istehsalı obyektlərinin, 55,9 milyard manatı xidmət sahələri üzrə obyektlərin, 11,2 milyard manatı isə ümumi sahəsi 26,1 milyon kvadratmetr olan yaşayış evlərinin tikintisinə yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 63,2 faizini daxili, 36,8 faizini isə xarici investisiyalar təşkil etmişdir. Bu illər ərzində neft sektoruna 64,5 milyard manat, qeyri-neft sektoruna isə 98,4 milyard manat vəsait yönəldilmişdir. Yalnız 2017-ci ildə qeyri-neft sektorunun inkişafına 7,1 milyard manat investisiya qoyulmuşdur ki, bu da 2003-cü illə müqayisədə 5,9 dəfə çoxdur. 2004-2017-ci illərdə ölkədə 8119 çarpayılıq 106 xəstəxana, bir növbədə gəlişlərin sayı 8912 olan 156 ambulatoriya-poliklinika müəssisəsi, 514,8 min şagird yerlik 1385 ümumtəhsil məktəb binası, 20839 yerlik 202 məktəbəqədər təhsil müəssisəsi, 6880 yerlik 41 klub və digər sosial-mədəni obyektlər tikilib istifadəyə verilmişdir.
Qeyri-neft sektorunun tərəqqisinə təkan verən əsas amillərdən biri də ölkənin turizm potensialının inkişaf etdirilməsidir. Ən müasir turizm infrastrukturunun yaradılması, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi turizm sektorunun sürətli inkişafına, turist axınının artmasına şərait yaratmış, 2017-ci ildə ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 2005-ci illə müqayisədə 2,1 dəfə artaraq 2696,7 min nəfər olmuşdur. Son illərdə ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşması nəticəsində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2005-ci illə müqayisədə 2,2 dəfə artaraq 4108,9 min nəfərədək yüksəlmişdir.
- Tahir müəllim, aqrar sektorun inkişafı da yeni iqtisadi şəraitdə müəyyənləşdirilən mühüm hədəflərdən biridir...
- Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, xüsusilə sahibkarlığın inkişafına göstərilən hərtərəfli qayğı bütövlükdə respublikanın sosial-iqtisadi həyatında mühüm rol oynamaqla yanaşı, regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə möhkəm zəmin yaratmış və son illərdə bu sahədə yüksək nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin əldə olunmasında əsas rolu aqrar sahəyə ölkə başçısının diqqət və qayğısı, bu sahədə həyata keçirilən dövlət siyasəti oynamışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin tətbiqi, kənd təsərrüfatının inkişafı üçün ayrılmış güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən subsidiyalar, aqrolizinq xidmətlərinin əlyetərliliyi, genişmiqyaslı meliorasiya tədbirləri, nəhəng su anbarlarının inşası, regionlarda yol-nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi üçün yönəldilmiş irihəcmli investisiyalar bu sahənin inkişafını şərtləndirən əsas amillər olmuşdur. Nəticədə 2003-cü ilə nisbətən 2017-ci ildə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,7 dəfə, yaxud hər il orta hesabla 3,7 faiz artmışdır. 2017-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 36,6 faiz artırılaraq 1219,5 min hektardan 1665,6 min hektara çatdırılmışdır.
Ölkənin iqtisadi potensialından səmərəli istifadə olunması və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində vaxtında qəbul edilmiş Dövlət proqramlarının icrası son iki ildə pambıqçılığın inkişafını da sürətləndirmişdir. Belə ki, 2017-ci ildə pambığın əkin sahəsi 2015-ci illə müqayisədə 7,3 dəfə, pambıq istehsalı isə 5,9 dəfə artaraq 207,5 min tona çatmışdır.
2017-ci ildə qarğıdalı da nəzərə alınmaqla ilkin çəkidə 2928,8 min ton taxıl məhsulu toplanmışdır ki, bu da 2003-cü ilin müvafiq göstəricisindən 871,0 min ton və ya 42,3 faiz çoxdur. Bu dövrdə buğda istehsalı 17,6 faiz, arpa istehsalı 2,4 dəfə, dən üçün qarğıdalı istehsalı 64,6 faiz artmışdır. 2017-ci il üçün şəkər çuğundurunun istehsalı 2003-cü ilə nisbətən 270,9 min ton və ya 3,1 dəfə artaraq 399,8 min tona çatmışdır. 2017-ci ildə 69,4 min hektar sahədən 1405,6 min ton tərəvəz, 58,8 min hektar sahədən 913,9 min ton kartof toplanmışdır ki, bu da 2003-cü illə müqayisədə müvafiq olaraq 34,3 faiz və 18,8 faiz çoxdur.
2017-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatı müəssisələri-hüquqi şəxslər üzrə heyvandarlıq məhsullarının istehsalı real ifadədə 4,2 dəfə, yaxud hər il orta hesabla 10,7 faiz, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə isə 1,6 dəfə (hər il orta hesabla 3,6 faiz) artmışdır.
- Nəqliyyat sektorunda görülən işlər də ÜDM-in artması baxımından böyük əhəmiyyətə malikdir...
- Ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat mühüm yer tutur. Nəqliyyat sektorunun ümumi daxili məhsulda payı 2017-ci ildə 6,8 faiz təşkil etməklə, 2003-cü ilə nisbətən bu sektorda yaradılmış əlavə dəyərin həcmi 2,8 dəfə artmışdır.
2017-ci ildə nəqliyyat sektorunda bütün nəqliyyat növləri ilə yük daşınması və sərnişin daşınması 2003-cü illə müqayisədə 2,1 dəfə artaraq, müvafiq olaraq 226,4 milyon tona və 1973,4 milyon sərnişinə çatmışdır. Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə yük daşınması 2003-cü illə müqayisədə 2,5 dəfə artaraq 144,9 milyon tona, sərnişin daşınması isə 2,2 dəfə artaraq 1739,7 milyon nəfərə çatmışdır.
2018-ci il yanvar ayının 1-i vəziyyətinə avtomobillərin sayı 1342,3 min ədədə çatmış, ölkə əhalisinin hər 1000 nəfərinə düşən minik avtomobillərinin sayı 2003-cü ildəki 48 ədəddən 118 ədədə çatmış, hər 100 ailədən 52-nin şəxsi minik avtomobili olmuşdur.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəmərinin istismara verilməsi ötən illər ərzində neft və qazın nəqlindəki artıma öz müsbət təsirini göstərmişdir. 2017-ci il ərzində magistral neft kəmərləri ilə 42,7 milyon ton və ya 2003-cü illə müqayisədə 3,8 dəfə çox neft, magistral qaz kəmərləri ilə 22,1 milyard kubmetr və ya 2,7 dəfə çox qaz nəql olunmuşdur.
2017-ci ildə baş tutan və böyük tarixi hadisə kimi yadda qalan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəqliyyat sektorunda əldə olunmuş inkişafa əlavə təkan verməklə yanaşı, Azərbaycanın tranzit ölkə kimi geosiyasi əhəmiyyətini və nəticə etibarilə onun həm iqtisadi, həm də siyasi qüdrətini daha da möhkəmləndirəcəkdir.
- Xarici ticarət və ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərin nəticələrini necə xarakterizə etmək olar?
- Milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasının mühüm istiqamətlərindən biri ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının təmin edilməsidir. Son illərdə ölkədə makroiqtisadi səviyyədə iqtisadi sabitliyin bərqərar olması və xarici ticarətin liberallaşdırılması istiqamətlərində səmərəli və davamlı tədbirlər kompleksinin reallaşdırılması milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasına əlverişli zəmin yaratmışdır.
Xarici ticarət əlaqələrinin strukturu da xeyli dəyişmişdir. Yerli istehsal sahələrinin yenidən qurulması və uğurla həyata keçirilən aqrar islahatların aparılması bir sıra yerli qida məhsullarının istehsalının artmasına və ölkəmizə idxalının azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığı azaltmışdır.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ildə xarici ticarət dövriyyəsi 24257,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15475,6 milyon dollar, idxalın dəyəri 8782,0 milyon dollar təşkil etmiş, nəticədə 6693,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2004-2017-ci illərdə isə ölkədən 18,6 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edilmişdir.
- Əhalinin məşğulluq səviyyəsinin artırılması da başlıca prioritetlər sırasında yer alır...
- Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar əmək bazarında əhalinin məşğulluğunun inkişafına təkan vermişdir. Bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli işgüzar mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əmək bazarı və məşğulluq sahəsində irəliləyiş əldə etməyə imkan vermiş, 2003-cü ilin IV rübündən 2017-ci ilin sonunadək ölkədə 1958,4 min yeni, o cümlədən 1436,2 min daimi iş yeri yaradılmışdır. Bunun nəticəsi olaraq, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5073,8 min nəfər, məşğul əhalinin sayı 4822,1 min nəfər olmuş və 2003-cü illə müqayisədə iqtisadi fəal əhali 16,0 faiz, məşğul əhalinin sayı isə 21,4 faiz artmışdır. İqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payı 2003-cü ildə 70,3 faiz olmuşdursa, bu göstərici 2017-ci ildə 75,8 faiz təşkil etmişdir.
- Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində hansı işlər görülüb?
- Ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil sistemində aparılan islahatlar bu sahədə müsbət dəyişikliklərə zəmin yaradır. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin məbləği ildən-ilə artır və bu xərclərin nəzərə çarpacaq dərəcədə artması ölkə başçısının təhsil sahəsini dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. 2017-ci ildə dövlət büdcəsindən təhsilə çəkilən xərclər 2003-cü illə müqayisədə 7,4 dəfə artaraq 1742,8 milyon manat təşkil etmişdir.
2017-2018-ci tədris ilinin əvvəlinə 4410 dövlət və 28 qeyri-dövlət əyani ümumi təhsil müəssisəsində 1520 min nəfər şagird təhsil almışdır. 2004-2017-ci illərdə ölkədə 530,3 min şagird yerinə malik yeni məktəb binaları tikilmiş və ya mövcud məktəblərdə əlavə şagird yerləri yaradılmışdır. Bundan əlavə, 20,9 min yerlik məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilmişdir. Yeni nəsil dərsliklər hazırlanmış və bütün şagirdlərə pulsuz verilmişdir. “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində respublikanın ayrı-ayrı regionlarında tikilmiş yeni məktəb binalarının və əsaslı təmir edilmiş məktəblərin sayı 400-ü keçmişdir. Bu işlərin görülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur.
Bu dövr ərzində sosial-iqtisadi həyatda baş verən dəyişikliklər elmi müəssisələrin fəaliyyətinə də öz təsirini göstərmişdir. Təsadüfi deyil ki, bu müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi işinə çox böyük diqqət göstərilir, elmi tədqiqatların iqtisadiyyatla uzlaşması üçün konkret addımlar atılır. Əgər 2003-cü ildə dövlət büdcəsindən elmə ayrılan xərclər 16,6 milyon manat idisə, 2017-ci ildə bu rəqəm 6,6 dəfə artaraq 109,8 milyon manat olmuşdur.
2017-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 135 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22 mindən çox mütəxəssis məşğul olur ki, bu da 2003-cü illə müqayisədə 31,0 faiz çoxdur.
- Azərbaycan özünü idman ölkəsi kimi təsdiq edə bilib, hazırda idman sahəsində görülən məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi necədir?
- Ölkənin bütün sosial sahələrində olduğu kimi, sürətli inkişaf prosesi idman və bədən tərbiyəsini də əhatə edir, bu sahədə qazanılan nailiyyətlər ilbəil artır.
2018-ci ilin əvvəlinə ölkənin bölgələrində 40-dan çox müasir Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir. 2017-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 11,2 minə çatmış və 2003-cü illə müqayisədə 25,4 faiz artmışdır. Bədən tərbiyəsi və idmanla məşğul olanların sayı da müntəzəm olaraq artmaqdadır. Bunun nəticəsidir ki, idmançılarımızın beynəlxalq arenada uğurları ildən-ilə artır və Azərbaycan idman ölkəsi kimi bütün dünyada böyük nüfuz qazanmışdır.
Bu gün Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il ölkədə bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilir. Ümumilikdə 2003-2017-ci illərdə Azərbaycanda 550-dən çox beynəlxalq yarış keçirilmiş və müxtəlif beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 8,5 min, o cümlədən 3,0 min qızıl, 2,5 min gümüş, 3,0 min bürünc medal qazanılmışdır.
2004-cü ildə Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarında idmançılarımız 50-ci yeri (1-i qızıl, 4-ü bürünc olmaqla 5 medal) tutduğu halda, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq (1-i qızıl, 7-si gümüş, 10-nu bürünc) 39-cu yerə çıxmışlar.
- Əhalinin sağlamlığının qorunması və səhiyyənin inkişafı yönündə hansı tədbirlər həyata keçirilib?
- Ölkədə sosial yönümlü siyasətin həyata keçirilməsi səhiyyənin inkişaf etdirilməsinə və əhalinin sağlamlığının qorunması problemlərinin həll edilməsinə imkan yaradır. Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği ildən-ilə artır. 2017-ci ildə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin məbləği 2003-cü illə müqayisədə 12,7 dəfə artaraq 704,7 milyon manata çatmışdır.
Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin artırılması nəticəsində 2003-2017-ci illərdə ölkənin müxtəlif rayonlarında müasir tipli avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, diaqnostika mərkəzləri, ambulatoriya-poliklinika müəssisələri tikilib istifadəyə verilmiş, bir sıra tibb müəssisələrində yenidənqurma və bərpa işləri aparılmışdır. 2017-ci ilin əvvəlinə ölkədə 32,2 min həkim və 54,5 min orta tibb işçisinin çalışdığı 569 xəstəxana, 1758 ambulator-poliklinika müəssisəsi, 79 təcili tibbi yardım stansiyası, 387 qadın məsləhətxanası, uşaq poliklinika və ambulatoriyaları, 65 sanatoriya-istirahət müəssisəsi əhaliyə tibbi-profilaktik xidmət göstərmişdir. 2003-cü illə müqayisədə 2016-cı ildə ambulator-poliklinika müəssisələrinə müraciətlərin sayı 19,3 faiz artmışdır.
Bütün bunların nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunmuşdur. Belə ki, 2003-cü ildə qızılca ilə xəstələnənlərin sayı 1950 nəfər, məxmərəklə xəstələnənlərin sayı 1058 nəfər, epidemik parotit ilə xəstələnənlərin sayı 794 nəfər, malyariya ilə xəstələnənlərin sayı 482 nəfər olduğu halda, 2017-ci ildə bu səbəbdən xəstələnənlər qeydə alınmamış, digər infeksion xəstəliklərə tutulma halları isə kəskin surətdə azalmışdır.
Ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər sırasında dövlətin ekoloji siyasətinin də müstəsna əhəmiyyəti vardır. Ətraf mühitin mühafizəsi, sağlam ekoloji mühitin yaradılması, təbii ehtiyatlardan səmərəli və xalqın rifahının yaxşılaşdırılması naminə istifadə məsələləri ölkə Prezidentinin daim diqqət mərkəzində olmuş, son 15 il ərzində bu istiqamətdə irimiqyaslı Dövlət proqramları və layihələr həyata keçirilmiş, bu sahəyə yönəldilmiş investisiyaların həcmi 2003-cü ildəki 3,0 milyon manatdan 2017-ci ildə 117,4 milyon manata yüksəlmişdir. Bu illər ərzində Hövsan aerasiya stansiyası yenidən qurularaq genişləndirilmiş, rayon və kəndlərdə əhalini təmiz içməli su ilə təmin edən modul tipli təmizləyici qurğular quraşdırılmış, Bakıda məişət tullantıları zavodu tikilərək istifadəyə verilmiş, yaşıllaşdırma işləri geniş vüsət almışdır. Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir.
- Əhalinin sosial müdafiəsinin gücləndirilməsi də daim dövlətin diqqət mərkəzində olan vacib məsələlərdən biridir...
- Ölkədə əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin - əlillərin, ahılların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilir, aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə onlara dövlət tərəfindən müxtəlif sosial müavinətlər təyin olunur.
2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə sosial müavinət və ya kompensasiya təyin olunmuş şəxslərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 376,1 min nəfər təşkil etmişdir.
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2006-cı il iyul ayının 1-dən başlayaraq aztəminatlı ailələrə dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı verilir və 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 80,2 min ailənin 326,6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı ilə əhatə olunmuşdur.
- Ölkənin inkişafını təmin edən mühüm amillərdən biri uğurlu demoqrafik siyasətdir. Bu sahədə statistik məlumatların təhlili nəyi göstərir?
- 2017-ci ildə ölkə əhalisinin sayı 88,1 min nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898,1 min nəfərə çatmışdır və sevindirici haldır ki, ölkəmizin miqrasiya saldosu da müsbət olaraq qalmaqdadır. Belə ki, ötən il daimi yaşamaq üçün ölkədən gedən 1,9 min nəfərə qarşı Azərbaycana gələnlərin sayı 3,1 min nəfər təşkil etmişdir.
Yekun olaraq ölkənin sosial, iqtisadi inkişafını xarakterizə edən statistik məlumatların təhlili göstərir ki, bu gün Azərbaycanda yeni, mükəmməl milli iqtisadi inkişaf modeli formalaşdırılmışdır. Respublikamızda dayanıqlı və hərtərəfli inkişafın əsas təzahürü olan bu model ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyətinin nəticəsidir və xalqımızın işıqlı gələcəyini təmin edən dövlət idarəçiliyinin etibarlı əllərdə olduğunu bir daha təsdiq edir.

 
  • Oxunub:  7170  |  
  • Tarix:  13-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

17:56
20 Avqust
İlin birinci yarısında Türkiyə Azərbaycandan 3,2 milyard kubmetrədək təbii qaz idxal edib
17:50
20 Avqust
Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
17:45
20 Avqust
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
16:59
20 Avqust
UEFA və AFFA əməkdaşlarının iştirakı ilə seminar keçirilib
16:56
20 Avqust
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü ilə bağlı tədbir keçirilib
16:22
20 Avqust
Cavid Osmanov: Azərbaycan tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir
16:02
20 Avqust
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
15:19
20 Avqust
Rauf Əliyev: Beynəlxalq hesabatlardakı məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir
15:16
20 Avqust
Tahir Rzayev: Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü dövlət dəstəyi göstərilir
15:03
20 Avqust
Yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının gələcək fəaliyyəti müzakirə edilib
14:43
20 Avqust
“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində...
14:20
20 Avqust
Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərləri təbliğ olunur
14:06
20 Avqust
Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:03
20 Avqust
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
14:02
20 Avqust
Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
12:58
20 Avqust
Rusiya səfiri Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir
12:40
20 Avqust
Bakıda keçirilən “MDB Start-ap platformu” layihəsi başa çatıb
12:23
20 Avqust
Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
12:20
20 Avqust
Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
12:04
20 Avqust
Kənd təsərrüfatı naziri Şəmkirdə bölgə sakinləri ilə görüşəcək
11:54
20 Avqust
Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib
11:38
20 Avqust
Yarım ildə 64,7 min daimi iş yeri açılıb
10:31
20 Avqust
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
10:22
20 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 92 dəfə pozub
16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:59
18 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub
09:39
18 Avqust
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
18:03
17 Avqust
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
17:59
17 Avqust
Bərdənin 2 kəndində içməli su infrastrukturunun yaradılması işləri görülür
17:51
17 Avqust
Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
17:29
17 Avqust
Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
16:55
17 Avqust
Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
16:48
17 Avqust
Ramin Quluzadə: Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq
16:41
17 Avqust
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb
16:37
17 Avqust
Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb
16:32
17 Avqust
XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
16:25
17 Avqust
Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla görüşüb
16:01
17 Avqust
Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
15:55
17 Avqust
Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
15:46
17 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
15:45
17 Avqust
Gənclər və idman naziri vətəndaşlarla görüşüb
15:20
17 Avqust
Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək
15:02
17 Avqust
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərə dəstək üçün görüşləri davam etdirir
14:28
17 Avqust
“Qarabağ”-“Şerif” oyunun başlama saatı açıqlanıb
14:09
17 Avqust
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biridir
13:58
17 Avqust
Fermer Cavanşir Paşayev: İndiyə kimi pomidor becərib ziyana düşən adam görməmişəm
13:56
17 Avqust
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
12:37
17 Avqust
DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
12:27
17 Avqust
İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
12:24
17 Avqust
UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib
12:22
17 Avqust
Muxtar respublika əhalisi payız-qış mövsümündə də fasiləsiz içməli su ilə təmin olunacaq
12:10
17 Avqust
Qazaxıstan Xəzər dənizinin statusu barədə Konvensiyanı tezliklə ratifikasiya edəcək
11:58
17 Avqust
Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti
11:56
17 Avqust
“ADNSU Yay məktəbi - 2018” uğurla davam edir
11:32
17 Avqust
Şəhərsalma və Arxitektura Komitəsi ilə “Caspian European Club” əməkdaşlığı genişləndirir
10:49
17 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub
10:17
17 Avqust
Ürəkləri fəth edən səs
10:09
17 Avqust
Naftalanda qolf meydançası, tennis kortu və atçılıq meydanı yaradılacaq
18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA